Məhkəmə qərarları › İş №2(102)-2366/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2366/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2366/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs Xəzər rayon icra şöbəsi cəlb edilməklə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: aliment borcunun ödənilməsindən azad edilmə, iş üzrə icraata xitam verilməsi (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Ə li oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun ödənilməsindən azad edilmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)2420/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadından İddiaçı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.2010-cu il tarixdə X2 və xx.xx.2012-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-941/2012 nömrəli, 18 may 2012-ci il tarixli qətnaməsi əsasın da (nikahın pozulması olmadan) uşaqların yaşayış yeri Cavabdeh yanında müəyyən edilmiş, İddiaçı hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin və uşaqlar 3 yaşına çatana kimi 50 manat əlavə alimentin tutulub Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. 3. xx.xx.2012-ci il tarixdə tələbkar Cavabdeh icra şöbəsinə ərizə təqdim edərək, borclu ilə aralarında barışıq olduğundan aliment tələbindən imtina etmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-941/2012 nömrəli, 18 may 2012-ci il tarixli icra sənədinə xitam verilməsini xahiş etmişdir.

4. Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 nömrəli, 14 fevral 2013-cü il tarixli qətnaməsi ilə u şaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və xx.xx.2013-cü il tarixdə icraya yönəldilmişdir.

5. Cavabdeh 2022-ci ilin aprel ayında Xəzər Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 nömrəli, 14 fevral 2013-cü il tarixli icra sənədinə əsasən yaranmış aliment borcunun İddiaçı tutularaq ona ödənilməsini xahiş etmişdir.

6. Bakı şəhər Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “aliment borcunun məbləğinin hesablanması barədə” qərarından görünür ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 nömrəli, 14 fevral 2.2013-cü il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun məbləği 20.000 manat təşkil edir. 7. 2022-ci ilin may ayında İddiaçı əmək haqqından 1.019,21 manat məbləğində aliment tutularaq Cavabdeh hesabına köçürüldükdən sonra, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ondan tələb olunan 20.000 manat məbləğində aliment borcunun cavabdehin xeyrinə ödəməkdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi işin faktiki hallarına is tinad olunmaqla onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixədək o, və cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, G.Həsənov küçəsi, 15 saylı evdə ümumi təsərrüfat aparmaqla birgə yaşamışlar. Uşaqları məktəbə, gimnastikaya o, aparıb-gətirmişdir. Heç bir mübahisələri və dava-dalaşları olmamışdır. Cavabdeh işləmədiyindən, ailəsinin bütün xərcləri onun üzərində olmuşdur. Qeyd olunan tarixdə ailələrində yaranan söz-söhbətə görə cavabdeh uşaqları ilə birgə evdən çıxıb getmişdir. Yalnız bundan sonra ona Xəzər Rayon İcra Şöbəsindən gələn bildirişdən məlum olmuşdur ki, onun cavabdehə 20.000 manat aliment borcu vardır. Hesab edir ki, həmin aliment borcu qanunsuz hesablanmışdır. Belə ki, həmin müddət ərzində cavabdehlə birlikdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Cavabdehin h əmin vaxtadək alimentlə bağlı icra şöbəsinə müraciət etməməsi buna sübutdur.

10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər daimi olaraq iddiaçının qeyd etdiyi ünvanda yaşamamış və birgə təsərrüfat aparmamışlar. Həmin müddət ərzində aralarında ər-arvad münasibətləri olmamışdır. Hesab etmişdir ki, sadalananlar ərini aliment ödəmək vəzifəsindən azad etmir. Hazırda aralarındakı nikah rəsmi qaydada pozulmasa da, cavabdeh bununla bağlı iddia qaldırmış, iş məhkəmənin icraatındadır. Digər tərəfdən, cavabdehin valideynləri uşaqların maddi ehtiyaclarının qarşılanmasında yaxından iştirak etmişlər. O, qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Məhkəmədə şahid qism ində ifadə vermiş X3 bildirmişdir ki, iddiaçı onun oğludur. 2013-cü ildən xx.xx.2022-ci il tarixdək oğlu, həyat yoldaşı Cavabdeh və uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi G.Həsənov küçəsi 15 saylı evdə ümumi təsərrüfat aparmaqla birgə yaşamışlar. Oğlu müəllim işləyir, aylıq gəliri 1.000 manatdan, özünün ümumi gəliri isə 1.600 manatdan artıq olmuşdur. Ev üçün ümumi bazarlığı o etmiş, oğlunun ailəsinə maddi köməklik göstərmişdir. Evlərində ayrı-seçkilik olmamışdır. Çox hallarda yeməyi həyat yoldaşı hazırlamış, İlahə uşaqları ilə birlikdə eyni süfrədən yemək yemişlər. Yəni bir evdə ayrı qazanlar asılmamışdır. Uşaqları məktəbə, həkimə onlar aparıb-gətirmişlər. Qudasının mağazasının olmasını son zamanlarda bilmişdir, lakin ona məlumdur ki, qudası Bəhram Dərbənd şəhər ində mal alıb satıb, ticarətlə məşğul olur. İlahənin valideynləri evlərinə mütəmadi olaraq gəlməmiş, gələndə isə, pay kimi nəsə alıb gətirmələri ailə-uşaq saxlamaq sayılmaz. Onların konkret olaraq, qızlarına və ya nəvələrinə pul yaxud yemək almalarından xəbəri olmayıb.

12. Məhkəmədə şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, o, iddiaçının əmisi oğludur. Turalgilə gündəlik baş çəkməsə də, 2018-2019-cu illərdə onların ailəsində sürücü kimi fəaliyyət göstərdiyi vaxtlarda tez-tez gedib-gəlmişdir. Ona görə də, Turalın ailəsini mehriban ailə kimi tanıyır. Həmçinin ona məlumdur ki, Turalın həyat yoldaşı ilə bir-birlərinə qarşı münasibətləri yaxşı olmuşdur.

13. Məhkəmədə şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, iddiaçının qonşusudur. Turalı və ailəsini 2000-ci illərdən tanıyır. Həm in vaxtlardan mehriban qonşuluq münasibətlərində olmuşlar. Ona görə də, ona məlumdur ki, Cavabdeh hər zaman həyat yoldaşı və qayınatasıgillə eyni evdə - onlarla qonşuluqda qalmış, ata evinə gedib-gəlsə də, illərlə orada qalmamışdır. Həmin ailə kənardan hər zaman onda problemsiz, mehriban ailə təəssüratı bağışlayıb.

14. Məhkəmədə şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, o, iddiaçının iş yoldaşı olmuşdur. 4 ildir ki, birlikdə işləməklə, həmçinin yaxın dostluq münasibətlərində olmuşlar. Turalın dəfələrlə onun yanında həyat yoldaşı, uşaqları ilə telefon danışıqlarından ona məlum olmuşdur ki, ailəsinin xərclərini hər zaman Tural özü qarşılamışdır.

15. Məhkəmədə şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, cavabdehin atasıgilin qonşusudur. Tərəflər 2010-cu ildə ailə qurmuşlar. 2012- ci ildə İlahə hamilə olduğu vaxt uşaq doğulana qədər atasının evində qalmışdır. Cavabdeh atasıgilə tez-tez gedib-gəlmiş, hətta ərinin evinə qayıtdıqda ərzaq aparmışdır.

16. Məhkəmədə şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, cavabdehi 2012-ci ildən tanıyır. Uşaqları birlikdə gimnastika hazırlıqlarına gedirlər. İlahənin uşağını gimnastikaya gah anası, gah atası gətirmiş, ödənişlərini hər zaman cavabdeh etmişdir. Onların ailəsində problem olduğunu sonradan öyrənmişdir.

17. Tərəflərin birgə nikahından doğulan X2 məhkəməyə bildirmişdir ki, əvvəllər atası ilə birgə yaşamış, lakin son zamanlar anası ilə birlikdə ana babasının evində yaşayır. Atası və bacısı ilə danışmır. Çünki atası ona anasının pis olduğunu demişdir. Paltarları ona ana nənəsi gətirmişdir. Məktəbə isə atası və Bəhram babas ı aparmışdır. 8 il Mərdəkan qəsəbəsində yaşamışlar, lakin keçən ildən anası ilə birgə Zabrat qəsəbəsində yaşayır. Atası ilə yaşadığı vaxtlarda atası ilə bir yerdə yemək yeyirdilər. Atasının münasibəti ona qarşı pis olduğu üçün atası ilə görüşmək istəmir. Atası Koreyada olduğu vaxt onları anası saxlamışdır.

18. Tərəflərin birgə nikahından doğulan X5 məhkəməyə bildirmişdir ki, hal-hazırda atasının yanında qalır. 2-3 ildir ki, gimnastika ilə məşğuldur. Müəllimələri ilə əlaqəni anası saxlamış, sonuncu yarışa da anası ilə getmişdir. İdman avadanlıqlarını anası almış, Mərdəkanda qaldıqları vaxt atası aparıb-gətirmişdir. Atasının yanında qalmağı özü istəmişdir. Mərdəkanda anası və qardaşı ilə bir yerdə qalmış, atası isə ayrı qalmışdır. Paltarlarını atası alır.

19. Bakı şəhəri Sabunçu Rayon Məhk əməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-4290/2022 nömrəli, 22 noyabr 2022-il tarixli qətnaməsi ilə (hakimHəqiqət Mahmudova), iddia tələbi təmin edilmiş və iddiaçının, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini 2(008)-1110/2013 nömrəli, 14 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən ondan tələb olunan 20.000 manat məbləğində aliment borcunu cavabdehin xeyrinə ödəməkdən azad edilməsi qət olunmuşdur.

20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ailə qanunvericiliyi məhkəmə tərəfindən, üzərinə aliment öhdəliyi qoyulmuş şəxsin borcu ilə yaranma əsası arasında səbəbli əlaqənin olduğu təqdirdə həmin şəxsin borclarını ödəməkdən tamamilə və ya qismən azad edilmə imkanını nəzərdə tutmuşdur. İş üzrə isə məhkəmə, tədqiq edilmiş mövcud sübutlara məcmu halında hü quqi qiymət verərək sözügedən səbəbli-əlaqəni müəyyən etmişdir. Belə ki, 2012-ci ildə məhkəmənin qətnaməsi ilə cavabdehdən alimentin tutulması qət edilsə də, onlar bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Ona görə də, tələbkar Cavabdeh ərizə ilə müraciət edərək, aliment tələbinin olmadığını qeyd etmişdir. Yəni, göstərilən müddət ərzində Cavabdeh aliment tələb etməməsi, habelə məhkəmə iclasında tərəflərin izahatları və şahidlərin ifadələri ona dəlalət edir ki, tərəflər və uşaqları birlikdə eyni evdə yaşamışlar və birlikdə yaşadıqları müddətdə iddiaçı valideynlik borcunun yerinə yetirilməsi üçün mümkün zəruri tədbirləri görmüşdür. Cavabdehin valideynlərinin cavabdehin övladlarına, yəni öz nəvələrinə geyim, qida və digər məhsullar alması, iddiaçının uşaqlar ını saxlamaq öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz.

21. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının aliment borcunun silinməsi barədə iddiası əsaslıdır.

22. Birinci instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112, 112.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

23. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, tərəflər daimi olaraq iddiaçının qeyd etdiyi ünvanda yaşamamış və birgə təsərrüfat aparmamışlar. Həmin müddət ərzində aralarında ər-arvad münasibətləri olmamışdır. Sadalananlar iddiaçını aliment ödəmək vəzifəsindən azad etmir. O, 2013-cü ildə aliment tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hazırkı iş üzrə iddiaçıdan hər ay hər uşaq üçün 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, iddiaçı aliment öhdəliklərini icra etməmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan bir müddət sonra qayıdıb eyni evdə yaşasalar da, ərarvad münasibətlərində olmamış, birgə təsərrüfat idarə etməmişlər. Hətda yeməkləri belə ayrıca olmuşdur. Valideynləri övlad larını hər zaman ərzaq, geyim, eləcə də, zəruri idman (gimnastika) ləvazimatları ilə təmin etmişdir. Anasının paltar mağazası olduğundan, özü və uşaqlarını geyim məhsulları ilə o, təmin etmişdir. Uşaqları məktəbə, gimnastikaya o, aparıb-gətirmişdir. xx.xx.2022-ci il tarixdə münasibətləri daha da kəskinləşdiyindən, oğlu İbrahimlə birlikdə valideynlərinin evinə getmiş, hazırkı vaxtadək orada yaşayırlar. Hazırki işdə aliment üzrə borcun şəxsin xəstəliyi və ya maddi vəziyyətinin çətinliyi ilə bağlı yaranmasına dair üzrlü hallarla bağlı ümumiyyətlə sübut təqdim edilmir və iddiaçı bu barədə iddia qaldırmır. Yalnız müəyyən müddət birgə yaşamalarına istinad edərək borcun silinməsini xahiş edir. Uşaqların özləri də bildirir ki, bütün zəruri xərclər ana babaları və nənələri tərəfindən qarşılanmış və evə daima nənə babaları evə bazarlıq etmişlər. İşə baxmış birinci instansiya məhkəməsinin iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

25. Apellyasiya baxışı zamanı işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Aqil Nəcəfov bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini 2(008)-1110/2013 nömrəli, 14 fevral 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar olan iş üzrə cavabdeh 2023-cü ilin aprel ayında İcra Şöbəsinə müraciət edərək icra sənədi üzrə borclu olan iddiaçının alimentin ödəmədiyini bildirmiş və alimentin tutulmasını xahiş etmişdir. Həmin ərəfədə borclu da Şöbəyə müraciət edərək qeyd edilən icra sənədi üçün aliment borcunun m əbləği barədə arayış verilməsini xahiş etmişdir. Müraciətlər əsasında icra işi üzrə araşdırma aparılmış və müəyyən edilmişdir ki, tələbkar alimentin tutulmasından imtina etməmiş, lakin borclu olan iddiaçı alimenti ödəməmiş və nəticədə 20.000 manat məbləğində aliment borcu yaranmışdır. Bununla bağlı onun tərəfindən xx.xx.2022-ci il tarixdə “aliment borcunun məbləğinin hesablanması barədə” qərar qəbul edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3422/2023 nömrəli, 01 avqust 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının cavabdehə qarşı “aliment borcunun ödənilməsindən azad edilmə tələbi barədə” iddiasının təmin edilməməsi qət olunmuşdur.

27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın əsaslı olması barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2012-ci ildə məhkəmənin qətnaməsi ilə uşaqlara görə cavabdehdən alimentin tutulması qət edilsə də, onlar bir evdə ailə şəklində yaşamağa və birgə təsərrüfat aparmağa davam etmişlər. Bundan sonra, tələbkar - hazırkı iş üzrə cavabdeh ərizə ilə İcra Şöbəsinə müraciət edərək, aliment tələbinin olmadığını bildirmiş və alimentin tutulmasından imtina etmişdir. Məhkəmə kollegiyası bu yanaşmanı səhv hesab etmişdir. Çünki həqiqətən də iş materiallarından və iş üzrə tərəflərin verdikləri mə lumatlardan müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-941/2012 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2012-ci il tarixli qətnamə ilə qət edilmişdir ki, 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı iş üzrə iddiaçıdan, onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi hər ay tutularaq hazırkı iş üzrə cavabdehə verilməlidir. Həmin qətnamə icraya yönəldikdən sonra hazırkı iş üzrə cavabdeh xx.xx.2012-ci il tarixdə Xəzər Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, hazırkı iş üzrə iddiaçı ilə barışdığını bildirmiş və həmin qətnamənin icrasından, yəni alimentin tutulmasından imtina etmişdir. Hazırkı apellyasiya baxışı zamanı işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş Xəzər Rayon İcra Şöbəsi tərəfindən Məhkəməyə təqdim olunmuş 8390/2013 saylı icra işinin materiallarından isə görünmüşdür ki, iş üzrə cavabdeh, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnamənin icrasından bugünə kimi imtina etməmişdir. İş üzrə cavabdehin yalnız xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina etməsini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, həmin imtina xx.xx.2013-cü il tarixli qətnamənin icrasından imtina kimi qəbul edilə bilməz.

28. İddiaçı tərəfindən birinci instansiya məhkəməsində təqdim edilmiş şahidlərin ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin şahid ifadələri mötəbər sübut kimi qəbul edilib, iddianın təmin edilməsi üçün əsas ola bilməz. Çünki işin hallarından məlum olmuşdur ki, iş üzrə tərəflər qətnamə əsasında verilmiş icra sənədinin icrasından i mtina etmək proseduru ilə tanışdırlar və xx.xx.2013-cü il tarixli qətnamə icraya yönəldikdən sonra barışmışlarsa, onda xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina olunduğu kimi həmin qətnamənin də icrasından imtina proseduruna riayət etməli idilər.

29. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, Ailə Məcəlləsinin 107.2, 112.1-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

30. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instnasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və işin təkrar apellyasiya baxı şına göndərilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikahlarından anadan olunmuş övladlarının saxlanılması üçün alimentin tutulmasına dair məhkəmə qətnaməsi qəbul edildikdən sonra tərəflərin ailə münasibətlərinin bərpa olunması və onların birgə yaşamaları işin faktiki hallarını araşdıran məhkəmələrlə sübut olunduğundan və həmin müddət ərzində iddiaçının övladlarının saxlanılması üçün öhdəliklərini yerinə yetirməməsi cavabdeh tərəfindən sübut olunmadığından, tərəflərin birgə yaşadıqları müddət üçün yığılmış aliment borcundan iddiaçının azad olunmamasına dair məhkəmələrin mövqeyi qanuni və əsaslı olmamışdır. Apellyasiya məhkəməsi tərəflərin birgə yaşaması halının üzrlü səbəb kimi nəzərə almaması anlaşılan deyildir. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqoriyasına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən tərəflərin birgə ailə olaraq məclislərdə iştirak etmələri, birgə istirahətdə olmaları müəyyən olunur. Hətta tərəflərin birgə ailə şəklində yaşamaları şahidlərin ifadəsində öz əksini tapmışdır. Bundan başqa, apel lyasiya məhkəməsi uşaqlarının iddiaçının və cavabdehin birgə yaşadığı evin yaxınlığında yerləşən Mərdəkan qəsəbəsi 183 nömrəli məktəbdə təhsil almasına da qiymət verməmişdir. Cavabdeh tərəf etirazında göstərdiklərinə dair məhkəməyə sübut təqdim etməmişdir. Belə ki, cavabdeh birlikdə təsərrüfat aparmadıqlarını bildirsə də bununla əlaqədar hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə tərəflərin mövqelərini nəzərə almamış, iş materiallarına əlavə edilmiş şahid ifadələri, mesajlar, arayışlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmişdir. Əgər iddiaçı cavabdehlər birlikdə yaşadıqları müddətdə uşaqların və ailənin maddi ehtiyaclarını qarşılamırdırsa nəyə görə cavabdeh icra şöbəsinə müraciət etməmiş, nəyə görə qətnamənin icrasını tələb etməmişdir. Göründüyü kimi iddiaçı ailənin və u şaqların maddi təminatını təmin etdiyi üçün cavabdeh həmin dövrdə icra şöbəsinə müraciət etməmişdir. İddiacı sübut qismində cavabdeh ilə arasında olan ‘whatsapp’proqramı vasitəsi ilə aparılmış mesajları təqdim etmişdir. Lakin apellyasiya məhkəməsi həmin mesajlara qiymət verməmişdir. Həmin mesajlardan açıq şəkildə məlum olur ki, iddiaçı cavabdeh ilə birgə yaşadığı dövrdə ailənin və uşaqların bütün maddi ehtiyaclarını qarşılamışdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)155/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Mehparə Əhmədova (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr alimentdən azad edilmə ilə bağlı irəli sürülmüş tələbə baxarkən icraatın növünü düzgün müəyyən etməmişlər. Belə ki, iddiaçı Məhz Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsaslanaraq bu tələbi irəli sürür. Nəzərə alınmalı idi ki, sonuncu icra vərəqəsi təkrar olaraq qətnamənin çıxarılmasından uzun müddət sonra verilmiş, keçən müddət ərzində alimentin icra qaydasında icrası tələb olunmamışdır. Hazırki vəziyyətdə Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Çünki, nə qədər ki, irəli sürülən tələb alimentin ödənilməsindən azad etmə ilə b ağlıdır, bu məsələyə məhz icra icraatını müəyyən edən normalar daxilində qiymət verilməlidir. Bu qəbildən olan məsələlərə mülki işin davamı kimi baxılması, irəli sürülmüş hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının alimentin ödənilməsindən azad edilməsi ilə bağlı tələblərinə məhkəmə qətnaməsinin icrası ilə bağlı icraatda qiymət verilməli və baxılarkən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

35. Məhkəmə kollegiy ası həmçinin qeyd etmişdir ki, göründüyü kimi, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə nəzərə almış və özündə ehtiva etmişdir. Belə olan halda tərəflərin birgə yaşaması halına dair şahid ifadələri mötəbər sübut kimi qəbul edilə bilər. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bu nun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqoriyasına daxil edilməlidir.

36. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin yalnız xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina etməsini, həmin imtinanın xx.xx.2013-cü il tarixli qətnamənin icrasından imtina kimi qəbul edilməməsini, tərəflərin qətnamə əsasında verilmiş icra sənədinin icrasından imtina etmək prosedurası ilə tanış olmalarını və xx.xx.2013-cü il tarixli qətnamə icraya yönəldikdən sonra barışmışlarsa, o zaman xx.xx.2012-ci il tarixli qətnamənin icrasından imtina olunduğu kimi həmin qətnamənin də icrasından imtina prosedurun a riayət etməli olduqlarını qeyd etmişdir. Lakin iş materiallarına əlavə edilmiş yazışmalar, məhkəmədə ifadə vermiş şahid ifadələri və cavabdehin xx.xx.2013-cü il tarixli qətnamənin xx.xx.2013cü il tarixdə icraya yönəldilməsindən sonra 2022-ci ilin aprel ayınadək alimenti tələb etməməsi tərəflərin birgə təsərrüfat aparmalarına dair qənaət formalaşdıra bilir. Buna baxmayaraq, apellyasiya kollegiyası icra vərəqəsinin icrasından imtina proseduruna riayət edilməməsini əsas gətirərək, 9 il ərzində alimentin ödənilməməsi və tələb edilməməsinə dair işin hallarını ciddi şəkildə araşdırmamışdır.

37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, mübahisənin obyektiv və ədalətli həlli məqsədilə apellyasiya kollegiyası sübutlara və işin hallarına nəinki qiymət verməmiş, hətta tərəflərin bir gə yaşamadıqlarının öz təsdiqini tapması qənaətinə gəlirdisə, hansı səbəbdən xx.xx.2013-cü il tarixdən sonra keçən müddət ərzində cavabdehin məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini tələb etmədiyini araşdırmamış, icra işini tələb edib işin icra vəziyyəti, hazırki iddiaçı barəsində keçən müddətdə yaranmış borcunun ödətdirilməsi ilə bağlı hansı icra tədbirlərinin həyata keçirildiyini öyrənməmiş, yalnız formal mülahizə yürütməklə tərəflərin birgə yaşamadıqlarının öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir.

38. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələb lərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

39. İşə yenidən apellyasiya icraatı qaydasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2420/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər- Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Çünki, nə qədər ki, irəli sürülən tələb alimentin ödənilməsindən azad etmə ilə bağlıdır, bu məsələyə məhz icra icraatını müəyyən edən normalar daxilində qiymət verilməlidir. Bu kateqoriyadan olan məsələlərə mülki işin davamı kimi baxılması, irəli sürülmüş hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə yaranmış borcun silinməsi ilə bağlı irəli sürülmüş tələb üzrə icraatın növünü düzgün müəyyən etmədən, iddianı icraatına qəbul edərək işi mahiyyəti üzrə həll etmişdir.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni dəqiq müəyyən etməməklə məhdudlaşdırmamış, baş verməsi mümkün ola biləcək “digər hallar”ın da aliment borcunun üzr lü səbəbdən yaranma ehtimalını nəzərə almış və özündə ehtiva etmişdir. Beləliklə, hazırkı məsələ üzrə icra icraatı qaydasında araşdırma aparılarkən xx.xx.2013-cü il tarixdən sonra keçən müddət ərzində cavabdehin məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini hansı səbəbdən tələb etmədiyi, hazırki iddiaçı barəsində keçən müddətdə yaranmış borcunun ödənilməsi ilə bağlı hansı icra tədbirlərinin həyata keçirildiyi öyrənilməli, icra işinin icra vəziyyəti nəzərə alınmalıdır. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə ba ğlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və aliment üzrə borcun yaranıb-yaranmadığına toplanmış sübutlara uyğun şəkildə hüquqi qiymət verilməlidir.

42. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-106.5-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə, Konstitusiya Məhkəməsinin Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1, 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayət inin dəlilləri:

43. Qərardaddan iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəflərin birgə yaşaması halının üzrlü səbəb kimi nəzərə almaması anlaşılan deyildir. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və Ailə Məcəlləsinin 107.2-ci maddəsində müəyyən edilmiş digər üzrlü səbəblər kateqoriyasına daxil edilməlidir. Buna əsasəndə tələbə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə icraata xitam verərkən qərardadı əsaslandırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

45. Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.

46. Maddə 106.5. İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət ed ə bilər.

47. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

48. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun un 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarı.

49. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Konstitusiya Məhkəməsi Plenumunun “MPM-nin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarı.

50. Məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qayda lara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

51. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

52. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

53. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

54. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

55. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan M uxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəs ində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

61. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

62. Kassasiya instansiyası məhkəməsi işin faktik i hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən proses sual hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ondan tələb olunan 20.000 manat məbləğində aliment borcunun cavabdehin xeyrinə ödəməkdən azad edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, tələbini həmin qətnamənin qəbul olunmasından sonra xx. xx.2022-ci il tarixədək cavabdehlə eyni ünvanda yaşamaqla ümumi təsərrüfat apararaq birgə yaşamaları, belə olan halda həmin müddət üzrə ona yenidən aliment borcunun hesablana bilməməsi ilə əsaslandırmışdır.

66. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Çünki, nə qədər ki, irəli sürülən tələb alimentin ödənilməsindən azad etmə ilə bağlıdır, bu məsələyə məhz icra icraatını müəyyən edən normalar daxilində qiymət verilməlidir. Bu kateqoriyadan olan məsələlərə mülki işin davamı kimi baxılması, irəli sürülmüş hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmasını istisna edir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1110/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə yaranmış borcun silinməsi ilə bağlı irəli sürülmüş tələb üzrə icraatın növünü düzgün müəyyən etmədən, iddianı icraatına qəbul edərək işi mahiyyəti üzrə həll etmişdir.

67. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni dəqiq müəyyən etməməklə məhdudlaşdırmamış, baş verməsi mümkün ola biləcək “digər hallar”ın da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını nəzərə almış və özündə ehtiva etmişdir. Beləliklə, hazırkı məsələ üzrə icra icraatı qaydasında araşdırma aparılarkən xx.xx.2013-cü il tarixdən sonra keçən müddət ərzində cavabdehin məhkəmə qətnaməsi ilə iddiaçıdan onun xeyrinə tutulması qət edilmiş alimentin ödənilməsini hansı səbəbdən tə ləb etmədiyi, hazırki iddiaçı barəsində keçən müddətdə yaranmış borcunun ödənilməsi ilə bağlı hansı icra tədbirlərinin həyata keçirildiyi öyrənilməli, icra işinin icra vəziyyəti nəzərə alınmalıdır. Çünki, tərəflər yenidən barışıb birgə ailə şəklində yaşadıqları halda onları alimentlə bağlı icra işinin olması deyil, ailə münasibətlərinin davam etdirilməsi, ailə dəyərləri ilə bağlı hallar daha çox maraqlandırır ki, bu halda da tərəflərin icra şöbəsinə müraciət edib alimentlə bağlı icra işinə xitam verilməsini tələb etməməsi, bunun nəticəsində də icra işi icraatda qaldığı üçün aliment borcunun yaranması anlayışla qarşılanmalı hal hesab olunmalı və aliment üzrə borcun yaranıb-yaranmadığına toplanmış sübutlara uyğun şəkildə hüquqi qiymət verilməlidir.

68. Apellyasiya məhkəməsinin mövqeyindən ay dın olur ki, iddiaçı ondan alimentin tutulması barədə xx.xx.2013-cü il tarixli qətnamənin qəbul olunmasından sonra xx.xx.2022-ci il tarixədək olan müddətdə ailəsi ilə birlikdə yaşayaraq ümumi təsərrüfatı aparmaqla övladları və ailəsi üçün kifayət qədər xərc çəkdiyini bildirərək həmin dövrləri əhatə edən borcun silinməsi ilə bağlı icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etməli, sübutlarını ona təqdim etməli və qeyd edilən mübahisə məhz icra qaydasında öz həllini tapmalıdır. Əgər iddiaçı icra məmuru tərəfindən yenə də aliment üzrə həmin dövrü əhatə edən borcun müəyyən edilməsi ilə razılaşmazsa, bu zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət ərizəsi ilə müraciət etmək hüququ vardır.

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi və iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, bu qəbildən olan mübahisələrə mülki işin davamı kimi baxılmalıdır. Həmçinin Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.

70. İddia ərizəsindən görünür ki, aliment borcunun ödənilməsindən azad edilmə tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər dayanmır. Təl əb müəyyən olunan borc məbləğindən aliment öhdəliklərinin faktiki olaraq yerinə yetirilməsi ilə əlaqədar alimentin tutulması barədə xx.xx.2013-cü il tarixli qətnamənin qəbul olunmasından sonra xx.xx.2022-ci il tarixədək hesablanan məbləğin silinməli olması ilə əsaslandırılır. Bu barədə sübutlar təqdim edilməsinə baxmayaraq icra məmuru tərəfindən müəyyənləşdirilən aliment borcunun məbləği ilə razılaşmayan borclu icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir.

71. Odur ki, kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin işin icraatına xitam verilməsi barədə gəldiyi nəticənin düzgün olmaması barədə dəlilləri əsassızdır.

72. Mülki Prosess ual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

73. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olduğundan, həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2420/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar