Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2441/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator “xxxx” MMC-nin nümayəndəsi X1 və “ xxxx” MMC və “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qətnaməsindən LPO “xxxx” ASC-nin ləğvedicisi XXX, “xxxx” MMC, “xxxx”-nin kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəm əsinin 2(007)-3/2018 saylı iş üzrə 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Əhmədov) ilk iddia qismən təmin edilmiş, “xxxx” MMC, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada “xxxx” ASC-nin xeyrinə 08 iyul 2009-cu il tarixli K-001/OPEC/sum saylı kredit müqaviləsi üzrə faiz borc qismində 103759 (yüz üç min yeddi yüz əlli doqquz) ABŞ dolları 78 (yetmiş səkkiz) sent məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, 24 dekabr 2010-cu il tarixli 606/sum/m saylı kredit müqaviləsi üzrə 977750 (doqquz yüz yetmiş yeddi min yeddi yüz əlli) manat məbləğində əsas borcun, 247507 (iki yüz qırx yeddi min beş yüz yeddi) manat 48 (qırx səkkiz) qəpik məbləğində faiz borcunun, 49.359 manat (qırx doqquz min üç yüz əlli doqquz) manat 21 (iyirmi bir) qəpik mə bləğində artırılmış faiz borcunun, cəmi ******* (bir milyon iki yüz yetmiş dörd min altı yüz on altı) manat 21 (iyirmi bir) qəpik məbləğində borcunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında “xxxx” MMC-yə məxsus Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksinə və 24 dekabr 2010-cu il tarixli, G606/sum/m saylı girov müqaviləsinə 1 saylı əlavədə qeyd edilmiş 70 tonluq dəyirmana daxil olan avadanlıqlara (5 ədəd vals, 1 ədəd ələk, 2 ədəd kəpək fırçası, 2 ədəd filtr, 3 ədəd irmik fanı, 3 ədəd elevator, 1 ədəd pnevmatik hava sensoru, 1 ədəd blover, 4 ədəd taxıl daşıyan şinek, 1 yıxama, 1 ədəd triyer, 1 ədəd seperator, 2 ədəd qabığ soyucu, 1 ədəd hava kanalı, 2 ədəd elektrik panosu, 2 ədəd un daşına şınek, 20 ədəd hava kilədi) 80 tonluq dəyirmana daxil olan avadanlıqlara (6 ədəd vals, 3 ədəd taxıl daşıyan şinek, 1 ədəd qabığ soyucu, 4 ədəd kəpək fırçası, 1 ədəd asperator, 3 ədəd irmik fanı, 2 ədəd kəpək fırçası, 1 ədəd pnevmatik hava sensoru, 1 ədəd blover, 3 ədəd un daşına şınek, 1 ədəd dik şınek, 2 ədəd ələk, 2 ədəd elektrik panosu, 1 ədəd daşıyıcı elevator) Təmziləmə sisteminə daxil olan avadanlıqlara (2 ədəd yıxama, 1 ədəd ciləmə, 1 ədəd qabıq soyucu, 1 ədəd tryer, 1 ədəd separator, 1 ədəd şinek, 2 ədəd elevator) Avtomatik paketləmə sisteminə daxil olan avadanlıqlara (1 ədəd un paketləmə, 1 kəpək paketləmə, 1 ədəd un çəni, 4 ə dəd kəpək çəni, 3 ədəd un şimeki, 1 ədəd ələk, 6 ədəd vibrator şinek, 1 ədəd pano) yönəldilməsi, “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə məxsus olan Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin 1500000( bir milyon beş yüz min) ABŞ dolları, hərracın keçirildiyi vaxtda məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə müəyyən edilməsi, həmin ipoteka predmetinin və girov əmlakların açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına “xxxx” MMC, Cavabdeh3 və Cavabdeh4 “xxxx” ASC-yə olan borcunun ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1282/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov, C.A.Yusifov, V.Ə.Baxışova) “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, “xxxx” MMC, xxxx tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmiş və ipoteka predmeti olan Sumqayıt şəhəri, Baş Dəmir yolu stansiyası rayonu, Bakı-Dərbənd baş avtomobil yolunun şimal tərəfində istifadədə olan 0,35265 hektar torpaq sahəsində yerləşən 3512 kvadrat metr ümumi, 671,7 kvadrat metr əsas, 2840,3 kvadrat metr köməkçi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiymətinin ******* (bir milyon altı yüz min) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə digər mübahisələ ndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən LPO “xxxx” ASC-nin ləğvedicisi XXX, “xxxx” MMC, “xxxx” kassasiya şikayətləri vermişdir. Kassator LPO “xxxx” ASC-nin ləğvedicisi XXX tərəfindən məhkəmə kollegiyasına kassasiya şikayətindən imtina edilməsinə dair ərizə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator “ xxxx” MMC-nin nümayəndəsi və “xxxx” MMC və “xxxx” MMC-nin nümayəndəsi və vəkili ərizəni müzakirə edilməsi üçün məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, ilk iddiaçının kassasiya şikayətindən imtinası qəbul edilməli, ilk iddiaçıya münasibətdə iş üzrə kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və ya işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edərsə, kassasiya instansiyasında icraata xitam verilir. İş üzrə ilk iddiaçının kassasiya şikayətindən imtina etməsinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmir. Bu halda məhkəmə kollegiyası h esab edir ki, ilk iddiaçının kassasiya şikayətindən imtinası qəbul edilməli və ona münasibətdə kassasiya instansiyasında icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qətnaməsindən LPO “xxxx” ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə iş üzrə kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2441/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2441/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver