Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-239/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 11 fevral 2019-cu il İş № 2(102)-239/2019 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh X2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8912/2018 nömrəli iş üzrə 21 avqust 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin (hak im Nurəddin Bağırov) 2(006)-1433/2018 saylı 10 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 5000 manat məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, İsmayıl Vəliyev, Elnur Həsənov) 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin 10 may 2018-ci il tarixli qətnaməsi maddi zərərin tutulması hissəsində dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 736 manatın alı naraq İddiaçı ödənilməsi qət edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iztirablar, əzablar, sarsıntlar, ağrılar formasında ona dəymiş mənəvi zərərin, səhhətində yaranmış problemin, ailənin yaşadığı faciənin ölçüsü, qiymətsiz, hədsizdir. Onun aradan qaldırılması mümkün olmadığından cavabdeh X1 ona dəymiş mənəvi zərərin əvəzi olaraq saxta sənədləşmə aparılmasına, şərlənməyini bilə-bilə tədbir görmədiyinə, verdiyi qanunsuz göstərişlərə, ləğv edilmiş MTN-nin X9 və İstintaq Təcridxanasında 8 ay tək adamlıq 5 kvadrat metrl ik kamerada, qeyri-insani şəraitdə saxlanıldığına, həmin dövrdə səhhətində yaranmış problemlə bağlı vəkil X6 verdiyi vəsatətlərə, dəfələrlə etdiyi rəsmi müraciətlərə cavab vermədiyinə, ailəsində baş vermiş faciənin ondan gizlədilməsinə, təqsirləndirilən şəxs kimi hüquq və imtiyazlarından istifadə etməsinə icazə vermədiyinə görə, 11 sentyabr 2014-cü ildən-05 may 2015-ci ilədək 8 ay x 5000 manat olmaqla 40000 manat, 1 saylı Bakı İstintaq Təcridxanasında və 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığı 05 may 2015-ci ildən 19 oktyabr 2015-ci ilədək 5 ay x 3000 manat olmaqla 15000 manat, 2 saylı X7 Müəssisəsində saxlanıldığı 19 oktyabr 2015-ci ildən-17 iyun 2016-cı ilədək 8 ay x 1000 manat olmaqla 8000 manat, cəmi 40000+15000+8000 = 63000 manat pul vəsaitinin onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, iddiaçıya vurulmuş mənəvi zərərə görə 63000 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən maddi zərərə görə 736 manat pulun alınaraq İddiaçı ödənilməsi və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya ş ikayətinin təmin edilməməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Resplıblıkası Konstitusiya Məhkəməsinin qərarına istinad etsə də, cavabdeh X2 qanunsuz hərəkətləri nəticəsində vurduğu mənəvi zərəri müəyyən edərkən mənəvi və fıziki iztirabların xarakteri və dərəcəsini, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halları nəzərə almamış, mənəvi zərərin müəyyən edilməsində məhkəmə kollegiyasının mülahizəsi ədalətli o lmamış, iddiaçının MTN-nin X8 və İstintaq Təcridxanasında 8 ay tək adamlıq 5 kvadrat metrlik kamerada qeyri-insani şəraitdə saxlanılmasına, həmin dövrdə səhhətində yaranmış problemlə bağlı verilən vəsatətlərə, dəfələrlə edilən rəsmi müraciətlərə cavab verilməməsinə, ailəsində baş vermiş faciənin ondan gizlədilməsinə, təqsirləndirilən şəxs kimi hüquqlarından istifadə etməsinə icazə verilməməsinə görə, 11 sentyabr 2014-cü ildən 17 iyun 2016-cı ilədək həbsdə olmasına görə keçirdiyi mənəvi sarsıntının, iztirabları və zərərçəkimişin şüuruna təsir göstərən mənfi psixoloji reaksiyanı mənəvi zərər olaraq 5000 manat məbləğində qiymətləndirmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1-ci maddələrini, “Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 7-ci maddələrini qeyd etsə də, həmin maddi hüquq normalarının tələblərini pozmuş, iş üzrə yekun nəticəyə gələrkən və iddiaçıya vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən ədalətli olmamışdır. Göstərilənlərə əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, iddiaçıya vurulmuş mənəvi zərərə görə 63000 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə yeni qərar qəbul edilməsini, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə Azərbay can Respublikasının dövlət büdcəsindən maddi zərərə görə 736 manat pulun alınaraq İddiaçı ödənilməsi və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin təmin edilməməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh X2 vəkili Vəkil2 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdein nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız iddia tələbinin mənəvi zərərin təmin edilməyən hissədə mübahisələndirmiş, cavabdehlər qətnamədən kassasiya şikayəti verməmişlər. Ona görə də, qətnamə iddiaçını kassasiya şikayətinə əsasən yalnız müb ahisləndirilən hissədə kassasiya qaydasında yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 aprel 2015-ci il tarixli 1(006)-147/2015 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 11 sentyabr 2014-cü il tarixdən hesablanmaqla, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, ekspertiza tədqiqatının dəyəri 164,60 manatın İddiaçı tutularaq dövlət büdcəsinə keçirilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Silah-sursat anbarında saxla nılan 1 ədəd 7,65 mm çaplı “350926” nömrəli “Mauser” konstruksiyalı tapançanın, 1 ədəd sandıqça və 12 ədəd patronun, habelə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində saxlanılan şabalıdı rəngli dəri materialdan hazırlanmış əl çantasının hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsi, həmin tapançanın səthindən götürülmüş 1 saylı daktilolentin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Suraxanı rayon məhkəməsinin 28 sentyabr 2015ci il tarixli 7-(010)-286/2015 saylı qərarına əsasən İddiaçı azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli səzaçəkmə müəssisəsinə keçirilmişdir. Sonradan 17.06.2016-cı il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərara əsasən «28 may Respublik a günü münasibətilə Amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.2-ci bəndinə əsasən İddiaçı cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06.12.2016-cı il tarixli 1(102)-1338/2016 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nın 228.1ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Appelyasiya Məhkəməsinin 10 iyul 2015-ci il tarixli qərarı ləğv edilərək, işin baxılması üçün yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 1(103)-465/2017 saylı hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Nəsimi rayon məhkəməsinin İddiaçı haqqındakı 24 aprel 2015-ci il tarixli hökmü ləğv olunmuş, İddiaçı Azərbaycan Respu blikası CM-nin 228.1ci maddəsilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini cənab Rüstəm Usubova göndərilməsi, hökmün qəbul edildiyi andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək qanunsuz olaraq məhkum edildiyinə görə ona dəymiş mənəvi zərər kimi 63000 manat pul tələb edir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq və aşağıdakı normalara istinad edərək iddiaçıya dəymiş mənəvi zərərə görə cavabdehlərdən 5000 manat tutan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanuns uz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəl irlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsin də mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tət biq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində mənəvi ziyanın tutmaqla düzgün nəticəyə gəlm işdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8912/2018 nömrəli iş üzrə 21 avqust 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-239/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-239/2019
11.02.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver