Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2372/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və X6 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. X7 və X8 1954-cü ildə rəsmi nikaha girməklə ailə qurmuş, bu nikahdan 1955-ci il təvəllüdlü X9, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı1, xx.xx.1957-ci il təvəllüdlü X10 və xx.xx.1959-cu il təvəllüdlü Şamedova (Əliyeva) Gülüstan Arastun qızı dünyaya gəlmişdir;
3. X8 xx.xx.1961-ci il tarixdə, X7 isə xx.xx.1986-cı il tarixdə vəfat etmişdir;
4. X4 məxsus ünvan 1 ünvanında yerləşən 1033.0 kv.metr ərazini əhatə edən həyətyanı torpaq sahəsi və torpaq sahəsi üzərində 1970-ci il tarixdə inşa edilmiş ümumi tikinti sahəsi 113.9 kv.m təşkil edən 2 otaqdan ibarət 1 mərtəbəli fərdi yaşayış evi miras qalmışdır;
5. Qanun üzrə vərəsələrdən 1955-ci il təvəllüdlü X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir;
6. Qanuni qüvvəyə minmiş Şir van Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-265/2021 saylı qətnaməsi ilə miras qoyan X4 məxsus olmaqla ünvan 2 ünvanda yerləşən, 100 kv.m ümumi sahədən ibarət, 1970-ci ildə inşa olunmuş fərdi yaşayış evi, 919,1 kv.metr həyətdən, digər tikililər də daxil olmaqla, ümumilikdə 1033.0 kv. metr sahədən ibarət həyət evində İddiaçı1, X10 və mərhum X2 hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir;
7. Qətnamə icra olunmuş və mübahisəli mənzilə dair qeyd olunan şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla xx.xx.2022-ci il tarixli, **********1710301 nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı1 və X10 cavabdehlər Cavabdeh3, Cavabdeh 2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atalarından miras qalmış mülkiyyətlərində olan Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, ev 17C (yeni qaydalarla: AZ 1802, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri, evə köçürülmə ilə bağlı olunan maneələrin cavabdehlərə qadağan edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun və eləcə də, vəkil xidmətləri üçün banka ödənilən 120 manat məbləğində xərcin cavabdehlərdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddia tələbi işin yuxarıdakı faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli ev şəxsi mülkiyyət hüququ ilə atalarına məxsus olmuş və ona bu barədə xx.xx.1970-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi, X1 Bürosu tərəfindən evin texniki pasportu verilmişdir. Qanun üzrə vərəsələrdən 1955-ci il təvəllüdlü böyük qardaşları X9 xx.xx.2017-ci il tarixdə “ürəyin hipertenriv xəstəliyi”ndən Şirvan şəhərində vəfat etmişdir. Qardaşları vəfat edənədək qanun üzrə vərəsələr ata mülklərini faktiki qəbul edib yaşadıqlarından miras əmlak barədə aralarında hər hansı bir mübahisə olmamışdır. Qardaşları vəfat edəndən sonra, onun uşaqları 1984-cü il təvəllüdlü Cavabdeh2, 1985-ci il təvəllüdlü Cavabdeh3 və 1990-cı il təvəllüdlü Cavabdeh1 onlarla (vərəsələrlə) mübahisə etmişlər ki, bu miras əmlak atalarına məxsusdur və o, vəfat edəndən sonra bu əmlak onlara çatmalıdır. Bu səbəbdən, hüquqlarını müdafiə etmək məqsədilə “miras əmlaka qanun üzrə vərəsəlik paylarının müəyyən edilməsi və naturada bölünməsi” iddia tələb i ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(106)-265/2021 saylı qətnaməsi ilə mübahisəli mənzildə İddiaçı1, X10 və mərhum X2 hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. İddiaçı1 atadan miras qalmış fərdi yaşayış evinə olan hüquqlarını dövlət qeydiyyatına aldırmış və ona bu barədə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış verilmiş və çıxarışda həmin ünvan yenilənərək ünvan 4 şəhəri Mahir Mirzəyev küçəsi giriş 190) kimi qeyd edilmişdir. Bundan sonra İddiaçı1 və X10 mülkiyyətlərində olan mübahisəli evə köçüb yaşamaq istəmişlər, lakin evdə yaşayan mərhum qardaşları X2 oğlu Cavabdeh3 onları evə buraxmamış və onların mülkiyyətlərindən dinc şəkildə istifadə etm ələrinə maneə yaratmışdır. İddiaçılar mübahisə edib vəziyyəti gərginlik halına, cinayət həddinə çatdırmamış, cavabdehlərin, xüsusən həmin evdə ailəsi ilə birlikdə yaşayan Cavabdeh3 tərəfindən olunan psixi və fiziki maneələrinə son qoyulması üçün və mülkiyyətlərində olan evlərinə köçürülmələri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
10. Şirvan Şəhər Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(032)-829/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Mustafayev) iddia təmin edilmişdir.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar mübahisəli mənzilin paylı mülkiyyətçisidirlər, hər birinin evin 1/3 hissəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır. Lakin cavabdehlərin onları mübahisəli mənzilə buraxmaması nəticəsində mülkiyyətində olan mənzilə köçə bilmirlər, ca vabdehlər həmin evdə yaşamalarına mane olur, onların öz mülkiyyəti üzərində sahiblik və istifadə hüquqlarını pozurlar. İddiaçılar həmin pozuntuya son qoyulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
12. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçılar mübahisəli evi paylı mükiyyətçisidir. Mülki qanunvericiliyin müdəalarına uyğun olaraq onlar öz payına mütanasib qaydada əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir və qanunla bundan məhrum edilə bilməzlər.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 164, 165.1 və 215.1-ci, Azərbaycan Respublikasının Mülki rosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və cavabdehlərin nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər hal-hazırda Şirvan şəhəri M.Mirzəyev küçəsi ev 17-də qeydiyyatda olmaqla yaşayırlar. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(106)-265/2021 saylı icra sənədinə əsasən X5 məxsus olmaqla Şirvan şəhəri M.Mirzəyev küçəsi ev 17C (Yeni qaydalarla: AZ 1808, ünvan 5 ünvanında yerləşən 100 kv.m ümumi sahəsindən ibarət 1970-ci ildə inşa olunmuş fərdi yaşayış evi 919.1 kv.m həyətdən, digər tikililər də da xil olmaqla, ümumi 1033.0 kv.m sahədən ibarət həyət evində tələbkarlar İddiaçı1, X10 və mərhum X2 hər birinin 1/3 hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin icra vərəqinin icrası üzrə ƏMDX DƏDK və RPHŞ-nın 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən X3 adına ********** nömrəli qeydiyyat, **********17 – 10301 Daşınmaz əmlak reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixdə tam mülkiyyət üzrə çıxarış verilmişdir. Həmin çıxarış hansı qaydalara uyğun bölündüyü onlara məlum deyil və verilmiş çıxarışın faktiki tikiliyə münasibətdə düzgün olmadığı açıqaşkar görünür. Belə ki, xx.xx.2023-cü il tarixdə vərəsələr arasında qeydə alınmış çıxarışdan görünür ki, İddiaçı1 0,0648 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa, həmin 2 otaqlı fərdi yaşayış evi naturada, yəni 3 nəfər vərəsə arasında bölünməd iyi təqdirdə, iş üzrə iddiaçıların həmin mənzildən istifadə qaydaları oğlu və Cavabdeh2 DƏDRX 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Şirvan İnzibati Məhkəməsində 2-1(120)-3764/2023 saylı mülki iş kimi qeydiyyatdan keçmiş və bu barədə müvafiq sərəncam verilmişdir. Həmin işin məhkəmə iclası 18 oktyabr 2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir. Bu barədə sərəncam və ona əlavə edilmiş bildirişi ərizəyə əlavə edib, Şirvan Şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə rəsmi olaraq təqdim etsələr də, məhkəmə işin icraatını dayandırmamışdır. Həmin iddia tələbi təmin edildiyi təqdirdə, bu işin nəticəsinə təsir edəcəkdir. Digər tərəfdən, işdə olan sənədlərdən görünür ki, X3 adına Şirvan şəhəri M.Mirzəyev küçəsi ev 17C (Yeni qaydalarla: AZ 1802, ünvan 5 ünvanında 0,1033 ha torpaq sahəsində yerləşən, 43.30 kv.m sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş və həmin fərdi yaşayış evi 2 otaqdan ibarətdir. Həmin fərdi yaşayış evində babalarından sonra mərhum ataları yaşamış, atalarından sonra isə onlar yaşayırlar və orada bir çox yaxşılaşdırma işləri görmüşlər.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov – sədrlik edən və məruzəçi, Tale Kərimov və Cahid İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi üzərində iddiaçıların hər birinin payı müəy yən olunmuş, bu öz əksini qanunla müəyyən edilmiş qaydada verilən müvafiq çıxarışda tapmışdır. İddiaçılar hazırda mülkiyyət hüququ əsasında özlərinə məxsus fərdi yaşayış evinə daxil olmağa çalışsalar da, cavabdehlər tərəfindən törədilən maneçilik davam etməkdədir. İddiaçılar mübahisəli fərdi yaşayış evinin mülkiyyətçiləridirlər və bu hüququ realizə etmək, özlərinə məxsus fərdi yaşayış evinə köçürülmək üçün məhkəməyə müraciət etmişlər.
18. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndəsinin “icraatın dayandırılması” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, Şirvan İnzibati Məhkəməsində baxılan inzibati mübahisə barədə işin istənilən nəticəsi mülkiyyətçi olmaları mübahisələndirilməyən iddiaçıların tələblərinin təmin olunması üçün mane olmayacaqdır.
19. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nə ticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli, həmçinin “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarlarında əksini tapmış hüquqi mövqelərə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh3 (Vəkil 2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yenidən araşdırma aparılması üçün (icraatın dayandırılması üçün) Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
23. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh tərəf iddiaçıların da mülkiyyətçi olduqları daşınmaz əşyadan istifadə etmələrinə qanuni əsaslar olmadan maneçilik törədir. Belə olan halda, həmin maneçiliyə son qoyulması barədə iddiaçıların irəli sürdükləri tələb mülkiyyətin müdafiəsi çərçivəsində əsaslıdır.
35. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 25).
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquq i həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(106)-1784/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.