Məhkəmə qərarları › İş №2(102)-2405/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2405/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2405/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması, əsaslı təmir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1568/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.

2. Birgə nikahdan əvvəl “Kooperativ binada mənzilin alınmasına dair” 208 nömrəli, xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Moskva prospekti 8 ünvanında "xxxx" MMC tərəfindən tikiləcək 4 saylı binada 10 nömrəli, 144.38 kv.m olan mənzil hər kv.m-nin dəyəri 600 manat olmaqla, cəmi 86628 manata cavabdehə satılmışdır. Mənzil xüsusi mülkiyyət kimi qeydiyyata alınmamışdır.

3. Tərəflərin birgə nikah müddətində mənzil əsaslı təmir edilmişdir.

4. Mülkiyyət hüququ üzrə X2 (iddiaçının atasına) məxsus ünvan 2 ünvanında yerləşən mənzilin paylı mülkiyyət hüququ üzrə 5/20 hissəsi 100 000 (bir yüz min) manata “X9” MMC-yə xx.xx.2018-ci il tari xdə alqı-satqı yolu ilə satılmışdır.

5. Cavabdeh xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-də baş mütəxəssis vəzifəsində çalışır, aylıq əmək haqqı 1250 manat təşkil edir.

6. Mübahisə həmin mənzilin birgə mülkiyyəti sayılması barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli mənzilə ½ pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mənzil alınarkən tam təmirsiz olmuşdur. 20182019-cu illərdə iddiaçı şəxsi vəsaiti, yəni atası tərəfindən satılmış daşınmaz əmlakdan ona verdiyi 50.000 manat və əlavə öz qazancı hesabına mənzili təmir etdirmiş və ailəsi ilə birgə orada yaşamağa başlamışlar. Məhz iddiaçının vəsaiti hesabına əsaslı təmirdən sonra mənzilin orta bazar qiyməti xeyli artmışdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 35-ci maddəsinə istinad etmişdir.

10. İddiaçının sifarişi ilə təqdim edilmiş "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən, ünvan 3 ünvanında “X10” MTK binasında yerləşən 6 saylı mənzildə aparılmış təmir işlərinin dəyəri 03 noyabr 2021-ci il tarixinə 45346 manat təşkil edir.

11. Birinci instansiya məhkəməsində cavabdehin vəkili iddia tələbinə etiraz edərək göstərib ki, mənzil tərəflərin nikahından əvvəl cavabdehin atasına verilib, o, da həmin mənzili qızının adına rəsmiləşdirib. Təmir işləri təkcə iddiaçının vəsaiti hesabına görülməyib, belə ki, cavabdeh özü işləyib və iddiaçıdan daha çox əmək haqqı alıb. Həmçinin cavabdehin valideynləri də daim ailəyə maddi köməklik göst ərmişlər. Mübahisəli mənzilin hazırkı bazar qiyməti təxminən 200 min manat civarındadır. Təmir xərcinə görə mənzilin bölünməsi mümkün deyil, həm də çəkilən xərclə bağlı ekspertiza təyin edilməlidir.

12. Birinci instansiya məhkəməsi mənzilin təmir-bərpa və s. işləri üçün çəkilmiş xərcin məbləği və mənzilin hazırki dövrə likvid dəyərinin müəyyən edilməsi məqsədilə 17b dekabr 2021-ci il tarixli qərardadla tikinti-texniki və qiymətləndirmə ekspertizası təyin etmiş, ekspertizanı Məhkəmə Ekspertizası Mərkəzinə "xxxx" MMC-yə tapşırmışdır. 13. "xxxx" MMC-nin QXM 414/M saylı, xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilin bazar dəyəri 190000 manat, likvid dəyəri 180.000 manat, mənzilin təmir-bərpa və s. işlər üçün çəkilmiş xərclərin dəyəri 43000 m anatdır.

14. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2602 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilin bazar dəyəri 263.520 manat (146.4x1800), 10% azalma əmsalı tətbiq edilməklə mənzilin likvid dəyəri 237168 manat, mənzilin təmir-bərpa və s. işlər üçün çəkilmiş xərclərin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 45360 manatdır.

15. Birinci instansiya məhkəməsi cavabdehin atası X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 birinci instansiya məhkəməsində bildirmişdir ki, 2010-cu ildə şirkətdə mühəndis işlədiyi zaman şirkət borcunun bir hissəsinin, yəni 90000 manatın əvəzində ona mənzil vermişdir. O da, həmin mənzili qızı Cavabdeh adına rəsmiləşdirmişdir.

17. Ca vabdehin vəkili göstərib ki, mübahisəli mənzilin hazırkı bazar qiyməti təxminən 260 min manat civarındadır. Təmir xərcinə görə mənzilin qiymətinin bu qədər artması əsassızdır. Mənzil 2010-cu ildə 86000 manata alınıb. Mənzilin alınmasından uzun müddət keçmiş, həmçinin daşınmaz əmlakların bazar dəyərinin artması səbəbindən mənzilin qiyməti hazırki həddə çatmışdır. 18. “X10” MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 160 nömrəli arayışa əsasən, MTKnın 4 (hazırda 43) saylı binasının 6-cı mənzilinin payçısı olan X4 məxsus mənzildə sayğacların quraşdırılma tarixinə əsasən mart 2018-ci ildə təmir işlərinə başlanılmışdır.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-528/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləş ən 6 saylı mənzilə İddiaçı payı 1/5 hissə müəyyən edilmiş, qalan 4/5 hissəsi isə Cavabdeh payı hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim Günel Abbasova)

20. Birinci instansiya məhkəməsi qeyd edib ki, internet portaldan əldə edilmiş məlumata əsasən Bakı şəhəri, Yasamal rayonu ərazisində 140-150 kv.m sahəsi olan təmirsiz mənzillərin qiyməti 140000-152000 manat təşkil edir.

21. Birinci instansiya məhkəməsi göstərib ki, Ailə Məcəlləsinin 35-ci maddəsində ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılmasının əsasları və şərtləri nəzərdə tutulub. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmi r, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

22. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, əslində, maddədə göstərilən qayda ümumi qaydadan istisnadır. Lakin qanun real həyatda ola biləcək çeşidli situasiyaları fərqləndirən ümumi halda müəyyən edir ki, ər-arvadın hər birinin əmlakı birgə mülkiyyət sayıla bilər. Ona görə də, ər və ya arvada məxsus evin, mənzilin və s. əsaslı təmiri, genişləndirilməsi və ya yenidən tikilməsi hallarında yeni əmlak üzərində tərəflərin payının hansı nisbətdə olacağı məsələsi açıq qalır. Hər bir halda mülkiyyətçilərin payı onların razılaşması ilə və ya məhkəmə qaydasında müəyyən edilməlidir.

23. Birinci instansiya məhkəməsi həmçinin vurğulayıb ki, Ailə Məcəlləsinin 35-ci maddəsində nəzərdə tutulan mülkiyyətin obyektini bir qayda olaraq ər və ya arvada ilkin məxsus olan daşınmaz əmlak təşkil edir. Bu cür əmlakın birgə nikah dövründə əldə edilmiş əmlakın obyekti sayılması üçün iki halın mövcud olması vacibdir: 1) texniki – əsaslı təmir, yenidənqurma, dəyişdirmə və s. 2) hüquqi – yuxarıda qeyd olunan texniki halların hesabına obyektin qiymətinin əhəmiyyətli dərəcədə artmasının məhkəmə tərəfindən müəyyən edilməsi.

24. Beləliklə, məqsəd ər-arvadın hər birinə məxsus olan əmlakın statusunun dəyişdirilərək, ər-arvadın birgə mülkiyyət hesab olunmasının müəyyən və təsdiq edilməsidir.

25. Birinci instansiya məhkəməsi hesab edib ki, bu vəziyyətdə sərf edilmiş vəsait və əməyin hesabına dəyəri xeyli artmış əşyanın ər-arvadın birgə mülkiyyətinə aid edilməsi deyil də, əşyanın artmı ş dəyərinin məbləğinə nisbətdə, müəyyən bir hissəsini aid etmək daha məqsədəuyğundur.

26. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilə payının hesablanmasını aşağıdakı kimi hesablayıb: - hazırda təmirli mənzilin likvid dəyəri təxminən 237000 manatdır; 2018-ci ildə təmirə başlayan vaxt təmirsiz mənzilin dəyəri 145000 manat (kv.m 1000 manat) təşkil edirdi; - 237000-145000=92000 manat. Mənzilin dəyərinin artdığı məbləğ - 92000÷2=46000 manat. Birgə nikah dövründə təmir olunduğuna görə ər-arvadın hər birinin payına düşən məbləğ – mənzilin dəyərinin artdığı məbləğin iddiaçının payına aid 46000 manatı mübahisəli mənzilin likvid dəyəri kimi 237000 manatın təxminən 1/5 hissəsini təşkil edir: 237000÷46000=5.

27. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil ə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların aralarında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, mübahisəli mənzil tərəflərin birgə mülkiyyəti hesab olunmaqla, İddiaçı payı 1/5 hissə, qalan 4/5 hissəsi isə Cavabdeh payı hesab edilməlidir.

28. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 225.1, Ailə Məcəlləsinin 32, 35, 36.1, 36.2, 36.3 və 36.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Apellyasiya şikayətinin dəlilləri: - tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli mənzil tərəflər in nikahından əvvəl cavabdehin atasına verilib, o da, həmin mənzili cavabdehin adına rəsmiləşdirib. Təmir işləri cavabdehin vəsaiti hesabına görülüb. Belə ki, cavabdeh özü işləyib və iddiaçıdan daha çox əmək haqqı alıb. Həmçinin, cavabdehin valideynləri də daim ailəyə maddi köməklik göstərmişlər. Mübahisəli mənzilin hazırkı bazar qiyməti ekspert rəyinə əsasən təxminən 260.000 manatdır. Təmir xərcinə görə mənzilin qiymətinin bu qədər artması əsassızdır. Mənzil 2010-cu ildə 86.000 manata alınıb. Mənzilin alınmasından uzun müddət keçmiş, həmçinin daşınmaz əmlakların bazar dəyərinin artması səbəbindən mənzilin qiyməti hazırkı həddə çatmışdır. Təmir xərcinə görə mənzilin dəyəri artmayıb. Təmir xərcinə görə iddiaçının pay hüququnun tanınması barədə qətnamə qanunsuzdur; - Ailə Məcəlləsinin 31-3 7-ci maddələrində qeyd olunan mülkiyyət və mülkiyyət hüququ sözləri daşınmaz əmlaklara münasibətdə məhz mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara şamil olunmalıdır. Yəni ər-arvadın daşınmaz əmlaka pay hüququ o halda tanına bilər ki, həmin daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmış olsun. İş materialları ilə təsdiq olunur ki, mübahisələndirilən daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı isə iddia tələbində məhkəmədən mübahisəli mənzilə onun pay hüququnun tanınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin mənzilin tərəflər arasında paylara bölməsi barədə nəticəyə gəlməsi qanunsuz və əsassız olmuşdur; - mübahisəli mənzil cavabdeh tərəfindən nikahdan əvvəl alındığı, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi və i ddiaçı həmin mənzilə pay hüququnun tanınmasını tələb etdiyi üçün birinci instansiya məhkəməsi irəli sürülmüş tələb üzrə işə mahiyyəti üzrə baxmaqla və qeyd olunan maddi hüquq normalarını tətbiq edib qətnaməni əsaslandırmaqla iddianı rədd etməli idi.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1568/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Cəmilə Musayeva)

32. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsinin müəyyən etidiyi işin mübahisəsiz hallarına əsasən tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh mübahisəli mənzili birgə nikahdan əvvəl, yəni xx.xx.2010-cu ildə “X5” MMC-dən 86.628 manat ödəməklə almışdır. Mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları müddətdə, yəni 2018-ci ildə təmir edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərib ki, Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir. Bununla yanaşı, ailə qanunvericiliyində ərlə arvadın hər birinə məxsus olan əmlakın müəyyən şərtlər daxilində onların birgə mülkiyyəti sayıla bilməsi imkanını da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nika hda olduqları dövrdə ərarvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

34. Göründüyü kimi, ər-arvaddan birinə məxsus olan əmlakın dəyərinin digər tərəfin əməyi və onun tərəfindən qoyulmuş vəsait hesabına xeyli artması müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Qanunverici bu cür vəsaitin qoyulması kimi əmlakın əsaslı təmirini, yenidən quraşdırmasını, avadanlığın dəyişdirilməsini və s. kimi halları müəyyən etmişdir. Hazırkı işin hallarından müəyyən edilir ki, cavabdehə məxsus olmuş mənzil onunla iddiaçının birgə nika hları dövründə təmir edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş ekspertiza rəyi və qiymətləndirmə hesabatlarında müəyyən edilmilş məbləğləri tərəflərin mübahisələndirmədiyini nəzərə alaraq, hesab edib ki, mənzilin təmirli və təmirsiz vəziyyətdəki qiymətləri, habelə təmirə çəkilmiş xərcin məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Belə ki, mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına əsaslı təmir edilməsindən sonra onun dəyəri əhəmiyyətli dərəcədə artmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlib ki, hazırkı iddia üzrə iddiaçının istinad etdiyi hallar Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmuşdur.

37. Apellyasiy a instansiyası məhkəməsi cavabdehin mənzilin onun tərəfindən və onun vəsaiti hesabına təmir edilməsi barədə dəlilini qəbul etməyərək, bunu onunla əsaslandırıb ki, cavabdeh bu dəlilini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin işləməsi və yüksək əmək haqqı alması özü-özlüyündə mənzilin onun vəsaiti hesabına təmir edilməsini deməyə əsas vermir.

38. Bundan başqa qeyd edilməlidir ki, cavabdehin mənzilin təmirində iştirak etməsi faktı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, məhz bu səbəbdən mənzilin tək iddiaçının vəsaiti hesabına deyil, tərəflərin birgə vəsaiti hesabına təmir edildiyi müəyyən edilmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi tərəflərin birgə əmlakdakı paylarının 1/5 və 4/5 nisbətdə müəyyən edilməsini də işin hallarına uyğun hesab etmiş və göstərmişdir ki, birinci instansiya məhkəməsi payları bu qaydada müəyyən edərkən mənzilin cavabdeh tərəfindən nikahdan əvvəl əldə edilməsini, habelə təmirə çəkilmiş vəsaitin məbləğini, həmin məbləğdə iddiaçının ½ hissədə payının olmasını, təmirdən sonra mənzilin artmış dəyərinin məbləğini, bu məbləğlə mənzilin əvvəlki təmirsiz vəziyyətdəki dəyəri arasındakı fərqi nəzərə almışdır.

40. Apellyasiya instansiyası məhkəməsi mənzilin dəyərinin orada aparılmış təmirə görə deyil, mənzil alındıqdan sonra uzun müddət keçdiyinə görə onun bazar dəyərinin artması ilə bağlı olması barədə apellyasiya şikayətini dəlillərinə münasibətdə qeyd edib ki, cavabdeh buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

41. Mübahisəli mənzilin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qe ydiyyatdan keçməməsi, bu səbəbdən mənzilin birgə əmlak hesab edilməsi və payların müəyyən edilməsinin qanunsuz olması barədə apellyasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı baxımından əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

43. Kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun və oxşar məzmunda əsaslandırmış və əlavə olaraq bunları gös tərmişdir: - mübahisəli mənzildə aparılmış təmir işləri cavabdehin özünün və valideynlərinin vəsaiti hesabına aparılmışdır. Bununla belə, birinci instansiya məhkəməsi təmir işlərinin tərəflərin vəsaiti hesabına aparıldığını qeyd etmiş, lakin pay bölgüsündə və iddiaçının pay hüququnun tanınmasında kobud səhvə yol verməklə qanunvericiliyin tələblərini pozmuşdur; - birinci instansiya məhkəməsi qətnaməsinin 3-4-cü səhifələrinə “Digesta nəşriyyatı”nın nəşr etdiyi “Ailə Məcəlləsinin Yozumu” adlanan (müəlliflər: B.Əsədov, Ə.Hacıbəyli, İ.Əliyev, R.Hacılı, V.Mirkamal, K.Abbasov) vəsaitdə Ailə Məcəlləsinin 35-ci maddəsinə müəlliflərin vermiş olduğu izahı olduğu kimi köçürməklə, qətnaməni işin hallarına və tərəflərin münasibətinə görə deyil, formal olaraq kitabda olan sözlərlə əsaslandırmışdır; - Məh kəmə Ekspertizası Mərkəzinin 10/2602 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən 237168 manat mənzilin hazırki təmirli vəziyyətdə olan likvid dəyəridir. Məhkəmə, qətnamədə göstərilən ardıcıllıq ilə deyil, aşağıdakı ardıcıllığa əməl etməklə tərəflərin payını hesablamalı idi: a) 2018-ci ildə təmirə başlayan vaxt təmirsiz mənzilin dəyəri ekspertin müəyyən etdiyi 146,40 kv.m. sahəyə uyğun olaraq 146400 (kv.m-1000 manat) manat (məhkəmə qətnamədə səhvən 145000 manat qeyd etmişdir) təşkil edirdi; b) həmin il mənzil təmir edilmiş və bu təmirə 45.360 manat xərc çəkilmişdi; c) iddiaçının və cavabdehin hər birinin mənzilin təmirinə sərf olunmuş vəsaitdəki, yəni mənzilin dəyərinin təmirlə artmasına münasibətdəki payı 22680 manat (45360/2=22680 manat) təşkil edirdi. ç) mənzil nikahdan əvv əl əldə edildiyi üçün iddiaçının təmirdən sonra mənzilin bütövlükdə dəyərinə münasibətdə deyil, yalnız təmirinə münasibətdə payı müəyyən edilməli olduğundan xərcin əvəzi olaraq zərərin ödənilməsi təmin edilməli idi: - təmirsiz mənzilin dəyəri ekspertin müəyyən etdiyi 146,40 kv.m sahəyə uyğun olaraq146400 (kv.m-1000 manat) manat; - təmirə çəkilmiş xərc və təmirdən sonra evin dəyərinin artdığı məbləğ 45.360 manat; - təmirdən sonra evin dəyəri 191760 (146400+45360=191760) manat; - iddiaçının mənzilin təmirinə sərf olunmuş vəsaitdəki payı 22680 manat (45360/2=22680 manat); - iddiaçının payına aid 22680 manat vəsait mübahisəli mənzilin təmirdən sonra artan dəyəri olan 191760 manatın təqribən 1/9 hissəsini təşkil edir: 22680÷191760=9/1 - iş üzrə ekspert rəyini verən ekspert mənzilin dəyərində ol an artımın onun hazırki bazar qiymətində olan artım olmasını qeyd etmiş, mənzildə aparılmış təmir-bərpa işlərinə köhnəlmə əmsalı tətbiq etmişdir. Yəni, birinci instansiya məhkəməsi nəinki mənzilin təmirinə çəkilmiş xərcə görə iddiaçının payını mənzilin tam sahəsinə bütövlükdə hesablamaqla artırmalı, əksinə, iddiaçının mənzildən istifadə etməsinə görə aşınma nəticəsində görülmüş təmir işlərinin dəyərinin azalmasını nəzərə almaqla payın miqdarını azaltmalı idi; - Ailə Məcəlləsinin 35-ci maddəsində qeyd olunan birgə mülkiyyət cümləsini də Mülki Məcəllənin 213.1-ci maddəsi baxımından şərh etmək lazımdır. Belə ki, Mülki Məcəllənin “ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları” adlanan həmin maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - həmçinin ümumi davranış qaydası müəyyən edən Ailə Məcəlləsinin 35-ci maddəsi dispozitiv xarakterli normadır və birgə mülkiyyət hüququnun tanınması barədə qərara gəlməyi əmlakın dəyərinin xeyli artıran vəsaitin qoyulmasının müəyyən edilməsi ilə şərtləndirir və məhkəmələr bu cür mübahisələrə baxarkən tərəflər arasındakı faktiki münasibəti, əmlak daşınmaz əmlakdırsa, ona münasibətdə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınıb-alınmamasını, əmlakın kimin hesabına əldə edildiyini, təmirə sərf olunmuş vəsaitin məbləğini, bu vəsaitdə tərəflərin payını, işdə olan sübutları, qəbul ediləcək qərarla tərəflərdən hər hansı birinin hüquqlarının pozulub-pozulmayacağını nəzərə almaqla ədalətli və qərəzsiz qətnamə qəbul etməlidirlər; - Ailə Məcəlləsinin 35- ci maddəsində qeyd olunanbirgə mülkiyyət cümləsini də K onstitusiya məhkəməsinin həmin Qərarındakı “mülkiyyət payları” sözünü daşınmaz əmlaklara münasibətdə Mülki Məcəllənin 213.1-ci maddəsi baxımından şərh etmək lazımdır. - hazırki işdə də mənzil cavabdeh tərəfindən kooperativdən alınmış, cavabdeh pay haqqını tam ödəmiş və mülkiyyət hüquqlarının qeydə alınmasını “tələb etmək hüququ” yaranmışdır. Yəni həmin əmlak cavabdehin mülkiyyətində deyil, kooperativə məxsus olmaqla cavabdeh həmin əmlak üzərində sahiblik və istifadə hüquqlarına malikdir. Eyni zamanda mənzilin hazırki bazar dəyəri olan 237168 manata münasibətdə iddiaçının iddia olunan 22680 manat təmir xərci əhəmiyyətli dərəcədə artım hesab edilməməlidir. Bu səbəbdən iddiaçının tələbi öhdəlik xarakterli olduğundan o, həmin mənzilin təm iri ilə bağlı vəsait sərf etmiş olsaydı və ya sərf etmişsə onun həmin vəsaitin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

44. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etirazın dəilləri ondan ibarətdir ki, əslində təmin edilən tələb iddia tələbindən az olsa da, iddiaçı təmir xərclərini atasının ona hədiyyə etdiyi vəsait hesabına ödədiyini tam sübut etsə də, azyaşlı uşaqların mənafeyini əsas tutaraq apellyasiya şikayəti verməmişdir. Lakin cavabdeh bütün bu hallar ona məlum olsa da, təmir nəticəsində mənzilin dəyərinin 90.000 manatdan artıq məbləğdə artdığını bildiyi halda apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi payları bu qaydada müəyyən edərkən mənzilin cavabdeh tərəfindən nikahdan əvvəl əldə ed ilməsini, habelə təmirə çəkilmiş vəsaitin məbləğini, həmin məbləğdə iddiaçının ½ hissədə payının olmasını, təmirdən sonra mənzilin artmış dəyərinin məbləğini, bu məbləğlə mənzilin əvvəlki təmirsiz vəziyyətdəki dəyəri arasındakı fərqi nəzərə almışdır. Cavabdeh mənzilin dəyərinin orada aparılmış təmirə görə deyil, mənzil alındıqdan sonra uzun müddət keçdiyinə görə onun bazar dəyərinin artması ilə bağlı olmasını bildirsə də, buna dair nəinki mötəbər sübutları, ümumiyyətlə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində mübahisəli mənzilin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyini, bu səbəbdən onun birgə əmlak hesab edilməsi və payların müəyyən edilməsinin qanunsuz olduğuna istinad etmişdir. Halbuki “Azərbaycan R espublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. KM-nin bu qərarındakı hüquqi mövqeyindən göründüyü kimi, ər-arvadın birgə əmlakında payların müəyyən edilməsi zamanı mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, onların mülkiyyət paylarını, iqtisadi dəyərə malik olan tələb hüquqlarını da ehtiva edir. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydas ında təsdiq edilə bilər. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onl arın mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Kassasiya şikayətində ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

47. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

50. İddia tələbi mənzilə pay hüququnun tanınması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi nikahdan əvvəl alınmış mənzilin birgə nikah vaxtı əsaslı təmir edilməklə onun dəyərini xeyli artıran vəsait qoyulmasına istinad etmişdir.

51. Tələbin hüquqi əsasını Ailə Məcəlləsinin 35-ci maddəsi təşkil edir. Həmin maddəyə görə nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

52. İddianın təmin edilməsi qeyd edilən maddənin dispozitiv şərtlərinin mövcudluğunun müəyyən edilməsindən asılıdır.

52. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə də cavabdehə məxsus olmuş mənzil onunla iddiaçının birgə nikahları dövründə əsaslı təmir edilmiş, mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına əsaslı təmir edilməsindən sonra onun dəyəri əhəmiyyətli dərəcədə artmışdır.

53. Göründüyü kimi, tətbiq edilən maddi hüquq norması işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Həmçinin mənzildəki pay hüququnun nisbəti də ekspert rəyləri əsasında düzgün müəyyən edilmişdir.

54. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 32-41-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Bu b axımdan, hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.

55. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Yuxarıda qeyd edildiyi kimi həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tam qiymət verib. Məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini əsasız sayıb.

56. İddiaçının mənzilin təmirinə sərf olunmuş vəsaitdəki payının 22680 manat olması barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiyasına görə əmlakın birgə mülkiyyəti sayılması üçün ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması əsas şərtdir. Bu zaman mülkiyyətin birgə sayılması üçün qoyulan vəsaitin dəyəri deyil, əmlakın dəyərinin artması əsas şərtdir. Buna görə də təmirə çəkilmiş xərc deyil, təmir nəticəsində artan qiymət əsas götürülür ki, məhkəmələr də düzgün olaraq bunu əsas götürmüşlər.

57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1568/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar