Məhkəmə qərarları › İş №2(102)-2411/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2411/2020

09.06.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2411/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili x4 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Səhiyyə Nazirliyi x3na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səhiyyə Nazirliyinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsindən üçüncü şəxs Azərbaycan Respub likası Səhiyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə, iş № 2(004)-3933/19) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Səhiyyə Nazirliyi x3na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Səhiyyə Nazirliyinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 2019-cu ilin mart, aprel ayları üzrə əmək haqlarının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi x1n tutularaq müvafiq olaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 əmək haqlarının mütəmadi olaraq (işlədikləri müddətdə) ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi x2 üzərinə qo yulması qət edilmişdir. Həmin qətnamədən həm cavabdeh, həm də üçüncü şəxs apelyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev-sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov, iş № 2(103)-12253/19) apelyasiya şikayətləri təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin 20 noyabr 2019-cu il tarixli ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Səhiyyə Nazirliyi x3na və müstəqil tələb irə li sürməyən üçüncü şəxs Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin mart, aprel aylarının əmək haqqlarının ödənilməsi və mütəmadi olaraq əmək haqqlarının ödənilməsi öhdəliyinin cavabdeh Səhiyyə Nazirliyi x2 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı1 nümayəndəsi və vəkili x5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmas ını xahiş etdi. İşdə iştirak edən digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan digər iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh və üçüncü şəxs isə məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin və nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, İddiaçı1 nümayəndəsi və vəkili x4 izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 20 noyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, 02.11.2015-ci il tarixli müddətsiz əmək müqavilələrinə əsasən, x1 həkimoftalmoloq vəzifəsində işləyirlər. İddiaçılarla bağlanmış əmək müqavilələri qüvvəsində olmaqla onlara xitam verilməmiş və intizam tənbehi tətbiq olunmamışdır. x3, Nazirlik tərəfindən yoxlanma materiallarının araşdırılması məqsədilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi səbəbindən iddiaçıların 2019-cu ilin mart və aprel ayları üzrə əmək haqqlarını ödəməmişdir. İddiaçıların bu barədə cavabdehə etdikləri müraciət müsbət nəticə verməmişdir. Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilmə lidir. Əmək Məcəlləsinin 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sadalanmış və onlardan biri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi qeyd olunmuşdur. Apelyasiya instansiya məhkəməsinin qənaətinə görə işəgötürən işçiyə gördüyü işlərə görə ayda bir dəfədən az olmayaraq əmək haqqı ödəməyə borcludur. Baxılan işdə isə cavabdeh, əmək müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, qanuni əsas olmadan 2019-cu ilin mart və aprel aylarının əmək haqqını iddiaçılara ödəməmişdir. 3-cü şəxs kassasiya şikayətində x3 qeyd olunan ayların əmək haqqını ödəməməsini poliklinikanın əvvəlki rəhbərliyi tərəfindən müxtəlif qanunsuzluqlara yol verilməsi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən yoxlamalar aparı larkən aşkar edilmiş neqativ hallara hüquqi qiymət verilməsi üçün materialların Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi ilə bağlı olduğunu göstərmiş və işin göstərilən hallarının apelyasiya məhkəməsi tərəfindən nəzərə alınmamasını qeyd etmişdir. Apelyasiya məhkəməsi haqlı olaraq x2 əməkdaşları barəsində istintaq orqanında araşdırma aparılması faktının mövcudluğunu, işdən kənarlaşdırma və ya azad etmə halı olmadan hansısa işçilərin əmək haqqının verilməməsi üçün əsas olmaması nəticəsinə gəlmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, mövcud hüquqi vəziyyət iddiaçıların hər hansı əmək pozuntularının təsbit olunmadığına və əmək müqaviləsi üzrə öz əmək funksiyalarını icra etdiklərinə dəlalət edir. Əmək funksiyasını icra etmiş işçiyə isə aylıq əmək haqqının ödənilməməsi yolverilməzdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etir azını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublik ası Səhiyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 20 noyabr 2019-cu il tarixli, 2(103)-12253/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar