Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2421/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2421/2024 (Açar sözlər: ər-arvad arasında əmlak tələbi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyaları və cehiz əmlaklarının qaytarılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1555/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən veri lmiş kassasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh və İddiaçı xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3202/2023 nömrəli, 01 iyun 2023cü il tarixli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə 6 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2563 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. 3. 21.09.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən alıcı X3 dəyəri 200 manat polan “KRC Kengo” 84 parçadan ibarət çəngəl, dəyəri 99 manat olatn “Bio qranit” qazan, dəyəri 300 manat olan “Tokio” 60 parçadan ibarət yemək dəsti almışdır. 4. 21.09.2022-ci il tarixli al ğı-satqı müqaviləsinə əsasən alıcı X3 ümumi dəyəri 204,60 manat olan “Belda” “Tatlı Kutu” 9 parça, “RCR X12 Coblets, X11” və “Berghoff 7pc knife” adda məxtəx əşyaları almışdır. 5. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qəbzinə əsasən müştəri X1 adına 1 ədəd paltaryuyan maşın (“Arçelik” firması) çatdırılımışdır. 6. "xxxx" MMC-nin 05 iyun 2022-ci il tarixli ödəniş cədvəlinə əsasən X3 ümumi dəyəri 279,98 manat olan məhsulları 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almışdır. 7. 20.10.2022-ci il tarixli qaimə fakturaya əsasən 03 ədəd pastel dəstinin qiyməti 200 manat, 03 noyabr 2022-ci il tarixli qaimə fakturaya əsasən 6 ədəd yastığın qiyməti 150 manat, 30 oktyabr 2023-cü il tarixli qaimə fakturaya əsasən ağ rəngli tül və pərdənin qiyməti 500 manat, xx.xx.2022-ci il tarixli fakturaya əsa sən 1 ədəd kvadrat tavanın qiyməti 120 manat olması müəyyən edilmişdir. 8. 18.11.2022-ci il tarixli qaimə fakturaya əsasən 1 dəst pakrıval, 2 dəst dəsmal, 1 ədəd süfrə, 3 ədəd çay dəsmalı, yorğan dəsti və adyalın cəmi dəyəri 525 manat təşkil etmişdir. 9. 30 noyabr 2022-ci il tarixli qaimə fakturaya əsasən 6 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı və 6 ədəd əl-üz dəsmalının cəmi dəyəri 140 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili X8 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan daşınar əmlaklarının (mebellər: yataq dəsti mebel-1.920 manat (mebel tam hazır deyildi), məişət avadanlığı: yataq otağı pərdə 200 manat, qonaq otağı pərdə-300 manat, mətbəx pərdə+balkon-150 manat, lüstr 120 manat, yorğan çamadan140 manat, ədyal çamadan-120 manat, pastel-3 dəst-200 manat, yataq örtüsü pakreval120 M manat, dəsmal böyük-2 ədəd-45 manat, asılqan+şpilka-50 manat, taxt döşək1ədəd-200 manat, yorğan-1 ədəd-100 manat, yorğan-1 ədəd-100 manat, yastıq-6 ədəd 6x25 manat =150 manat, yataq pastel-3 paçka-200 manat, ayaq altı-2 ədəd-20 manat, süfrə-1 ədəd-80 manat, qaz sobası-270 manat, qazan “nerj-karaca” dəst-300 manat, qazan “bioqranit karaca” dəst-250 manat, servis yemək dəsti-karaca-1.000 manat, servis qaşıq dəsti-12 nəfərlik “karaca”-200 manat, bıçaq dəst-karaca-80 manat, bakal-6 ədəd“karaca” (xrustal)-80 manat, meyvə qabı, tort qabı+6 boşqab dəst-karaca-80 manat, xrustal stəkan-12 ədəd karaca-100 m anat, kofe dəst “Emsan”-50 manat, sok stəkan “Lumınarc”-30 manat, çay dəsmalı-6 ədəd-dəst-20 manat, çay dəsmalı-1 ədəd-10 manat, çay dəsmalı-3 ədəd-dəst 20 manat, paltaryuyan maşın “Arçelik”-480 manat, hamam vedrəsi+qablar-50 manat, dəsmal əl-üz-6 ədəd-Türkiyə-60 manat, dəsmal əl-üz-6 ədəd-1 paçka-Türkiyə-60 manat, dəsmal əl üz-1 ədəd-10 manat, yataq örtüsü9 ədəd-180 manat, mikser-280 manat, şəkil albomu 300 manat, qızıllar: qızıl-komplekt-brilliant 1.600 manat, üzük tək-brilliant-nişan üzüyü 1.500 manat, gümüş dəst-200 manat, şəxsi əşyalar: krasovka təzə 1 ədəd-hədiyyə, ev şəpiti-2 ədəd-hədiyyə, ətir- 4 ədəd-hədiyyə, kosmetik vasitə (krem və s.)-hədiyyə, telefon “Samsung A53”-800 manat, cəmi 12.225 manat) cavabdehin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması, qeyd olunan daşı nar əmlaklar olmadıqda həmin qeyd olunan daşınar əmlakların dəyərinin onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə nikah bağladıqdan sonra mövcud olan adət-ənənələrə uyğun olaraq cavabdehin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-cı məhəllə, MAİN yaşayış kompleksi, bina 31, mənzil 77yə ünvanında yerləşən mənzilə gəlin köçərək “cehiz” kimi müəyyən daşınar əmlakı, o cümlədən ona cavabdehin valideynlərinin hədiyyə olaraq vermiş olduqları qızıl-ziynət əşyalarını özü ilə gətirmişdir. Apardığı daşınar əmlakın siyahısı: Mebellər: Yataq dəsti mebel-1.920 manat (Mebel tam hazır deyildi), Məişət avadanlığı: Yataq otağı pərdə-200 manat, Qonaq otağı pərdə-300 manat, Mətbəx pərdə+balkon-150 manat, Lüstr-120 manat, Yorğan çamadan-140 manat, Ədyal çamadan 120 manat, Pastel-3 dəst 200 manat, Yataq örtüsü pakrıval-120 manat, Dəsmal böyük-2 ədəd 45 manat, Asılqan+şpilka 50 manat, Taxt döşək- 1 ədəd-200 manat, Yorğan-lədəd-100 manat, Yorğan-1 ədəd-100 manat, Yastıq-6 ədəd-6x25 manat =150 manat, Yataq pastel-3 paçka-200 manat, Ayaq altı-2 ədəd 20 manat, Süfrə-1 ədəd-80 manat, Qaz sobası-270 manat, Qazan “NerjKaraca” dəst-300 manat, Qazan Bioqranit-“Karaca” dəsti-250 manat, Servis yemək dəsti“Karaca” 1.000 manat, Servis qaşıq dəsti-12 nəfərlik-“Karaca”-200 manat, Bıçaq dəsti“Karaca”-80 manat, Bakal-6 ədəd “Karaca” (xrustal)-80 manat, Meyvə qabı, Tort qabı+6 ədəd boşqab dəsti-“Karaca”-80 manat, Xrustal stəkan-12 ədəd-Karaca-100 manat, Kofe dəsti “Emsan”-50 manat, Sok stəkanı “Luminarc” 30 m anat, Çay dəsmalı-6 ədəd-dəst-20 manat, Çay dəsmalı-1 ədəd-10 manat, Çay dəsmalı-3 ədəd 20 manat, Paltaryuyan maşın“Arçelik”-480 manat, Hamam vedrəsi+qablar 50 manat, Dəsmal əl-üz-6 ədəd-Türkiyə-60 manat, Dəsmal əl-üz-6 ədəd-1 paçka-Türkiyə 60 manat, Dəsmal əl üz-1 ədəd-10 manat, Yataq örtüsü-9 ədəd-180 manat, Mikser 280 manat, Şəkil albomu-300 manat. Qızıllar: Qızıl-Komplekt-Brilliant-1.600 manat, Üzük tək Brilliant Nişan üzüyü-1.500 manat, Gümüş dəst-200 manat. Şəxsi əşyalar: Krasovka təzə 1 ədəd hədiyyə, Ev şəpiti-2 ədəd-hədiyyə, Ətir-4 ədəd- hədiyyə, Kosmetik vasitə (krem və s.)-hədiyyə, Telefon “Samsung A53” -800 manat. Cəmi 12.225 manat. Cavabdeh göstərilən daşınar əmlaklar üzərində qanunsuz sahiblik edərək, onları geri qaytarmaqdan imtina etmişdir. İddiaçı hesab etmişdir ki, onun mü lkiyyətində olan daşınar əmlaklar cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır.
12. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, məhkəməyə təqdim etdiyi diskdəki video yanvarın 26-sı çəkilmişdir. Həmin gün o, Qəbələyə getməli idi, bu səbəbdən iddiaçını 2 günlük anasıgilə aparıb qoymuşdur. O vaxt ayrılmamışdılar, ayrılmaq fikri yox idi. Evə ustalar gələcəkdi. Ona görə iddiaçıya demişdi ki, qızılları da özü ilə götürsün. Balaca çantası var idi. İçərisinə qızılları və 1 ədəd ətir qoymuşdur. Digər əşyalarını qardaşı aparmışdır. Vüsaləni anasıgilə qoyandan 2 həftə sonra Moskvaya getmişdir. Getməmişdən öncə Vüsaləgilə getmişdir. Vüsaləyə də bildirmişdir ki, o, Moskvaya Vüsalənin əmisigilə gedir. Vüsaləyə demişdir ki, gedib ev tutub, gəlib onu da aparacaq. O, isə narazılığ ını bildirmişdir. Moskvada olanda da hər gün zəng edirdi. Vüsaləyə qayıdandan sonra gedib anasıgildə qalmaqlarını bildirmiş, Vüsalə isə ona onun anası ilə qalmaq istəmədiyini bildirmişdir. Boşanma səbəbi telefonla danışan zaman Vüsalənin onun adını səhv salması ilə bağlı olmuşdur. Vüsaləni anasıgilə aparanda ayrılmaq fikri olmamışdı. Qaz plitəsini özü 235 manata almışdır. Mebel ustası İsrafil Abdulov mebelləri hissə-hissə gətirmişdir. Bütün əşyaları təhvil verməmişdir. Vüsaləgil ustanın pulunu verməmişdilər. O, Qəbələdə olanda İsrafil Abdulov zəng edərək mebelləri gətirdiyini bildirmiş, o isə ustaya mebelləri geri qaytarmasını demişdir. Evdə 1 ədəd şifoner qalıb, onu da çıxartmaq mümkün olmamışdır. Vüsaləgilə dəfələrlə demişdir ki, İsrafil mebelin pulunu istəyir. İsrafil beh istəməmişdir. Çünki ona mətbəx mebeli yığırdı. Vüsalənin bacısı onun anasına usta üçün 1.000 manat verməmişdir. Hal-hazırda evdə 1 ədəd ətir var. Bundan başqa, o, heç kimə telefon hədiyyə etməmişdir. Şəkillərdəki “Samsung A73” markalı telefon isə iş yoldaşınındır. Bütün şəkillərdə dostu yanında olmuşdur.
13. Məhkəmədə şahid qismində ifadə verən X2 bildirmişdir ki, o, iddiaçı və cavabdehi tanıyır. Cavabdehlə uzaq qohumluq əlaqəsi var. Heç bir düşmənçiliyi və ədavəti yoxdur. Mebel sifarişi vasitəsilə tanış olublar. Mebel üçün 600 manat əvvəl veriblər, daha sonra isə 270 manat ödəyiblər. Mebelin ümumi qiyməti isə 4.900 manat təşkil edirdi. Mebel dəstinə şifoner, tumbalar, taxt və termo daxil idi. Pulunu ödəmədiklərinə görə taxtı, tumbaları və termonu mənzildən aparmışdır. Təkcə şfoner və yataq qalmışdır. İddiaçı 870 manat pulu nağd şəkildə deyil, kart hesabına göndərmişdir. Əlavə də ona pul verilməmişdir. Ustalar pulunu istədiklərinə, pulun vermədiyinə görə o, əşyalarını aparmışdır. Şifoneri və taxtı əvvəlcə göndərmişdilər. Digər mebelləri toydan sonra aparmışdılar və şəxsən özü də iştirak etmişdir.
14. Məhkəmədə şahid qismində ifadə verən X3 bildirmişdir ki, təxminən 6 noyabr 2022-ci il tarixdə o, 10 ədəd yüzlük şəklində 1.000 manat pulu ustaya çatdırmasından ötrü Validə Axundovaya vermişdir. Mebelin ilkin ödənişi kimi Validə xanım bildirmişdir ki, usta beh istəyir. O, da aparıb əlbəəl onların evlərində vermişdir. Yataq dəsti üçün 1.000 manat bir, 600 manat bir, 270 manat bir ödəmişdir. Bacısı gəlin köçməmişdən öncə evin bəzədilməsində şəxsən iştirak etmişdir. O zaman orada taxt və şifon er var idi. Səbəbini soruşduqda isə Nəsbulla bildirmişdir ki, ustanın iş yükü çox olduğundan çatdıra bilməyibdir. Ödəniş üçün 1.000 manat ödəmişlər. Bildiriblər ki, sonradan pulu hissə-hissə ödəyərlər. Onlar da razılışmışdılar. Nikah günü Validə xanım nikah hədiyyəsi olaraq bacısına “Samsung A53” markalı, mavi rəngli telefon hədiyyə etmişdir. Yanvar ayının 27-si Nəsib Vüsaləni onlara gətirmişdir. Bildirmişdi ki, işlə əlaqədar olaraq Qəbələyə gedir. Daha sonra eşitmişdirlər ki, Moskvadadır. Bacısı gələndə heçnə gətirməmişdir. Karacadan olan cehiz əşyaları o almışdır.
15. Məhkəmədə şahid qismində ifadə verən X4 bildirmişdir ki, iddiaçı onun qonşusudur. Çox yaxın münasibətləri var. Bir evli kimidirlər. Bir-birlərinin xeyirinə-şərinə gedirlər. Nişanda da, toyda da iştirak etmişdir. Nəvəsi də n işanlı olub deyə toy üçün alınan cehizlərə gedib baxmışdır. Toydan sonra da tez-tez Vüsaləni soruşurmuş. Vüsalənin nə üçün gəlib-getmədiyi ilə maraqlananda anası bildirmişdir ki, Vüsalənin yoldaşı icazə verməmiş və qapını üzünə bağlayırmış. Yanvar ayının 3-ü Vüsaləgilə getmişdi və evdə yalnız bacısı Leyla var idi. Leyla ona bildirmişdir ki, Vüsaləgildə nəsə hadisə baş verib, anasıgil onlara gediblər. Daha sonra yanvarın 26-sı Nəsbulla Vüsaləni anasıgilə gətirmişdir. Həmin vaxt o, qonşu ilə danışırdı və Vüsəgili görmüşdü. Vüsalənin əlində çantası yox idi.
16. Məhkəmədə şahid qismində ifadə verən X5 bildirmişdir ki, yanvarın 3-ü səhər vaxtı Vüsalə atasına zəng vurub və bildirmişdir ki, ata gəl məni buradan qurtar. Onlar da gediblər. Görüblər ki, Vüsalə pis vəziyyətdədir. Gecə saatlarında boğ ulma hadisəsi baş veribdir. Hətta polisə də düşüblər. Daha sonra polisdən qurtarmaq üçün atası ilə Nəsbulla gəlib və üzrxahlıq ediblər. O, yenə də razı olmamışdır. Vüsalə aliləsinin dağılmasını istəməyib. Daha sonra yanvarın 26-idi. Nəsbulla onlara gətirib qoyub və demişdir ki, Qəbələyə gedir. Daha sonra gəlib aparmayıb. Eşidiblər ki, Moskvadadır. Qızı gələndə əlində heçnə gətirməmişdir. Hətta paltar belə götürməmişdir və bacısının paltarlarını geyinmişdir. Daha sonra Validə xanım ona zəng vurub və mebelin 3.000 manat başa gəldiyini bildirmişdir. Pul məsələsində də Validə xanım bildirib ki, usta beh istəyir. O, da 1.000 manat verib və Leyla Validə xanıma aparıb vermişdir. Mebelə də əlavə olaraq 870 manat pul veriblər.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instans iya məhkəməsi) 2(004)-3625/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia qismən təmin edilərək, Cavabdeh 1 ədəd yataq otağı pərdəsi, 1 ədəd qonaq otağı pərdəsi, 1 ədəd mətbəx pərdəsi, 1 ədəd çılçıraq; 1 ədəd yorğan, 1 ədəd ədyal, 1 ədəd yataq örtüsü (pakreval), 2 ədəd böyük dəsmal, 1 ədəd asılqan-şpilka, 1 ədəd taxt döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, üç qutu yataq örtüyü, 2 ədəd ayaq altı, 1 ədəd süfrə, 1 ədəd qazan-nerj dəsti (“Karaca” firması), 1 ədəd qazan- biorqanit dəsti (“Karaca” firması), servis yemək dəsti (“Karaca” firması), 12 nəfərlik servis qaşıq dəsti (“Karaca” firması), bıçaq dəsti (“Karaca” firması), 6 ədəd bakal (“Karaca” firması), meyvə qabı, tort qabı və 6 boşqab dəsti (“Karaca” firması), 12 ədəd Xrustal stəkan (“Kara ca” firması), 1 ədəd kofe dəsti (“Emsan” firması), meyvə şirəsi stəkanı (“Luminarc” firması), 6 ədəd çay dəsmalı dəsti, 1 ədəd çay dəsmalı 3 ədəd çay dəsmalı dəsti, 1 ədəd paltaryuyan maşın (“Arçelik” firması), 1 ədəd hamam vedrəsi və qablar, 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 qutu - 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 ədəd mikserdən ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 5.255 manat pulun); qızıl-brilliant komplekt, 1 ədəd tək brilliant qaşlı nişan üzüyü və gümüş dəstdən qızıl-ziynət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda qızıl-ziynət əşyalarının dəyəri olan 3.300 manat pulun); 1 ədəd “Samsung A53” markalı telefon (olmadığı təqdirdə dəyəri olan 8 00 manat pulun); 2 ədəd ev şəpiki, 1 ədəd “Trussardi” markalı ətir, kosmetik vasitə (krem) və yataq mebeli dəsti (olmadığı təqdirdə 1.840 manat pulun) alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
18. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, cavabdehin iddia tələbini qismən qəbul etdiyi hissəni nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, 1 ədəd yataq otağı pərdəsi, 1 ədəd qonaq otağı pərdəsi, 1 ədəd mətbəx pərdəsi, 1 ədəd çılçıraq; 1 ədəd yorğan, 1 ədəd ədyal, 1 ədəd yataq örtüsü (pakreval), 2 ədəd böyük dəsmal, 1 ədəd asılqan-şpilka, 1 ədəd taxt döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, üç qutu yataq örtüyü, 2 ədəd ayaq altı, 1 ədəd süfrə, 1 ədəd qazan-nerj dəsti (“Karaca” firması), 1 ədəd qazan-biorqa nit dəsti (“Karaca” firması), servis yemək dəsti (“Karaca” firması), 12 nəfərlik servis qaşıq dəsti (“Karaca” firması), bıçaq dəsti (“Karaca” firması), 6 ədəd bakal (“Karaca” firması), meyvə qabı, tort qabı və 6 boşqab dəsti (“Karaca” firması), 12 ədəd Xrustal stəkan (“Karaca” firması), 1 ədəd kofe dəsti (“Emsan” firması), meyvə şirəsi stəkanı (“Luminarc” firması), 6 ədəd çay dəsmalı dəsti, 1 ədəd çay dəsmalı 3 ədəd çay dəsmalı dəsti, 1 ədəd paltaryuyan maşın (“Arçelik” firması), 1 ədəd hamam vedrəsi və qablar, 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 qutu - 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 ədəd mikserdən ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 5.255 manat pul), 2 ədəd ev şəpiyi, 1 ədəd “Trus sardi” markalı ətir, kosmetik vasitə (krem) cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
19. İddia tələbinin qızıl-ziynət əşyalarının və ya həmin əşyaların dəyərinin qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vüsal Abdullayev 03 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında qızılziynət əşyalarının dəyəri ilə razı olduqlarını, lakin iddiaçının həmin əşyaları özü ilə apardığını bildirmiş, daha sonra cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsi və vəkili Vüsal Abdullayevin yanlışlıqla cavabdehə hədiyyə olunmuş qızılziynət əşyalarının qiymətinin iddia ərizəsində qeyd olduğu kimi olduğunu bildirdiyindən həmin ifadənin nəzərə alınmamasını, qeyd edilən əşyaların gümüş olmaqla qızıl suyuna çəkildiyini və dəyərinin 500 manat olduğunu, iddiaçının evdən gedərkən özü ilə aparmasını qeyd etmişdir. Cavabdehin və onun nümayəndəsi və vəkilinin ziddiyyətli izahatlar verməsini, bununla bağlı məhkəməyə sübut təqdim etməməsini, eyni zamanda, qeyd etdiyi xüsusatların iş materiallarında olan fotoşəkillərlə, video yazılarla və şahid ifadəsi ilə təkzib olunduğunu nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, iddia tələbi qızılziynət əşyalarının geri qaytarılması hissəsində əsaslı olmuşdur. Qeyd edilən qızıl-ziynət əşyaları, həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda isə onların dəyəri olan 3.300 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
20. Bundan başqa məhkəmə, iddia tələbini 1 ədəd “Samsung A53” markalı telefon ilə bağlı hissədə əsaslı hesab edərk qeyd etmişdir ki, sənədlərlə, şahid if adəsi ilə, fotoşəkillərlə və "xxxx" MMC-nin sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçının cavabdehlə nikahda olduğu müddətdə istifadəsində “Samsung A53” markalı telefon olmuşdur. https://imeicheck.com saytından əldə edilmiş məlumatdan da görünür ki, **********72660 imei kodu “Samsung Galaxy A53” markalı telefona məxsusdur.
21. Məhkəmə yataq mebeli dəstinin, olmadığı təqdirdə onun dəyərinin verilməsi hissəsində iddia tələbini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, məhkəmə baxışı zamanı şahid ifadələri ilə sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən mebel dəstinin hazırlanmasından ötrü 840 manat məbləğində pul mebel ustası İsrafil Abdulovun kart hesabına köçürülmüş, 1.000 manat məbləğində pul isə iddiaçının bacısı Leyla Bayazova tərəfindən ustaya çatdırılmasından ötrü c avabdehin anası Validə Dadaşovaya verilmişdir. Hal-hazırda həmin mebel dəsti cavabdehin evində qalmışdır.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 57.2, 157.2, 157.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
23. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyəri qeyd edilməyən gümüş dəstdən qızıl-ziynət əşyasının, dəyəri 800 manat hesab edilən “Samsung” A53 markalı telefonun, dəyəri 3.300 manat hesab edilən qızıl-ziynət əşyalarının, dəyəri 1.840 manat hesab edilən yataq mebeli dəstinin qaytarılması hissələrində qismən ləğv edilməsinə dair yeni qətnamə qəbu l olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçı ilə münasibətlərinin artıq tam pozulduğu vaxtda onun əmisinin yanına iş axtarmaq üçün getməyi, evdə ustalar işlədiyi halda qiymətli əşyaların orada qalması heç cür inandırıcı deyildir. Məhkəmə bu halları nəzərə almadan səhv nəticəyə gəlmişdir. Məhkəmə, eyni zamanda iddiaçının evdən çıxdığı zamanı onun idarə etdiyi nəqliyyat vasitəsində çəkilmiş videodan əlində çanta olması faktını nəzərə almamışdır. Habelə, məhkəməyə onun tərəfindən iddia ərizəsində qeyd edilən “Samsung” markalı telefona dair təqdim etdiyi sənədlərə də hər hansı bir düzgün qiymət verilməmişdir. Belə ki, adı çəkilən mobil telefon sənədlərdən göründüyü kimi onun anası tərəfindən alınmışdır. Həmin telefon ilk olaraq, anası tərəfin dən istifadə edilmiş, daha sonra isə iddiaçının telefonu işləmədiyi üçün müvəqqəti olaraq ona verilmişdir. Lakin bu sənədlərə də məhkəmə tərəfindən hər hansı bir qiymət verilməmişdir. Habelə onun tərəfindən məhkəmədə iddia ərizəsində qeyd edilən əksər əşyaların onda olduğu etiraf edilmişdir. Əgər təbii ki, onun iddiaçının qeyd etdiyi əşyaları geri qaytarmaq fikri olmasaydı, ümumiyyətlə hər hansı bir etirafı olmazdı. Məhkəmə bu hala da qiymət verməmişdir. Onun apellyasiya şikayətinin əsası ziynət əşyaları, yataq mebel dəsti və “Samsung” markalı telefonla bağlı olmuşdur. Belə ki, adı çəkilən ziynət əşyaları qızıldan deyil, onun tərəfindən sifarişlə düzəldilmiş sirkon daşlarla bəzədilmiş gümüş əşyalar olmuşdur. Bunu iddiaçının özü də toydan öncə bilirdi. Belə ki, o, hər hansı bir yüksək məvac ibli işdə çalışmamış və elə bahalı əşya heç bir halda ala bilməzdi. Həmin gümüş ziynət əşyalarını qaytarmağa hazır olduğunu qeyd etmişdir. Lakin məhkəmənin haradan onun qızıl əşyası olduğu qənaətinə gəlməsi, qətnamədə heç cür izah edilməmişdir. Dəfələrlə toy şəkillərinə və ya təqdim edəcəyi əşyalara əsasən ekspert rəyinin alınması haqda vəsatəti heç bir əsas olmadan təmin edilməmişdir. Mebel hazırlanması üçün satan şəxsin kart hesabına 870 manat pul köçürülmüşdür.
25. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, telefonla bağlı açıq-aşkar yalan izahat verən cavabdehin mobil nömrə ilə bağlı sorğunun cavabı gəldikdən sonra yalan danışdığı ifşa olmuş lakin, cinayət məsuliyyəti nəzərdə tutulmadığından məsuliyyətdən yayınmışdır. Onun qızıla gümüş deməsi, verilən 1.000 manat pulu boynuna almaması, telefonun dostuna məxsus olmasını deməsi, lakin apellyasiya şikayətində telefonun anasına məxsus olmasını deməsi, qızılların guya iddiaçı tərəfindən aparılmasını deməsi, apellyasiya şikayətində isə onları qaytarmağa hazır olduğunu deməsi onun yalan danışmasının bariz nümunəsi olmuşdur. İddiaçıya qarşı böhtan xarakterli fikirlər səsləndirərək onun şərəf və ləyaqətini alçaldan cavabdeh onunla 2 ay evli qalımş və cehiz əşyalarını veməmək üçün ağılına gələn bütün yalanları danışmışdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1555/2024 n ömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia üzrə tələb etdiyi qızıl-ziynət əşyalarının ümumiyyətlə mövcud olmasını, sonra həmin əşyaların ona məxsus olduğunu, bu əşyaların hazırda cavabdehin qanunsuz istifadə və sahibliyində olmasını sübut etməli olduğu halda iddiaçı bu əşyaların cavabehin qanunsuz sahibliyində olmasını bildirmiş və iş materiallarında olan fotoşəkillərlə, video yazılarla və şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.
28. İddiaçının nümayəndəsi və vəkili Vüsal Abdullayev 03 o ktyabr 2023-cü il tarixdə keçirilən birinci instansiya məhkəməsinin baxış iclasında qızıl-ziynət əşyalarının dəyəri ilə bağlı ekspertiza keçirilməsinə ehtiyac olmamasını bildirməklə, o cümlədən çeşidini belə mübahisələndirmədən yalnız iddiaçının evdən gedərkən həmin əşyaları özü ilə apardığını bildirmişdir. Daha sonra Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsi və vəkili Vüsal Abdullayevin yalnışlıqla cavabdehə hədiyyə olunmuş qızıl-ziynət əşyalarının qiymətinin iddia ərizəsində qeyd olduğu kimi olduğunu bildirdiyindən həmin ifadənin nəzərə alınmamasını, qeyd edilən əşyaların gümüş olmaqla qızıl suyuna çəkildiyini, iddiaçının evdən gedərkən özü ilə aparmasını qeyd etmişdir. Eyni zamanda apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi və vəkili izahat verərək, həmin əşyaları n cavabdehin anasında olduğunu bildirmişdir. Bununla bağlı qeyd etmişdir ki, həmin vaxtı iddiaçının əşyaları özü ilə apardığını hesab etmişlər. Sonradan isə cavabdehin anasında qalması müəyyən edilmişdir. Lakin cavabdeh tərəfin birinci instansiya məhkəməsində əvvəl fərqli izahat vermələrini, sonradan əşyaların onlarda olmasını təkzib etdikləri halda apellyasiya şikayətində də tələb edilən əşyaların onlarda qalmasını, lakin qızıl deyil, məhz gümüşdən olmaqla məhkəmə zalında təqdim etmək istəməsini kollegiya apellyasiya şikayətinin dəlillərinin həmin hissədə formal olması və öz özlüyündə təkzib edilməsi kimi qəbul etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında olan sənədlərlə, şahid ifadəsi ilə, f otoşəkillərlə və "xxxx" MMC-nin sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, iddiaçının cavabdehlə nikahda olduğu müddətdə istifadəsində “Samsung A53” markalı telefon olmuşdur. https://imeicheck.com saytından əldə edilmiş məlumata əsasən **********72660 imei kodu “Samsung Galaxy A53” markalı telefona məxsus olmuşdur.
30. Məhkəmə kollegiyası yataq mebeli dəstinin, olmadığı təqdirdə onun dəyərinin verilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, o cümlədən şahid ifadələri ilə sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən mebel dəstinin hazırlanmasından ötrü 840 manata məbləğində pul mebel ustası İsrafil Abdulovun kart hesabına köçürülmüş, 1.000 manat məbləğində pul isə iddiaçının bacısı Leyla Bayazova tərəfindən ustaya çatdırılmasından ötrü ca vabdehin anası Validə Dadaşovaya verilmişdir.
31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mebel dəstinin hazırlanması üçün ödənilən pul həmin mebel dəstinin tam məbləği deyil. Ödənilən pula münasibətdə isə mebelin yataq dəsti gətirildiyindən yataq dəstinin qaytarılması tələbin irəli sürülməsində də iddiaçı haqlı olmuşdur. Cavabdeh tərəfin həmin yataq dəstinin pulun tam ödənilməməsi səbəbindən sexə geri təhvil vermələri həmin əşyaların özünün və ya olmadığı təqdirdə ona ödənilən dəyərin geri qaytarılmalı olmasını özündə şərtləndirmişdir.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir.
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət i olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 225.1, 225.2, 225.3, 666.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
35. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üç ün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, hər iki məhkəmə tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, sübutlara düzgün qiymət verilməmiş, bununla da məhkəmələr tərəfindən onun hüquqları pozulmuşdur. Belə ki, heç bir qanunvericilik aktı ilə hakimin özünün əşyanı qiymətləndirmə səlahiyyəti tanınmamışdır. Bu halda verdiyi vəsatət mütləq qaydada təmin edilməliydi. Dəfələrlə məhkəmə praktikasında şəkil və video çəkiliş əsasında ekspertin ziynət əşyasına qiymət qoyması halları baş vermişdir. Əgər bu halda da vəsatətlərinə əsasən ekspertiza təyin edilərdisə, ziynət əşyalarının qızıl deyil, gümüş olduğunu asanlıqla sübuta yetirmək o lardı. Həmçinin apellyasiya instansiyasına təqdim etdikləri və iddiaçının əlavə etdiyi fotoşəkillərlə identik olan ziynət əşyalarına məhz ekspertiza nəticəsində qiymət verilsəydi bu öz növbəsində ədalətli qətnamə çıxarılması ilə nəticələnərdi.
37. Qeyd etdiyi kimi məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı və onun tərəfindən məhkəməyə dəvət edilmiş şahidlər ifadə vermişlər. Mebeli istehsal edən şəxsin verdiyi ifadəyə əsasən, ona bütün ödənişlər kart hesabına köçürmə ilə aparılmışdır. Kart hesabından çıxarışa əsasən ona cəmi 870 manat pul ödənildiyi qeyd edilmişdir. Lakin iddiaçının bacısının verdiyi ifadəyə əsasən guya əlavə olaraq, 1.000 manatda ödənildiyi bildirilir. Halbuki, bu ifadəni təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin hansısa məlu m olmayan səbəbdən, məhkəmə mebeli hazırlayan kənar bir şəxsin ifadəsini əsaslı hesab etməmiş, ailə üzvünün verdiyi ifadəni isə inandırıcı hesab etmişdir. Habelə məhkəməyə tərəfindən “Samsung” mobil telefona dair sənədlər təqdim edilmiş və onlara əsasən adı çəkilən əşyanın anası tərəfindən alınıb, istifadə edilməsi barədə sübuta ümumiyyətlə qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:
38. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
40. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
41. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
42. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsu z sahibliyindən öz əmlakını geri tələb edə bilər.
43. Maddə 157.4. Əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
44. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
45. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
46. Maddə 225.3. Daş-qaş və digər ziynət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır;
47. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
48. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hə r birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
49. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hal lar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
63. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
65. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ap ellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
68. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1555/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.