Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2381/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti X1 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3338/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı ları müəyyən etdi: İşin halları İddiaçı 04.04.2002-ci il tarixli 28K saylı əmrə əsasən Samur X2 İdarəsinə 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmiş, 31.05.2016-cı il tarixli 30İ saylı əmrə əsasən tutduğu peşəsində qalaraq Təmir-tikinti istismar sahəsinə keçirilmiş, 06.08.2018-ci il tarixli 110K saylı əmrə əsasən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsi tərəfindən verilmiş 06.08.2018-ci il tarixli 110 K saylı əmrinə əsasən, Təmir-tikinti istismar sahəsinin İİİ dərəcəli fəhləsi İddiaçı 06.08.2018-ci il tarixdən etibarən Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, əmrin verilməsi üçün əsas işçinin ərizəsi və İddiaçı 04.04.2018-04.04.2019- cu iş ilində istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 07 təqvim günü üçün pul əvəzinin ödənilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyəti X1 İdarəsinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İdarəsindən 9000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ərizəsinə əsasən 04 aprel 2002-ci il tarixdə 28K saylı əmrlə cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X1 İdarəsinə üçüncü dərəcəli fəhlə işinə qəbul edilmiş, cavabdehin 31 may 2016-cı il tarixli 30İ saylı əmrinə əsasən isə işlədiyi peşədə qalaraq Təmir-tikinti istismar sahə sinə keçirilmişdir. 06 avqust 2018-ci il tarixdə onun ərizəsinə əsasən cavabdehlə bağladığı əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehə ərizə ilə müraciət edəndən 21 gün sonra o, fikrini dəyişmiş və həmin tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən, işini davam etdirmək istədiyini cavabdehə bildirmişdir. Həmin vaxt onun əvəzinə işçi qəbul edilməmişdir. O, ərizəsini birbaşa cavabdehə təqdim etmişdir. Lakin ərizəsi qeydiyyata alınmamış və ona yeni əmək müqaviləsinin bağlanması təklif edilmişdir. O da öz növbəsində ərizə yazmış və rəis Z.Rüstəmov yaxın günlərdə onunla yeni əmək müqaviləsinin bağlanacağına dair söz vermişdir. Lakin cavabdeh tərəfindən nə onunla yeni əmək müqaviləsi bağlanmış, nə də ona əmək kitabçası və əmək müqavi ləsinə xitam verilməsinə dair əmrin surəti verilmişdir. Nəticə etibarı ilə o, işə qəbul ediləcəyi vədi ilə aldadıldığını başa düşmüşdür. 12 yanvar 2021-ci il tarixdə o, cavabdehə ərizə ilə müraciət edərək, Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü, 87-ci maddəsinin 3-cü və 88-ci maddəsinin 1-ci bəndlərini əsas tutaraq ona əmək kitabçasının qaytarılması, xitam verilmiş əmək müqaviləsinin surətinin (əmək müqaviləsi bağlanan zaman ona müqavilənin surəti verilməmişdir), əmək müqaviləsinə xitam verilməsi əmrinin və əmək haqqına dair arayışın verilməsini xahiş etmişdir. O, ərizəsini poçt rabitə xidməti vasitəsi ilə göndərmiş və ərizə olan məktubun cavabdehə təqdim edilməsinə dair xəbərnaməni iddia ərizəsinə əlavə etmişdir. 12.01.2021-ci il tarixli ərizə cavabdehə təqdim ediləndən sonra cavabdehin hüquq məsləhətçisi tərəfindən X1 İdarəsinə dəvət edilmiş, 26.01.2021-ci il tarixində o, həmin şəxslə görüşmüş və ona Quba rayonu ərazisində Vəlvələdə iş təklif edilmişdir. O, sənədlərinin verilməsi üçün müraciət etdiyini və 30 aydır ki, onunla yeni əmək müqaviləsi bağlanacağı vədi ilə aldadıldığını da bildirmişdir. Belə olan halda hüquq məsləhətçisi ona əmək kitabçasını və 12.01.2021-ci il tarixli ərizədə göstərdiyi digər sənədləri götürməyi təklif etmişdir. Lakin həmin sənədlərin ona verilmə tarixi rəsmi qaydada qeyd edilmədən, sənədlərin verilmə tarixi isə 26.01.2021ci il göstərilməməklə qaytarmaq istədiklərinə görə sənədləri poçt rabitə xidməti vasitəsi ilə göndərməyi xahiş etmişdir. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazdığından 21 gü n sonra, yəni xəbərdarlıq müddəti bitməmiş, əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni geri götürməyinə dair yazdığı ərizəsi qeydiyyata alınmamaqla bir dəfə cavabdeh tərəfindən aldadılmışdır. İkinci dəfə aldanmaq istəmədiyindən verilmə tarixi qeyd edilmədən yuxarıda göstərilən sənədləri almaqdan imtina etmişdir. Əks halda ona həmin sənədlərin 26.01.2021-ci il tarixində verildiyini sübut edə bilməzdi. 03.02.2021-ci il və 05.02.2021-ci il tarixlərində poçt rabitə xidməti vasitəsi ilə ona cavabdehin 2 məktubu verilmişdir. 03.02.2021-ci il tarixli məktubla ona 06.08.2018-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti verilmiş və əmək kitabçası qaytarılmışdır. 05.02.2021-ci il tarixli məktubla isə 26.01.2021-ci ildə cavabdeh tərəfindən idarəyə dəvət edilməsi və əs aslı səbəb olmadan əmək kitabçasını götürməkdən imtina etməsi göstərilmişdir. O, cavabdeh tərəfindən yalnız göstərilən sənədlərin ona verilməsinə dair 12.01.2021-ci il tarixində ərizə ilə müraciət edəndən sonra idarəyə dəvət edilmiş və ona həmin vaxta kimi cavabdeh tərəfindən sənədlər qaytarılmamışdır. 26.01.2021-ci il tarixində isə, yuxarıda qeyd edildiyi kimi, ona sənədlərin verilmə tarixi göstərilmədən götürülməsi təklif edilmişdir. Uzun müddət nə onunla yeni əmək müqaviləsi bağlanmış, nə də ona sənədləri qaytarılmışdır. 12.01.2021-ci il tarixində yazdığı ərizədə xahiş etməsinə baxmayaraq nə ona əmək müqaviləsinin surəti, nə də əmək haqqına dair arayış verilmişdir. Cavabdeh tərəfindən ona əmək kitabçası Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam veri ldiyi gün, yəni 06.08.2018ci il tarixində verilməli olduğu halda verilməmiş və həmin səbəbə görə də başqa işə düzələ bilməmişdir. Həmçinin cavabdeh tərəfindən 2018-ci ilin avqust ayından bəri yaxın vaxtlarda işə qəbul ediləcəyi vədi ilə bu vaxta kimi aldadılmışdır. Hesab edir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinə əsasən müəyyən edilmiş qaydaların pozulması nəticəsində o, 07.08.2018-ci il tarixindən 03.02.2021-ci il tarixinə kimi, yəni 30 ay işsiz qalmışdır. Hər ay 2018-ci ilin iyul ayından 2021-ci ilin fevral ayına kimi orta hesabla təxminən ayda 300 manat əmək haqqı almış, bu səbəbdən də hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona 9000 manat (30 x 300 = 9000) ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 iyu n 2021-ci il tarixli, 2(012)-2273/2021 saylı qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) alsa da, əmək kitabçasını götürməmişdir. İş materialları ilə və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasını götürməsi üçün idarəyə çağırılsa da, o, əmək kitabçasının götürülməsindən imtina etmişdir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə isə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Bundan əlavə, iddiaçı iddia tələbini əmək müqaviləsinə xitam verildiyi gündən işsiz qalması ilə əsaslandırsa da, işləməməsini məhz əmək kitab çasının olmaması ilə əlaqələndirə bilməmiş, hər hansı quruma işə götürülməsi barədə müraciət etdiyini məhkəmə araşdırması zamanı sübuta yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 35, 60-cı, Əmək Məcəlləsinin 42, 83.1, 154.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4, 218.3-cü maddəri və “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 saylı Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barə də yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov- sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 07 dekabr 2021-ci il tarixli, 2(105)-3338/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)-2273/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, əmək qanunvericiliyinin pozulması halı baş verməmiş, cavabdeh təşkilat tərəfindən İddiaçı hər hansı hüquqları pozulmamışdır. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya m əhkəməsi İddiaçı hazırkı iddiasını rədd edərkən haqlı olmuşdur. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəsi tərəfindən qətnamə qüvvədə olan maddi hüquq normalarına uyğun olmadan, mövcud mübahisə üzrə tətbiq edilməli maddi hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla qəbul edilmişdir. 12 yanvar 2021-ci il tarixinə kimi o, bir dəfə də olsun cavabdeh tərəfindən İdarəyə çağrılmamışdır. Bu barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməyib və təqdim edilə də bilməzdi, çünki belə bir sübut mövcud deyildir. Yalnız o, ərizə ilə müraciət edəndən sonra idarəyə çağrılmışdır. Həmin vaxta kimi ona heç kim əmək kitabçasını götürməyi təklif etməyib, yalnız təzədən işə götürülmə vədlər ilə aldadılmışdır. Cavabdeh tərəfindən həqiqətən ona təzədən işə götür əcəyi vədi verilməsə idi, o zaman Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarının 6.2-ci bəndinə əsasən cavabdeh tərəfindən ona əmək müqaviləsinə xitam veriləndə, 06 avqust 2018-ci il tarixində bildiriş göndərilməli idi. Lakin ona hər hansı bir bildiriş göndərilməmişdir. Məhkəmə tərəfindən qeyd edilən Qərarın 6.2-ci bəndi ilə müəyyən edilmiş qayda tətbiq edilməli olduğu halda tətbiq etməmişdir. Bundan əlavə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş 07.08.2018-ci il tarixli Akt cavabdeh təşkilata 12.01.2021-ci il tarixində sənədlərin tələbi ilə müraciət edəndən sonra tərtib edilmiş saxta Aktdır. Belə olmasaydı heç olmasa 12.01.2021-ci il tarixində sənədlərin tələbi ilə müraciət edəndən sonra 26.01.2026-cı il tarixli Aktla onun da surəti 05.02. 2021-ci il tarixli məktubla ona göndərilərdi. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi poçt vasitəsi ilə göndərilmiş, lakin elektron məhkəmə sisteminin tətbiq edildiyi məhkəmələrdə elektron imza ilə imzalanıb elektron məhkəmə sisteminə yerləşdirilmədiyi üçün həmin ərizə nəzərə alınmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı Qərarına əsasən, əmək müqaviləsi x itam edildikdə işçiyə əmək kitabçası aşağıdakı hallarda verilir: işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardad ına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətini əsasən formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, o, kasasiya şikayətini iddia tələbində göstərdiyi xüsusatlara uyğun olaraq əsaslandırıb əmək kitabçasının ona təqdim edilməməsi ilə əlaqədar tələb etdiyi 30 ay müddəti üçün ona əmək haqqı hesablanıb verilməsi ilə bağlı qətnamə qəbul edilməməsi ilə maddi hüquq normalarının pozuntusuna yol verildiyini bildirsə də, kasasiya yoxlaması nəticəsində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi hüquq normasının pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Odur ki, iddiaçının kasasiya şikayətində göstərmiş olduğu dəlilləri apelyasiya kollegiyası tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilməsinin əsası kimi qəbul edilə və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən kasa siya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3338/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2381/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2381/2022
10.05.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver