Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2401/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Alışanova (Məmmədova) Natavan Habil qızına qarşı “aliment borcunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: aliment borcunun silinməsi, iddia tələbindən kənara çıxma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)9787/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və Cavabdeh 10 may 2018-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından 05 avqust 2019-cu il tarixdə X3 adlı uşaqları anadan olmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 05 avqust 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində alimentin və uşağın 3 yaşına çatanadək anası Cavabdeh üçün hər ay 100 manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçının hüquqi müdafiə ilə bağlı çəkdiyi xərclərin əvəzi olaraq 236 manat məbləğind ə pul vəsaitinin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin hesablanmasının 21 yanvar 2020-ci il tarixdən başlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi, iddianın yetkinlik yaşına çatmayan uşağın 3 yaşına çatanadək tutulan 100 manat alimentin və əlavə xərclərə görə 236 manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(001)-1492/2020 nömrəli qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə 05 avqust 2019-cu il təvəllüdlü övladları X1 üçün qazancının ¼ hissəsi məbləğində tutulmalı olan aliment məbləğinin 22 aprel 2020-ci ildən 11 yanvar 2021-ci ilədək olan hissəsinə dair yığılan borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 2020-ci il aprel ayından 11 yanvar 2021-ci il tarixədək birgə yaşamış, iddiaçı uşağına baxmışdır. Cavabdehin həmin dövr üçün uşaqlarının saxlanması məqsədi ilə aliment tələb etməsi onu ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnir. Belə ki, iddiaçı həm faktiki olaraq övladının saxlanması üçün nağd şəkildə pul xərcləmiş, hə m də sonradan həmin dövr üçün aliment ödəməli olmuşdur.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)-3144/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(001)-1492/2020 nömrəli qətnaməsi ilə 21 yanvar 2020-ci ildən 11 yanvar 2021-ci ilədək olan müddətdə İddiaçı aliment ödəməkdən azad edilməklə, yığılmış borcun silinməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mübahisəsiz olaraq müəyyən etmişdir ki, tərəflər 21 yanvar 2020-ci il tarixindən 11 yanvar 2021-ci il tarixədək birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Buna görə də, həmin müddət ərzində iddiaçı aliment ödəməkdən azad olmalıdır.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti və sonradan apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)-3144/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)9787/2021 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə,Məhərrəmovadan və R.M.Həsənovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(005)-3144/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin bildirdiklərindən müəyyən olunur ki mübahisə doğurmur ki, tərəflər bir müddət barışmış və 22 aprel 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək birlikdə yaşamışlar. Cavabdeh iddiaçı ilə birlikdə yaşadıqları həmin dövrdə uşağın xərclərinin iddiaçı tərəfindən deyil, cavabdehin atası X5 tərəfindən qarşılandığını təsdiq edə biləcək etibarlı və mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Onun tərəfindən rayon məhkəməsinə şahid qismində təqdim edilmiş X4 verdiyi ifadədə qeyd edilən halı təsdiq etsə də, sonuncunun ifadəsi etibarlı sübut kimi qəbul edilə bilməz, çünki o, cavabdehin atasıdır. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, 22 aprel 2020-ci il tarixdən 11 yanvar 2021-ci il ta rixədək olan müddət üçün uşağın xərclərini iddiaçı qarşılamışdır.
12. Daha sonra apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı, ondan cavabdehin xeyrinə tutulmalı olan alimentin 22 aprel 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək olan hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, işə baxmış rayon məhkəməsi iddiaçının 21 yanvar 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək olan müddət üçün hesablanmış alimentin ödənilməsindən azad etmişdir. Lakin həmin hal qətnamədə yol verilmiş yanlışlıq nəticəsində baş vermiş, MPM-in 228.2-ci maddəsinin tələbinə uyğun olaraq aradan qaldırılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
13. Cavabdeh Alışanova (Məmmədova) Natavan Habil qızı kassasiy a şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)-9787/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 15, 82.3, 88, 217, 218, 386-cı maddələrinin tələbləri pozulmuşdur.
15. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsinin təsviri, əsaslandırıcı və nəticə hissələrində onun qəbul edildiyi tarix və qeydiyyat nömrəsi bir-birindən fərqli yazılaraq qeyri-müəyyənlik yaratmışdır. Bundan başqa, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı, ondan cavabdehin xeyrinə tutulmalı olan alimentin 22 aprel 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək olan hissəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, işə baxmış məhkəmə heç bir əsaslandırma aparmadan iddiadan kənara çıxaraq iddiaçının 21 yanvar 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək olan müddət üçün hesablanmış alimentin ödənilməsindən azad edilməklə borcun silinməsini qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı məhkəmə tərəfindən buraxılmış yanlışlıq olaraq qiymətləndirsə də nəzərə almamışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində tərəflərin 21 yanvar 2020-ci ildən 11 yanvar 2021-ci ilədək birgə yaşadıqları qənaətinə gəldiyinə görə, onun məntiqi davamı olaraq bu məzmunda qətnamə çıxarmışdır. Həmçinin, məhkəmə tərəfindən MPM-in 82.3-cü maddəsinin tələbləri pozularaq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlara əhəmiyyət verilməyərək, həmin faktlar yenidən mübahisələndirilmişdir.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
17. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-o lunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə e tmək valideynlərin borcudur.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyy əti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416.1-ci maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv e dilməsi üçün əsasdır. 23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan fakt lar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunsa da, iddia tələbindən kənara çıxıldığından, kassasiya şikayəti qismən təmin edilməlidir.
25. İlk olaraq kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olunmuş övladlarının saxlanılması üçün alimentin tutulmasına dair məhkəmə qətnaməsi qəbul edildikdən sonra tərəflərin ailə münasibətlərinin bərpa olunması və onların birgə yaşamaları işin faktiki hallarını araşdıran məhkəmələrlə sübut olunduğundan və həmin müddət ərzində iddiaçının övladının saxlanılması üçün öhdəliklərini yerinə yetirməməsi cavabdeh tərəfindən sübut olunmadığından, tərəflərin birgə yaşadıqları müddət üçün yığılmış aliment borcundan iddiaçının azad olunmasına dair məhkəmələrin mövqeyi qanuni və əsaslı olmuşdur.
26. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə iddiaçıdan cavabdehin xeyrinə 2 növ aliment tutulm uşdur:
1. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə uyğun uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və
2. Məcəllənin 84-cü maddəsinə əsasən uşağın 3 yaşına çatanadək uşağın anası (hazırki iş üzrə cavabdeh) üçün 100 manat məbləğində aliment.
27. İddiaçı hazırki iddia ərizəsində məhz birinci növ aliment üzrə 22 aprel 2020-ci ildən 11 yanvar 2021-ci ilədək dövr üçün yığılan borcun ləğv edilməsini xahiş etmişdir.
28. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, iddiaçını Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hər iki alimentin ödənilməsindən müəyyən dövr üçün azad etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan pros essual pozuntunu müəyyən etməmiş və qətnaməni dəyişdirilmədən saxlamışdır.
29. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı 05 avqust 2019-cu il tarixdə doğulmuş X2 üç yaşına çatanadək anası Cavabdeh üçün hər ay 100 manat aliment üzrə 22 aprel 2020-ci il tarixdən 11 yanvar 2021-ci il tarixədək olan dövr üçün yığılan borcun silinməsi hissəsində ləğv edilməli və belə iddia tələbinin irəli sürülmədiyi müəyyən edilməlidir.
30. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsində aliment borcu silinən dövrün başlanması tarixində texniki səhv olsa da, apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan əsasla ləğv edildiyindən həmin səhv də hazırda aradan qaldırılmalı və qətnamə dəyişdirilməklə iddiaçının birinci əsasla aliment borcundan azad olunma dövrü 22 aprel 2020-ci il tarixdən 11 yanvar 2021ci il tarixədək müəyyən edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Alışanova (Məmmədova) Natavan Habil qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)-9787/2021 nömrəli qətnaməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(001)-1492/2020 nömrəli qətnaməsi ilə İddiaçı 05 avqust 2019-cu il tarixdə doğulmuş X2 3 (üç) yaşına çatanadək anası Cavabdeh üçün hər ay 100 (bir yüz) manat aliment üzrə yığılan borcun silinməsi hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 oktyabr 2021-ci il tarixli, 2(103)-9787/2021 nömrəli qətnaməsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(001)-1492/2020 nömrəli qətnaməsi ilə İddiaçı 05 avqust 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində aliment üzrə yığılan borcun silinməsi dövrünün hesablanmasının başlanması tarixi hissəsində dəyişdirilsin: İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli, 2(001)1492/2020 nömrəli qətnaməsi ilə 05 avqust 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qaza ncının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi məbləğində ödəməli olan alimentin 22 aprel 2020-ci il tarixdən 11 yanvar 2021ci il tarixədək dövr üçün yığılan borcun ödənilməsindən azad edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.