Məhkəmə qərarları › İş №2(102)-2422/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2422/2019

08.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2422/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 noyabr 2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 03 avqust 2018-ci il tarixli (hakim:Ə.M.Hüseynov; 2(051)-1973/2018) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 21.11.2014-cü il təvəllüdlü X3 yetkişlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa 110 manat alimentin tutulub İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi, alimentin tutulmasına 03 iyun 2018-ci ildən başlanması, qətnamənin dərhal icra olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 noyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər M.A.Əsədli(sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.Q.İsayev, 2(107)-2605/2018) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, 21.11.2014-cü il təvəllüdlü X3 yetkişlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.11.2014-cü il təvəllüdlü X1 üçün ərizə verilən tarixdən başlamaqla 170 (yüz yetmiş) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə faktiki olaraq ailə qurmuşlar. Birgə ailə münasibətlərindən 21.11.2014-cü il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Cavabdehlə ayrı yaşasada, hazırda uşaq onunladır. Heç bir yerdə işləmir və maddi cəhətdən uşağı təminedə bilmir.Mingəçevir şəhər məhkəməsinin 03.03.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh dan övladının yetkinlik yaşına çatanadək saxlanması üçü n onun bütöv növ qazancının 25% miqdarında aliment kəsilmişdir. Göstərilən məbləğ onun övladının heç bir təlabatını ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, aliment ödəməkdən boyun qaçırmışdır, lakin iddia ərizəsində göstərilən miqdarda aliment çoxdur. Hal-hazırda Mingəçevir məşğulluq mərkəzində qeydiyyatdadır. Cavabdeh sonradan ailə qurmuş, ikinci nigahda 2 övladı var Hazırda hər ay uşaq yetkinlik yaşına çatana kimi 60 manat aliment ödəməyə razıdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdilər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstə rə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən doğum haqqında şəhadətnamədən görünür ki, 21.11.2014-cü il təvəllüdlü X5 dоğulmuşdur. Оnun аtаsı kimi Cavabdeh, аnаsı kimi İddiaçı qızdır. Mingəçevir Şəhər Məşğulluq mərkəzinin 13 iyul 2018-ci il tarixli 254 № arayışdan görünür ki, Cavabdeh 05 iyul 2017-ci ildə Mingəçevir şəhər Məşğulluq mərkəzinə müraciət etmiş və işaxtaran vətəndaş kimi qeydə alınmışdır. İşsizlik müavinatı almır və almamışdır. İş materiallarında оlаn Mingəçevir şəhər məhkəməsinin 03 mart 2016-cı il tаrixli qətnaməsindən görünür ki, Həvva adlı uşağın yetkinlik yaşına çаtаnа kimi sаxlаnmаsı üçün Cavabdeh nun aylıq qazancının ¼ hissəsi miqdarında aliment 03.02.2016-cı il tarix dən başlayaraq X2 xeyrinə tutulmаsı qət edilmişdir. Dоğum hаqqındа şəhаdətnаmədən görünür ki, 17.01.2017-ci il təvəllüdlü K6, 11.03.2015-ci il təvəllüdlü Z8 adlı uşaqları dоğulmuşdur. Оnun аtаsı kimi Cavabdeh, аnаsı kimi X6 göstərilmişdir. İşdə olan nikаhın bаğlаnmаsı hаqqındа şəhаdətnаmədən görünür ki, Cavabdeh və X4 nikаhı 27 iyun 2014-cu ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində qeydə аlınmışdır. Nikаh bаğlаndıqdаn sоnrа аrvаdа ərinin sоyаdı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. - 78.2-c i maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müə yyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 154 manat məbləğində müəyyən edilməsini, cavabdehin əmək qabiliyyətli olmasını, iddiaçının heç bir yerdə işləməməsini, tərəflərin ailə və maddi vəziyyətlərini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 03 avqust 2018-ci il tаrixli, 2(051)1973/2018 saylı qətnaməsi dəyişdirilməli, 21.11.2014-cü il təvəllüdlü X3 yetkinlik yаşınа çаtаnа kimi sаxlаnmаsı üçün Cavabdeh ndan hər ay 130 mаnаt sabit pul məbləğində aliment tutulub İddiaçı xe yrinə verilməlidir. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. On a görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar