Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2432/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 10 aprel 2019-cu il iş № 2(102)-2432/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh və vəkili AAnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli q ətnaməsi ilə (sədrlik edən M.Q.Sadıqov, iş 2(007)-2586/2018) İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmuş, Cavabdeh 21 may 2018-ci il tarixdən başlayaraq, 25 yanvar 2018-ci il tarixdə doğulmuş X2 3 yaşına qədər hər ay 100 (bir yüz) manat məbləğində alimentin tutulub İddiaçı verilməsi, X2 doğulduğu 25 yanvar 2018-ci il tarixdən etibarən ərizənin verildiyi 21 may 2018-ci il tarixinədək, əvvəlki dövr üçün, 385 (üç yüz səksən beş) manat məbləğində alimentin (əlavə xərcin) Cavabdeh tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli, 2(103)10547/2018 saylı qətnaməsi ilə (R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), hakimlər S.F.Hacıyev və F.Ş.Talışinski) Bakı şə həri Nizami Rayon Məhkəməsinin 21 iyun 201/8-ci il tarixli, 2(007)-2586/2018 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 yanvar 2018-ci il təvəllüdlü X2 3 yaşı tamam olana qədər Cavabdeh hər ay 200 manat alimentin, həmçinin 25 yanvar 2018-ci il tarixdən ödənilməli olan 770 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar q əbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili AA kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi X6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştir ak edirlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin 13 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olmaları, birgə nikahdan 25 yanvar 2018-ci il təvəllüdlü X3 adlı bir yetkinlik yaşına çatmayan uşaqlarının olması, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulması, uşağın anasının yanında saxlanılması, həmçinin uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması işin mübahisə olunmayan hallarıdır. Göründü yü kimi, tərəflərin birgə nikahından doğulmuş 25 yanvar 2018-ci il təvəllüdlü X1 üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmuşdur. Hazırki mübahisə ananın (iddiaçının) uşağın üç yaşı tamam olanadək keçmişərdən(cavabdehdən) alimentödəməyitələbetməkhüququnun həyata keçirilməsi istiqamətində, eyni zamanda əvvəlki dövrlər üzrə alimentin ödənilməsi ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəl dilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avrova Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ər-arvad habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -84.1-ci maddəsinə əsasən ər-arvadbir-birinəmaddicəhətdənköməketməlidirlər. -85.1və 85.1.1-ci maddəsinə əsasən h amiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. -86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvadərindən aliment tələb etmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının uşağını n üç yaşına çatmaması, bu səbəbdən də işləmək iqtidarında olmamasını və maddi vəziyyətini nəzərə alaraq, hesabetmişdirki, birinci instansiya məhkəməsi cavabdehdə niddiaçının xeyrinə 100 manat məbləğində aliment tutmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin100.3-cümaddəsinintələbinəgörəməhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İşdə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 25 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabde hdən tutulmuş alimentin əvvəli 18 aprel 2018-ci il tarixdən (həmin vaxtı iddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarix) hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşağın doğulduğu 25 yanvar 2018-ci il tarixdən 18 aprel 2018-ci il tarixədək (əvvəlki dövr üçün) ümumilikdə 385 manat aliment məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2432/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2432/2019
10.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver