Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2363/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 avqust 2018-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) İd diaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışınski, hakimlər Z.Əliyev və R.Eyvazov) Nərimanov rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018 -ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia verərək, Bakı şəhəri, Nərimanov rayonu, O.Bünyadzadə küçəsi ev 1, 20 saylı mənzil üzrə oğlu Cavabdeh arasında bağlanmış26 avqust 2005-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, hüquqi yardımla bağlı tərəfindən ödənilmiş 300 (üç yüz) manat və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 320 (üç yüz iyirmi) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdırara q hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, 03.10.1996-cı ildə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.. 03.06.2005-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlaması müqaviləsinə görə İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzili Cavabdeh mülkiyyətinə vermişdir. Həmin müqavilə əsasında 26.08.2005-cı iildə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzili mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır İddiaçı, cavabdehin İ qrup əlil olduğu, bağışlamanın həyata keçirildiyi dö vrün qanunvericiliyinə görə 1 qrup əlillərə elektrik enerjisindən, qazdan və sudan istifadəyə, eləcə də kommunal xidmətlərdən müəyyən güzəştlər nəzərdə tutulduğu, mənzilin oğlunun adına keçiriləcəyi təqdirdə onun dediyinə görə 1 qrup əlil kimi güzəştlərə sahib olduğu üçün xərcləri hiss olunacaq dərəcədə azalması səbəbi ilə, aralarındakı şifahi razılaşmaya əsasən yaşlı və xəstə anası olaraq ona baxmağı öhdəsinə götürdüyü üçün mənzili oğluna bağışladığını, lakin sonuncunun hər hansı bir güzəştdən istifadə etmədiyini göstərərk müqavilənin ləğv edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bağışlama müqaviləsinin iddiaçının istinad etdiyi şərtlərlə və yaxud cavabdehin hər hansı öhdəliyi müqabilində bağlanması sübut edilmir. Belə ki, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində həmin müqavilənin şərtlə və yaxud cavabdehin hər hansı öhdəlik götürməsi müqabilində bağlanması barədə hər hansı qeyd edilməmiş, bu barədə hər hansı əlavə razılaşma olmamışdır. Həmçinin işin müəyyən olunmuş halları ilə cavabdehin iddiaçını aldatması halı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol ve rilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2363/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2363/2019
15.04.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver