Məhkəmə qərarları › İş №2(102)-2386/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2386/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2386/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X2 və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12030/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-130/2019) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavab deh2 Bankın xeyrinə 27R000001598 saylı kredit razılaşması üzrə cəmi 52.909,54 ABŞ dolları, 27R000003384 saylı kredit razılaşması üzrə cəmi 44.418,97 ABŞ dolları, 027KK**********01 saylı kredit razılaşması üzrə cəmi 6346,22 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, tutmanın ipoteka predmeti olan N saylı evin 21 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 100.000 manat məbləğində müəyyən olunması, mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, mənzil satıldıqdan 1 ay sonra cavabdehlərin mənzildən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışınski, R.Ə.Eyvazov və Z.Ə.Ə liyev) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxxxx 2005-ci il tarixdə Bankla Cavabdeh1 arasında 60 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kreditin verilməsi barədə kredit xətti müqaviləsi bağlanmışdır. xx xxxxxx 2008-ci il tarixdə kredit xəttinin məbləği 150.000 ABŞ dolları, kreditin müddəti 120 ay, xx xxxxxx 2013-cü il tarixdə kredit xəttinin məbləği yenidən artırılaraq 500.000 ABŞ dolları, müddəti 223 ay müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit razılaşmasına əsasən cavabdeh Na 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.6667% olmaqla 75.000 ABŞ dolları məbləğində kredit verilmiş, xx xxxx 2015-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. xx xxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən cavabdehə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.5% olmaqla 73.000 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən cavabdehə 12 ay müddətinə aylıq istifadə dərəcəsi 1.9167 % olmaqla 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 məxsus mənzil Bank qarşısında yüklü edilmiş, Bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2013-cü il tarixli sazişlə ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. Öhdəliyin təminatı kimi eyni zamanda Bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 2017-ci ilin dekabr ayında Bank Cavabdeh1, Cavabdeh2, Ca vabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən Banka borcunun yaranmasına əsas göstərməklə borclu və zamindən kredit razılaşmaları üzrə yaranmış borclara görə cəmi 171.905,07 ABŞ dollarının müştərək qaydada tutulmasına, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kasasiya şikayəti verərək borcun məbləğini müəyyən edən məhkəmə mühasibatlıq ekspertizasının rəyinin əsaslı olmasına şübhələr olmasına baxmayaraq məhkəmənin həmin rəyi mötəbər sübut kimi qəbul edib faiz borcunun şişirdilməsinə əhəmiyyət verməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materillarından görünür ki, Cavabdeh1 Bankla kredit müqaviləsini bağlamaqla üzərinə öhdəliklər götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlə rinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi borclu Cavabd eh1 kredit müqaviləsi üzrə öhdəliyini pozmuş, kreditin müəyyən olunmuş müddətdə və qaydada Banka qaytarılmasını lazımınca təmin etməmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, xx xxxxxx 2013-cü il tarixli kredit razılaşması üzrə xx xxxxxx 2017-ci il tarixə əsas borc 41.404,37 ABŞ dolları, xx xxx 2014-cü il tarixli kredit razılaşması üzrə xx xxxxxx 2017-ci il tarixə əsas borc 33.669,57 ABŞ dolları, faiz borcu 12.760,76 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə xx xxxxxx 2017-ci il tarixə əsas borc 4.988,23 ABŞ dolları, faiz borcu 1.057,99 ABŞ dolları təşkil etmişdir. Cavabdeh1 kasasiya şikayətində həmin rəylə razılaşmasa da məhkəmə instansiyalarına borcun məbləğinin düzgün müəyyən olunmamasını təsd iq edən heç bir sübut təqdim olunmamışdır. Göstərilən vəziyyətdə kollegiya borcun məbləğinin düzgün müəyyən olunmamasına dair şikayətin dəlillərini əsassız sayır və hesab edir ki, borcun məbləği mütəxəssis rəyinə əsasən müəyyən olunmaqla onun doğruluğunu şübhə altına alan sübutlar müəyyən olunmadığından borcludan tutulması qət olunan məbləğ düzgündür. İş üzrə digər Cavabdeh2 Bankla ipoteka müqaviləsi bağlamaqla kreditin ödənilməməsi halı üçün tutmanın ipoteka predmetinə yönəldilməsinə razılıq verdiyindən, Bank tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməklə haqlı olmuş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39 və 59-cu maddələrinin tələbinə müvafiq olaraq tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi əsaslı o lmuşdur. Kollegiya işin yuxarıda göstərilən hallarına əsasən apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və hesab edir ki mübahisə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə əməl olunmaqla həll edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM_nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar