Məhkəmə qərarları › İş №2(102)-2402/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2402/2020

08.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2402/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaqubovic və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “əmək müqaviləsinə xitam verilməsi, cavabdeh tərəfindən verilmiş əmrin ləğv edilməsi, işə bərpa edilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12859/2019 nömrəli iş üzrə 13 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Rzayev Əlibala Ağaşirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı məhkəmədə iddia qaldıraraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, cavabdeh tərəfindən verilmiş 01.05.2018-nin tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və 01.05.2018-ci il tarixdən başlayaraq almadığı əmək haqqının ödənilməsi və onun əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MTK-nın adından verilmiş 01.05.2018-ci il tarixli əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) 02.07.2019-cu il tarixli 2(007)-1804/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İkram Şirinov- sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 13 noyabr 2019-cu il tarixli, 2(103)-12859/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi və eyni zamanda vəkili Rzayev Əlibala Ağaşirin oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2(103)-12859/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki, əmək qanunvericiliyinin tələblərindən də göründüyü kimi xəbərdarlıq müddəti yalnız o halda tətbiq edilir ki, işçi işdən çıxması barəsindəki ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmiş olsun. İndiki halda apellyator işdən çıxmaq barədə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərdiyindən burada hər hansı xəbərdarlıq müddətindən söhbət gedə bilməz. Başqa sözlə işçi əgər işdən çıxmaq barəsində ərizəsində işdən çıxmaq istədiyi tarixi göstərmişdirsə, bu halda həmin işçinin öz ərizəsini geri götürmək hüququ yoxdur. Hazırki halda işçi 01.05.2018-ci il tarixli ərizəsində məhz 01.05.2018-ci il tarixindən işdən azad edilməsini xahiş etmişdir. Belə olduğu halda onun barəsində işdən azad edilmə barədə əmrin verilməməsi hüquq pozuntusu olardı. H əmçinin belə olduğu halda işəgötürənin xəbərdarlıq müddətinə, işçinin isə öz ərizəsini geri götürmək imkan və hüququna malik olmur. Əmək qanunvericiliyi 1 aylıq xəbərdarlıq müddəti çərçivəsində işdən çıxmaq barədə ərizə vermiş işçiyə öz ərizəsini geri götürmək barədə yeni ərizə ilə işəgötürənə müraciət etmək hüququnu nəzərdə tutmuşdur. Başqa sözlə, əgər işçi işdən azad edilməsi barədə ərizəsində işdən çıxmaq istədiyi tarixi göstərməmişdirsə bu halda o, ərizə verdiyi tarixdən 1 ay tamam olduqdan sonra işə çıxmamaq və son haqq-hesabını tələb etmək hüququna malikdir. O cümlədən də işçi işdən çıxmaq istədiyi tarixi göstərmədiyi halda işəgötürən üçün nəzərdə tutulmuş 1 aylıq xəbərdarlıq müddəti ərzində işçi öz ərizəsini geri götürə və əmək münasibətlərinə davam etmək istədiyi barədə niyyətini yenidən işəgötürənə bildirə bilər. İndiki halda işçi, yəni iddiaçı işdən azad edilməsi barədə ərizəsində elə işdən çıxmaq istədiyi tarixi göstərmiş (01.05.2018-ci tarixli ərizəsində 01.05.2018-ci il tarixindən işdən azad edilməsini göstərmiş) və beləliklə də o xəbərdarlıq müddəti nəzərdə tutmadan əmək - münasibətlərinə xitam verilməsini tələb etmişdir ki, bu halda da onun öz ərizəsini geri götürmək hüququ olmamışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan hüquq norması (AR ƏM-nin 69-cu maddəsinin 5-ci bəndi) tətbiq edilməmiş, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmadığı üçün iş üzrə səhv hüquq norması (AR ƏM-nin 69-cu maddəsinin 4-cü bəndi) tətbiq edilmişdir. İşə baxan Bakı Apellyasiya Məhkəməsi iddia tələbi üzrə iddia müddəti tətbiq etməli olduğu halda bunu etməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində açıq-aşkar etiraf edərək qəbul etmişdir ki, əslində cavabdeh MTK birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə proseslərində iştirak etməmişdir. Başqa sözlə, məhkəmə prosesində iştirak edən şəxsin səlahiyyətinin olmaması, buna baxmayaraq rayon məhkəməsi tərəfindən həmin şəxsin cavabdehin “nümayəndəsi” olaraq qəbul etməsi əslində məhkəmənin özü tərəfindən cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh MTK-nın “nümayəndəsi” tərəfindən təqdim edilmiş etibarnaməni hüquqi nöqteyi nəzərdən araşdıraraq onun səlahiyyətinin olub-olmamasını müəyyən etməli olan, səlahiyyəti olmadığı halda onu məhkəmə prosesindən uzaqlaşdıraraq cavabdehə həmin şəxsin səlahiyyətinin olmadığını, bu səbəbdən də səlahiyyətli nümayəndəsini növbəti məhkəmə prosesinə göndərməsinə dair bildiriş göndərməli olan da rayon məhkəməsidir. Rayon məhkəməsinin öz vəzifəsini icra etmədiyi üçün cavabdehin məhrumiyyətlərə məruz qalması tamamilə əsassız və qanunsuzdur. Bu nöqteyi nəzərdən apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd etdiklərini də qanunsuzdur. Əlavə olaraq bildirmək istəyirik ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin iştirakının qanunsuz olması, apellyasiya instansiyası məhkəməsinin sözü ilə desək, cavabdehin birinci instansiya məhkəməsində keçirilən proseslərdə iştirak etməməsi və bundan məlumatsız olması heç bir halda cavabdehi iddia müddətinin tətbiqi ilə bağlı apellyasiya instansiya məhkəməsində ərizə ver mək imkanından məhrum edə bilməz. Bu səbəbdən də cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair məsələ apellyasiya şikayətinə verilmiş etiraz ərizəsində də ayrıca fəsil kimi vurğulanmış və qeyd edilmişdir ki, iddia tələbi ilə bağlı AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməlidir. Bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmalı olduğu ümumiyyətlə halda nəzərə alınmamış və qiymət verilməmişdir. İddiaçı tərəfindən əmək kitabçasını 16.03.2019-cu il tarixində əldə edilməsi hər hansı sübutla təsdiq edilməmiş, bu yalnız iddiaçının öz ifadəsindən başqa heç bir yerdə öz təsbitini tapmamışdır. Belə olduğu halda iddia müddətinin axımının həmin tarixdən hesablanması da tamamilə əsassızdır. Apellyator öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi daşıdığı halda o, tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, daha doğrusu tələbləri əsassız olduğu üçün onu təsdiq edən sübutları təqdim edə bilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən fərziyyələrə və şəxsi mülahizələrə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilmişdir. İş materiallarında olan sübutlardan da göründüyü kimi iddiaçı cavabdeh MTK-da 2017-ci ildən öz ərizəsi ilə işdən azad edildiyi tarixədək daimi iş rejimində işləmiş və bu hal həm birinci instansiya məhkəməsindəki araşdırma zamanı, həm də apellyasiya instansiyası məhkəməsindəki araşdırma zamanı öz təsdiqini tapmışdır. İddiaçı 2018-ci ilin may ayından iddia qaldırıldığı tarixədək - 18.04.2019-cu il tarixədək cavabd eh MTK-da ümumiyyətlə işə çıxmadığı, əmək haqqı almadığı, məzuniyyətdən istifadə etmədiyi halda onun işdən azad edilməsi barədə 2019-cu ilin mart ayında məlumat almasını bildirməsi tamamilə absurd və yalandan başqa bir şey deyildir. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən AR Mülki Prosessual Məcəlləsinin 14, 77, 88 və 106-cı maddələrinin və AR Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbləri açıq və kobud şəkildə pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş lakin, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Az ərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya məhkəməsi tərəfindən iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki: İddiaçı və Cavabdeh MTK arasında bağlanılmış 01.12.2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı koorperativə hüquqşünas vəzifəsinə qəbul edilmiş, onun iş vaxtı əvvəl sərbəst müəyyən edilmiş, 01.01.2017-ci il tarixdən daimi iş rejiminə keçirilmişdir. İddiaçı 01.05.2018-ci il tarixli ərizəsinin surətindən görünür ki, o Ca vabdeh” MTK-ya müraciət edərək 01.05.2018-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi barədə müraciət etmişdir. Cavabdeh” MTK-nın 01.05.2018-ci il tarixli, 10 saylı əmrinin surətindən görünür ki, İddiaçı həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir. 25.07.2018-ci il tarixli xxxxxxx0002X0 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçılə bağlanmış əmək münasibətlərinə 01.05.2018-ci il tarixli əmrə əsasən xitam verilmiş və bu barədə bildiriş 25.07.2018-ci müvafiq informasiya sistemində qeydiyyata alınmışdır. İddiaçı ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, 01.12.2016-ci il tarixdən 01.05.2018-ci il tarixədək Cavabdeh MTK-nın hüquqşünası vəzifəsində işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Ə mək Məcəlləsinin 75.2-ci maddəsinin “a” bəndinə əsasən, yəni tərəflərin qarşılıqlı razılığı ilə xitam verilmişdir. Cavabdeh MTK-nın X3 hesablanmış əmək haqqları üzrə haqq hesab cədvəlinin surətindən görünür ki, 01.12.2016-cı il tarixdən 01.05.2018-ci il tarixədək 2717,76 manat hesablanmış, həmin vəsaitdən (gəlir vergisi, DSMF-yə və.s) tutulmalara görə 111,37 manat çıxılmalardan sonra ona 2606,39 manat ödənilmişdir. Cavabdeh MTK-nın X3 əmək haqqı üzrə kassadan verilmiş nağd pul ödənişləri cədvəlinin surətindən görünür ki, İddiaçı cəmi 2100,00 manat ayrı-ayrı vaxtlarda kassadan nağd pul verilmişdir. Cavabdeh MTK-nın X3 01.12.2016-cı il tarixdən 01.05.2018-ci il tarixədək istifadə edilməmiş məzuniyyət və son haqq hesab hesablanması cədvəlinin surətindən görünür ki, ona 117,43 manat məzuniyyət pulu, 50 manat son haqq hesab olmaqla cəmi 167,76 manat hesablanmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 08.05.2018-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı işdən azad edilməsi barədə ərizəsinin geri qaytarılmasıni xahiş etmişdir. Həmin ərizə müəssisənin baş mühasibi Ceyran Müsafayevə tərəfindən qəbul edilmişdir. Cavabdeh MTK-nın Nizamnaməsinin surətindən görünür ki, Nizamnamənin 7.6-cı bəndinin məzmununa görə kooperativin sədri işdə olmadıqda onun səlahiyyətlərini sədr müavini icra edir. Abşeron rayon 1 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən 02.09.2017-ci il tarixdə 7E-15112 reyestr nömrə ilə qeydə alınmış və təsdiq edilmiş ƏN-İ seriyalı 662552 saylı etibarnamənin surətinin məzmunundan görünür ki, X10 Cavabdeh MTK-da nümayəndəsi olmağı, onun adın dan bütün sənədləşmələrdə iştirak etmək, hesabatlar aparmaq, müqaviləni və lazımi sənədləri təqdim etmək, poçtdan, teleqrafdan eləcə də sənədləri almağı, sənədləri təhvil verməyi, ona təqdim edilən sənədləri qəbul etməyi üçün digər hərəkətləri etməsi X1 02.09.2018-ci il tarixədək etibar etmişdir. Cavabdeh MTK-nın sədri Əliyev Arzuman tərəfindən verilmiş 09.02.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 həmin MTK-da nümayəndəsi olmağı, əqd bağlamağı və imza etməyi etibar etmişdir. X2 ИТ-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, o 05.01.2016-ci il tarixdən 02.07.2018-ci il tarixədək Cavabdeh MTK-nın baş mühasibi vəzifəsində işləmişdir. Cavabdeh MTK-nın 01.12.2017-ci il tarixli 20 saylı əmri ilə müəssisənin maliyyə çətinlikləri və tikinti işlərinin aparı lmasının dayandırılmasını nəzərə alaraq bir neçə ştat vahidi ilə yanaşı, sədr müavini ştatı da ixtisar edilmişdir. İnzibati Xəta haqqında 18.10.2018-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh MTK tərəfindən işçilərin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verildiyindən onun barəsində 1500 manat həcmində inzibati tənbeh tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1601/2018 saylı, 25.12.2018-ci il tarixli qərarından məlum olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.11.2016-cı il tarixli, 1(101)-234/2016 saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum edilmiş X11 tutulub həbs olunanadək onun barəsində olan cinayət işinin icraatı dayandırılmışdır. Apellya siya instansiyası məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, birincisi, əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçı tərəfindən birinci ərizənin geri götürülməsi barədə ikinci ərizə 08.05.2018-ci il tarixdə MTK-ya təqdim edilmiş və həmin vaxt onunla bağlanmış əmək müqaviləsi qanunla müəyyənləşdirilmiş qaydada xitam edilməmiş (rəsmiləşdirilməmiş) olmuşdur. Cavabdehin nümayəndəsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 01.05.2018-ci il tarixli əmrin informasiya sisteminə isə 25.07.2018-ci il tarixdə daxil edilməsini də işçilərin səhlənkarlığı nəticəsində olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin bu barədə izahatını ağlabatan saymamışdır. İkincisi, iddiaçı əmək müqaviləsinə xitam verilməsini 16.03.2019-cu il tarixdə ona əmək kitabçasının təqdim edil diyi zaman bildiyini qeyd etmişdir, cavabdeh buna etiraz edərək əmək müqaviləsinə xitam verildiyi vaxtda iddiaçıya əmək kitabçasının verildiyini bildirmiş, lakin bununla bağlı heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçının həmin dəlilinin əksini sübut edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən (halbuki, bunu sübut etmək onun vəzifəsidir) cavabdehin müddətin ötürülməsi ilə bağlı dəlili keçərli deyildir. Həmçinin iş materiallarından görünür ki, iddia ərizəsinə vurulan ştampda 18.04.2019-cuil tarixi qeyd edilsə də, iddiaçı tərəfindən Məhkəməyə təqdim olunmuş iddia ərizəsinin onda qalan nüsxəsinə Nizami Rayon Məhkəməsinin ştampı vurulmaqla 15.04.2019-cu il tarixi qeyd edilmişdir. Üçüncüsü, 01.05.2018-c il tarixli əmr işəgötürən Cavabdeh MTK-nın sədri Arzuman Əliyev və ya Nizamnamə ilə kooperativin sədri işdə olmadıqda onun səlahiyyətlərini icra etməli olan sədr müavini tərəfindən imzalanmamışdır. Çünki Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1601/2018 saylı, 25.12.2018-ci il tarixli qərarından məlum olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.11.2016-cı il tarixli, 1(101)-234/2016 saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum edilmiş X11 tutulub həbs olunanadək onun barəsində olan cinayət işinin icraatı dayandırılmışdır və məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, MTK-nı təmsil etmək hüququna malik olan A.Əliyev barəsində olan cinayət işləri ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Abşeron rayon 1 saylı notariat kontorunun xüsusi notari usu X5 tərəfindən 02.09.2017-ci il tarixdə 7E-15112 reyestr nömrə ilə qeydə alınmış və təsdiq edilmiş ƏN-İ seriyalı 662552 saylı etibarnamənin surətinin məzmunundan görünür ki, X10 Cavabdeh MTK-da nümayəndəsi olmağı, onun adından bütün sənədləşmələrdə iştirak etmək, hesabatlar aparmaq, müqaviləni və lazımi sənədləri təqdim etmək, poçtdan, teleqrafdan eləcə də sənədləri almağı, sənədləri təhvil verməyi, ona təqdim edilən sənədləri qəbul etməyi üçün digər hərəkətləri etməsi X1 02.09.2018-ci il tarixədək etibar etmişdir. Həmçinin Cavabdeh MTK-nın sədri Əliyev Arzuman tərəfindən verilmiş 09.02.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 həmin MTK-da nümayəndəsi olmağı, əqd bağlamağı və imza etməyi etibar etmişdir. Əmək Məcəlləsində əmək müqaviləsinə xitam verilməsi barədə işəgöt ürənin əmrinin nümayəndə tərəfindən imzalanması nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçının əmək kitabçasında onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinə əsasən xitam verildiyi qeyd edilsə də, əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə istinad edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının işdən çıxarılmasına dair verilmiş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verildiyindən və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, ma ddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Əmək Məcəlləsinin 69.4-cü maddəsinə görə əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 83.2-ci maddəsinə müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, q ərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik halla rını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi mü əyyən edilmiş və imperativ xarakter daşıyır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əməl edilməmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntulara yol verilmişdir. Kassasiya şikayətinin dəliləri iş materialları ilə təkzib edilir. Belə ki, məhkəmə qətnaməsində istinad olunan sübutlarla cavabdehin yol verdiyi pozuntular ətraflı əks olunmuşdur. Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 5-ci bəndinin mübahisəyə tətbiq edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu maddə o zaman tətbiq edilə bilərdi ki, işçinin 01.05.2018-ci il tarixli ərizəsi əsasında o, qanunla müəyyən edilmiş qaydada əriz ədə göstərilən gün işdən azad edilərdi. Lakin iş üzrə işçinin məhz 01.05.2018-ci il tarixdə işdən azad edilməsi, 01.05.2018-ci il tarixli əmrin işəgötürənin rəhbəri tərəfindən imzalanması müəyyən edilməmişdir. Belə olan halda, kassatorun qeyd edilən normaya istinad etməsi əsassızdır. Məhkəmə tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin nümayəndəsinin ərizəsinin qəbul edilməməsi, həmçinin iş üzrə həmin müddətin buraxılmadığının müəyyən edilməsi barədə kassatorun dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və həmin məsələ ilə bağlı apellyasiya məhkəməsinin qərarında əks olunmuş mövqelərlə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ap ellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MTK-nın kassasiya şikay əti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12859/2019 nömrəli iş üzrə 13 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar