Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2397/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil və Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli, 2(103)8927/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim S.Səlimova) 14.02.2018-ci il tarixli, 2(011)- 612/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “X1 2 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsinə dair 19.10.2016-cı il tarixli AZ-İ No ******** saylı şəhadətnamənin və Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.10.2016-cı il tarixli ****** saylı doğum haqqında şəhadəənamənin ləğv edilməsi, uşağın əvvəlki şəhadətnaməsində olan ad, soyad və ata adına qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, S.Hacıyev, F.Talışinski) 09.10.2018-ci il tarixli, 2(103)-8927/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmayaraq, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2(011)-612/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili Məmmədrzayev Ramil Tarix oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “atalığın ləğv edilməsi” dair iddia ərizəsi ilə 11.12.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, X1 adına Asan xidmət mərkəzindən atalığın müəyyən olunması barədə 19.10.2016-cı il tarixli AZ-İ No ******** saylı və Bakı şəhər Xətai rayon Qeydiyyat şöbəsindən tərəfindən verilmiş 19.10.2016-cı il tarixli 2279 saylı doğum haqqında şəhadətnamənin ləğv edilməsi, uşağın əvvəlki şəhadətnaməsində olan ad, soyad və ata adına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən istinad etdiyi normalar və qərarlar hazırki işdə tətbiq edilə bilməz. Çünki iddiaçının iddia tələbində qeyd etdiyi xüsuatlar, o cümlədən cavabdehlə aralarında olan münasibətlər tam fərqli olmuşdur. Belə ki, məhkəmə iddiaçının könüllü atalığın müəyyən edilməsi barədə ərizə verdiyinə əsaslansa da, iddiaçının atalığın müəyyən edilməsi barədə vermiş ərizə ilə bağlı iddia ərizəsiundə göstərilmişdir ki, uşağın iddiaçının uşağı olmadığı iddiaçı tərəfindən verilmiş olan analizlərin nəticəsi əldə edildikdən sonra iddiaçıya məlum olmuşdur. Həmin zaman qədər iddia çı cavabdehin yalanlarına aldanaraq etiraf barədə ərizə vermişdir. Bundan əlavə, cavabdeh iddiaçının ailəli olduğunu bilib onu hədələmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfindən atalığın müəyyən olunmasına dair ərizə verərkən mövcud olan şəraiti araşdırmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli, 2(103)-8927/2018 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Məmmədrzayev Ramil Tarix oğlu kassasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxla yır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarında olan atalığın müəyyən edilməsi barədə 19.10.2016-cı il tarixlıi şəhadətnamədən görünür ki, İddiaçı 05.02..2012-ci il tarixdə Cavabdeh doğulmuş X2 atası hesab edilmişdir. İşin faktiki hallarından, eləcə də iddiaçı tərəfin mövqeyindən aydın olur ki, iddiaçı atalığı hər hansı təzyiq olmadan könüllü qəbul etmişdir. Eyni zamanda, işdən və tərəflərin izahatlarından iddiaçının azyaşlı üzərində atalığının müəyyən edilməsi barədə ərizə verdiyi vaxtı uşağın atası olmadığını bildiyi müəyyən olunur. Həmçinin iddiaçının özü iddia ərizəsində göstərmişdir ki, о, əvvəllər də cavabdehə uşağın ondan olmamasını bildirmiş, 2014-cü ildə uşaqla ilk dəfə görüşdüyü zamanı onun övladı olmadığı qənaətinə gəlmiş, lakin müəyyən səbəblərdən 2016-cı ildə atalığın müəyyən edilməsi barədə ərizə vermişdir. Bu səbəbdən də iddiaçının uşağın bioloji atası olmaması barədə təqdim etdiyi sübut (analizin nəticəsi) iddianın təmin olunması üçün yetərli deyildir. Çünki iddiaçının uşağın bioloji atası olub-olmaması hazırki vəziyyətdə əhəmiyyət daşımır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçı tərəfin kassasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, bununla bağlı hər hansı sübut təqdim edilməmiş, apelyasiya şikayətinin dəliləri ilə eynilik təşkil edən dəlillərə isə apelyasiya instansiyası məhkəməsi hüquqi və qanuni qiymət vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Odur ki, ka ssasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli, 2(103)-8927/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2397/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2397/2019
15.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver