Məhkəmə qərarları › İş №2(102)-2391/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2391/2019

17.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2391/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, İddiaçı, vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, Cavabdeh oğlunun və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (R.N.Quliyev, iş 2(005)-3217/18) İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 23.05.2018-ci il tarixdən başlayaraq iddiaçıdan hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat alimentin və uşaqlar 3 yaşına çatanadək hər ay 50 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov, iş 2(103)-10419/2018 ) Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 2(005)-3217/2018 saylı iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, azyaşlı uşaqlar 3 yaşına çatanadək iddiaçının saxlanması üçün alimentin tutulması hissəsində dəyişdirilməsi, 20.06.2016-cı il təvəllü dlü X1 və 28.02.2018-ci il təvəllüdlü X2 3 yaşına çatanadək İddiaçı saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 50 manatın, cəmi 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayəti verib qətnamənin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh oğlunun vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, Cavabdeh üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən kassasiya kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladları yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat alimentin və uşaqlar 3 yaşına çatanadək hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh oğlu və Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, İddiaçı, vəkili Vəkil2, Cavabdeh oğlunun vəkili Vəkil1 dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüqu qi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinin tələbinə görə qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. -75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qay dasında tutulur. -78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu M əcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin azyaşlı uşaqlar 3 yaşına çatanadək iddiaçının saxlanması üçün aliment tələbinin təmin olunmayan hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə qətnamənin həmin hissədə dəyişdirilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1 və 86-cı maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin qeyd olunan məbləğdən artıq alimenti ödəmək iqtidarında olması ilə b ağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən uşaqlar üç yaşına çatanadək hər ay 50 manat aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi azyaşlı uşaqlar 3 yaşına çatanadək iddiaçının saxlanması üçün tutulmalı alimentin məbləğini düzgün müəyyən etməmişdir. İş materiallarından məlum olur ki, iddiaçı hal-hazırda eyni vaxtda üç yaşına çatmamış iki körpə uşağa baxır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının özünü saxlamaq üçün hər hansı əmək fəaliyyəti ilə məşğul olması faktiki olaraq qeyri-mümkün olduğundan uşaqlar üç yaşına çatanadək iddiaçının saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat aliment tutulmalıdır. Kassasiya koll egiyası qeyd edir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 02 oktyabr 2018-ci il tarixli, 2(103)-10419/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar