Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-236/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan QSC “xxxx” KB-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(012)-4996/2019, hakim Ş.H.Nəcəfova) iddiaçı X4 cavabdehlər QSC “xxxx” Kommersiya Bankı və qeyrilə rinə qarşı iddiası qismən təmin edilmiş, ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülükdən azad edilməsi qət eidlmiş, iddia tələbi iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlərin geri qaytarılması hissəsində rədd edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra mülkiyyət hüququnu təsdiq edən sənədlərin yenidən alınması üçün X9 Komitəsi yanında DƏDRX-nın Ərazi İdarəsinə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-1824/2018, hakimlər E.G.Rəhimov, L.M.Məmmədova, S.A.Qafari) QSC “xxxx” Kommersiya Bankının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu i tarixli qərarı ilə (iş № 2(102)-187/2019, hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev, Ə.Ə.Əliyev) QSC “xxxx” Kommersiya Bankının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(105)-1737/2019, hakimlər G.F.Tağızadə, T.O.Quliyev, T.Q.Məmmədov) QSC “xxxx” Kommersiya Bankının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ləğv prosesində olan QSC “xxxx” KB verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin hallar ı: xx xxxxxxx 2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən X4 mülkiyyətində olan 13 nömrəli bağ evi “xxxx” KB QSC-ni xeyrinə ipoteka ilə yüklü edilmişdir. Səbail Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli icra sənədinə əsasən borclu "MVA-7" ÇKM-dan cəmi 19377 manat alınaraq tələbkar "xxxx" KB QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X6 məxsus ünvan 2 ünvanında yerləşən 13 nömrəli bağ evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 66.100 manat müəyyən edilməsi və açıq hərracda satılaraq onun satışından əldə olunmuş pul vəsaiti hesabına borclu "MVA-7"xxxx"xxxx KB QSC-yə olan kredit borcunun ödənilməsi, borc ödənildikdən sonra evin satışından əldə olunmuş pul vəsaitin qalan hissəsinin X6 qaytarılması və evin hərracda satıldıqdan 1 ay sonra boşaldılması göstərilmişdir. Abşeron rayon icra şöbəsinin xx xxx 2017-ci il tarixli qərarına əsasən Səbail Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli icra vərəqəsi Səbail Rayon Məhkəməsinə geri qaytarılmışdır. xx xxxx 2017-ci il tarixdə X8 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ləğv prosesində olan “xxxx” KB QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ona məxsus ünvan 1 ünvanında yerləşən 13 nömrəli bağ evinə dair ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi və xx xxxxx 2007-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə da ir etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məh kəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ona məxsus bağ evinə dair ipotekaya xitam verilməsi, ipoteka predmetinin ipoteka ilə yüklülüyündən azad edilməsi və həmin bağ evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ona geri qaytarılmasına dair hazırki iddia tələbini irəli sürmüşdür. Apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsinə dair qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnaməsi cavabdeh bankın ləğvedicisi tərəfindən kassasiya qaydasında mübahisələndirilmiş, kassasiya instansiy a məhkəməsi həmin qətnaməni ləğv edərək işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi iddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış, hazırda cavabdeh bankın ləğvedicisi həmin qətnaməni kassasiya qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş üzrə kassasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən bağ evi ilə bağlı hərracın baş tutmaması məlumatının verilməsi və ipoteka predmeti i lə bağlı Bankın qərarının bildirilməsinin xahiş olunmasına dair Respublika Xammal və X11 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac mərkəzindən Abşeron Rayon İcra şöbəsinə, Banka və məlumat üçün iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubuna istinad etsə də, Ləğv prosesində olan “xxxx” KB QSC-nin həmin məktuba cavab olaraq iddiaçıya məxsus bağ evinin alınmasına razı olması barədə xx xxxxxx 2017-ci il tarixli cavab məktubuna hüquqi qiymət verməmişdir. Həmin qərarda göstərilmişdir ki, apellyasiya məhkəməsi qətnaməsində işdə olan iddiaçının təqdim etmiş olduğu sənədləri sadalamaqla kifayətlənmiş, işin tam hüquqlu məhkəmə kimi işə apellyasiya qaydasında baxması nəticəsində işin hallarını araşdırılmasını və araşdırılmasının nəticəsi kimi işin hansı faktiki hallarını müəyyən etməsini gö stərməmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi tələbinə əməl etməmiş, Ali Məhkəmənin qərarında qeyd olunan göstərişlərə əməl etmədən əvvəlki qətnaməni təkrarlamışdır. Yuxarıda qeyd edildiyi kimi iddia tələbinin əsasını ipotekaya xitam verilməsi və ipoteka predmetinin yüklülükdən azad edilməsi təşkil edir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx” MMC tərəfindən təşkil edilmiş ilk hərrac baş tutmadığından ipoteka predmeti olan əmlak təkrar hərraca çıxarılmış, lakin təkrar hərrac da baş tutmamışdır. Bundan sonra ipoteka predmeti “xxxx” KB QSC-yə təklif edilmiş, lakin ipoteka predmeti müəyyən edilmiş 30 təqvim günü ərzində mülkiyyətə qəbul edilməmişdi r. Apellyasiya məhkəməsinin də istinad etdiyi kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixdə hərrac mərkəzi tərəfindən "xxxx” KB QSC-yə ipoteka predmetini əldə etmək təklif edilmişdir. “xxxx” KB QSC tərəfindən hərrac mərkəzinə xx xxxxxx 2017-ci il tarixdə həmin məktuba cavab olaraq iddiaçıya məxsus bağ evinin alınmasına razı olması barədə cavab məktubu göndərilmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, “xxxx” KB QSC tərəfindən təsdiq edilmiş 26/18570 saylı, xx xxxxxx 2017-ci il tarixli cavab məktubunun araşdırma zamanı icraata daxil olması təsdiqini tapmamışdır. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən Hərrac Mərkəzinin məhkəməyə ünvanlanan xx xxxxx 2019-cu il tarixli məktubuna istinad etmişdir. Halbuki apellyasiya məhkəməsinin qətnaməsinin hüquqi məsələlər hissəsində də istinad olunan X7 rayon İcra şöbəsinə göndərdiyi xx.xx.2017-ci il tarixli arayışda 30 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayanın ipoteka predmetini əldə edərkən cavabdehə çatan məbləği ödəmədiyindən sənədləşmə işinin aparılmadığı göstərilmişdir. Bu halda, “xxxx” KB QSC tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci tarixli məktubun Hərrac Mərkəzinə daxil olmaması barədə gəlinən nəticə ümumiyyətlə əsassızdır. Lakin Abşeron rayon İcra Şöbəsinin icrası mümkün olmayan icra sənədinin qaytarılması barədə xx xxx 2017-ci il tarixli qərarda gö stərilmişdir ki, ipoteka saxlayan ipoteka predmetini təkrara hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətə təklif olunmasına baxmayaraaq təklifə 30 gün ərzində müsbət cavab verməmişdir. İcra sənədinin icrası mümkün olmadığından, Səbail Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli icra vərəqəsi üçün Səbail Rayon Məhkəməsinə geri qaytarılmışdır. İş materiallarından göründüyü kimi, ipoteka saxlayan “xxxx” KB QSC ona göndərilmiş yazılı təklifə razı olması barədə yazılı qaydada cavab vermişdir. Bu halda, ipoteka saxlayanın təklifə 30 gün ərzində müsbət cavab verməməsi barədə gəlinən nəticə əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dairAzərbaycan Res publikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarında göstərildiyi kimi, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə mü əyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan məhkəmə kollegiyası hesab edir ki,kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixl i qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-236/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-236/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver