Məhkəmə qərarları › İş №2(102)-2412/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2412/2022

24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2412/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı mənəvi ziyan tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9796/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı

1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-193/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünün surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixindən Binəqədi rayonu QİS-nin 3 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləməklə, işə laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməyərək ünvan 1 ünvanına vaxtında (ildə 2 dəfədən az olmayaraq) baxış keçirməmiş və bu səbəbdən qaz cihazının tüstü borusunun düzgün quraşdırılmaması, qapıda dəliklərin (boşluq) olmaması kimi nöqsanlarını aşkar etməyərək qaz təchizatı dayandırmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə qaydaları”nın 3.1-ci bəndinin SSRİ Dövləttexnəzarəti tərəfindən xx.xx.1979-cu il tarixdə t əsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydalararının 3.81-ci bəndinin, xx.xx.2005-ci il tarixli “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.8.5, 3.8.8, 3.8.12-ci bəndlərinin tələblərini pozmuş, nəticədə xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X8 hamam otağında dəm qazından zəhərlənərək ölmüşdür. Bakı Şəhəri, Binəqədi Rayon Məhkəməsinin 1(001)193/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İddiaçı zərərçəkmiş X4 hüquqi v arisi qismində tanınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə görə 900.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 xx.xx.2010-cu il tarixindən Binəqədi rayonu QİS-nin 3 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləməklə, işə laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməyərək ünvan 1 ünvanına vaxtında (ildə 2 dəfədən az olmayaraq) baxış keçirməmiş və bu səbəbdən qaz cihazının tüstü borusunun düzgün quraşdırılmaması, qapıda dəl iklərin (boşluq) olmaması kimi nöqsanlarını aşkar etməyərək qaz təchizatı dayandırmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan istifadə qaydaları”nın 3.1-ci bəndinin SSRİ Dövləttexnəzarəti tərəfindən xx.xx.1979-cu il tarixdə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydalararının 3.81-ci bəndinin, xx.xx.2005-ci il tarixli “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.8.5, 3.8.8, 3.8.12-ci bəndlərinin tələblərini pozmuş, nəticədə xx.xx.2014-cü il tarixdə ünvan 3 ünvanında yaşayan X8 hamam otağında dəm qazından zəhərlənərək ölmüşdür. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-193/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayə t əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib 800 manat cərimə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh orqanın əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qardaşının faciəvi surətdə ölməsi ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi mübahisəsizdir. Bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4819/2021 nömrəli qətnaməsi il ə (hakim X1) iddia qismən təmin edilərək, Cavabdehndən vurulmuş mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində kompensasiya və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə hesab etmişdir ki, İddiaçı qardaşı X4 ölümünün cavabdeh Azəriqaz” X2 rayonu QİS-nin 3 saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin çilingəri vəzifəsində işləyən X5 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində baş verməsiı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan onun təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər cavabdeh tərəfindən ödənilməlidir.

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı baş vermiş hadisədə qa rdaşı X6 itirmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh işçisi X5 təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının ailə üzvünün ölməsi nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, məhkəmə qanunvericiliyin tələblərini və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq məsələ üzrə formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab etmişdir ki, mənəvi zərərin həcmi 10.000 manat məbləğində müəyyən edilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097,1099, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 80, 82.4, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icra at

8. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9796/2021 saylı, 19 noyabr 2021ci il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı zərərçəkmiş Şəmsi Nağıyevin qardaşıdır, cinayət işində zərərçəkmişin hüquqi varisi qismində tanınmışdır. Qardaşının ölümü iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbə b olmuş, nəticədə o, mənəvi sarsıntı keçirmişdir. Məhkəmə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarında verilən izahlara əsaslanaraq hesab etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.

11. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini cavabdeh ödəməlidir. Belə ki, hadisənin baş verməsində cavabdehin işçisinin təqsirkar olduğu qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kompensasiyanın məbləği 10.000 manat müəyyən edilmişdir. Bu məbləğ mütənasi blik və ədalətlilik meyarlarına uyğundur. Cavabdeh İB-nin maliyyə vəziyyəti həmin məbləğdə təzminat ödəməyə imkan verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənəvi zərərə görə təzminat müəyyən edərkən iş üzrə sosial, psixioloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamış, tərəflərin çəkişmə prinsipinə əsaslanmadan birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər

16. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

17. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının dəyişdirilməsini xahiş edir. Tətbiq edilən hüquq

22. Mülki Məcəllə

23. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)

24. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməs i (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)

25. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)

26. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2).

27. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdə sinə qoyula bilər. (maddə 1097.1)

28. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. (maddə 1115) Mülki Prossesual Məcəllə

29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

32. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqti sadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiy ası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

36. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

37. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mənəvi zərərin miqdarını bu cür təhlil əsasında müəyyən etmiş, gəldiyi nəticəni əsaslandırmışdır.

38. Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər formal olmaqla, qətnamənin ləğvinə əsas vermir. 39.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkə məsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9796/2021 nömrəli, 19 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar