Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2374/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 BOKT ASC-yə, Cavabdeh1 qarşı, Cavabdeh2 BOKT ASC-nin İddiaçı, Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3299/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2017/00433-01 №-li kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 24 faiz hesablanmaq şərtilə 15000 ABŞ dolları, xx.xx.2017-ci il tarixli, 2017/00468-01 saylı kredit müqaviləsinə əsasən isə, 48 ay müddətinə illik 24 faiz hesablanmaq şərtilə 7000 ABŞ dolları kredit verilmişdir. Kredit müqavilələrinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzili eyni tarixli ipoteka müqavilələri ilə BOKT qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı, xx.xx.2017-ci il tarixli və xx.x x.2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrlə Cavabdeh1la birgə nikah dövründə əldə etdikləri həmin mənzilin hər iki müqavilə üzrə ipoteka qoyulmasına etiraz etmədiyini bildirmişdir. BOKT kredit müqavilələri üzrə öhdəliyini icra edərək, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdeh1 vermiş və tərəflər arasında ödəniş qrafikləri razılaşdırılmışdır. Buna baxmayaraq, Cavabdeh1, öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı, Cavabdeh2 BOKT ASC-yə 22000 ABŞ dolları ödəməklə Cavabdeh1la bağlanmış 2017/00433-01 saylı, 12.05. 2017-ci il tarixli və 2017/00468-01 saylı, xx.xx.2017-ci il tarixli kredit müqavilələrinin xx.xx.2018-ci il tarixindən ləğv edilməsi və Cavabdeh2 BO KT ASC ilə Cavabdeh1 arasında bağlanmış 2017/00433-01İP saylı, xx.xx.2017-ci il tarixli və 2017/00468-01İP saylı, xx.xx.2017-ci il tarixli ipoteka müqavilələrinin ləğv edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 9, 50 saylı mənzilin girovdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Bank olmayan Kredit Təşkilatı ASC ilə keçmiş əri Cavabdeh1 arasında bağlanılmış 2017/00433-01 saylı xx xxx 2017-ci il tarixli Kredit Müqaviləsi üzrə 15000 ABŞ dolları məbləğində və 2017/00468-01 saylı xx xxxx 2017-ci il tarixli Kredit Müqaviləsi üzrə 7000 ABŞ dolları məbləğində 48 ay müddətinə, illik 24 faiz olmaqla cəmi 22000 (ABŞ dolları məbləğində kredit verilmişdir. “Cavabdeh2’' Bank Olmayan Kredit Tə şkilatı ASC-nin nümayəndələrinin ona verdikləri məlumata görə yuxarıda qeyd olunan kredit müqavilələrindən irəli gələn öhdəlikləri keçmiş əri Cavabdeh1 bir neçə ay icra etsə də, hal-hazırda sözügedən müqavilələr üzrə öhdəliyini vaxtında və layiqincə icra etmir. Belə ki, Cavabdeh1 2017/00433-01 saylı xx xxx 2017-ci il tarixli və 2017/00468-01 saylı, xx xxxx 2017-ci il tarixli kredit müqavilələrinə əsasən bankdan kredit məbləğini aldığı vaxtı Bakı şəhəri, Badamdar qəs., Ə.Nəzərov küç, ev 9, 50 sayl mənzillər İpoteka olunmuşdur. Qeyd etmək istəyir ki, keçmiş ərinin müxtəlif adamlara çoxlu borcunun olduğunu bildirərək, etibarından sui-istifadə edərək onu aldadıb bankdan götürəcəyi pulu manatla götürəcəyini və vaxtı vaxtında ödüyəcəyini bildirərək ümumi mülkiyyətlərində olan və azyaşlı uşaqları yla yaşadıqları mənzilin ipoteka olunmasına razılığını almışdır. Dəfələrlə keçmiş ərinə kredit borcunu ödəməsini bildirsə də, o, kredit borcunu ödəməkdən boyun qaçırır. Həmçinin qeyd etmək istəyir ki, ipoteka predmeti olan mənzil birgə nigah dövründə əldə olunan əmlak olduğu üçün onun da həmin əmlakə dair ½ pay hüququ vardır. Bu baxımdan hesab edir ki, 2017/00433-01 saylı, xx xxx 2017-ci il tarixli və 2017/00468-01 saylı, xx xxxx 2017-ci il tarixli Kredit Müqavilələri üzrə keçmiş əri Cavabdeh1 götürdüyü öhdəliyi vaxtında və layiqincə icra etmədiyi üçün onun da ipoteka olunmuş əmlaka pay hüququ və ipoteka müqaviləsinin bağlanılmasında razılığı tələb olunduğu üçün yuxarıda qeyd olunan kredit müqavilələrinin ləğvi üçün təklif vermək hüququ vardır. Yuxarıda qeyd edilən səbəblərdən 2017/00433 -01 saylı xx xxx 2017-ci il tarixli və 2017/00468-01 saylı xx xxxx 2017-ci il tarixli Kredit Müqavilələrinə xitam verilməsi barədə xx xxx 2018-ci il tarixli təkliflə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh bugünə kimi müqavilənin ləğvi ilə bağlı təklifinə münasibət bildirməmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, bir necə ay bundan öncə şifai olaraq dəfələrlə cavabdehin nümayəndələrinə Kredit müqavilələri üzrə olan əsas borc 22 000 ABŞ dollarını ödəməklə müqavilənin ləğv olunmasını xahiş elmişdir. Lakin bu xahişi də ‘‘Cavabdeh2” Bank Olmayan Kredit ləşkilatı ASC-nin nümayyəndələri tərəfindən nəzərə alınmadı. Beləliklə, hesab edir ki, cavabdeh təşkilatla kredit müqaviləsini keçmiş əri Cavabdeh1 arasında bağlanılmasına baxmayaraq, Azərbaycan Respublikasının MM-nin müvafiq maddələrinə əsaslanaraq o da kredit müqaviləsinə əsasən girov qoyulmuş əmlakın ümumi mülkiyyət sahibi kimi kredit müqaviləsini mübahisələndirərək ləğv olunmasını və ipoteka olunmuş ümumi əmlakı olan mənzillərini girovdan çıxarılmasını tələb etmək hüququ vardır. Məhkəmə gedişatında İddiaçı AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh2 BOKT ASC-yə 22.000 ABŞ dolları ödəməklə cavabdehlə bağlanmış 2017/00433-01 saylı, xx xxx 2017-ci il tarixli və 2017/00468-01 saylı, xx xxxx 2017-ci il tarixli Kredit müqavilələrini xx.xx.2018-ci il tarixindən ləğv edilməsi; cavabdehlə Cavabdeh1 arasında bağlanmış 2017/00433-01İP saylı, xx xxx 2017-ci il tarixli və 2017/00468-01İP saylı, xx xxxx 2017-ci il tarixli İpoteka müqavilələrini ləğv edərək, Bakı şəhəri, Səbail ra yonu, Badamdar qəs., Əziz Nəzərov küç., ev 9, 50 saylı mənzilin girovdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh2 BOKT ASC, qarşılıqlı iddia verərək, ilkin iddianın rədd edilməsi, tərəflər arasında bağlanmış 12.05.017-ci il tarixli, 2017/00433-01 saylı və xx.xx.2017-ci il tarixli, 2017/00468-01 saylı kredit müqavilələrinə xitam verilməsi; Cavabdeh1 onun xeyrinə xx.xx.2018-ci il tarixə yaranmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu üzrə 14478,20 ABŞ dolları qalıq, ona hesablanmış 3291,17 ABŞ dolları faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4800 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 22569,37 ABŞ dolları borcun, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu üzrə 7000 ABŞ dolları qalıq, ona hesablanmış 1639,16 ABŞ dolla rı faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2268 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 10907,16 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutulması; tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 33476,53 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın Cavabdeh2 BOKT ASC-yə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra Cavabdeh1 və İddiaçı ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi on unla əsaslandırılmışdır ki, Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2017-ci il tarixli, 2017/00433-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 15 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzilini ipoteka predmeti kimi Cavabdeh2 BOKT ASC təqdim etmiş və bu barədə xx xxx 2017-ci il tarixli, 2017/00433-01 İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2017-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Bundan başqa, iddiaçı Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, 2017/0046-801 saylı Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 24% hesablanmaq şərli ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzilini ipoteka predmeti kimi Cavabdeh2 BOKT ASC təqdim etmiş və bu barədə xx xxxx 2017-ci il tarixli, 2017/00468-01 İP №-li X2 bağlanmışdır. Qeyd olunan X2 xx.xx.2017-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Qeyd olunan ipoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və həmin vaxt ipoteka predmeti olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzilində qeydiyyatda olan şə xs İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, gələcəkdə ödəniş əmlaka yönəldiyi halda əmlakı qeyd- şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqavilələrinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq, BOKT tərəfindən Cavabdeh1 dəfələrlə müraciət edərək, əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən BOKT tərəfindən Cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət olunması barə də bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilələr ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, xx xxxx 2018-ci il tarixinə xx xxx 2017-ci il tarixli, 2017/00433-01 saylı Kredit Müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14478,20 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3291,17 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdlrilməsinə görə hesablanmış 4800 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 22569,37 ABŞ dolları məbləğində borc, xx xxxx 2017-ci il tarixli, 2017/00468-01 №-li Kredit Müqaviləsi üzrə kreditin əsas borcu üzrə 7000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1639,16 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikilrilməsinə gör ə hesablanmış 2268 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 10907,16 ABŞ dolları məbləğində borc yaranmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiası tam əsassızdır. Belə ki, Rəhilə Qənbərova iddia ərizəsində mübahisələndirdiyi Kredit Müqavilələrinin təminatı olaraq ipoteka müqavilələri bağlanarkən o, notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, ipoteka predmeti olan Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzilinə gələcəkdə ödəniş yönəldiyi halda həmin mənzili qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh kredit bor cu və ona hesablanmış faizləri qaytarmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, Kredit Müqavilələrindən irəli gələn öhdəliyin vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh1 xx.xx.2018-ci il tarixə yaranmış xx xxx 2017-ci il tarixli, 2017/00433-01 №-li Kredit Müqaviləsi üzrə kreditin əsas borcu üzrə 14478,20 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 3291,17ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4800 (dörd min səkkiz yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 22569,37 ABŞ dolları məbləğində borcun, xx xxxx 2017-ci il tarixli, 2017/00468-01 saylı Kredit Müqaviləsi üzrə kreditin əsas borcu üzrə 7000 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1639,16 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 22 68 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 10907,16 ABŞ dolları məbləğində borcun və həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri Cavabdeh2 BOKT ASCnin xeyrinə tutulmalı, tələb ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti açıq hərrac vasitəsi ilə satılaraq, satışdan əldə edilmiş vəsait hesabına borc bağlanmalı, İpoteka predmeti satıldıqdan sonra Cavabdeh1 və ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə həmin əmlakdan çıxarılmalıdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışlarına əsasən, Cavabdeh1 borcu, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 14.478,20 ABŞ dolları əsas, 3291,17 ABŞ dolları faiz borcu, 4800 ABŞ dolları dəbbə pulu olm aqla, cəmi 22.569,37 ABŞ dolları; xx.xx.2017-ci il tarixli müqavilə üzrə isə 7000ABŞ dolları əsas, 1639,16 ABŞ dolları faiz borcu, 2268 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 10907,16 ABŞ dolları təşkil edir. BOKT borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında Cavabdeh1 xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişləri daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İşə üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 14437 saylı, xx.xx.2019-cu il tarixli rəyinə əsasən, xx.xx.2018-ci il tarixə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 14538,07 ABŞ dolları; faiz borcu üzrə 3178,99 ABŞ dolları; xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə isə əsas borc üzrə 7000 ABŞ dollar ı, faiz borcu üzrə 1638 ABŞ dolları təşkil edir. Məhkəməəmtəəşünaslıq ekspertizası üzrə isə X4 Consulting Company MMC tərəfindən verilmişxx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 9 saylı evin, 50 saylı mənzilin hazırkı bazar qiyməti 95000 manat müəyyən olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi rədd edilmiş, qarşılıqlı iddianın isə qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2017/00433-01 saylı və xx.xx.2017-ci il tarixli, 2017/00468-01 saylı kredit müqavilələrinə xitam verilməsi, Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 2017/00433-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas bo rcu üzrə 14478,20 ABŞ dolları, faiz borcu üzrə 3178,99 ABŞ dolları, 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 17857,19 ABŞ dolları; xx.xx.2017-ci il tarixli, 2017/00468-01 №-li kredit müqaviləsi üzrə kreditin əsas borcu üzrə 7000 ABŞ dolları qalıq, ona hesablanmış 1638 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 8738 ABŞ dollarının, ümumilikdə 26.595,19 ABŞ dollarının (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq) tutularaq, Cavabdeh2 BOKT ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzilinə (ilkin satış qiyməti 95.000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməsi və açıq hərracdan satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, əldə olunan vəsait hesabına Cavabdeh2 BOKT ASC-yə olan borcun ödənilməsi, əmlakın satışından artıq qalan vəsaitin ipoteka qoyana qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472, 739-cu maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən verilmiş ərizələrdən görünür ki, İddiaçı hər iki ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 9 saylı evin 50 saylı mənzilinin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi, BOKT kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı, apellyasiya şikayəti verər ək, qətnamənin ləğv, ilkin iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 (keçmiş əri) müxtəlif adamlara çoxlu borcunun olduğunu bildirərək, etibarından sui-istifadə edərək, onu aldadıb. Bankdan manatla pul götürəcəyini və vaxtı-vaxtında ödəyəcəyini bildirərək, ümumi mülkiyyətdə olan və azyaşlı uşaqları ilə yaşadıqları mənzilin ipoteka olunmasına onun razılığını almışdır. Dəfələrlə keçmiş ərinə kredit borcunu ödəməsini bildirsə də, o, bundan boyun qaçırır. Həmçinin, ipoteka predmeti olan mənzil birgə nikah dövründə əldə olunduğu üçün, onun həmin əmlaka ikidə bir pay hüququ var. Belə olan halda, sözügedən kredit müqavilələri Cavabdeh1 götürdüyü öhdəliyi vaxtında və layiqincə icra etmədiyi, İddiaçı ipoteka qo yulmuş əmlaka pay hüququ və ipoteka müqaviləsinin bağlanmasında razılığı tələb olunduğu üçün onun qeyd olunan kredit müqavilələrinin ləğvi üçün təklif etmək hüququ vardır. Buna görə də, hesab edir ki, müqavilələr xx.xx.2018-ci il tarixdən ləğv edilmiş hesab olunaraq, həmin tarixdən də heç bir faiz hesablanmamalı, kredit və ipoteka müqavilələri ləğv edilərək, mənzil girovdan çıxarılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasi ya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, İddiaçı sözügedən kredit və ipoteka müqavilələrinin ləğv edilməsi tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxsl ərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki qanunvericiliyin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını tənzilmləyən yuxarıda qeyd olunan normalarının (Mülki Məcəllə, maddə 421.1.-421.2.) məzmunundan göründüyü kimi, qanunverici yalnız tərəflərdən birinin tələbi əsasında müqavilənin məhkəmə qaydasında ləğvini mümkün hesab etmişdir. İddiaçı isə, Cavabdeh2 BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarxixli və xx.xx.2017-ci il tarixli kredit və ipoteka müqavilələrinin tərəfi olmadığına görə onun həmin müqavilələrin ləğv edilməsinə dair iddia vermək üçün subyektiv hüququ olmamışdır. Buna görə də, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kassasiya şikayətinin və o na etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götü rür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3299/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.