Məhkəmə qərarları › İş №2(102)-2407/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2407/2022

31.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2407/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh Fəxrəddin oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2407/22 Açar sözlər: payların müəyyən edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)8909/2021 saylı qətnaməsindən İddiaçı oğlunun kassasiya şikayəti üzrə işə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşi n halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, cavabdehlə birgə nikahı dövründə əldə edilmiş vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şosesi, 6 döngə, 9/1 saylı fərdi yaşayış evinin alınmasına sərf edilmiş 35.000 ABŞ dollarının, habelə həmin evin tikintisinə və təmirinə sərf edilmiş ümumilikdə 20.000 manat pulun paylarına uyğun şəkildə aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 05 yanvar 2012-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından bir uşaqları doğulub. Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulub. "xxxx" MMC-nin 08 avqust 2011-ci il tarixli qiymətləndirmə rəyinə görə, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi, 6-cı döngə yerləşən 9/1 saylı fərdi yaşayış evinin (tikintinin sahibi X2 göstərilib) tikintisinin dəyəri 20.000 manat müəyyən edilib. Cavabdehin “səlahiyyətli orqanlara” ünvanlanan 26 aprel 2014-cü il tarixli ərizəsinin kserosurətinə görə,o bildirib ki, sözügedən evi X1 35.000 ABŞ dollarına alıb, 23.000 ABŞ dolları ödəyib, qalan 12.000 ABŞ dollarını bir il müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı cavabdehin “səlahiyyətli orqa nlara” ünvanladığı 26 aprel 2014-cü il tarixli ərizənin kserosurətinə istinad edib, lakin həmin sənədin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini təqdim etmək üçün iddiaçının vəsatəti ilə məhkəmə iclası bir-neçə gün təxirə salınsa da, qeyd olunan sənəd məhkəməyə təqdim edilməyib. Göründüyü kimi, sözügedən ərizənin əsli təqdim edilmiş olsa belə, həmin sənəd mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı həmin qəbzə istinad edərək, alqı-satqı zamanı ödənilən 35.000 ABŞ dollarının paylarına uyğun olaraq onlar arasında bölünməsini tələb etsə də, həmin halları təsdiq edən alqı-satqı müqaviləsini, alqı-satqının həyata keçirilməsinə dair ödəniş qəbzlərini, alınması iddia olunan əmlakın dövlət reyestindən Çıxarışı və digər notariat hərəkətlərini təsdiq edən sənədləri məhkə məyə təqdim etməyib. Ona görə də iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənini 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədərlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini belə əsaslandırıb ki, birinci instansiya məhkəm əsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 139.3-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-32.3-cü maddələrinin mənasına görə, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, ka pitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-37.2-ci maddələrində göstərilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiy i və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudpmlarıda tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını n tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər 05 yanvar 2012-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından bir uşaqları doğulub. 2020-ci ildə məhkəmə qətnaməsinə əsasən onlar arasında bağalanmış nikah pozulub və uşaq iddiaçının yanında saxlanılıb. Hazırda iddiaçı, 2012-2020-ci illərdə inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şösesi küçəsi, 6-saylı döngədə yerləşən 9/1 saylı fərdi yaşayış evini cavabdehlə birgə nikahaları dövründə ümumi vəsaitləri hesabına 35.000 ABŞ dollarına Oqtay Həsənovdan aldıqlarını, "xxxx" MMC-nin 08 avqust 2011-ci il tarixli qiymətləndirmə rəyinə görə, sözügedə n evin tikintisinə və təmirinə çəkilmiş xərcin 20.000 manat təşkil etdiyini göstərib, həmin evin alınmasına görə verdikləri 35.000 ABŞ dollarının, habelə evin təmir və tikintisinə sərf elilmiş 20.000 manat pulun paylarına uyğun şəkildə aralarında bölünməsini iddia edir. Cavabdeh isə sözügedən evin ona deyil, Nümayəndə1 məxsus olduğunu, onun adına hər hansı bir əmlakın alınmadığını, iddiaçının məhkəməyə ərizənin əslini deyil, kserosurətini təqdim edildiyini göstərib, iddiaya etiraz edir. İddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən, işin 6-11-ci, 63-cü vərəqələrində olan 26 aprel 2014-cü il tarixli etibarnamənin kserosurətindən, habelə "xxxx" MMC-nin 08 avqust 2011-ci il tarixli qiymətləndirmə rəyindən, evin 2011-ci ilin avqust ayına olan vəziyyətindən görünür ki, 2010-cu ildə inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şosesi küçəsi, 6-cı döngədə yerləşən 9/1 saylı fərdi yaşayış evi Oqtay Həsənovun faktiki sahibliyində olub və sonuncunun 07 avqust 2011-ci il tarixli ərizəsinə əsasən evin qiymətləndirilməsi həyata keçirilib və aparılan təhlil və hesblamalara görə evin inventar dəyəri 20.000 manat müəyyən edilib. Bundan sonra, Oqtay Həsənov sözügedən evi özəlləşdirmək, onun üzərində sərəncam vermək və sair hərəkətləri etməyə dair 26 aprel 2064-cü il tarixədək qüvvədə olmaqla cavabdehin adına notarial qaydada təsdiq edilməklə etibarnamə verib. Həmçinin, işin 12-ci vərəqində olan səlahiyyətli orqanlara təqdim etmək üçün cavabdeh tərəfindən imzalanmış və notarial qaydada 26 aprel 2014-cü il tarixdə təsdiq edilmiş ərizənin ksero surətindən görünür ki, cavabdeh sözügedən evi Oqtay Həsənovdan 35.000 ABŞ dollarına aldığını, həmin evin 23.000 ABŞ dollarını ödədiyini etiraf edib və qalan 12.000 ABŞ dollarını isə bir il ərzində ödəməyi öhdəsinə götürüb. Göründüyü kimi, sözügedən evin 26 aprel 2014-cü il tarixdən məhz cavabdehin faktiki sahibliyində olması qeyd olunan sənədlərin kserosurətləri ilə istisna edilmir və hazırda iddiaçı həmin sənədlərə istinad edərək, evdən payının ayrılmasını deyil, bilvasitə evin satın alınmasına görə keçmiş əri Cavabdeh tərəfindən ödənilmiş 35.000 ABŞ dollarının, habelə evin təmir və tikintisinə sərf olunmuş 20.000 manat pulun paylarına uyğun şəkildə aralarında bölünməsini iddia edir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının evi satın almaları barədə alqı-satqı müqaviləsini, müqavilə üzrə ödəniş qəbzlərini, evin dövlət reyestindən Çıxarışını və digər notariat hərəkətlərini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyini əsas tutub, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən, qeyd olunan hallara diqqət yetirməyib və iddiaçının cavabdehə qarşı tələbinin bilavasitə evdən payının ayrılmasına yönəlmədiyini nəzərə almayıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən ev tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və buna lazımi icazələr alınmadan inşa edilməklə özbaşına tikinti sayıldığından, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 139.1 və 139.3-cü maddələrinin tələblərini hazırki mülki mübahisəyə büzgün tətbiq etməyib. Çünki, iddiaçı özü də ilk gündən evin özbaşına tikinti olduğ unu inkar etmir. Belə olan halda iddia tələblərinin qeyd olunan əsasla rədd edilməsi düzgün olmayıb. Digər tərəfdən iddiaçı, sözügedən ərizəyə və işin digər hallarına istinad edərək iddia edir ki, qeyd olunan evin faktiki satın alınmasına ödənilmiş 35.000 ABŞ dolları, habelə həmin evin təmir və tikintisinə sərf edilmiş 20.000 manat pul vəsaiti, cavabdehlə onun birgə nikahları dövründə əldə edimiş olduğundan, paylarına uyğun olaraq onlar arasında bölünməlidir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ərarvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumiliyi prezumpsiyasını müəyyən edir. Bu da o, deməkdir ki, birincisi, birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; ikincisi, birgə nikah dövründə əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; üçüncüsü, hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır, yəni qanunla ər-arvadın ümumi mülkiyyəti sayılan əmlak yalnız tərəflərin razılaşmasına və ya məhkəmənin qərarına əsasən ərin və ya arvadın ayrıca mülkiyyəti sayıla bilər. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir: birincisi, əmlak nikah dövründə ərarvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; ikincisi, əmlak ər və arvadın mülk iyyətinə nikah müddətində daxil olmalıdır. Şərh olunan maddədə ər-arvadın ümumi əmlakları siyahısına ər-arvadın aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan başqa pul ödəmələri; ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar (yaşayış və qeyri-yaşayış tikililəri və sahələri, torpaq sahələri, nəqliyyat vasitələri, mebel, məişət texnikası və sair); ərarvadın ümumi gəlirləri hesabına əldə edilən qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulan paylar, əmanətlər, kpitaldan olan paylar; nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak aid edilir. Hazırki işdə, iddiaçının iddia etdiyi pul vəsaitinin cavabdehlə onun birgə nikahı dövrünə təsadüf etməsi mülki iş materialları istisna edilmir, lakin həmin və saitin həqiqətən mövcud olub-olmadığına dair tərəflər arasında fikir ayrılığı vardır. Belə ki, iddiaçı tələbini cavabdehin imzalamış olduğu notarial qaydada təsdiq edilmiş 26 aprel 2014-cü il tarixli ərizənin kserosurəti ilə əsaslandırır. Cavabdeh isə sözügedən evin ona deyil Nümayəndə1 məxsus olduğunu, onun adına hər hansı bir əmlakın alınmadığını, iddiaçının təqdim etdiyi ərizənin isə kserosurət olmaqla məhkəməyə əslinin təqdim edilmədiyini göstərib, iddiaya etiraz edir. Əvvəla işdə, sözügedən evin Nümayəndə1 məxsus olmasını özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Digər tərəfdən, işin 62-74-cü vərəqələrində olan Sabunçu bələdiyyəsinin 04 noyabr 2020-ci il tarixli Şəhadətnaməsində və ona əlavə edilmiş evin layihələndirmə sənədlərində söhbət sözügedən evdən deyil, Sabunçu r ayonu, Şəhər şosesi, 5-ci döngədə yerləşən evdən gedir. Həmin ev də hüquqi vəziyətinə görə özbaşına tikilidir və işə sənədlərin əsli deyil, kserosurətləri əlavə edilib. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsində göstərilir ki, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərilir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surət i təqdim edilir. Göründüyü kimi məhkəməyə yazılı sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərinin təqdim olunmasını nəzərdə tutan bu qayda ilk növbədə yazılı sübutların saxtalaşdırılmasının, təhrif edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, əgər sənədlərin həqiqilyini işə əlavə edilmiş digər sübutlarla müəyyən etmək mümkündürsə və ya sənəddə əks olunmuş faktları qarşı tərəf inkar etmirsə, bu halda faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar da məhkəmə tərəfindən yazılı sübut kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi zərurət yarandığı halda bilavasitə cavabdehin məhkəmə iclasında iştirakını təmin edib, sözügedən yazılı ərizəyə, orada göstərilən faktlara və ümumiyyətlə iddiaçının tələblərinə mün asibətini öyrənmədən, həmin ərizədə cavabdehin imzasının həqiqiliyini təsdiq etmiş Bakı şəhəri, 18 saylı Notariat Kontorunda 7E-10898 nömrəli reyestirdə aparlmış qeydin mövcudluğunu, düzgünlüyünü yoxlamadan və bu barədə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər üzrə heç bir araşdırma aparmadan, iddiaçının cavabdehə qarşı yönəlmiş tələblərini bütövlükdə rədd etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə ol an sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı oğlunun kassasiya şikayəti təmin edil sin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)-8909/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar