Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2358/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2072/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh vurduğu mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nizami Rayon M əhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(007)-345/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın ödənilməsi tələbinə dair iddianın təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2072/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçı (Vəkil2) kassasiya şikayəti verib, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2072/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv, işin yenidən apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübah isələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, mənəvi zərərə görə tələb edilən 3.000 manat pula dair iddia qeyri-əmlak xarakterli iddia hesab edilmir, iddiaçı vurulmuş mənəvi ziyana görə 3.000 manat məbləğində pul, əmlak əldə etmək istədiyi üçün bu əmlak xarakterli iddiadır. Bu baxımdan iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş m əbləğdən azdır. Buna görə də iddianın qiyməti 5.000 manatdan aşağı olduğundan həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qətnamənin nəticə hissəsində həmin qətnamədən kassasiya şikayəti verilməsinin mümkünlüyü ilə bağlı izah verərkən yuxarıda şərh edilən hallara diqqət yetirməməklə səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən, iddianın qiyməti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən az olduğu üçün qətnamədən verilən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 402.1, 404.1, 408.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı (Vəkil2) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2072/2025 nömrəli 08 aprel 2025-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2358/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-2358/2025
10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver