Məhkəmə qərarları › İş №2(102)-238/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-238/2020

16.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-238/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X4, vəkili X1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən X5nın kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(060)9724/2018, hakim V.Y.Ruvinov) X5nın X14 qarşı iddiası təmin edilmiş, xx xxxxxx 2010-cu il təvəllüdlü X9 yet kinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3207/2019, hakimlər T.O.Quliyev, G.F.Tağızadə, E.G.Rəhimov) X7 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Tərəflər 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından xx xxxxxx 2010-cu il təvəllüdlü Saleh adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal Ray on Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah ləğv edilmişdir. X15 uşağın X2 alınaraq ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə X7 apellyasiya şikayəti təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, iddia təmin edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X9 anası X2 alınaraq atası X10 verilməsi və uşağın yaşamaq üçün sonuncunun yanında qalması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmaqla, qətnamə qanuni qüvvəyə minmişdir. xx xxxxxxx 2018 -ci il tarixdə X5 aliment tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassas iya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsi ilə valideynlərin uşaqlarını saxlamaq vəzifəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, valideynlər uşaqla rını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin maddənin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün valideyndən məhkəmə qaydasında aliment tutulması valideynin uşağını saxlamaq vəzifəsini icra etmədiyi halda uşağı saxlayan digər valideynin tələbi əsasında həyata keçirilir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları xx xxxx 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hazırki iş üzrə cavabdehə verilmiş və iddiaçı xx xxxxxxx 2018-ci il tarixdə alment tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu halda, hazırkı iş üzrə cavabdehdən iddiaçının xeyrinə aliment tutulması üçün hüquqi əsas yoxdur. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar