Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2381/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev, iş № 2(075)-xxxx/19) iddiaçı cavabdeh qarşı “fərdi yaşayış evindən əşyaların çıxarılması tələbinə dair ilk iddi ası rədd edilmiş, X1, X2 qarşı “müqavilənin etibarsızlığı, çıxarışın ləğvi və əmlakda pay hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək X3 ilə X4 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 4Ə-381 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X2 qızının adına verilmiş xx xxx 2019-cu il tarixli, 3019004312 qeydiyyat, 404013072978-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və həmin daşınmaz əmlaka X2 ½ pay hüququnun müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayət vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov-sədrlik edən və məruzəçi, M.Əsədli və A.Mahmudov, iş № 2 (107)- xxx/19) apelyasiya şikayəti təmin edilməyərək Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X2 qarşı “fərdi yaşayış evindən əşyaların çıxarılması tələbinə dairiddiа ərizəsi ilə məhkəməyə müraciət edərək X2 məxsus olan 1 ədəd stol, 6 ədəd stul, 2 ədəd çarpayı, 6 ədəd yorğan, 2 ədəd döşək, 2 ədəd yastıq, 1 ədəd ayaqaltı (daroşka), qapı və pəncərə pərdəsi, 1 ədəd servis, 6 ədəd boşqab, 3 ədəd bağlı karobkada qaşıq, 6 ədəd çəngəl, 1 ədəd süzgəc, 1 ədəd şirli tava, 1 ədəd qazan, 1 ədəd qazança, 2 ədəd tavanın onun Şəki rayonu Oxud kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi iləməhkəməyə müraciət edərək X3 ilə X4 qızının arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 4Ə-381 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X4 adına verilmiş 404013072978-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı və 3-cü şəxs X4 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatları dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apelyasiy a instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında işdə iştirak edən şəxslərdən yalnız iddiaçı mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən e tmişdir ki, X2 və X4 xx xxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan onların xx xxx 2007-ci il tarixdə X5 və xx xxx 2013-cü il tarixdə X6 adlı uşaqları olmuşdur. Tərəflərin birgə nikahı dövründə, yəni xx xxx 2007-ci il tarixdə X4 öz adına Oxud kənd bələdiyyəsindən 0.10 ha həyətyanı torpaq sahəsi almış, həmin torpaqda ev tikdirmişdir. Sonradan tərəflərin münasibətləri pozulduğundan tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. X2 mübahisəli evdə X5 ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardığı sübut olunduğundan Şəki Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(075)- xxx/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə X2 övladları xx xxx 2007-ci il təvəllüdlü X6 və xx xxx 2013-cü il təvəllüdlü X5 ilə birlikdə X4 oğlunun adına olan və Şəki rayonu Ox ud kəndinin aşağı hissəsində Qoxmuq kəndi ilə həmsərhəd olan Qarabulaq adlanan ərazidə inşa etdirilən yaşayış evinə köçürülmələri qərara alınmışdır. X4 həmin əmlakı bacısı X1 bağışlamış və sonuncu mübahisə predmeti olan evin onun mülkiyyətində olmasını əsas gətirərək hazırda mülkiyyətində olan Şəki rayonu Oxud kəndində yerləşən evindən cavabdeh X2 əmlaklarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddiaçı isə birgə nikah dövründə aldığı üçün yarı mülkiyyətçisi olduğu torpağın razılığı olmadan X1 bağışlandığını əsas gətirərək, X3 ilə X1 qızının arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 4Ə-381 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş 404013 072978-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və həmin daşınmaz əmlaka ½ hissə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin hallarını, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, X2 ilə X3 arasında bağlanmış nikah xx xxx 2006-cı il tarixdə bağlanılmışdır. Birgə nikahda olduqları zaman X4 öz adına Şəki rayonu Oxud kənd bələdiyyəsindən 0.10 ha həyətyanı torpaq sahəsi almış, həmin torpaqda ev tikdirmişdir. Beləliklə də, sözügedən daşınmaz əmlak ümumi birgə mülkiyyət hesab olunduğundan onun üzərində ər və arvadın bərabər şəkildə sahiblik, istifadə və sərəncam hüquqları yaranmışdır. Sözügedən daşınmaz əmlak X5 ilə X1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 4Ə-381 saylı bağışlama müqaviləs inin predmeti olmuş, X2 isə əmlakın X1 bağışlanmasına razılıq verməsinə dair birgə mülkiyyətçi kimi ərizəsi alınmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146.1, 152.1, 152.5, 225.1, 225.6, 324, 337-ci və Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 33.3, 33.4, 36.3, 36.5, 37.1-ci maddələrini tətbiq edərək bu qənaətə gəlmişdir ki, X4 ilə X1 arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 4Ə381 saylı bağışlama müqaviləsi etibarsız sayılmalı, həmin müqavilənin əsasında iddiaçının adına verilmiş çıxarış isə ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Şəki rayonu Oxud kəndində yerləşən torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə əldə edilmiş əmlak olduğundan həmin əm lak üzərində X2 hüquqlarının olması aşkardır. Odur ki, həmin əmlak üzərində X2 pay hüququnun olması ilə bağlı qarşılıqlı iddiaçının tələbi qanuni və əsaslıdır. Ona görə də iddiaçı cavabdeh X2 qarşı “fərdi yaşayış evindən əşyaların çıxarılması” tələbinə dair ilk iddiası əsaslı olmadığından təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz Apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual h üquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin də lilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktlar ın dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Lakin cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları, həm də öz qarşılıqlı iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübu tetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Şəki Apelyasiya Məhkəməsinin mübahisələndirilən hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2019-cu il tarixli, 2 (107)-xxx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini
Məhkəmə qərarları › İş №2(102)-2381/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2381/2020
17.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver