Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-24/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavab dehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) «ipotekaya xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2618/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC (təmsilçisi - ləğvedici Əmanətlərin Sığortalanması Fondu) tərəfindən verilmiş kassasiya şikayətlərinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-5806/2019 saylı icra sənədinə əsasən, cavabdeh X2 (X1) cəmi 53.876 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu LPO Cavabdeh1 ASC-nin xeyrinə tutulmalı, tutma ipotekaya qoyulmuş B111 nömrəli evin 24 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 105.000 manat müəyyən edilməli, qeyd olunan əmlak satıldıqdan sonra 1 ay müddətində boşaldılmalı, satışdan əldə olunmuş pul vəsaiti hesabına ümumi borc məbləği LPO Cavabdeh1 ASC-yə ödənilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyan İddiaçı qaytarılmalıdır. İcra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.
2. Bakı şəhəri Binəq ədi rayon İcra və Probasiya şöbəsi 21 oktyabr 2020-ci il tarixdə "xxxx" MMC-yə (Hərrac Mərkəzi) məktub ünvanlayaraq, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 105.000 manat olmaqla hərracda satılmasını xahiş etmişdir.
3. Hərrac təşkilatı tərəfindən birinci hərrac xx.xx.2020-ci il tarixə, əmlak satılmadığı üçün ikinci hərracın keçirilməsi isə xx.xx.2020-ci il tarixə təyin edilmişdir.
4. Əmlak ikinci hərracda da satılmadığından, "xxxx" MMC 10 dekabr 2020-ci il tarixdə LPO Cavabdeh1 ASC-yə təklif ünvanlayaraq xx.xx.2021-ci il tarixədək (30 təqvim günü ərzində) ipoteka predmetinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 66.937,50 manata əldə olunmasını təklif etmişdir.
5. Bank tərəfindən xx.xx.2020-ci il tarixli məktubla ipoteka predmetinin əldə olu nmasına dair razılıq bildirilmiş, həmin razılıq məktubu "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, lakin ipoteka predmetinin əldə olunması ilə bağlı hər hansı sənədləşmə aparılmamışdır. 6. "xxxx" MMC xx.xx.2021-ci il tarixdə Binəqədi rayon icra şöbəsinə məktub ünvanlayaraq ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə banka təklif edildiyini, lakin bank tərəfindən ipoteka predmetinin əldə olunmadığını bildirmiş və bu səbəbdən sifariş məktubunu geri qaytarmışdır.
7. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla tələbkar LPO Cavabdeh1 ASC-yə ipoteka predmetinin əldə olunması barədə yazılı münasibətin göndərilməsi xahiş olunmuşdur.
8. LPO Cavabdeh1 ASC xx.xx.2021-ci il tarixdə Bakı şəhəri B inəqədi rayon İcra və Probasiya şöbəsinə məktubla müraciət edərək, 11124 saylı mənzilinin borc müqabilində qəbul etmələrini nəzərə alınmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra ƏSF yazılacaq), LPO Cavabdeh1 ASC-yə, "xxxx" MMC-yə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müq aviləsi üzrə ipoteka qoyan İddiaçı məxsus 111 24 saylı mənzilinin ipoteka ilə yüklülükdən azad edilməsi və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-5806/2019 saylı qətnaməsinə əsasən iddiaçı LPO Cavabdeh1 ASC-nin xeyrinə cavabdeh X2 cəmi 53.876 manat borcun, məhkəmədə iddia qaldırılmasından ötrü ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus 111 24 saylı mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 105.000 manat olaraq müəyyən edilməsi, həmin əmlakın açıq hərracdan satılm ası, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, ipoteka predmetinin açıq hərracdan satılması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-1056-2 saylı sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı məxsus 111 24 saylı mənzili "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə açıq hərracdan satılması üçün ilkin satış qiyməti 105.000 manat olmaqla ilkin hərraca çıxarılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Sonradan ipoteka predmetləri qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15 % aşağı qiymətinə 89.250 manata xx.xx.2020-ci il tarixdə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "xxxx" MMC tərəfindən hərracın baş tut maması ilə bağlı X3 müvafiq elan verilmişdir. Həmin elan tarixindən bu günədək ipoteka saxlayan (tələbkar) Cavabdeh1 ASC ilə hərracın təşkilatçısı "xxxx" MMC arasında ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli vəkil sorğusu ilə hərracın keçirilməsi və yekunları barədə məlumat almaq üçün "xxxx" MMC-yə rəsmi müraciət edilmişdir. Müraciətə cavab olaraq "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli a/2544 saylı məktubla bildirilmişdir ki, ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Cavadxan küçəsindəki 2 saylı evin 24 saylı mənzili açıq hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün əmlaklar satılmamışdır. İpoteka predmeti 30 gün ərzində əldə edilməsi üçün tələbkara təklif edilmiş, lakin t ələbkar həmin müddət ərzində ipoteka predmetini əldə etməmişdir. Buna görə də, qanunvericiliyin tələbinə uyğun olaraq qərar qəbul etmək üçün iş Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli xx/xx-1056-2 saylı sifariş məktubu geri qaytarılmışdır. Hesab edir ki, cavabdeh təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka predmetlərini əldə etmədiyindən, ipoteka yüklülüyünə xitam verilməli və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalıdır.
11. Cavabdeh ƏSF-nin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etdiyi məhkəmə iclasında iddia tələbinin təmin olunmamasını xahiş etmiş, lakin mövqeyini əsaslandırmamışdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(006)6131/2021 saylı qətnaməsi ilə (sədrli k edən hakim S.Cəfərov) iddia təmin edilmiş, Cavabdeh1 ASC ilə X5 (X4) arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli KT/İP-54 saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus 111 24 saylı mənzilinə münasibətdə ipotekaya xitam verilməsi, həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsi, daşınmaz əmlakın dövlət reyestrində bu barədə müvafiq qeydin aparılmasının Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi 21 oktyabr 2020-ci il tarixdə "xxxx" MMC-yə (Hərrac Mərkəzi) məktub ünvanlayaraq, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 105.000 manat olmaqla hərraca çıxarılmasını xahiş etmişdir. Hərracın keçirilməsi qaydalarına riayət olunmaqla, hərracın keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumat vermişdir. Bundan başqa, KİV vasitəsi ilə müvafiq elanlar dərc olunmuşdur. "xxxx" MMC Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifariş məktubuna əsasən ilk hərracı xx.xx.2020-ci il tarixə, əmlak satılmadığından ikinci hərracı xx.xx.2020-ci il tarixə təyin etmişdir. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC 10 dekabr 2020-ci il tarixdə LPO Cavabdeh1 ASC-yə təklif ünvanlayaraq, xx.xx.2021-ci il tarixədək (30 təqvim günü ərzində) ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlaka dair təklif qiyməti qeyd edilmişdir (təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 66.937 manat 50 qəpik). Bank tərəfindən xx.xx.2012-ci il tarixli məktubla ipoteka predmetinin əldə olunmasına dair ilkin razılıq bildirilsə də, "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə ipoteka saxlayana təqdim olunmuş hesab faktura üzrə bugünədək hər hansı tədbir görülməmişdir. Bank tərəfindən ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə edilməsi üçün zəruri tədbirlər görülməmiş və nəticədə qanunla müəyyən edilmiş müddət ərzində əmlak əldə edilməmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının ipotekaya xitam verilməsi barədə tələbi əsaslıdır və ipotekaya xitam verilməsinə hüquqi maneə yoxdur.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh LPO Cavabdeh1 ASC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətə 66.937 manata LPO Cavabdeh1 ASC-yə təklif olunmuşdur. LPO Cavabdeh1 ASC xx.xx.2020-ci il tarixli məktubla təklifə cavab verərək 30 gün müddəti keçirmədən əmlakı qəbul etdiyini bildirmişdir. Bankın əmlakın qəbulu barədə məktubu xx.xx.2020-ci il tarixində "xxxx" MMC-yə çatsa da, hərracın nəticələri barədə protokol və müqavilə imzalanması üçün Banka təqdim edilməmişdir. Bank tərəfindən verilən aksept məktubu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barədə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Banka ödənişlə bağlı heç bir hesab faktura daxil olmamışdır. Həmçinin ipoteka saxlayana ödəniləcək fərq barədə də Banka məlumat verilməyib. Qanunda tələbkarın hərrac xərclərini ödəməli olması barədə imperativ norma yoxdur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2618/2022 n ömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İlham Kərimli və Elşən Kazımov) cavabdeh LPO Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2021-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-5806/2019 saylı icra vərəqəsinə əsasən başlanılmış icra işi üzrə sənədlərin surətləri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən tələb edilmişdir. Sözügedən sənədlər araşdırılarkən məlum olmuşdur ki, hərracın təşkilatçısı olan "xxxx" MMC tərəfindən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yən i 66.937, 50 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka 10 dekabr 2020-ci il tarixdə təklif məktubu göndərilmişdir. Həmin məktubda LPO Cavabdeh1 ASC-nin nəzərinə çatdırılmışdır ki, “İpoteka haqqında” Qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.5-ci maddələrinə müvafiq olaraq hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur.... İcra sənədlərindən və işin müəyyən edilmiş hallarından göründüyü kimi, Bank xx.xx.2012-ci il tarixli məktubla ipoteka predmetinin əldə olunmasına dair ilkin razılıq bildirmiş, lakin sonrakı hərəkətlər (alqı-satqı müqaviləsinin bağlanması, protokol tərtib olunması, xidmət haqqının ödənilməsi və s.) icra edilməmişdir.
20. Bun a görə də, hərrac təşkilatçısı 06 aprel 2021-ci il tarixli məktubla ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmadığına istinad edərək sifariş məktubunu qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün icra məmuruna geri qaytarmışdır. “İpoteka haqqında” Qanunun mənasına görə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
21. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Mülki Məcəlləyə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə al ındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (maddə 178.1).
22. Göründüyü kimi, mülki qanunvericilik daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsinin əsaslarını müəyyən etmişdir. Həmin normaya əsasən daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Bu o deməkdir ki, əmlakı əldə etmək ofertanın qəbul edilməsi ilə yekunlaşmır. Bunun üçün real hərəkətlər edilməli, müqavilə bağlanmalı və əmlak fiziki olaraq və hüquqi cəhətdən qəbul edilməlidir. Baxılan iş üzrə Bank aksept versə də, ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində protoko l imzalanmamışdır. Bu fakt işin mübahisəsiz halıdır. Belə olan halda Qanunun birbaşa göstərişinə əsasən ipoteka predmeti əldə olunmamış hesab edilir. İpoteka predmetinin əldə olunmaması isə ipotekaya xitam verilməsi üçün əsasdır.
23. Belə olan halda Qanunun birbaşa göstərişinə əsasən ipoteka predmeti əldə olunmamış hesab edilir. İpoteka predmetinin əldə olunmaması isə ipotekaya xitam verilməsi üçün əsasdır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.
24. Kollegiya nəzərə almışdır ki, “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi sui-isti fadə hallarına, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarılması ilə nəticələnən məhkəmə təcrübəsinə yol açar. Əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41, 43-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair) qərarında təsbit edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh LPO Cavabdeh1 ASC (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) (vəkili X6) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətlərinin dəlilləri aşağıdakılardan ibarətdir: 27.1. Məhkəmə qətnamədə “İpoteka haqqında” Qanunun 43.8-ci bəndinə əsasən ipoteka müqaviləsinə xitam vermişdir. Halbuki, Bank ipoteka predmeti olan əmlakı hərrac vasitəsilə almaqdan imtina etməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində "xxxx" MMC əmlakı ilkin satış qiymətindən 25% aşağı qiymətə 66.937 manata LPO Cavabdeh1 ASC-yə təklif etdikdən sonra, LPO Cavabdeh1 ASC xx.xx.2020-ci il tarixli məktubla təklifə cavab verərək 30 gün müddəti keçirmədən ə mlakı qəbul etdiyini bildirmişdir. Bankın əmlakın qəbulu barədə məktubu xx.xx.2020-ci il tarixində "xxxx" MMC-yə çatsa da, hərracın nəticələri barədə protokol və müqavilə imzalanması üçün Banka təqdim edilməmişdir. 27.2. Məhkəmə kollegiyası göstərilən maddi hüquq normasının (Mülki Məcəllə 405.1) pozuntusuna yol verərək nəzərə almamışdır ki, Bank tərəfindən verilən aksept məktubu deməyə əsas verir ki, əslində tərəflər müqavilənin bütün mühüm şərtləri barədə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət ərzində razılığa gəlmişlər. Bununla da, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri andan müqavilə bağlanmış, LPO Cavabdeh1 ASC ipoteka predmetini 30 təqvim günü ərzində əldə etmiş sayılmışdır. 27.3. İddiaçının istinad olunan hallardan biri də hərrac tərəfindən Banka hesab faktura göndərilməsi və Bankın həmin hesab faktura üzrə ödəniş etməməsi əsas kimi göstərilib. Lakin bildiririk ki, Banka ödənişlə bağlı heç bir hesab faktura daxil olmayıb. Həmçinin ipoteka saxlayana ödəniləcək fərq barədə də Banka məlumat verilməyib. Məlumat üçün bildirir ki, qeyd edilən forma hesab fakturalarda hərrac təşkilatının xidmət haqqının ödənilməsi göstərilir. Lakin qanunda tələbkarın hərrac xərclərini ödəməli olması barədə imperativ norma yoxdur. 27.4. Qanunvericiliyin qeyd olunan 30 gün müddətinin tətbiq olunmasında əsas meyar bunun kökündə duran ipoteka saxlayanın ipoteka predmetini almaq niyyətinin olub-olmaması, olmadığı təqdirdə ipoteka saxlayanın həmin predmeti bu və ya digər yollarla realizə etməsində vaxt i tkisi ilə üzləşməyinin qarşısını almaqdan ibarətdir. Lakin bu mübahisə ilə bağlı məhkəmə sırf qanunun hərfi mənasından çıxış edərək 30 gün müddətin keçdiyini iddia edir. Odur ki, ipoteka saxlayan sonuncu hərracın keçirilməsindən 30 təqvim günü daxilində öz iradə ifadəsini aksept məktubunda ortaya qoymuş və hətta hərrac təşkilatının müəyyən etdiyi müddətin bitmə tarixindən əvvəl ipoteka predmetini əldə etməyə razılığını bildirmişdir.
28. Kassator məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına dair dəlillərində, 2(102)909/2020, 2(102)-4694/2020 və 2(102)-1729/2022 nömrəli qərarları göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 178.1. Daşınmaz əmla ka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu
31. Maddə 1.0.6. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
32. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat d ərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
33. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
34. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığ ı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.http://frameworks.e-qanun.az/9/f_9902.html
35. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini sa tın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
36. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
37. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarı 38. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43. 8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. H azırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyinə görə, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. İşin məhkəmələr tərəfindən mübahisəsiz olaraq müəyyən olunmuş halları bu qərarın 1 8-ci paraqraflarında qeyd olunub.
50. İddia tələbinin hüquqi əsasını “İpoteka haqqında” Qanunun 4 3.8-ci maddəsi təşkil edir. Həmin normaya görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
51. Apellyasiya instansiyası məhkəməsi də iddianın maddi-hüquqi əsası kimi bu normaya istinad etmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşır və kassatorun dəlilləri ilə bağlı olaraq qeyd edir ki, Mülki Məcəllənin 415.5-ci maddəsinə görə, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir.
53. Apelyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə təcrübəsinin pozulması barədə kassatorun dəlili ilə bağlı məhkəmə kollegiyas ı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» 14 dekabr 2022-ci il tarixli qərarında analoji iddiaların həlli zamanı vahid məhkəmə təcrübəsi formalaşdırılmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, «qanunverici təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini əldə etməyə müstəsna hüququ olan ipoteka saxlayanın həmin əmlakı əldə etməsi ilə bağlı xüsusi qaydasını əmlakın ümumi qaydada hərracdan əldə edilməsi ilə eyniləşdirmişdir.
54. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu və ya onun cavablandırılması ilə deyil, məhz tərəflər ar asında təkrar hərrac baş tutmamış elan edildikdən 30 təqvim günü ərzində bununla bağlı müqavilə qüvvəsinə malik protokolun imzalanması ilə şərtləndirilmişdir.
55. Əmlakın hərracdan əldə edilməsinin ipoteka saxlayanın bununla bağlı hərrac təşkilatçısına ünvanlanmış iradə ifadəsinin çatdırılması (təklifin göndərilməsi) ilə deyil, məhz yekun protokolun imzalanması ilə şərtləndirilməsi “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsi ilə də öz təsdiqini tapır. Belə ki, həmin maddəyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsin ə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
1. Göründüyü kimi, qanunverici yekun protokolun imzalanmasınadək ipoteka qoyanın mülkiyyətçi statusunda qalmasını qəbul edərək, ona ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəməklə ipoteka predmetinə tutmanın yönəldilməsinə xitam vermək hüququnu vermişdir. Bu hüququn mövcudluğu isə hərracın təkrar baş tutmamış elan olunmasından sonra ipoteka saxlayan tərəfindən əmlakın əldə edilməsinə dair göndərdiyi təklifin əmlakın əldə edilmə anı kimi qiymətləndirilməsini istisna edir».
2. Baxılan işdən də göründüyü kimi təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində hərracın nəticələrinə dair protokol imzalanmamışdır. Bu hal isə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələ bləri baxımından ipotekaya xitam verilməsi üçün əsasdır.
3. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
4. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayət inin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir
5. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2618/2022 nömrəli, 22 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.