Məhkəmə qərarları › İş №2(102)-2440/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2440/2019

17.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2440/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 17 aprel 2019-cu il iş № 2(102)-2440/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçınun, cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: B akı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən P.A.Hüseynov, iş 2(006)-115/2018) İddiaçınun cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinə (üçüncü şəxs: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi) qarşı ipotekaya xitam verilməsi tələbinə dair iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 dekabr 2018-ci il tarixli, 2(103)12417/2018 saylı qətnaməsi ilə (E.C.Kazımov (sədrlik edən və məruzəçi), hakimlər T.S.Səmədov və İ.S.Şirinov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(006)- 115/2018 saylı qətnaməsi cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Mi rhəsən qızı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, ÜNVAN, 577-ci məhəllə, 89 saylı evin 16 saylı mənzilinin 22.08.2008-ci il tarixli, ƏZ/PB-593/08/08 nömrəli kredit müqaviləsinin təminatı kimi "xxxx" BOKT ASC qarşısında ipotekasına xitam verilməsi, həmin mənzilinin ipotekadan azad edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın (məktubun) verilməsi vəzifəsinin "xxxx" BOKT ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti v erərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmı ş hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Mirhəsən qızının cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyul 2014-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri, ÜNVAN, məhəllə 577, 89 saylı evin 16 saylı mənzilinə dair keçirilmiş “Hərracın yekunları barədə” 27 sentyabr 2012-ci il tarixli, Y-1009 saylı protokolu və Daşınmaz Əmlakın Dövlət Reyestrindən "xxxx" ASC-nin adına verilmiş 19 dekabr 2012-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamədən cavabdeh “Parabank" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Ray on Məhkəməsinin 16 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh “Parabank" ASC ipoteka predmeti olan mübahisəli mənzili təkrar hərracın keçirilməsindən dörd aydan artıq müddət keçdikdən sonra qəbul etmiş və bundan sonra həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almış, ipoteka saxlayan "xxxx" ASC təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetinin əldə edilməsi müddətini ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2014-cü il tarixli qərarı ilə cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyaslya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2014-cü il tarixli qətnaməsi dəyişiklik edilməd ən saxlanılmışdır. Daha sonra iddiaçı "xxxx" BOKT ASC-nin cavabdehlər "xxxx" MMC, İddiaçı Mirhəsən qızına və X1 qarşı ipoteka predmetinin qəbul edilməsi və müddətin uzadılması tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, 18 oktyabr 2017-ci il tarixdə həmin qətnamədən iddiaçı "xxxx" BOKT ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmış, 03.04.2018-ci il tarixdə isə Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, ipoteka saxlayan - cavabdeh "xxxx" BOKT ASC təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmiş, yalnız təkrar hərrac baş tutmamış elan edildikdən 4 aydan artıq müddət keçdikdən sonra mübahisəli ipoteka predmetini qəbul etmişdir. «İpoteka haqqında» Qanunun: -43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. -43.5-ci maddəsinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. -43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutm uş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. -43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. -43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi, ipoteka predmeti üzrə keçirilən təkrar hərrac baş tutmadığı halda, ipoteka saxlayan həmin əmlakı 30 gün müddətində əldə etməlidir. «İpoteka haqqında» Qanunun tələblərinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli evə dair keçirilmiş təkrar hərrac baş tutmadığından, eyni zamanda təkrar hərrac keçirildikdən sonra ipoteka predmeti 30 gün ərzində əldə edilmədiyindən, iddiaçının ipoteka ilə yüklü edilmiş evlərin (əmlakların) ipotekasına xitam verilməsini tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.10.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüquq unu yaradır.”İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. «İpoteka haqqında» Qanunun 48-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları sırasında Qanunun 43.8-ci maddəsinin «ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə» müddəası ipotekaya xitam verilməsinə səbəb olan hal kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı «İpoteka haqqında» Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəz ərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. («İpoteka haqqında» Qanunun 48.1.5-ci maddəsi). «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir: “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir; “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır; ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapıla n iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İşin həlli üçün bunun əhəmiyyəti olmadığından əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, hazırki iş üzrə, iddia tələbinin faktiki halları ipotekaya xitam verilməsi ilə bağlı tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya əlamətlərinə uyğun olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması ü çün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 07 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar