Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-243/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh İsgəndərova Elnarə Ələmxan qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: atanın alimenti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X6 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5986/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh X3 (bundan sonra-cavabdeh) 17 dekabr 2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü Nihad Bayramov və xx.xx.2008-ci il təvəllüdlü Fuad Bayramov anadan olmuşdur. Tərəflərin nikahı 2020-ci il tarixdə məhkəmə qərarı ilə pozulmuş və uşaqlar ananın yanında saxlanılmışdır. 2. “X10 Kolleci” tərəfin verilmiş sənədə (öğrenci kayıt sözleşmesi) əsasən, xx.xx.2008ci il təvəllüdlü X8 qeyd edilən kollecdə təhsil alır.
3. Cavabdehin əsas iş yeri olaraq “X11” MMC-də işləyir və əmək haqqısı 1207,45 manat, əlavə iş yeri olaraq isə "xxxx" QSC-də işləyir və əmək haqqısı 1344 manatdır. 4. 29.07.2022-ci il tarixli “Barışıq Müqaviləsi”nə və barışıq müqaviləsini təsdiq edən Bakı şəhəri Binəqədi Ra yon Məhkəməsinin 2(001)-2398/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından aydın olur ki, Müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X4 atası İddiaçı yanında saxlanılmasına anası X3 uşağın mənafeyini nəzərə alaraq razılıq verir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, X3 xx.xx.2008-ci il təvəllüdlü X4 atası İddiaçı ilə yetkinlik yaşına çatanadək istənilən anda Azərbaycan Respublikasından kənara sərbəst surətdə getməsinə icazə verir. Müqavilənin 3.3-cü bəndinə əsasən, İddiaçı öhdəsinə götürür ki, uşağın mənafeyi nəzərə alınmaqla himayəsinə verilməsinə razılıq verilən xx.xx.2008-ci il təvəllüdlü X4 anası X3 ilə hər həftənin şənbə günü 10:00-dan 18:00-dək, bazar günü 10:00-dan 15:00dək sərbəst surətdə görüşməsini təmin edəcək və heç b ir maneə törətməyəcək. Müqavilənin 3.4-cü bəndinə əsasən, İddiaçı öhdəsinə götürür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 anası X3 tərəfindən uşağın rifahı üçün zəruri olan müdafiə və qayğızı, tərbiyəsi, təhsili, ağlamlığı, psixi, fiziki, mənəvi inkişafını təmin edəcək və heç bir maneə törətməyəcəkdir. Müqavilənin 3.5ci bəndinə əsasən, İddiaçı öhdəsinə götürür ki, iş səfərlərində olduğu müddətdə xx.xx.2008-ci il təvəllüdlü X4 anası X1 yanında qalmasını təmin edəcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaqlar ananın himayəsində saxlanılsa da, Fuad Bayramov iddiaçının (atasının) yanında qalmış və israrla anasının yanında qalmaq istəmədiyini bildirmişdir. Bu səbəbdən də iddiaçı uşaq tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra tərəflər arasında Barışıq müqaviləsi imzalandığından iş üzrə icraata xitam verilmiş, xx.xx.2008-ci il təvəllüdlü Fuad Bayramov atası İddiaçı himayəsində saxlanılmışdır. Lakin Barışıq sazişinə əsasən, cavabdeh üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Həmçinin iddiaçı qeyd etmişdir ki, o və oğlu hazırda Türkiyə Respublikasında yaşa yır və oğlu orada “X10 Kollecində” təhsil alır. Cavabdeh övladının çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etmədiyindən, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini qəbul etmədiklərini, tərəflər arasında barışıq sazişi olduğunu, iddiaçının barışıq sazişinin tələblərini pozaraq məhkəməyə müraciət etdiyini bildirərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etdi.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(001)-1151/2023 saylı 21 fevral 2023-cü ilə tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı nikah pozulduqdan sonra uşaq tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etdikdə uşağını maddi cəhətdən təmin etmək və saxlamaq iqtidarında olduğuna görə aliment tələb etməmişdir (işin bu halı “Barışıq Müqaviləsinin” məzmununda da ehtiva olunur). Cavabdeh məhz bu halı nəzərə alaraq uşağın mənafeyi naminə iddiaçı ilə barışıq müqaviləsinin bağlanmasına razı olmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki, tərəflər arasında xx.xx.2008-ci il təvəllüdlü X7 dair məhkəmə tərəfindən təsdiq edilmiş “Barışıq müqaviləsi” var, hazırda həmin müqavilə üzrə cavabdehin ona aid öhdəliklərinin icra etməməsinə (maddi cəhətdən övladına yardım etməməsi) dair sübutetmə yükü iddiaçının üzərinə düşür. Odur ki, Ailə Məcəlləsinin 95.4-cü maddəsinə əsasən iddiaçı cavabdehlə aralarında bağlanmış sazişin (müqavilənin) dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında idd ia qaldırmaq hüququna malikdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, o, Türkiyyə Respublikasında yaşadığından hazırda himayəsində olan Fuad da onunla qalır və orada təhsil alır. O, təhsilini davam etdirmək üçün “X12 Kollecində” oxuyur. Hesab edir ki, onun hərtərəfli inkişafına nail olmaq, fiziki və psixi sağlamlığını mühafizə etmək və möhkəmləndirmək, fərdi qabiliyyətlərini inkişaf etdirmək, zehni inkişafını artırmaq, tədris vəsaitləri ilə təmin etmək, keyfiyyətli qida ilə təmin etmək hər iki valideyinin borcudur. Lakin cavabdeh çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etmir. Onu da məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, nikah pozulduqdan sonra uşaqların Elnarə İskəndərovanın himayəsində olmasına baxmayaraq 2022-ci ilin sonunadək hər ay müntəzəm olaraq uşaqların saxlanılması kiraye və kommunal xərclər daxil olmaqla tərəfindən Elnarə İskəndərovaya orta hesabla 3000 manat məbləğində pul ödənilmişdir. Qeyd etdiyi faktlar apelyasiya şikayətinə əlavə etdiyi ödəniş qəbzləri ilə öz təstiqini tapır. Bundan əlavə məhkəmə iclasında hakim tərəfindən X8 ilə mobil telefon vasitəsi ilə görüntülü dialoq aparılmış və X8 verdiyi i fadəsində anası Elnarə İskəndərovanın ümumiyyətlə onunla maraqlanmadığını, ona nə maddi, nədə ki mənəvi olaraq bir ana kimi heç bir diqqət və qayğının göstərmədiyini bildirmişdir. İki ilə yaxındır ki, ancaq atası tərəfindən ona diqqət və qayğı göstərildiyini bildirmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh X3 uşağın rifahı uçun zəruri olan müdafiə və qayğısı, tərbiyəsi, təhsili, sağlamlığı, psixi, fiziki, mənəvi inkişafında iştirakını təmin etmək barədə öhdəlik götürsə də bu günədək qeyd edilən öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi ancaq və ancaq cavabdehin mənafeyini üstün tutaraq azyaşlı Fuad Bayramovun əsaslı mənafeyini nəzərə almamışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5986/2023 nömrəli iş üzrə 4 oktyabr 2023-cü il ta rixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmişdir.
15. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Tərəflər arasında mövcud olmuş mübahisə ilə bağlı barışıq sazişinin təsdiq edilməsi hazırda yetkinlik yaşına çatmayan uşağa görə alimentin tutulmaması üçün əsas ola bilməz. Ən azı ona görə ki, həmin sazişdə alimentlə bağlı müddəalar öz əksini tapmamışdır.
16. Məhkəmənin qənaətinə görə iddiaçı himayəsində olan və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cav abdehdən aliment tələb etməyə haqlıdır. Qanunvericiliyin tələblərinə görə birgə uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir. Uşağın maraqları üstün tutulmaqla, iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, cavabdehdən - xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancı və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə alimentin məbləğini müəyyənləşdirərkən nəzərə almışdır ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunan əsaslar hazırki mübahisəli halda öz əksini tapmadığından xx.xx.2008-ci il təvəllüdlü X7 aliment təyin olunarkən həmin Məcəllənin 76.1.1-ci maddəsi tətbiq olunmalıdır.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəllə sinin 75.1, 76.1.1 və 100.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2, 372.6 və 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Barışıq sazişinin şərtləri iddiaçı tərəfindən pozulmuşdur. İddia tələbi hazırki vəziyyətdə qanunsuz və əsassız olduğundan təmin edilməməlidir.
21. Apellyasiya instanisiyası məhkəməsi Mülki Prosesual Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulan halları araşdırmamışdır. Belə ki, iddianın rədd edilməsinə dair kifayət qədə r sübütlar olsa da məhkəmə bu sübütlara düzgün hüquqi qiymət verməmişdir. xx.xx.2008-ci il təvəllüdlü X8 hal-hazırda-Türkiyə Respublikasında təhsil almır. Bakı şəhərində orta məktəbdə oxuyur. Məhkəmə həmin sübutlara da düzgün qiymət verməmiş, qətnaməni yalnız iddiaçının izahatını nəzərə almaqla, cavabdehin izahatını dinləmədən və iş materialları ilə müqayisəli qaydada yoxlamadan qətnamə qəbul etmişdir. Hazırki iş üzrə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla iddiaçının iddia tələblərinin əsassız olması öz təsdiqini tapır. Lakin məhkəmə işə birtərəfli qaydada baxaraq, maddi və prosessual hüquq normalarını səhv tətbiq edərək, prosessual pozuntulara yol verərək iddianı təmin etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə etiraz göndərərək göstərm işdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
23. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
24. Maddə 76.1.1 Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.
25. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respubl ikasının Qanunu
26. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən as ılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkə mələri tərəfindən baxılan zaman irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üç ün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5986/2023 nömrəli iş üzrə 4 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.