Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-241/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-241/22 (Açar sözlər: cavabdeh hüquqi şəxslərin hərəkətsizliyi və verilmiş sorğuya cavab verilməsinin cavabdehlərə həvalə edilməsi, maddi və mənəvi zərərin ödənilməsi, tələbin hüquqi əsası) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızı katibliyi, İddiaçı vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1n ə və Cavabdeh2nə qarşı “cavabdeh hüquqi şəxslərin hərəkətsizliyi və verilmiş sorğuya cavab verilməsinin cavabdehlərə həvalə edilməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5741/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, 26 avqust 2020-ci il tarixli sorğuların – Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edildiyi 01 sentyabr 2020-ci il tarixdən üç ay yarımdan (115 gündən), Cavabdeh2 tərəfindən rəsmi qaydada qəbul edildiyi 14 sent yabr 2020-ci il tarixdən isə üç aydan (90 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, rəsmi cavab verilmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etdiyi hərəkətsizliklərin qanunsuz hesab edilməsi, 26 avqust 2020-ci il tarixli sorğuların məzmununda göstərildiyi kimi, onun və övladı X2 rəsmi qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən yaşayış evi söküldükdən sonra, onun yerində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilən hündür mərtəbəli binadakı müvafiq mənzilə dair müqavilənin təsdiq olunmuş surətinin verilməsi vəzifəsinin cavabdehlərin öhdəsinə qoyulması, 26 avqust 2020-ci il tarixli sorğunun Cavabdeh1 tərəfindən rəsmi qaydada qəbul edildiyi 01 sentyabr 2020-ci il tarixdən üç ay yarımdan (115 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, rəsmi cavab verilmədiyi üçün Cavabdeh1 etdiyi hərəkətsizlik nəticəsində 5.000 (beş min) manat məbləğində təzminat pulunun Cavabdeh1ndən onun xeyrinə tutulması, 26 avqust 2020-ci il tarixli sorğunun - Cavabdeh2 tərəfindən rəsmi qaydada qəbul edildiyi 14 sentyabr 2020-ci il tarixdən üç aydan (90 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də cavabdeh tərəfindən sorğuya rəsmi cavab verilmədiyi üçün Cavabdeh2 etdiyi hərəkətsizlik nəticəsində 5.000 (beş min) manat məbləğində təzminat pulunun Cavabdeh2ndən onun xeyrinə tutulması, onun tərəfindən məhkəmə üçün ödənilən 30,80 (otuz manat səksən qəpik) manat məbləğində olan dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçının və övladı X2 rəsmi qeydiyyatda olduqla rı ünvan 1 ünvanında yerləşən yaşayış evi söküldükdən sonra yerində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilən hündürmətbəli binadakı müvafiq mənzilə dair müqavilə bağlanmışdır.
3. Həmin müqavilə onların hüquqlarının gələcək təminatı ilə bağlı olduğundan, iddiaçı sorğu verilməsi üçün vəkillə “Hüquqi yardımın göstərilməsi haqqında” 19 avqust 2020-ci il tarixində 1213 nömrəli müqavilə bağlamış, 19 avqust 2020-ci il tarixli ******* nömrəli order alınmışdır.
4. Qeyd olunan 19 avqust 2020-ci il tarixli ******* nömrəli orderin təsdiq olunmuş surəti də əlavə olunmaqla, 26 avqust 2020-ci il tarixli 110 nömrəli vəkil sorğusuna əsasən, Cavabdeh1 İddiaçı rəsmi qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yaşayış evi söküldükdən sonra yerində Cavabdeh1 tərəfindən inşa edilən hündürmətb əli binadakı müvafiq mənzilə dair bağlanmış müqavilənin surətinin təqdim olunması barədə sorğu göndərilmişdir. Sözükeçən sorğunun poçt vasitəsilə Cavabdeh1 tərəfindən 01 sentyabr 2020-ci il tarixdə rəsmi qaydada qəbul olunması xəbərnamə ilə sübuta yetirilir.
5. Bundan başqa, eyni qaydada 26 avqust 2020-ci il tarixdə Cavabdeh2nə də sorğu verilmiş, həmin Sorğu 14 sentyabr 2020-ci il tarixdə Cavabdeh2 tərəfindən rəsmi qaydada qəbul edilmişdir.
6. Cavabdeh1 MMC sorğunu aldığı vaxtdan üç ay yarımdan (115 gündən), Cavabdeh2 MMC isə üç aydan (90 gündən) artıq bir vaxt keçməsinə baxmayaraq, sorğulara rəsmi cavab verilməmiş və bununla da, hərəkətsizlik etmişlər.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh2 nümayəndəsi birinci instansiya məhkəməsində təmsil etdiyi MMC ilə X3 arasında bağlanmış 15 fevral 2018-ci il tarixli müqavilənin bir surətini iddiaçı şəxsin nümayəndəsi və vəkili olan şəxsə təqdim edərək, iddia tələbinin təmin edilməsi üçün mövcud olan hüquqi əsasların aradan qalxdığını, həmçinin müvafiq müqavilə üzrə İddiaçı tərəf olmadığından iddiaçının irəli sürdüyü iddia ərizəsinin heç bir hüquqi əsasa söykənmədiyni bildirmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1279/2021 nömrəli, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Gültəkin Əsədova)
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan 15 fevral 2018-ci il tarixli müqaviləyə əsasən müəyyən etmişdir ki, əvvəla, iddia tələbində təqdim edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi mü qavilə Cavabdeh2 ilə X3 arasında bağlanıb, üstəlik, məhkəmə araşdırması zamanı iddiaçı şəxsin tələb etdiyi müvafiq müqavilə Cavabdeh2 nümayəndəsi tərəfindən iddiaçıya təqdim edilib.
11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən hesab edib ki, iddia tələbinin təmin edilməsi üçün müəyyən edilmiş əsaslar olmadığından, həmçinin aradan qalxdığından iddia ərizəsi təmin edilməməlidir.
12. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 21.1, 385.1, 386.1, 390.1, 390.5, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş ediblər.
14. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olu b ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmayıb.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5741/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, İlham Kərimli)
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlərdən tələb etdiyi müqavilədə tərəf deyildir. Müqavilə tərəfləri "xxxx" MMC və X1r. Müqaviləni təsdiq edən və əslini özündə saxlayan orqan isə Bakı şəhəri 38 saylı notariat kontorudur. İddiaçı müqavilə tərəfi olan Əli Vəliyevin onun əri olduğunu bildirsə də, iş materiallarında bunu təsdiq edən heç bir sübut (nikah haqqında şəhadətnamənin surəti) yoxdur. X6 həqiqətən də iddiaçının əridirsə, onda iddiaçı müqavilənin surətini ilk növbədə öz ərindən tələb edə bilərdi. Digər tərəfdən, müqavilənin əsli notariat kontorunda saxlanıldığından iddiaçı nikah şəhadətnaməsini təqdim etməklə müqavilənin surətinin ona təqdim olunmasını notariat kontorundan xahiş edə bilərdi. İddiaçının müqavilənin surətini nəyə görə öz ərindən və notariat kontorundan deyil, müqavilənin digər tərəfi olan "xxxx" MMC-dən və qeyrisindən tələb etməsi işdən aydın deyil.
17. Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərib ki, “İnformasiya əldə etmək haq qında” Qanunun tələbinə əsasən informasiya, informasiya sahibindən əldə edilə bilər. Hazırkı işdə informasiya sahibi dövlət orqanı olan notariat kontorudur. İddiaçının cavabdeh kimi qoyduğu hüquqi şəxslər nə dövlət orqanı, nə də informasiya sahibi deyillər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasını iclasında İddiaçı vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
22. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmiş, və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər; Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
24. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənz imləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
27. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
28. İddia tələbi sorğuya əsasən müqavilənin təqdim edilməsi ilə bağlı cavabdehlərin hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, müqavilənin təqdim edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi və bununla bağlı dəymiş ziyanın ö dənilməsi barədədir.
29. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı cavabdehlərdən tələb etdiyi müqavilənin tərəfi deyildir. Müqavilə tərəfləri "xxxx" MMC və X1r, üstəlik, həmin müqavilə iddiaçıya verildiyindən iddianın əsası da artıq aradan qalxıb.
30. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin 17-18-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və kassasiya şikayətinin dəlilləri baxımından əlavə şərhə zərurət görmür.
31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5741/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.