Məhkəmə qərarları › İş №2(102)-2362/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2362/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2362/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: işin məhkəmə baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X14 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1767/2023 nömrəli iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2516/2019 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il təvəllüdlü nikahın pozulması, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 ananın yanın qalması və uşaqların saxlanılmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəii miqdarında alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir.

2. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1934/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin X3 xeyrinə tutulması qət edilmişdir.

3. Elektron portal çıxarış məlumatlarına əsasən İddiaçı "xxxx" QSC-də bölmə rəhbəri vəzifəsində çalışır və aylıq əmək haqqı 2500 manat təşkil edir.

4. Elektron portal çıxarış məlumatlarına əsasən Cavabdeh "xxxx" MMC-də “müsahibə alanlar” vəzifəsində çalışır və aylıq əmək haqqı 1325,14 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Nizami rayon Məhkəməsinin 2(007)-2516/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehin xeyrinə tutulan alimentin miqdarının əmək haqqınnın ¼-i miqdarında azaldılması barədə qətnamə çıxarılmas ını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianı müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. Cavabdeh Feyzulla qızı həm iddiya qarşı verdiyi etirazında, həm də izahatında iddianın rədd olunmasını xahiş etmişdir.

8. Bakı şəhər Yasamal rayon məhkəməsinin (hakim X9) e-2(004)-5629/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-2516/2019 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşı na çatanadək saxlanılmaları üçün hər ay əmək haqqısının (başqa gəlirlərinin) ¼ hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı şəhər Yasamal rayon məhkəməsinin e-2(004)-5629/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək şikayətin təmin olunmasını xahiş etmiş, həmçinin göstərmişdir ki, iddiaçı onun işlədiyini və yüksək qazanc əldə etdiyini iddia etsə də, 18 yanvar 2023-cü il tarixində əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən çıxarılmışdır, hazırda işsizdir, kredit borcları vardır, uşaqlarını saxlamaqda çətinlik çəkir.

10. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu, cavabdehə ödədiyi alimentin mə bləğinin yüksək olmasına ikinci həyat yoldaşı narazılıq etdiyindən bu iddianı qaldırdığını, işdən çıxmış olsa da, cavabdehin kosmetoloq kimi fəaliyyət göstərdiyini, “İnstagram” səhifəsində çoxsaylı izləyicilərinin olduğunu, bunun da onun yüksək qazanc əldə etdiyinə dəlalət etdiyini göstərmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X2 (sədrlik edən və məruzəçi), X10 və X6) 2(103)-1767/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.

12. Məhkəmə öz mövqeyini əsaslandırarkən, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə, Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələ rinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1767/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" ASC-də bölmə rəhbəri vəzifəsində işləyir və aylıq əmək haqqısı 2500 manat təşkil edir. Vergilər və sair məcburi ödənişlər çıxandan sonra aylıq gəliri 2200 manatdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi

15. Maddə 112.1 və 112.1.3. aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olun madığı hallarda şikayət verə bilərlər.

18. Maddə 417.1.7. Kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətini nəzərdən keçirib hesab edir ki, Ali Məhkəmənin işin icraata qəbul edilməsi barədə 2(102)-2362/2023 nömrəli 12 may 2023-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti ilə əlaqədar mülki iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası m əhkəməsinə qaytarılmalıdır.

20. İşdən görünür ki, İddiaçı cavabdeh iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Nizami rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh xeyrinə tutulan alimentin miqdarının aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsindən dörddə bir hissəsinə azadılmasını xahiş etmişdir.

21. İddiaçının kassasiya şikayətinə görə o, "xxxx" ASC-də bölmə rəhbəri vəzifəsində işləyir və aylıq əmək haqqısı 2500 manat təşkil edir, vergilər və sair məcburi ödənişlər çıxandan sonra aylıq gəliri 2200 manatdır.

22. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatı keçmir, iddiaçının aylıq gəlirlərinin üçdə bir hissəsi ilə dörddə bir hissəsi arasındakı fərq 183,33 manat, bir il ərzində ödəmənin məcmusu arasındakı fərq isə təqribən 3000 manat təhkiş edir.

23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur, ona görə də bu barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Odur ki, Azərbaycan Respublikası MPM-in 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2362/2023 12 may 2023-cü il tarixli işin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1767/2023 saylı 2 mart 2023-cü il tarixli qətnaməsindən İ ddiaçı tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki iş kassasiya baxışından çıxarılmaqla Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar