Məhkəmə qərarları › İş №2(102)-2410/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2410/2021

16.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2410/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinə, habelə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh6 qarşı “müqavilənin və çıxarışların ləğv edilməsi” işi üzrə QƏRARİ (Açar sözlər: “müqavilənin və çıxarışların ləğv edilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Ka mal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1920/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılara Balakən Rayon Aqrar İslahat Komissiyasının 06 nömrəli qərarı ilə 1,08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2 anası mərhum X5 ilə hazırkı iş üzrə i ddiaçılar arasında onların mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş 10057,49 kv.m. torpaq sahəsinin alqı-satqısı bağlanmış hesab edilmişdir. Balakən Rayon Məhkəməsi 09 avqust 2018-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi vermiş və icra vərəqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsi X2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 23 oktyabr 2018-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli q ətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia təmin edilməmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarına əsasən). Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş olmasına baxmayaraq, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmədiyindən, hazırkı iş üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu ıl tarixli qə tnaməsi ilə (iş №2(019)607/2019) həmin iddia təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2(107)-2671/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1272/2020 saylı, 27 fevral 2020-ci il tarixli qərarına əsasən). X1 adına RX seriyalı, ******* nömrəli Çıxarış üzrə qeydə alınmış Balakən rayonu, Qazma kə ndində yerləşən mübahisəli 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 aprel 2019-cu ıl tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh3, Cavabdeh2, X3 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla 30 aprel 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş 01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh6 satılmış və sonuncunun mübahisəli torpaq sahəsi üzərindəki hüquqları 03 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona **********24 reyestr nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddi açılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinə, habelə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş ******* nömrəli çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və bu çıxarış ilə 01 may 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair 03 may 2019-cu il tarixli **********24 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İdd iaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh2 2018-ci ildə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X5 ilə onlar- iddiaçılar arasında JN 645 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 10057.49 kv.m torpaq sahəsinə alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqda qətnamə çıxarmağı xahiş etmiş və həmin məhkəmənin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası təmin edilmişdir. Həmin qətnamədən onların verdiyi şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı 25 oktyabr 2018-ci il tarixli Qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsini ləğv etmiş, apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 01 mart 2019-cu il tarixdə çıxardığı qərarı ilə kassasıya sikayətini təmin etməmiş, apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Onlar-iddiaçılar Ali Məhkəmənin qərarını rəsmi qaydada alan kimi 2019-cu il aprel ayının əvvəllərində Aqrar İslahat Komissiyasının qərarı ilə ailələrinin mülkiyyətinə verilmiş 10057 kv.m kənd təsərrüfatı təyinatlı torpaqlarına çıxarış almaq üçün DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. İdarədən onlara bildirdilər ki, 2016-cı ildə ölmüş X2 adına 23 oktyabr 2018-ci il Seriya RX ******* nömrəli çıxarış verilmişdir. Ona görə onlara qeyd edilən çıxarış verə bilmirlər. Onlara məlum oldu ki, Zaqatala 18 saylı Ərazi İdarəsi heç bir qanuni əsas olmadan qüvvəyə minmiş məhkəmə qərarı olmadan Cavabdeh2 ilə əlaqəyə girərək, onu 2016-cı ildə ölmüş anasının adına 23 oktyabr 2018-ci il tarixdə çıxarış hazırlamışdır. Bu çıxarış saxta sənəd olmuşdur. Bu çıxarış saxta olduğu üçün Cavabdeh2 tərəfindən məhkəmələrə təqdim edilməmişdir. 2019-cu ilin aprel ayında X2 adına hazırlanmış 23 oktyabr 2018-ci il tarixli, Seriya RX ******* nömrəli Çıxarışın Ləğv edilməsi haqda iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş və DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsini cavabdeh qismində məhkəməyə cəlb etmişlər. Balakən Rayon Məhkəməsi çıxardığı 24 iyun 2019-cu ıl tarixli, 2(019)-607/2019 nömrəli qətnaməsi ilə iddialarını təmin edərək, seriya RX ******* nömrəli Çıxarışı ləğv etmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxard ığı 16 oktyabr 2019-cu ıl tarixli,2(107)-2671/2019 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsindən narazı qalan Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassiya şikayətinə baxan Ali Məhkəmənin Mülki kollegiyası çıxardığı 27 fevral 2020-ci il tarixli, 2(102)-1272/2020 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu ıl tarixli qətnaməsini dəyişdirmədən saxlamış, kassasiya şikayətini təmin etməmişdir. Mart 2020-ci il tarixdən etibarən ölkədə xüsusi karantin rejimi tətbiq edildiyi üçün Ali Məhkəmənin 27 fevral 2020-ci il tarixli qərarını may ayının əvvəllərində almışlar. Çıxarışı almaq üçün sənədlərini 04 may 2020-ci il tarixd ə DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsinə təqdim etmişlər. ******* saylı çıxarışın ləğv edilməsi haqda hər üç məhkəmənin aktlarını də sənədlərinə əlavə etmişlər. Sənədləri qəbul edilmiş, amma yenə də Zaqatala 18 saylı Ərazi İdarəsi torpaqlarına çıxarış verməkdən imtina etmişdir. DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi onlaraiddiaçılara göndərdiyi 08 may 2020-ci il tarixli məktubunda qeyd edir: “Araşdırma nəticəsində müəyyən edilmişdir ki, X1 adına **********24 reyestr nömrə ilə qeydiyyata alınmış mübahisələndirilən Balakən rayonu, Qazma kəndində yerləşən 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 aprel 2019-cu ıl tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh3, Cavabdeh2, X3 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla, 30 aprel 2019-cu il tarixli **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir”. Bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş 01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh6 satılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh6 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqları 03 may 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bununla əlaqədar həmin məhkəmənin icraatında olduğu müddətdə tərəflərindən 30 yanvar 2020-ci il tarixli məktubla qeyd olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Odur ki, qeyd olunan hüqüqmüəyyənedici sənədlərin ləğvi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müraciət etdikləri təqdirdə həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması məsələsinə baxıla bilər. Yuxarıda qeyd edildiyi kimi, ölmüş Firuzə Balayevanın adına 23 oktyabr 2018-ci il tarixdə hazırlanmış saxta çıxarışın ləğv edilməsi ilə bağlı 2019-cu ilin aprel ayında iddia qaldırmışlar. Bu iddia ilə bağlı həm Cavabdeh2, həm də DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi iş üzrə cavabdehlər olmuşlar. İşlə bağlı ilk məhkəmə iclası da aprel ayında başlamış və 24 iyun 2019-cu ildə başa çatmışdır. Qanunsuz çıxarışın ləğv edilməsi haqda cavabdeh olan hər iki cavabdeh əlbir olaraq məhkəmə iclası getdiyi halda, Balayeva Firuzənin adına hazırlanmış saxta Çıxarış əsasında cavabdeh vərəsələr 30 aprel 2019-cu il tarixli, **********24 reyestr nömrəli çıxarış əldə etməklə, həmin çıxarış əsasında 01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-s atqı müqaviləsi əsasında torpağı Cavabdeh6 satmışlar. DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi də Balakən rayon notariat idarəsinə torpaq müayinəsi haqqında yalan məlumat vermiş və nəticədə verdiyi yalan məlumat nəticəsində notariat idarəsini də qanuna zidd alqı-satqı müqaviləni bağlamağa vadar etmişdir. Eyni zamanda hər iki cavabdeh əlbir olaraq hazırladıqları qanuna zidd sənədləri nə Balakən Rayon Məhkəməsinə, nə də Şəki Apellyasiya Məhkəməsinə təqdim etməmişlər. Cavabdeh vərəsələr və DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi hazırladıqları saxta çıxarış əsasında torpağı digər şəxsəCavabdeh6 sataraq, ona da saxta 03 may 2019-cu il tarixli, **********24 reyestr nömrəli Çıxarış vermişlər. Cavabdeh vərəsələr 1.0057 ha torpağı Cavabdeh6 satmaqla əsassız olaraq varlanmışlar. DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi çıxarış verdikləri 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Cavabdeh2 və X6rı tərəfindən iki mərtəbəli dəyəri 100 min manatdan yuxarı olan qanunsuz tikili olmasına baxmayaraq, həmin torpaq sahəsi haqda həqiqətləri gizlətmişlər. Belə ki, Cinayət Məcəlləsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evlərinin tikilməsi və s. aparılması qanunla qadağandır və cinayət tərkibli əməldir. Hər bir orqan, hər bir vətəndaş cinayət tərkibli əməll haqda aidiyyəti orqanlara xəbər verməlidir. DƏDRX 18 saylı Ərazi İdarəsi isə Cavabdeh2 və Cavabdeh4 oğlanlarının cinayət tərkibli əməllərini ört-basdır etmişdir. Balakən Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov, iş № 2(019)-440/2020) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Biri nci instansiya məhkəməsi “ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın ləğv edilməsi” tələbinə münasibətdə hesab etmişdir ki, mübahisəli əmlakın (torpaq sahəsinin) Cavabdeh6 satılması, bunun əsasında onun adına qeydiyyatdan keçməsi və həmin əmlaka dair ona müvafiq çıxarış verilməsi (hazırda da onun mülkiyyətində olması) işin mübahisəsiz hallarındandır. Başqa sözlə, bu hissədə iddiaçıların ləğv edilməsini tələb etdikləri müvafiq çıxarış (reyestrdəki qeydlər) artıq ümumiyyətlə mövcud deyildir. Bu isə qeyd edilən tələbin təmin edilməsini ümumiyyətlə istisna edir. İddiaçıların digər iddia tələblərinə gəldikdə isə, iddia ərizəsindən göründüyü kimi həmin tələblər iki hissədən ibarətdir: -başlıca tələb 01 may 2019-cu il tari xli, 4Ə-252 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi barədədir. Onların təmin edilməsini xahiş etdikləri digər tələb - Cavabdeh6 adına verilmiş çıxarışın ləğvi isə məhz qeyd edilən həmin tələbdən törəmədir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə 01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinin əsaslı olub-olmadığı araşdırılmalıdır. Mülki qanunvericiliyin sadalanan müddəalarına görə müqavilənin ləğvi barədə iddia qaldırmaq hüququ yalnız müqavilənin tərəflərinə məxsusdur, müqavilənin tərəfi olmayan şəxsin onun ləğvi barədə iddia irəli sürməsi imkanı isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh6 onu vic danlı əldə etmişdir. Bu isə o deməkdir ki, “01 may 2019-cu il tarixli, 4Ə-252 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbi əsaslı olsa idi və bunun əsasında aparılmış qeydiyyat əsassız çıxsa idi belə, iddiaçıların pozulmuş hüquqları bu mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin (Cavabdeh6) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməzdi. Apelyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçılar X8, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Əzizova) Yeganə Kamil qızı apellyasiya şikayəti verərək, Balakən Rayon Məhkəməsinin 2(019)-440/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədli və A.Mahmudovdan ibarət tərkibdə, iş № 2(107)-1920/2020) iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilərək ləğv edilmiş ******* nömrəli çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarış, bu çıxarış ilə 01 may 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsi və bu müqavilə əsasında Cavabdeh6 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair 03 may 2019-cu il tarixli **********24 nömrə li Çıxarışın ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların apelyasiya şikayətində göstərdikləri həqiqəti özündə əks etdirir, ona görə də, onların apelyasiya şikayətləri təmin edilməlidir. Cavabdeh6 vicdanlı alıcı olması məsələsinə gəlincə isə işin faktiki halları bunu istisna edir. Çünki, mübahisəli torpaq sahəsi tərəflərin və Cavabdeh6 yaşadıqları kəndin ərazisində yerləşir, məhkəmə mübahisəsinin olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və torpağın satıcılarına bəlli olduğu halda alıcı Cavabdeh6 bu halların bəlli olmaması qeyri-mümkündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirak çılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh6 (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli 2(107)-1920/2020 nömrəli qətnaməsinin ləğv edilməsi iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, vicdanlı alıcıdır. Tərəflər arasında mübahisənin olmasından məlumatı olmamışdır. X2 adına tərtib edilmiş 23.10.2018-ci il tarixli çıxarış 24 iyun 2019-cu il tarixdə, yəni cavabdehin torpaq sahəsi üzərində hüquq əldə etməsindən sonra birinci instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Bu o deməkdir ki, cavabdehin torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınarkən həmin torpaq sahəsinə dair reyestrdə qeydiyyata alınmış, bütün hüquqlar ardıcıllıqla öz qüvvəsini saxlamışdır və ümumiyyətlə həmin torpaq sahəsinə dair mübahisənin olmasını Cavabdeh6 bilməmişdir və bilmək imkanı olmamışdır. Məhkəmə müqavilənin ləğv edilməsi tələbi irəli sürmək hüququnun yalnız orada iştirak edən şəxslərə aid olmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar X9 və İddiaçı2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdirlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Nümayəndə2 kassasiya şikayətini müdafiə edərək təmin olunmasına dair qərar çıxarılmasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakt iki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə Tərəf lərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 422.1-ci maddəsinə görə isə, “tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur”. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya d igər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. (646.1) Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi bar ədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqların ın və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davam lılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallar ı başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İlk olaraq qeyd olunmalıdır ki, iddiaçıların birinci tələbi 30 aprel 2019-cu il tarixli çıxarışın ləğv edilməsi ilə bağlıdır. İşin halları ilə müəyyən olunur ki, həmin çıxarışın verilməsinə əsas 24.04.2019-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə olmuşdur. Həmin çıxarış mübahisələndirilmədən əvvəl ilkin olaraq çıxarı şın verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin özü mübahisələndirilməlidir. Lakin işin halları baxımından belə tələbin olmadığı aşkardır. Həm 30 aprel 2019-cu il tarixli çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənəd və reyestr qeydiyyatının özü mübahisələndirilmədən çıxarışın ləğv edilməsi tələbinin irəli sürülməsi əhəmiyyətsiz tələb olmuş olur. İddiaçıların digər tələbi 01 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi ilə bağlıdır. Mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə istinad edən məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin ləğv edilməsinə dair tələbinin irəli sürülməsi hüququ yalnız həmin müqavilədə iştirak edən şəxslərə mənsubdur. İddiaçılar isə faktiki o laraq müqavilə tərəfi olmamışlar. Belə olan halda apellyasiya instansiyası məhkəməsi iddiaçıların həmin növdə iddia tələbinin irəli sürülməsinə hüquqlarının olub-olmamasını yoxlamamış və müqavilənin ləğv edilməsinə dair tələb irəli sürmək hüququ olmayan şəxslərin iddiası əsasında əsassız olaraq müqavilənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər i görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1920/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar