Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2407/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq (sonradan tələbin həcmini artırmaqla) 2.544.000 manat əsas borcun, 1.584.657 manat cərimənin və 30 manat dövlət rü sumunun, cəmi 4.128.687 manat pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, müqavilələrin ləğv edilərək lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilinin kommunikası ilə birlikdə saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, 06-LA/11 nömrəli, xx xxx 2011-ci il tarixli, 11-LA/11 nömrəli və xx xxxxxx 2013-cü il tarixli, x saylı lizinq müqavilələrinin ləğv edilməsi, lizinq obyektindən istifadəyə görə yaranmış 2.544.000 manat əsas borc, 200.000 manat cərimə, 30 manat dövlət rüsumunun, cəmi 2.744.000 manat pul vəsaitinin Cavabdeh alınaraq, İddiaçı-nin xeyrinə ödənilməsi, lizinq obyekti olan texnoloji avadanlıqlar və onun yerləşdiyi tikilinin (binanın) kommunikasiyasının saz vəziyyətdə İddiaçı-yə geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 2.544.000 manat əsas borcun, 1.584.657 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 4.128.687 manat pul məbləğinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, müqavilələrin ləğv e dilərək lizinq obyekti olan texnoloji avadanlıqları və onun yerləşdiyi tikilinin kommunikası ilə birlikdə saz vəziyyətdə geri alınması tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: Kassator, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsinin ləğv, iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən öhdəliyin verilməsi barədə 01-ÖV nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə və xx.xx.2019-cu il tarixli akta istinad edərək bildirmişdir ki, həm in müqavilə ilə tərəflər arasında olan razılaşmaya əsasən cavabdehin iddiaçı qarşısında olan bütün öhdəlikləri başqa şəxsə, yəni xötürülmüşdür. Ona görə də, tərəflər arasında olan ilkin müqavilələr əsasında cavabdehdən pul tutulması və iddianın təmin edilməsi yol verilməzdir. İş materiallarından da göründüyü kimi, hazırki mübahisə üzrə Sabunçu Rayon Məhkəməsinin qətnaməsi xx xxxx 2019-cu il tarixdə qəbul olunduğu halda İddiaçı ilə Cavabdeh arasında 01-ÖV nömrəli müqavilə 27 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə bağlanmışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası iclasında iddaçının nümayəndəsi X2 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. İşdə işt irak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, xx xxx 2011-ci il tarixli və xx xxxxxx 2013-cü il tarixli müqavilələrə əsasən, c avabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1-ci müqavilə üzrə 1.173.900 manat, tutumu 2.000 ton olan soyuducu kamera, dəyəri 504.000 manat, tutumu 500 ton olan soyuducu kamera avadanlığını, 2-ci müqavilə üzrə dəyəri 1.406.100 manat və dəyəri 725.550 manat olan iki dəst soyuducu kamera avadanlığını və 3-cü müqavilə üzrə dəyəri 313.000 manat olan soyuducu kamera üçün 2.000 ədəd aqroboks avadanlıqlarını lizinqə götürmüşdür. İddiaçı, cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2011-ci il tarixli, xx xxx 2011-ci il tarixli və xx xxxxxx 2013-cü il tarixli lizinq müqavilələrinə və onlardan irəli gələn öhdəliklərin cavabdeh tərəfindən pozulmasına istinad etməklə hazırkı tələblərini irəli sürmüşdür. İ şdə olan 01-ÖV nömrəli xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, bir tərəfdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən İdarə Heyətinin sədri X3 şəxsində və digər tərəfdən Cavabdeh (borclu) və X5 (öhdəliyi qəbul edən) arasında qarşılıqlı razılaşma əsasında öhdəliyin verilməsi barədə müqavilə bağlamışlar (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən cəmiyyətlə borclu arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 11-LA/11 nömrəli və xx xxx 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələrinin predmeti olan, ümumi dəyəri 3809550,0 manat olan soyuducu kamera avadanlıqlarının lizinq ödəniş qrafiki üzrə qalan 3077985,0 manat üzrə bütün öhdəlikləri, o cümlədən 263140 0,0 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi öhdəliyini Öhdəliyi qəbul edən öz üzərinə götürür; 1.2-ci bəndinə əsasən bu müqavilə bağlanan gündən yaranmış mülki-hüquq münasibətləri, 3077985,0 manat məbləğində qalıq borcun, o cümlədən 2631400,0 manat məbləğində gecikdirilmiş borcun ödənilməsi öhdəliyi, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti bu müqavilə ilə, İddiaçı ilə Borclu arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 11- LA/11 nömrəli və xx xxx 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələri ilə yaranmış mülki-hüquqi münasibətlər bu tarixdən başlayaraq bu müqavilə ilə tənzimlənir; 2.1-ci bəndinə əsasən Cəmiyyət: öhdəliyi qəbul edənə bu müqavilənin 1.1-ci bəndinə uyğun olaraq öhdəliklərin icra olunmasını həvalə edir; öhdəliyi qəbul edən tərəfindən öhdəliyin vax tında və tam həcmdə yerinə yetirilməsinə nəzarəti həyata keçirir. 2.2-ci bəndinə əsasən öhdəliyi qəbul edən: Cəmiyyətlə Borclu arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 11-LA/11 nömrəli və xx xxx 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələri ilə müəyyən edilmiş ödəniş qrafiki üzrə müəyyən olunmuş məbləği, o cümlədən gecikdirilmiş borcunu tam şəkildə ödəməyi öz öhdəsinə götürür; müqavilə öhdəliklərini yerinə yetirmədikdə, Cəmiyyət qarşısında qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıyır; 3-cü bəndinə əsasən borclu, Cəmiyyətlə Borclu arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli 11LA/11 nömrəli və xx xxx 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələrinin predmeti olan avadanlıqları tam, komplektləşdirilmiş qaydada öhdəliyi qəbul edənə təhvil verməli, aktın bir nüsxəsini Cəmiyyətə təqdim etməlidir; 4.3-cü bəndinə əsasən bu Müqavilə qüvvəyə mindiyi tarixdən, borclu xx xxxxxx 2011-ci il tarixli 11LA/11 nömrəli və xx xxx 2011-ci il tarixli 06-LA/11 nömrəli lizinq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi və digər şərtlər üzrə heç bir məsuliyyət daşımır. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən borclu bu müqavilə üzrə Öhdəliyi qəbul edənin öhdəlikləri üçün heç bir məsuliyyət daşımır. Müqaviləyə əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçıyə məxsus (xx.xx.2011 -ci tarixli 06-LA/11 nömrəli və xx.xx.2011 -ci il tarixli 11-LA/11 nömrəli) lizinq müqavilələri əsasında Cavabdeh lizinqə verilmiş, tutumu 5000 ton (şərti olaraq), qalıq borcu 3 077 985,0 manat, 2 ədəd dəhliz və 36 ədəd soyutma kamerasından ibarət olan 4 dəst soyu ducu anbarı (öhtəliklərlə birlikdə) tam, saz və işlək vəziyyətdə X4 təhvil-təslim edildi. Soyuducu anbarın iş qabiliyətinə və texniki vəziyyətinə heç bir iradı yoxdur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının kassasiya şikayəti 2011-ci ildə bağlanmış müqavilələrə münasibətdə əsassızdır. Belə ki, öhdəliyin verilməsi haqqında yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli müqavilə ilə iddiaçının özünün razılığı ilə cavabdeh həmin iki müqavilə üzrə icra edilməmiş öhdəliklərini üçüncü şəxs xvermişdir və bunun nəticəsində cavabdehin iddiaçı qarşısında həmin əqdlərdən irəli gələn öhdəliyi aradan qalxmışdır. Öhdəliyin verilməsi haqqında müqavilənin isə birinci instansiya məhkəməsinin qətnaməsindən sonra bağlanmasının mübahisənin hüquqi həlli üçün əhəmiyyəti yoxdur. Çünki, tərəflər (o cümlədən k reditor olan iddiaçı) mövcudluğu mübahisə doğurmayan öhdəliyin borcludan üçüncü şəxsə verilməsi haqqında yazılı qaydada razılaşmışlar. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi xx xxxxxx 2011-ci il tarixli və xx xxx 2011-ci il tarixli müqavilələr üzrə iddia tələblərinin rədd edilməsi hissəsində əsaslıdır. Belə ki, Mülki Məcəllənin 522.1-522.3.cü maddələrinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. Bununla belə, Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı tamamilə, yəni xx xxxxxx 2013-cü il tarixli müqaviləyə aid hissədə də rədd etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiada xx xxxxxx 2013-cü il tarixli müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı tələb də mövcuddur. Yuxarıda qeyd edilən öhdəliklərin verilməsi haqqında müqavilədə xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə öhdəliklərin üçüncü şəxsə verilməsi barədə razılaşma mövcud deyil. Eyni zamanda iddiaçının kassasiya şikayətinin nəticə hissəsindən görünür ki, o, xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə tələbdən nəinki imtina etməmiş, bütün (o cümlədən həmin müqavilə üzrə) iddia tələblərini müdafiə edərək onların təmin olunmasında israr edir. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsinin qeyd edilən halları nəzərə almadan iddianı bütövlükdə, o cümlədən xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə tələbləri də rədd etməsi qanunvericiliyə uyğun deyil. Çünki, həmin əqd üzrə cavabdehin öhdəliklərinə xitam verilməsi, yaxud onların başqa cür aradan qalxması haqqında mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda isə öhdəliklərinin icrasını gecikdirən cavabdehə qarşı iddiaçının həmin müqavilə üzrə tələblərinə aşağıdakı normalar çərçivəsində düzgün hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim g ünü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-1.12.4-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ö dəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilərək qətnamə xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə iddia tələblərinin rədd edilməsi hissəsində ləğv olunmalı və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi qismən - xx xxxxxx 2013-cü il tarixli, x nömrəli lizinq müqaviləsi üzrə iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2407/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2407/2020
10.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver