Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2380/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar “xxxx” MMC, İddiaçı2 və İddiaçı3 qızının cavabdeh “xxxx” ASC-nə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi, ədalətli araşdırma hüququnun pozulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3490/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətn aməsindən iddiaçılar “xxxx” MMC, İddiaçı2 və İddiaçı3 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Qaradağ rayon Məhkəməsinin 2(002)-192/2011 saylı 12.10.2012-ci il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsindən görünür ki, X1 150.000 (yüz əlli min) manat məbləğində kredit borcu, 7554,13 (yeddi min beş yüz əlli dörd manat on üç qəpik) manat faiz üzrə borcu, 7500 (yedi min beş yüz) manat hesablanmış cərimə məbləği, o cümlədən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 165.074,13 (yüz altmış beş min yetmiş dörd manat on üç qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nə ödənilməsi, "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş, İdd iaçı3 məxsus X prospekti istifadədə olan 0,0204 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 1 mərtəbəli, 70,9 kv.m. ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2 nömrəli mənzilin və İddiaçı2 məxsus Xərazisində istifadədə olan 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Aşıq hərracın yekunlarına dair 26/01 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqısatqısı haqqında 09.06.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı2 məxsus olan Xərazisində 0,12071 ha torpaq sahəsində 1065,3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi xxxx” MMC tərəfindən hərraca çı xarılmış və hərracın yekunlarına görə 204000 manata “xxxx” ASC-nə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 19.07.2018-ci ildə iddiaçılar “xxxx” MMC, İddiaçı2 və İddiaçı3 qızı cavabdeh “xxxx” ASC-nə qarşı “qarşı ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanda İddiaçı3 qızına məxsus 2-ci mənzilə və İddiaçı2 məxsus Xdə mal-qara kəsilməsi və ət məhsulları istehsalı sahəsinə ipotekaya xitam verilməsi və göstərilən əmlakların geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC 15 may 2008-ci il tarixdə "xxxx" MMC ilə 039 F saylı kredit müqaviləsi bağlayaraq, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına ətlik-südlük istiqamətli heyvandarlıq təsərrüfatının yaradılması yolu ilə ət və süd məhsullarının istehsalı" yönümlü investisiya layihəsinə əsasən "xxxx" MMC-yə 5 (beş) il müddətinə, illik 7% hesablanmaq şərti ilə 150.000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. Adı çəkilən müqavilənin təminatı kimi 15 may 2008-ci il və 17 iyun 2008-ci il tarixli ipoteka müqavilələrinə əsasən İddiaçı3 qızına məxsus X pr-ti 0,0204 ha torpaq sahəsində yerləşən, 11 saylı ünvanda, 1 mərtəbəli 70,9 kv.m ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2-ci mənzil ipoteka ilə yüklü edilmişdir. Digər 17 iyun 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus Xərazisində 0,12 071 ha torpaq sahəsində 1065,3 kv.m ümumi, sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Kreditin qaytarılmasında problem yarandığına görə "xxxx" ASC Qaradağ rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X2, İddiaçı3 və İddiaçı2 qarşı "kredit və ipoteka müqavilələrinin ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, X1 150.000 (yüz əlli min) manat məbləğində kredit borcu 7554,13 (yeddi min beş yüz əlli dörd manat on üç qəpik) manat faiz üzrə borcu 7500 (yedi min beş yüz) manat hesablanmış cərimə məbləği, o cümlədən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 165.074,13 (yüz altmış beş min yetmiş dörd manat on üç qəpik) manat məbləğində pul un tutularaq "xxxx" ASC-nə ödənilməsi, "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş, İddiaçı3 məxsus X prospekti istifadədə olan 0,0204 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 1 mərtəbəli, 70,9 kv.m. ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2 nömrəli mənzil, İddiaçı2 məxsus Xərazisində istifadədə olan 0,12071 ha. Torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Göstərilən qətnamənin icra olunması üçün Qaradağ rayon və Sumqayıt şəhər icra şöbələrinin müvafiq qaydada 17/65 - 4400/3 saylı, 20.09.2012-ci il və 17/63-271 saylı 13.09.2012-ci il tarixli sifarişləri ilə kreditin qaytarılması üçün yüklü edilmiş Xı evin İddiaçı3 qızına məxsus 2 nömrəli mənzili 80.000 manat və Xdə yerləşən İddiaçı2 məxsus qeyriyaşayış sahəsini 320.000 manat qiymətləndirilmişdir. Məhkəmənin adıçəkilən qətnaməsinin İddiaçı3 qızına məxsus X mənzilinin hərracda satılması üçün icra məmurunun sifarişi ilə kredit borcunun ödənilməsi üçün hərraca çıxarılmışdır. Hər iki halda alıcı olmadığına görə hərrac baş tutmamışdır. Xdə mal-qara kəsilməsi və ət məhsulları istehsalı sahəsi Sumqayıt şəhər icra şöbəsinin İcra məmurunun sifarişi ilə "xxxx" MMC hərrac təşkilatı iki dəfə hərraca çıxarmışdır. Alıcı olmadığına görə hərrac baş tutmamışdır. "İpoteka haqında" AR Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipo teka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericiliyin həmin normasına əsasən ipoteka predmeti olan X evin İddiaçı3 qızına məxsus 2-ci mənzilinə ipotekaya xitam verilməlidir və ipoteka predmeti mülkiyətçiliyə qaytarılmaqla ipoteka müqaviləsi ləğv olunmalıdır. Xdə İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi, mal-qara kəsilməsi və ət məhsulların istehsalı sahəsinin hərraca çıxarılmasında isə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun normalarına əməl olunmamışdır. Cavabdeh “xxxx” ASC iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Bundan sonra İddiaçı2 qətnaməni icra etməmək məqsədilə bir birinin ardınca özünün və yaxud rəhbəri olduğu MMC-nin adından 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində, 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində, Sumqayıt İnzibati-İqtisadi məhkəməsində, Qaradağ rayon Məhkəməsində eyni tərəflərə qarşı eyni əsaslarla iddialar qaldıraraq qətnamənin icrasına maneələr yaratmışdır. Lakin İddiaçı2 krediti qaytara bilmədiyinə görə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-192/2011 saylı 12 oktyabr 2011-ci il tarixli qətnaməsi icra edilmiş və iddiaçının əmlakı ipoteka saxlayan “xxxx” ASC tərəfindən 09.06.2015-ci il tarixdə hərracdan əldə edilmişdir. Həmin əmlaklar açıq hərracdan satıldıqdan sonra ipoteka qoyan İddiaçı2 tərəfindən Xərazisində istifadədə olan 0,12071 torpaq sahəsində yerləşən 1065,3 kv. m əmlak komplek sini bir ay ərzində boşaldılması hissəsi icra edilərək onun iştirakı ilə 18 noyabr 2015ci il tarixdə akt tərtib olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 21 oktyabr 2019cu il tarixli 2(005)-3805/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(102)-4114/2018 saylı qərarında hərrac protokolunun və eyni tarixli alqı-satqı müqavilərinin ləğv edilməsi tələbi üzrə tərəflər arasında Ali Məhkəmədə mübahisəyə baxılmış və yekun qiymət verilmişdir. Məhkəmə hesab etmişdir ki, “xxxx” MMC, İddiaçı2 və İddiaçı3 qızının cavabdeh “xxxx” ASCnə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti nin geri qaytarılması tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası “İpotea haqqında” Qanunun 43.8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual 77.1,82.3, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Anar Tanrıverdiyev) 2(103)-3490/2020 nömrəli iş üzrə 17 iyun 2020ci il tarixli qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instans iyası məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası “İpotea haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən, ipotekaya o vaxt xitam verilə bilər ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(102)-4114/2018 saylı qərarında hərrac protokolunun və eyni tarixli alqı-satqı müqavilələrinin ləğv edilməsi ilə tərəflər arasında Ali Məhkəmədə mübahisəyə baxılmış və yekun qiymət verilmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini "İpoteka haqqında”.Azərbaycan Respublikası Qanununun 43.8, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçılar x xxx” MMC, İddiaçı2 və İddiaçı3 qızı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3805/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, yeni apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ rayon və Sumqayıt şəhər icra şöbələrinin müvafiq qaydada 17/65 - 4400/3 saylı, 20.09.2012-ci il və 17/63-271 saylı 13.09.2012ci il tarixli sifarişləri ilə kreditin qaytarılması üçün yüklü edilmiş Xı evin İddiaçı3 qızına məxsus 2 nömrəli mənzili 80.000 manat və Xdə yerləşən İddiaçı2 məxsus qeyri-yaşayış sahəsini 320.000 manat qiymətləndirilmişdir. Məhkəmənin adıçəkilən qətnaməsinin İddiaçı3 qızına məxsus X evin, 2-ci mənzilinin hərracda satılması üçün icra məmurunun sifarişi ilə kredit borcunun ödənilməsi üçün hərraca çıxarılmışdır. Hər iki halda alıcı olmadığına görə hərrac baş tutmamışdır. Xdə mal-qara kəsilməsi və ət məhsulları istehsalı sahəsi Sumqayıt şəhər icra şöbəsinin İcra məmurunun sifarişi ilə "xxxx" MMC hərrac təşkilatı iki dəfə hərraca çıxarmışdır. Alıcı olmadığına görə hərrac baş tutmamışdır. Məhkəmə iddia tələbini rədd edərkən belə nəticəyə gəlmişdir ki, hərracin yekunları üzrə alqı-satqısı barədə 09.06.2015-ci il tarixli müqaviləyə əsasən Xərazisində 0,12071 torpaq sahəsində yerləşən 1065,3 kv. m ümumi sahədən ibarət əmlak kompleksi "xxxx "ASC-ə 204.000 manata satılmışdır. "İpoteka haqında" AR Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış ela n edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hər iki ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak iki dəfə hərraca çıxarılmış, lakin alıcı olmadığına görə hərrac baş tutmamışdır. Qanunvericiliyin həmin normasına əsasən ipoteka predmeti olan Xevin İddiaçı3 qızına məxsus 2-ci mənzilinə ipotekaya xitam verilməlidir və ipoteka predmeti mülkiyyətçiliyə qaytarılmaqla ipoteka müqaviləsi ləğv olunmalıdır. Xdə İddiaçı2 məxsus qeyri- yayış sahəsi, mal-qara kəsilməsi və ət məhsullarının istehsalı sahəsinin hərraca çıxarırılmasında "İpoteka haqqında" AR Qanununun normalarına əməl olunmamışdır. Sonuncu hərracdan 228 gün sonra əmlakı ipotekasaxlayan özünə götürmüşdür. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(102)-4114/2018 saylı qərarı isə Xərazisində 0,12071 torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi sahədən ibarət əmlak kompleksinin mülkiyyətçisi İddiaçı2 xxxx” MMC-yə qarşı hərrac protokolu və eyni tarixli alqı-satqı müqaviləsinin ləğvi barədə iddiası üzrə olmuşdur. Hazırda isə hər iki ipoteka üzrə ipotekaya xitam verilməsi barədə iddia verilmişdir. Cavabdehdən kassasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxıl masını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən: Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.6 Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunu r və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alə bilər. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası iddiaçılar “xxxx” MMC və İddiaçı2 iddiasının təmin edilməməsi və ipoteka predmeti olan Xərazisində 0,12071 torpaq sahəsində yerlə şən 1065,3 kv. m ümumi sahədən ibarət əmlak kompleksinə dair ipotekaya xitam verilməsi barədə iddianın rədd edilməsi hissəsində düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq pozuntularına yol verməmişdir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, ipoteka predmeti olan Xərazisində 0,12071 torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi sahədən ibarət əmlak kompleksinə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutma yönəldilmiş, əmlak hərraca çıxarılmış və hərracda alıcı olmadığından 09.06.2015-ci il tarixli hərracın yekunlarına dair alqı-satqı müqaviləsi əsasında həmin əmlak 204.000 manata bank tərəfindən əldə edilmişdir. Bu hərracın keçirilməsi və əmlakı ipotekaqoyan tərəfindən əldə edilməsi zamanı “İpoteka haqqında” Qanunun tələblərinin p ozulması ilə bağlı İddiaçı2 eyni dəlilləri onun cavabdeh xxxx” MMC-yə və “xxxx” MMC-yə qarşı, 3-cü şəxslər “xxxx”ASC və qeyrilərinə qarşı qiymətləndirmə rəyinin, hərrac protokolunun və hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə tələblərinə dair mülki iş üzrə ətraflı araşdırılmış və həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin Mülki Prossesual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəx slər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Buna görə də, ipoteka predmeti olan Xərazisində 0,12071 torpaq sahəsində yerləşən 1065,3 kv. m ümumi sahədən ibarət əmlak kompleksinə tutma yönəldiyindən və o, ipotekaqoyan tərəfindən əldə edildiyindən, İddiaçı2 həmin əmlakın ipotekasına xitam verilməsi barədə tələbi əsassızdır. Digər iddiaçı “xxxx” MMC isə nə mübahisəli əmlakların mülkiyyətçisi, nə də kredit müqaviləsi üzrə tərəf deyil. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə kredit borcu “xxxx” MMC-dən deyil, X1 tutulmuşdur. Lakin məhkəmə kollegiyası İddiaçı3 qız ının ona məxsus ipoteka predmeti olan Xevin məxsus 2-ci mənzilinə dair ipotekaya xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində ipoteka predmeti olan Xevin məxsus 2-ci mənzilinə tutmanın yönəldilməsi, bu əmlakla bağlı hərracın keçirilib-keçirilmədiyi, onun nəticələri barədə heç bir araşdırma aparılmamış, iddianın rədd edilməsi bu hissədə ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın bu hissəsi üzrə işin faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, apellyasiya şikayətinin dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparm adan gəldiyi nəticəsi ilə İddiaçı3 qızının ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur. Halbuki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası nın 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarını n 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğ u üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 17-ci bəndinin tövsiyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblə rini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi İddiaçı3 iddiasının təmin edilməməsi hissəsində qeyd edilən tələblərə cavab vermir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə İddiaçı3 qızının ona məxsus Xevin məxsus 2-ci mənzilinə dair ipotekaya xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdd iaçılar “xxxx” MMC, İddiaçı2 və İddiaçı3 qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7243/2014 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi İddiaçı3 qızının ona məxsus Xevin məxsus 2-ci mənzilinə dair ipotekaya xitam verilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.