Məhkəmə qərarları › İş №2(102)-2400/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2400/2023

05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2400/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Eduardoviçin Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: aliment borcunu ödəmək öhdəliyindən azad edilməsi) 05.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), X3 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Eduardoviçin Cavabdeh qarşı “aliment ödəməkdən azad edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1943/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə tərəflər arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X11 Andreyeviçin, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 analarının yanında qalması, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2019-cu il tarixdən hesablanması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)1418 9/2019 nömrəli qətnaməsi ilə İddiaçı Eduardoviç tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2468/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin alimentin tutulma vaxtına dair hissədə dəyişdirilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə kassasiya qaydasında dəyişdirilmədən saxlanılmışdır.

3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin olunaraq xx.xx.2009-cu il təvəllüdlü X11 Andreyeviçin atasının yanında saxlanılması qət edilmişdir. Həmin qətnamə apellaysiya qaydasında dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı Edua rdoviç Cavabdeh qarşı “alimentin azaldılması” və Cavabdeh İddiaçı Eduardoviçə qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiaları məhkəməqərarlarına əsasən rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Eduardoviç Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X5 və ya xx.xx.2014-cü il təvəllüdlü X6 saxlanılması üçün aliment ödənilməsindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, sadalanan qətnamələrin qəbul edilməsinə baxmayaraq, xx.xx.2009-cu il təvəllüdlü X11 Andreyeviç anası ilə getməkdən imtina etmiş və bu günə qədər atasının yanında qalır və onun bütün ehtiyaclarını artıq 3 ildir ki, yalnız atası qarşı layır. Halbuki, cavabdeh rəsmi olaraq 2 yerdə işləyir və 2000 manatdan artıq əmək haqqı alır. Hətta Yasamal Rayon Məhkəməsinin artıq qanuni qüvvəyə minmiş 2(004)-353/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X11 Andreyeviçin atasının yanında saxlanılması qət edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, 2 uşağın saxlanması üçün hər uşağa görə 1000 manat, ümumilikdə hər ay 2000 (iki min) manat məbləğində aliment ödəyir. Cavabdeh isə öz oğlunun saxlanılmasında maddi cəhətdən iştirak etmir. Halbuki, buna kifayət qədər maddi imkanı vardır. Məhkəmə tərəfindən nikah pozulan zaman aliment məbləği müəyyən edildikdən sonra, tərəflərin ailə vəziyətində dəyişiklik baş vermiş, xx.xx.2009-cu il təvəllüdlü X1 yanında saxlanmışdır. Hal-hazırda uşağın 13 yaşının olm asını və digər uşaqlara münasibətdə onun saxlanması üçün daha çox vəsait tələb edilməsini nəzərə alaraq, hesab edir ki, digər 2 uşaqdan birinə görə aliment ödənilməsindən azad edilməlidir.

7. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, aliment tələbi ona qarşı iddia qaldırmış, həmin tələblər üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(203)-10646 saylı xx.xx.2021-ci il tarixli qətnamələri, Yasamal Rayon Məhkəməsinin 2(004)-4331/2021 saylı xx.xx.2021-ci il tarixli və bağlı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-998/2022 saylı qətnamələri qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Həmin qətnamələrdə məhkəmələr müəyyən etmişdir ki, İddiaçı əcnəbi vətəndaş olmaqla xarici şirkətlərdə işləməsinə baxmayaraq, həmin vəzifələrdə əmək ha qqı, digər gəlirləri və s. barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş və nəticə etibarı ilə uşağı maddi cəhətdən təmin etmək imkanı olmadığını sübut edə bilməmişdir. Həmçinin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı eyni vaxtlarda müxtəalif şirkətlərdə direktor vəzifəsində işləmiş, həmin şirkətlərin bəziləri hələ fəaliyyətlərini davam etdirir. İddiaçı biznes dövriyyəsi kifayət qədər böyük məbləğ təşkil edir. Bütün bunlar göstərir ki, uşaqların yetkinlik уаşınа çatana kimi saxlanılmaları üçün hər ау hər uşağa gora 1000 manat tutulan alimentin azaldılmasına heç bir zərurət yoxdur. Bundan əlavə, İddiaçı neft məhsullarının satışı ilə məşğul olan treyderdir. Geniş biznes şəbəkəsi var. Onun mülkiyyətində Bakı şəhərinin mərkəzində mənzili olduğu halda daha böyük уаşауış sahəsi olan mənzili icarəyə gotürmüşdür. Nikah müddətində əldə etdikləri avtomaşını idarə edir. X10 şəhərində, İspaniyada evi var. Özünün isə mülkiyyətində mənzil belə yoxdur, Qızları ilə kirayədə yaşayır, iki yerdə işləyir ki, kirayə haqqını ödəyə bilsin, uşaqların tələbatı günbəgün artır. Göstərilənlərə asasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5777/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Qəbul olunmuş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, İddiaçı Eduardoviç müxtəlif vaxtlarda müxtəlif şirkətlərdə direktor vəzifəsində işləmiş, həmin şirkətlərin bəziləri hələ də öz fəal iyyətlərini davam etdirir, digərləri fəaliyyətini dayandırmış, bəzilərindən İddiaçı Eduardoviç istefa vermişdir. İddiaçı Eduardoviçin biznes dövriyyəsi kifayət qədər yüksək məbləğ təşkil edir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Eduardoviç 2019-2021-ci illər ərzində dəfələrlə ölkəyə giriş çıxış etmişdir. Bütün bunlar onu göstərir ki, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində tutulan alimentin azaldılmasına heç bir zərurət yoxdur. Hazırda İddiaçı Eduardoviç “aliment ödəməkdən azad edilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə alimentin azaldılmasına dair xahişi təmin edilmədiyi halda, aliment öhdəliklərindən tamamilə azad olunmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2- ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2468/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş aliment uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin edir. Həmçinin, İddiaçı Eduardoviç onun alimentin azaldılması barədə xahişini təmin etməyən Bakı Şəhəri Yasamal Rayo n Məhkəməsinin 2(004)-4331/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-998/2022 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixindən sonra maddi vəziyyətinin pisləşməsini, ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan vermədiyini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı məhkəməyə də təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan, həmçinin, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X6 əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçının aliment öhdəliyindən aza d edilməsinə dair iddia tələbi rədd ediləlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3.1, 18.1, 27.2-ci; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına, Ailə Məcəlləsinin 76.2, 78.2-ci və 112.1 maddələrinə istinadən əsaslandırmışdır. b)Apel lyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı Eduardoviç apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın mahiyyətini və iddia tələbinin əsaslarını düzgün anlamamış, iddiaçının belə bir tələb irəli sürməsini onun maddi vəziyyəti ilə əlaqələndirmişdir. Halbuki, iddia ərizəsində 1 uşağın atada, digər iki uşağın anada, yəni cavabdehdə qaldığı, atanın iki uşağa görə 2000 manat aliment ödədiyi ananın isə ümumiyyətlə atada olan uşaqla maraqlanmadığı və onun saxlanılmasında maddi cəhətdən iştirak etmədiyi göstərilmişdir. Şərh edilənlərdən də aydın olduğu kimi hazırki iddia tələblərinin əsasları tam başqadır və iddiaçının maddi vəziyyəti ilə b ağlı deyildir. Məhkəmə tərəfindən nikah pozulan zaman aliment məbləği müəyyən edildikdən sonra, tərəflərin ailə vəziyyətində dəyişiklik baş vermiş, 21 iyun 2009cu il təvəllüdlü X11 Andreyeviç iddiaçının yanında saxlanmışdır. Hal-hazırda uşağın 13 yaşının olmasını və digər uşaqlara münasibətdə onun saxlanması üçün daha çox vəsait tələb edilməsini, cavabdehin də oğlunu maddi cəhətdən saxlamaq öhdəliyinin olmasını nəzərə alaraq, hesab edirik ki, iddiaçı digər 2 uşaqdan birinə görə aliment ödənilməsindən azad edilməlidir. Bundan başqa məhkəmə yalnız iddiaçının maddi vəziyyətini araşdırmışdır. Halbuki, iddiaçının maddi vəziyyətinin hazırki iddia ilə hər hansı bir əlaqəsi mövcud deyildir. Cavabdehin iddiaçının yanında qalan oğlunun saxlanılmasında maddi cəhətdən iştirak etməməsini cavabdehin özü nün nümayəndə və vəkilinin etiraf etməsinə baxmayaraq, məhkəmə bu hala toxunmamış və araşdırmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.A.Mərdanova sədrliyi və məruzəsi ilə, E.M.Həsənov və S.X.Bəhrəmzadə) 2(103)-1943/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5777/2022 saylı, 26 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlillər i birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

16. Kollegiya öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 55.1, 75.1, 75.4, 78.1, 112.1 və MPM-nin 14.2, 77.1, 88-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1943/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti apellyasiya şikayəti ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, Şikayətin hüquqi əsası kimi apellyasiya şikayətində i stifadə edilən normalara istinad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 19. 17 (İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20. 34 (İV). Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

21. Maddə 55.1 Uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

22. Madə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

23. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

24. Ma ddə 78.1. Valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uy ğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

25. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

26. Maddə 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. Maddə 113.1. Alim ent ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.

28. Maddə 113.2. Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində iddiaçı məhkəmə aktını bütövlükdə mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2023-cü il tarixli 2(103)-1943/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar