Məhkəmə qərarları › İş №2(102)-2432/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2432/2024

23.08.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2432/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh* Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh* Açıq Səhmdar Cəmiyyəti Şəmkir rayon Elekrtik Şəbəkəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh* Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh* Açıq Səhmdar Cəmiyyəti Şəmkir rayon Elekrtik Şəbəkəsinə qarşı “əmrin ləğv edilməsi və əmək haqqının ödənilm əsi” tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(103)-1*05/*0*4 nömrəli 18 mart *0*4-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 31 may *0**-ci il tarixli, Cavabdeh* ASC-nin sədri Vüqar Əhmədovun adına yazılmış ərizədə X1 satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı Qərb RETSİ-nin X1 Şəmkir şəbəkə sahəsinə elektrik montyoru vəzifəsinə keçirilməsinə icazə verilməsini xahiş etmişdir. 2. ** iyun *0**-ci il tarixli k/**-0*4*9 saylı əmrə əsasən Qərb RETSİ X1 Enerji Satış şöbəsinin nəzarəçi mühəndisi olan iddiaçı **.06.*0**-ci il tarixdən X1 Paylayıcı Şəbəkə sahəsinin Şəmkir şəhər şəbəkə sahəsi üzrə elektrik montyoru vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 540 manat müəyyən edilmişdir. Əsas: şəxsi ərizə və əmək müqaviləsi.

3. Cavabdeh ASC-nin *8 iyul *0**-ci il tarixli 6-01/xx-xx/4780 saylı məktubla Şəmkir rayon prokurorluğuna müraciəti əsasında toplanmış material üzrə iddiaçının xidməti fəaliyyətinə vicdansız münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi, eyni zamanda xidməti mövqedən sui-istifadə edərək tamah və ya sair şəxsi marağı üzündən xeyli miqdarda ziyan vurmaqla ayrı-ayrı abonentlərin sayğac sxemindən kənar xəttdən istifadə etmələrinin, yəni elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanmasının qarşısını almaması faktlarına görə rayon prokurorluğunda 30 avqust *0**-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1.3 və 189-1.4-cü maddələri ilə **0 806071 saylı cinayət işi başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin nümayəndələrinin onun barəsində əvvəlki vəzifəsindən aşağı vəzifəyə keçirilməsi barədə qərəzli şəkildə verilmiş ** iyun *0**-ci il tarixli K**/0*4*9 nömrəli əmrinin ləğvini və əvvəlki vəzifəsinə təminatını, qəsdən buraxılmış 01 iyul *0**-ci il tarixdən əvvəlki işə bərpa olunanadək əmək haqqının və mediasiya üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, *015-ci il oktyabr ayından *9 may *0**-ci il tarixədək Cavabdeh1 ASC-nin Qərb RETSİ-nin X1 10 kv-luq Qılıncbəyli hava xətti üzrə n əzarətçi-mühəndis vəzifəsində işləmişdir, işlədiyi dövrdə heç bir nöqsan və qüsurları olmamışdır. Lakin cavabdeh təşkilatın Qərb RETSİ rəhbərliyinin onun xidməti ərazisində «ASAN xidmət» mərkəzinin ödəniş xidmətlərindən yayınma kimi korrupsiya halı işlərini həyata keçirdiklərindən xəbərdar olduğunu bildikdən sonra onların arasında ciddi çəkişmələr olmuşdur. Bu səbəbdən, may ayındаn onunla qərəzli mövqedə olmuşlar. *9 may *0**-ci il tarixdə guya Şəmkir EŞ-də istehsalatda zərurət olduğu üçün ona bir kadr kimi tələb olunduğunu əsas gətirərək ondan xahiş etmişlər ki, Şəmkir EŞ-ya elektrik montyoru işlərində cavabdeh təşkilata köməklik etsin. Ondan guya həmin ərazilərdə yüksək gərginlik xəttlər üzrə sərbəst əməliyyat aparmaq məqsədi ilə ona daxili əmr verəcəklərini və əmrin * ay etibarlı müddət i olacağını bildirmişlər. O da cavabdeh təşkilatın Qərb RETSİ rəhbərlərini hüquqi şəxs olmadıqlarına özlüyündə inanıb, *9 may *0**-ci il tarixdə elektrik montyoru vəzifəsinə keçmək ərizəsini yazmış, öz xəyalında müvəqqəti iş kimi işləməyə davam etmişdir. Lakin *7 iyun *0**-ci il tarixdə onun barəsində cavabdeh ASC-nin hüquqi şəxsi olan Vüqar Əhmədov cənablarının imzaladığı ** iyun *0**-ci il tarixli K/**-0*4*9 nömrəli əmri gördükdən sonra cavabdeh təşkilatın Qərb RETSİ rəhbərliyi arasında böyük səs-küyə səbəb olmuş narazılıq halları baş vermişdir. O, cavabdeh təşkilatın nümayəndələrinin həyata keçirdikləri bütün korrupsiya, dövlət büdcəsinin ödənişlərindən yayınma, küllü miqdarda pul vəsaitlərinin mənimsənilməsi barədə Azərbaycan Respublikası Baş Prokrorluğu yanında Korrupsiya idarəsinə, cavabdeh ASC-nin hüquqi şəxslərinə, Energetika nazirliyinə, Prezident Adminstrasiyasına bu özbaşınalıqlarla bağlı məlumat vermişdir. Bundan sonra cavabdeh ASC-nin Qərb RETSİ rəhbərliyi onun *9 may *0**-ci il tarixədək işlədiyi ərazidə qəsdən və qərəzli formada vətəndaşlara külli miqdarda saxta və qərəzli aktlar tərtib etmişlər. Onu susdurmaq məqsədi ilə cavabdeh ASC-nin rəhbərliyi Şəmkir rayon Prokrorluğuna guya onun dövlət əmlakını talamaq məqsədi ilə 6-01/0506/4780 nömrəli müraciət etmişdir. Burada məlum olmuşdur ki, *9 may *0**-ci il tarixdən 1 iyul tarixədək xidmət etmədiyi ərazidə yazılmış akt və qüsurlara cavabdehlik daşımır. Həmin ərazinin hesab bildirişinin oxuması Şəmkir EŞ-nin rəhbərliyi öhdəçiliyində idi. Şəmkir rayon Prokurorluğunda cavabdehin müraciəti ilə aparılmış araşdırma da heç bir şahid və sübut tapılmamışdır. 01 iyul *0**-ci il tarixdən cavabdeh təşkilatın Qərb RETSİ rəhbərliyi və Şəmkir EŞ-nin rəisi onu işə buraxmamışdır. Əmək haqqı tabelinə imza atmağa icazə verməmişlər. İddia ərizəsi təqdim etdiyi tarixədək dəfələrlə bu məsələ ilə bağlı rəhbərliyə müraciət etsə də, barəsində prokurorluqda araşdırma ilə bağlı onun işə buraxılmasının qanunsuz olduğu bildirilmişdir. Hazırda ona 5 aydır əmək haqqı verilmir, digər əlavə gəlir mənbəyi yoxdur, himayəsində xəstə anası, həyat yoldaşı və 3 azyaşlı övladları var. ** iyun tarixli verilmiş əmrdə qeyd olunan ştatda və davamiyyət jurnalında adının qeydiyyatı aparılmamışdır. Təqdim etdiyi sənədlər toplusuna nəzər etdikdə məlum olur ki, hələ də əvvəlki nəzarətçi mühəndis kimi satış üzrə nəzarətçi mühəndislər bazasında qeydiyyatdadır. Həmin sözügedən 10 kv.luq Qılıncbəyli hava xəttində baş verən qeyri-qanuni halların məsuliyyəti onun üzərindədir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin *4 iyul *0*3-cü il tarixli 3-16-16/1-4/109* saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş *(006)-1118/*0*3 saylı mülki işin 138-ci vərəqəsində İddiaçı adından olan 31.05.*0**-ci il tarixli ərizədəki yazılar və aşağı hissəsində «imza» qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *4 oktyabr *0*3-cü il tarixli *(006)1118/*0*3 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisələndirdiyi əmrin verilməsinə əsas olmuş başqa işə keçirilməsi barədə ərizəni özü y azaraq, özü imzalamışdır. İddiaçının həmin ərizəni yazmağa məcbur, yaxud vadar edilməsi, aldanaraq yazması barədə bildirdiklərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən iddiaçıya münasibətdə işəgötürən tərəfindən qərəzli münasibətin olması görünmür. İşəgötürənin iddiaçıya münasibətdə qərəzli münasibətinin olmasına dair bildirilənlər subyektiv xarakter daşıyır. İşəgötürən işçini işdən azad etməmiş, işçinin öz iradə ifadəsinə əsasən sərbəst şəkildə yazıb imzaladığı ərizəyə əsasən digər işə keçirmiş, iddiaçını ümumiyyətlə Cavabdeh* ASC-nin tabeliyində olan strukturlardan çıxarmamış, aparılan araşdırmanın yekunlaşmasını gözləmiş, iddiaçıya əmək haqqı hesablanmaqda davam etmişdir.

9. Məhkəmə həmçinin göstərmişdir ki, məhkəmədə hazırki mübahisəyə baxıldığı dövr də işəgötürən ödənilməmiş əmək haqqı məbləğlərinin də iddiaçıya ödənilməsini təmin etmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən işçini digər işə keçirərkən əmək qanunvericiliyinə riayət etmiş, iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının başqa işə keçirilməsinə dair ərizəsinə dərkənar yazılıb-yazılmaması və s. hallarla bağlı qeyd etdikləri iddianın təmin edilməsi üçün əsas deyil. Belə ki, iddiaçı başqa işə keçirilməsinə dair ərizəni özü şəxsi iradəsinə uyğun olaraq yazmış, həmin ərizəni imzalamış, işlədiyi Cavabdeh* ASC-yə təqdim etmiş, həmin ərizəyə əsasən müvafiq əmr səlahiyyətli şəxs tərəfindən verilmişdir. Ərizə təqdim olunandan sonra daxili sənədləşmədə hər hansı formal hərəkətlərin edilib-edilmə məsi (dərkənar yazılıbyazılmaması və s.) iddiaçının ərizəsinin mahiyyətini dəyişmir, onun başqa işə keçirilməsi barədə əmrin ləğv edilməsi üçün əsas deyil, həmin əmr verildiyi an səlahiyyət sahibi olan şəxs tərəfindən çıxarılaraq, təsdiq edilmişdir.

11. Məhkəmə öz mövqeyini MPM-in 14.*, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, mübahisəli qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti işin hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, ərizəyə etiraz etməyən bir başa rəisi kimi imza atan Bəhruz Tağızadə faktiki olaraq həmin tarixdə X1 rəisi olmamışdır. Məhkəməyə sübut kimi t əqdim etdiyi 0*.06.*0**-ci il tarixli k/**-0199* nömrəli əmrə əsasən rəisi kimi imza atan Bəhruz Tağızadə 0*.06.*0**-ci il tarixədək Qazax elektrik şəbəkəsinin rəisi olmuşdur. Bu səbəbdən də əmrin səbəbi olmuş ərizə etibarsız sayılmalıdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 mart *0*4-cü il tarixli, *(103)-1*05/*0*4 nömrəli qətnaməsi ilə (hakimlər: Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı 31.05.*0**-ci il tarixli ərizə ilə Qərb RETSİ-nin Şəmkir EŞ-nin Şəmkir şəbəkə sahəsinə elektrik mantyoru vəzifəsinə keçirilməsinə icazə verilməs ini xahiş etmiş və **.06.*0**-ci il tarixli əmrlə həmin tarixdən Şəmkir EŞ-nin Şəmkir şəbəkə sahəsinə elektrik mantyoru vəzifəsinə keçirilmiş, əsas kimi ərizəsi və əmək müqaviləsi göstərilmişdir. İddiaçı həmin əmri mübahisələndirərək, ərizənin formal xarakter daşıdığını, müvəqqəti olaraq həmin vəzifədə işlədiyini, əslində heç bir dəyişikliyin olmayacağını ona bildirdiklərinə istinad edir.

16. Məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, ərizəyə əsasən dərhal əmr verilmiş olsa idi, iddiaçı bu hallara istinad edərək ərizənin etibarsızlığını tələb edə bilərdi. Lakin iş materiallarına əsasən iddiaçının başqa işə keçirilməsi barədə ərizə 31 may *0**-ci il tarixdə yazılsa da, bu barədə əmr ** iyun *0**-ci il tarixdə verilmişdir. Həmçinin iddiaçının dediyi kimi ərizəni yazmağa məcbur olması, aldan araq yazması və s. kimi hallar baş vermişdirsə, ərizə yazıldıqdan sonrakı müddət ərzində iddiaçı həmin ərizəni mübahisələndirə, bu barədə hər hansı şikayət edə bilərdi, lakin iş materiallarından belə bir hal müəyyən edilməmişdir.

17. Ona görə də, kollegiya hesab etmişdir ki, işəgötürən işçini digər işə keçirərkən əmək qanunvericiliyinə riayət etmiş, iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının MPM-in 14.1, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti işin faktiki halları, iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki-Prosessual Məcəllə

22. Maddə 14.*. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə *17.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə *17.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 407.*. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.*. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edi lən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 417.1, 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı bütövlüklə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.*-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

37. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələb lərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, *17, *18, 37*.1, 37*.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

39. Yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

40. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(103)-1*05/*0*4 nömrəli, 18 mart *0*4-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar