Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2414/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi, mənəvi zərərin ödənilməsinə dair tələblər; digər əsaslara görə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “mənəvi ziyanın ö dənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1775/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 16 iyul 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin kompressor sexinin rəisi vəzifəsində işləyən X7 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - X1 ölümünə səbəb olmuşdur.
2. Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətinə əsasən X4 xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 105 № ilə qeyd edilmişdir. Ölümü səbəbi kimi "asfiksiya, subatmagöstərilmişdir.
3. Qaradağ Rayon Məhkəməsinin 1(002)-116/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası CMnin 162.2-ci maddəsi ilə təqsirli bilinməsi və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən X10 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, 3 il sınaq müddətinin təyin edilməsi, davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilməsi, icra şöbəsinin razılığı olmadan yaşayış və iş yerini dəyişməməli, təyin edilmiş müddətlərdə və vaxtlarda qeydiyyatdan keçmək üçün həmin şöbəyə gəlməsi, təyin edilmiş sınaq müddəti ərzində yeni cinayət törədərsə, barəsində Azərbaycan Respublikasının CM-nin 71-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin ediləcəyi təqsirləndirilən şəxs X10 izah edilməsi, X7 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməli, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təqsirləndirilən şəxs X5 alınması və Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına keçirilməsi hökm edilmişdir. Hökm ilə müəyyən olunmuşdur ki, X11 N.Nərimanov adına N eft və Qazçıxarma İdarəsinin Qaz Kompressor sexinin rəisi vəzifəsində işləməklə nasos qurğuları sahəsindəki su anbarında suyun səviyyəsinə sexin işçiləri (maşinist) tərəfindən nəzarətin keçirilməsi qaydasını göstərən istismar təlimatı (yaxud digər bir sənəd) tərtib edilmədiyinə, həmin su anbarının boşluqları olan hissələrinin üzərinə qoyulmuş metal torlu qoruyucu örtükləri hər hansı bir tərtibatla (boltla, qaynaqla və s.) bağlanması təmin olunmadığına, eləcə də hadisə zamanı maşinist X2 anbardakı suyun səviyyəsinin ölçülməsi tapşırığı verildiyi halda, onun işinin təhlükəsiz yerinə yetirilməsinə nəzarət aparılmadığına görə "Neft-qaz çıxarma sənayesində təhlükəsiz qaydaları”nın 1.3.12,1.5.2,1.5.31 bəndlərinin, "İstehsal avadanlığı, iş yerlərinə ümumi təhlükəsizlik tələbləri, 12.2.061.-81 DÜ ST-nin (dövlət standartının) 3-cü bəndinin tələbləri pozmuş, nəticədə ehtiyyatsızlıqdan xx.xx.2014-cü il tarixdə saat 15.30 radələrində həmin sexdə maşinist vəzifəsində işləyən X1 qeyd olunan sexə məxsus 2 nömrəli nasos qurğu borusunun yanındakı su anbarına düşərək tənəffüz yollarının maye (su) ilə tutulması nəticəsində boğularaq hadisə yerində ölməsinə səbəb olmuşdur.
4. Cinayət işinin materiallarına əlavə edilmiş “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Elmi-təcrübi və Tədris Birliyi” Publik Hüquqi şəxsin xx.xx.2014-cü il tarixli, 11 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, onun ölümünə səbəb tənəffüs yollarının maye (su) ilə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuş, gözün ağlı qişasına, ağ ciyəri ürəyə nöqtəvari qan sızmaların olması bu növ ölümün təcridedici əlamətlərindəndir. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ölüm meyidinin meyitxanada müayinəsindən 16-24 saat əvvəl baş vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi zərərə görə 35.000 manat və 195 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bu hadisə nəticəsində qardaşı X3 itirmişdir. Yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkir. Onun üçün əziz olan qardaşını itirmək ona unudulması mümkün olmayan əzab və iztirab vermi şdir. Qardaşı iş yerində su anbarına düşərək boğulmuş və hadisə yerində ölmüşdür. Onun meyiti bir neçə saat sonra axşam saatlarında aparılan axtarışların nəticəsində su quyusundan çıxarılmışdır. Qardaşını elə faciəvi şəkildə itirmək onu çox sarsıdır. İnsanın öz qardaşını itirməsi nəticəsində yaşadığı mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Qardaşı ona dayaq olmaqla həm də dostu idi. Qardaşı onunla birgə yaşayırdı. İşin halları ondan ibarətdir ki, Novruz Hacıyev Cavabdeh N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin kompressor sexinin rəisi vəzifəsində işləməklə nasos qurğuları sahəsindəki su anbarına suyun səviyyəsinə sexin işçiləri (maşinist tərəfindən) nəzarətin keçirilməsi qaydasını göstərən istismar təlimatını (yaxud digər bir sənəd) tərtib etmədiyinə, həmin s u anbarının boşluqları olan hissələrinin üzərinə qoyulmuş metal torlu qoruyucu örtükləri hər hansı bir tərtibatla (boltla, qaynaqla və.s) bağlanmasını təmin etmədiyinə, eləcə də, hadisə zamanı maşinist X2 anbardakı suyun səviyyəsinin ölçülməsi tapşırığı verildiyi halda, sonuncunun işinin təhlükəsiz yerinə yetirilməsinə nəzarət aparılmadığına görə "Neft-qaz çıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 1.3.12, 1.5.2, 1.5.31 bəndlərinin, “İstehsal avadanlığı, iş yerlərinə ümumi təhlükəsizlik tələbləri, 12.2.061.-81 DÜST-nin (dövlət standartının) 3-cü bəndinin tələblərini pozmuş, nəticədə ehtiyatsızlıqdan xx.xx.2014-cü il tarixdə saat 15:30 radələrində həmin sexdə maşinist vəzifəsində işləyən X1 qeyd olunan sexə məxsus 2 nömrəli nasos qurğu borusunun yanındakı su anbarında düşərək tənəffüs yollarının maye (su) ilə tutulması nəticəsində boğularaq hadisə yerində ölməsinə səbəb olmuşdur. X7 məhkum edilməsinə səbəb onun əmək mühafizəsi qaydalarını pozma, yəni, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-116/2014 saylı hökmünə əsasən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə məhkum edilməsinə dair cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nə ticəsində onun fıziki mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Yuxarıda qeyd etdiklərini, ömrünün sonuna qədər tək qaldığını nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 35.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi iztirabların yumşaldılmasına bəlkə səbəb olar.
7. Cavabdeh “Azneft” İB tərəfindən iddia ərizəsinə yazılı etiraz verilərək göstərilmişdir ki, “Azneft” İB ilə “Paşa Həyat” sığorta arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına” dair 0094/11 saylı sığorta müqaviləsi bağlanmışdır. Həmin sığorta müqaviləsi üzrə sığorta olunan mərhum Həbib Hüseynov 39.536,9 manat sığorta m əbləği müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli sığorta aktından görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına” dair 0094/11 saylı sığorta müqaviləsi üzrə X1 vəfatı ilə əlaqədar 5.936,65 manat mərhumun həyat yoldaşı X6 ödənilmişdir. xx.xx.2014-cü il tarixdə X7 öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində Həbib Hüseynovun ölümünə səbəb olmuşdur. X11 barəsində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh neft-qaz yataqların işlənməsi, qaz anbarının isti smarı, neftqaz çıxarmanın texniki-iqtisadi cəhətdən səmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. İş materiallarından, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən də görünür ki, X11 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdlir. “Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil, X5 tələb edilə bilər. Bundan əlavə, iş materiallarından da görünür ki, Həbib Hüseynovun vəfat etməsindən 10 ilə yaxın müddət keçməsi, mənəvi zərərin təsirinin artıq olmamasıdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Səbail R ayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2296/2023 nömrəli 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat, cəmi 10.120 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilatın işçisinin əmək mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan iddiaçının qardaşı ölmüş, iddiaçı həmin cinayət işi üzrə vəfat edən qardaşının hüquqi varisi qismində tanınmış, vəfat edənə qədər onunla birlikdə yaşayaraq səmimi münasibətləri və mənəvi yaxınlığı o lmuş, qardaşının ölümü nəticəsində mənəvi sarsıntı, əzab və iztirab keçirmiş, başqa sözlə baş vermiş hadisə nəticəsində qardaşının faciəvi şəkildə həlak olması iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Qardaşının faciəvi şəkildə vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Hətta həmin hadisədən 10 ilə yaxın müddət keçməsi mənəvi zərərin təsirinin artıq tükənməsi və olmaması anlamına da gələ bilməz. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, vurulmuş mənəvi zərərin 10.000 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 24, 26, 68-ci maddələrin ə, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097, 1099-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək qətn amənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə verilən yazılı etiraza uyğun əsaslandırmışdır.
20. İddiaçı da apellyasiya şikayəti verərək qətnamənin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənəvi ziyanın ödənilməsi ilə bağlı cavabdehlə aralarında hər hansı bir müqavilə olmamış və qanunvericilikdə də mənəvi ziyanın ödənilməsi ilə ümumiyyətlə hər hansı bir miqdarda ödənilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmənin 35.000 manat tələbindən cavabdehdən 10.000 manat tutulması qanunun tələbinin pozulması kim i qiymətləndirilməlidir. Məhkəmə qarşı tərəfin mənəvi ziyan tələbinə dair iddiasına hər hansı bir əks arqument olmamasına baxmayaraq iddianı qismən təmin etməkdə qətnamə üzrə göstərdiyi əsaslar doğru deyildir. Məhkəmə qətnaməsində mənəvi zərər üçün nəyə görə məhz 10.000 manat kompensasiyanın ödənilməsini əsaslandırmamışdır. Məhkəmə qardaşının həyat yoldaşından ayrılmasını və onunla birlikdə yaşamasını nəzərə almamışdır. Bundan başqa, məhkəmə onun hadisənin əsas şahidi olmağı, yəni hadisə baş verən kimi ona edilən zəngdən sonra hadisə yerinə getməyi və onun dəfn işlərini və ondan sonrakı prosesləri bu yaşlı vaxtında təkbaşına etməyini nəzərə almamışdır. Məhkəmə sonda iddia məbləğini qismən təmin etməklə səhv nəticəyə gəlməsinə səbəb olmuşdur.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiy asının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli, 2(103)-1775/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmuş mənəvi zərərin məbləği dəyişdirilərək Cavabdehndən 5.000 (beş min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
23. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin işçisinin əmək mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan iddiaçının qardaşı ölmüş, iddiaçı qardaşının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Belə hisslərin, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi cavabdehdən onun xeyrinə mənəvi zərərin tut ulmasını şərtləndirir. Cavabdeh tərəfindən mərhumun ölməsi nəticəsində onun ailəsinə sığorta haqqının ödənilməsi dəlilinə münasibətdə isə qeyd edilmişdir ki, həyat sığortası sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin, əlilliyə görə halları üçün aparılan sığorta növüdür. Sığorta məbləğinin ödənilməsi mənəvi ziyana görə ödəniləcək məbləğlə hər hansı bir bağlılığı yoxdur.
24. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tutulmuş mənəvi zərərin məbləği ilə razılaşmır və iddiaçının hadisənin baş verməsinin birbaşa şahidi olmaması da onunla qardaşı mərhumun arasında olan mənəvi bağlılığın möhkəmliyinə bilavasitə təsir edən hallardır. O cümlədən həmin anda hadisənin şahidi olması ilə olmaması arasında da mənəvi sarsıntı və iztirab çəkmək baxımından fərqli təsir mö vcuddur. Həmçinin hadisədən artıq 10 ilə yaxın müddətin keçməsi o qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtda və indiki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola bilməz. İddiaçının mənəvi zərərə görə 35.000 manat pulun tələb etməsi şərtləri əsaslandırılmamışdır. İddiaçının mərhumun qardaşı olması, bir evdə yaşamaları təkcə özlüyündə mənəvi zərərin daha artıq məbləğdə müəyyən edilməsini də özündə şərtləndirə bilməz. Lakin qeyd edilən hallar cavabdehin apellyasiya şikayətinə uyğun olaraq ümumiyyətlə mənəvi zərər tələbinin təmin edilməməsi üçün də əsas ola bilməz. Kollegiya qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir.
25. Məhkəmə öz mövqeyi ni Azərbaycan Respublikası Mülki Məcəllənin 1096, 1097.1, 1099.1, 1099.2, 1115-ci maddələrinə, Avropa Məhkəməsinin “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarına, Mülki Prosessual Məcəllənin 217.1, 217.3, 217.4, 384.0.3-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, işin yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
27. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təmin edilən məbləğin 5.000 manat olması ağlabatan deyil. Belə ki, mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan məbləğini ancaq bu iztirabı yaşayan şəxs təyin edə bilər. Hər bir şəxsin yaşadığı əzab-əziyyətlər, hadisənin ona təsiri məhz ona xasdır. Məhkəmənin tutduğu 5.000 manat kompensasiya isə onun çəkdiyi əzabların, iztirabların dərəcəsinə qeyrimütənasibdir. Belə ki, o, qardaşı ilə bir yerdə yaşamış, möhkəm mənəvi bağlılığı olmuş və bunun pul vəsaiti ilə azaldılması mümkün olmasa da, onu itirməyin əvəzi olaraq 35.000 manat məbləğində pul bəlkə çəkdiyi iztirabların yumşaldılmasına səbəb olar.
28. İddiaçı şikayətini Azərbaycan Respublikasının Konstitus iyasının 25, Mülki Məcəlləsinin 21, 1097.1, 1099.1-ci, Mülki Prosessual Məcəllənin 13.7, 217,385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməld ir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
34. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, hə min mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqazidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
35. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
36. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
37. Maddə
239. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş iş çinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”.
38. Bənd 2.1. İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zə rərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
39. Bənd 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylı q faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı:
40. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib ha lların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndi: 41.Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsi:
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
45. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yo xlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnamə tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 52.Apellyasiya instansiya məhkəməsi işin halları və iddiaçının kassasiya şikayətində göstərdiyi dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının hadisənin baş verməsinin birbaşa şahidi olmaması da onunla qardaşı mərhumun arasında olan mənəvi bağlılığın möhkəmliyinə bilavasitə təsir edən hallardır. O cümlədən həmin anda hadisənin şahidi olması ilə olmaması arasında da mənəvi sarsıntı və iztirab çəkmək baxımından fərqli təsir mövcuddur. Həmçinin hadisədən artıq 10 ilə yaxın müddətin keçməsi o qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtda və indiki vaxtda keçirdiyi stressin səviyyəsi eyni de yil və ola bilməz.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. 55.Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olu nmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1775/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.