Məhkəmə qərarları › İş №2(102)-2365/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2365/2020

15.09.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2365/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilməmiş əmək haqqının alınması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3846/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxara q Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4305/2019 saylı, 14 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Ə.Hacıyev) İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı ödənilməmiş əmək haqqının alınması tələbinə dair iddiası təmin edilərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 3.880 (üç min səkkiz yüz səksən) manat məbləğində pulun tutulub İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2019 il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov, iş № 2(105)-3846/2019) cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4305/2019 saylı, 14 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin ha lları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən ona ödənilməmiş 3.880 manat əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü il aprel ayının 9-da “xxxx” ASCdə nəqliyyat sahəsində sürücü işinə qəbul olmuşdur. İlk illərdə mütəmadi olaraq əmək haqqı almış, lakin sonradan naməlum səbəblərdən əmək haqqının verilməsi gecikdirilmişdir. Əmək haqqının verilməmə səbəbini soruşduqda zavodun tam gücü ilə işləmədiyini bildirmişlər. 2010-cu ildən indiyə kimi zavoddan almadığı 3.880 manat olan əmək haqqının ödənişi ilə bağlı dəfələrlə zavodun rəhbərliyinə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulun ödənilməsindən yayınmışlar. Bu barədə müəssisə rəhbərliyinə 31.10.2018 -ci il tarixində rəsmi məktub ünvanlamış, lakin məktubuna heç bir cavab verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti və vəkili Qasımlı Salman Elman oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydası nda baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Koll egiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassas iya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı 2003cü il aprel ayının 10-da “xxxx” ASC-də nəqliyyat sahəsində sürücü vəzifəsinə qəbul olmuş, 07.04.2016-cı il tarixədək orada işləmiş və 19 saylı əmr ilə işdən azad edilmişdir. Hazırda iddiaçı ona ödənilməmiş qalan əmək haqqını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ v ardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. -172-ci maddəsinin 1-ci bəndinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin maddənin 4-cü bəndinə görə isə işçi işdən çıxarkən ona düşən bütün ödənclər ödənilməlidir. -178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. -292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, iddiaçı ərizəsində 2003-2016-cı illər ərzində cavabdeh ASC-də işlədiyini, lakin ona 3.880 manat əmək haqqın ın ödənilməmiş qaldığını bildirmişdir. Cavabdeh ASC-nin 17 may 2018-ci il tarixli arayışı ilə də bu borc öz təsdiqini tapır. Bunun müqabilində cavabdeh ASC əks arqumentlə apelyasiya şikayəti versə də keçirilən məhkəmə iclaslarının heç birində iştirak etməmiş, apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, əmək haqqının işçiyə ödənilməsinə dair sübutetmə yükü biləvasitə cavabdeh müəssisənin öhdəsinə düşür. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kolleg iyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3846/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar