Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2392/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-2392/2019 01 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil və nümayəndəsi Nümayəndə, Cavabdeh2 və onun vəkili ***nuniştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.11.2018-ci il tarixli, 2(103)-11251/2018 nömrəli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabde hlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23.09.2014-ci il tarixli, 1135 №-li alqı-satqı müqaviləsinin (23.09.2016-cı il tarixli müqaviləyə əlavə ilə) ləğv edilməsinə, 1 (bir) ədəd “***” markalı, 2014-cü buraxılış ili, tipi sedan, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** *** *** olan minik avtomaşını Cavabdeh2 geri alınıb İddiaçı MMC-yə təhvil verilməsinə, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5535 (beş min beş yüz otuz beş) manat ziyan, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 %miqdarında 30 (otuz) günə görə 184(bir yüz səksən dörd) manat, qalan 240 (iki yüz qırx) günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 2952 (iki m in doqquz yüz əlli iki) manat, cəmi 8671 (səkkiz min altı yüz yetmiş bir) manat, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) 02 iyul 2018-cı il tarixli, 2(006)-3271/18 saylı qətnaməsi ilə isə iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış 23.09.2014-ci il tarixli, 1135 №-li alqı-satqı müqaviləsinin (23.09.2016-cı il tarixli müqaviləyə əlavə ilə) ləğv edilməsi, 1 (bir) ədəd “***” markalı, 2014-cü buraxılış ili, tipi sedan, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** *** *** olan avtomobilin Cavabdeh2 geri alınıb İddiaçı MMC-yə təhvil verilməsi,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5535 (beş min beş yüz otuz beş) manat əsas borc, 184(bir yüz səksən dörd) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5749 (beş min yeddi yüz qırx doqquz) manat məbləğində pulunalınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. İddia tələbi qalan hisədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) 08 noyabr 2018-ci il tarixli, 2(103)-11251/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsinin iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5535 (beş min beş yüz otuz beş) manat əsas borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) 08.11.2018-ci il tarixli, 2(103)-11251/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh2 və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarının obyektiv araşdırılma sı üçün heç bir tədbir görməmiş, həmin nisiyə alqı-satqı müqaviləsi üzrə faktiki olaraq tərəfindən İddiaçı MMC-yə nəqədər ödəniş etməyi barədə heç bir sənədin məhkəməyə təqdim edilmədiyi halda, əsassız olaraq onun istifadəsində olan avtomobilə görə 18.511 manat məbləğində ödəniş etdiyini göstərmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 vəkilinin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya məhkəməsinin qətnaməsi nin qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Digər cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.11.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli, 1135 №-limüqaviləyə əsasən, İddiaçı MMC 25.768 manat dəyərində olan “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 satmış, Cavabdeh2 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24.10.2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə üzrə alıcı öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz g eri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 23 sentyabr 2016-cı il tarixli, 1135 №limüqaviləyə əsasən, İddiaçı MMC 30.512 manat dəyərində olan “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 satmış, Cavabdeh2 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24.08.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 23.09.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 MMC qarşısında alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Beləliklə, apellyasi ya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC 30.512 manat dəyərində olan “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 satmış, Cavabdeh2 alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24.08.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüş, zamin Cavabdeh1 borclu Cavabdeh2 MMC qarşısında alqı-satqı müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüş, cavabdehlər tərəfindən müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklər tam icra edilməmiş və nəticədə cavabdehlərin İddiaçı MMC-yə 5535 manat əsas borc, 3136 manat cərimə borcu, c əmi 8671 manat məbləğində borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gərçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinə görə “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditor isə borcludan vəzifəsinin icrasını tələb etməlidir; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri n əzərdə tutulmuş olsun; 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənil məlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən qənaətə gələrkən tərəflər arasında bağlanmış avtomobilə dair nisyə alqı-satqı müqaviləsinin qanunvericiliyin imperativ normalarına uyğun olaraq bağlanıb-bağlanmamasına qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; 650-ci maddəsinin əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilə r; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, avtomobil rəsmi reystrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan onun alqı-satqısına dair müqavilə notariat qaydasında təsdiq edildiyi halda etibarlı olur. Apellyasiya instansiyası məhkəməsi isə mübahisəni qanunvericiliyin imperativ normalarının bu tələblərinin nəzərə almadan həll etmişdir. Kassasiya kollegiya qeyd edir ki, ilk növbədə iddia tələbinin hüquqi əsasını təşkil edən müqavilənin etibarlılığına qiymət verilməlidir. Eyni zamanda etibarlılığına qiymət verməklə yanaşı tərəflərin iradə ifadəsi təfsir edilməli, onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Kassasiya kollegiyası tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin əslində rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakın nisyə alqı-satqısından çox, lizinq münasibətlərinə bənzəməsinə də qiymətin verilməli olmasını diqqətə çatdırır. Kassasiya kollegiyası hesab edir ki, tərəflərin iradə ifadəsinin həqiqi məzmunun müəyyən edilmsindən sonra Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaların tətbiq edilməsinə məsələsinə də qiymət verilməsinin zəruriliyi diqqətdən kənarda qalmamalıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verdiyindən, qətnamə ləğv edilməlidir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən işin faktiki halları ilə bağlı araşdrımanın aparılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqi nə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının 08.11.2018-ci il tarixli, 2(103)11251/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sənan Hacıyev
Məhkəmə qərarları › İş №2(102)-2392/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2392/2019
03.04.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver