Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2442/2019 04.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Y.Həsənov, iş 2(010)-1786/2018) İddiaçı Cavabdeh qarşı iddiası qismə n təmin edilmiş, cavabdehdən Mercedes Benz markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə etdiyi 9.000 ABŞ dolları və Mercedes Benz markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə etdiyi 3.000 manat pul vəsaitinin ½ hissəsinin, 4.500 ABŞ dolları və 1.500 manatın, “xxxx” ASC-də cavabdehin adına olan 80 ədəd səhmin satışından əldə edilmiş 176 manatın ½ hissəsinin, 88 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş 2(103)-7619/2018 hakimlər M.A.Məmmədov, E.E.Nağıyeva, X.Ə.Sarıyev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi apell yasiya baxışının predmeti olan hissədə qismən, Mercedes Benz markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən 9.000 ABŞ dolları məbləğində pulun tərəflər arasında bərabər bölünməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia Mercedes Benz markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən vəsaitin bölünməsi hissəsində rədd edilmiş, qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin “birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilib iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməs ini xahiş etmişdir. İşin halları: Cavabdeh ilə İddiaçı 11 mart 1986-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, tərəflər arasındakı nikah 18 iyul 2016-cı il tarixdə pozulmuşdur. 26 yanvar 2018-ci il tarixdə İddiaçı Cavabdeh hazırkiiddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Mercedes Benz markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin, Mercedes Benz markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilin, Mercedes Benz markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin və “xxxx” ASC-də hər birinin nominal dəyəri 2 manat olmaqla 95 ədəd səhmin satılması barədə bağlanmış alqı-satqı müqavilələrinə əsasən əldə edilmiş pul vəsaitinin ½ hissəsinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmiş, əmlakın satışından əldə edilmiş pul vəsaitinin ailənin ehtiyacları üçün sərf edilməsi nəzərə alınmamışdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını birgə nikah dövründə əldə edilmiş əmlakların, Mercedes Benz markalı ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin, Mercedes Benz markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilin, Mercedes Benz markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin və “xxxx” ASC-də hər birinin nominal dəyəri 2 manat olmaqla 95 ədəd səhmin satışından əldə edilən vəsaitdən ½ hissədə payın verilməsi təşkil edir. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini Mercedes Benz markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş3.000 manat pul vəsaitinin ½ hissəsinin iddiaçının xeyrinə tutulması hissəsində mübahisələndirir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32-ci maddəsi ilə ər-arvadın birgə mülkiyyətinin əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzəri ndə hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandımışdır ki, Mercedes Benz markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil 05.09.2015-ci il tarixdə X.Alcanova satılmışdır. Həmin vaxt tərəflərin nikahı pozulmamış olsa da, 21 mart 2015-ci il tarixdən onlar faktiki olaraq ayrılmış və ərarvad münasibətlərini kəsmişlər. Cavabdeh öz izahatında bu tarixi 22 yanvar 2016-cı il kimi göstərsə də, qanuni qüvvəyə minmiş 18 iyul 2016-cı il tarixli məhkəmə aktında göstərilmişdir ki, Cavabdeh son iki ildə ailə münasibətləri pozulduğundan İddiaç ı ilə aralarındakı nikahın ləğv edilməsini xahiş etmişdir. Deməli, tərəflər təxminən 2014-cü ildən ər-arvad münasibətində olmamış və birgə təsərrüfat aparmamışlar. Belə olan halda 05.09.2015-ci il tarixdə əmlak satışından əldə edilən gəlirin ümumi ailə ehtiyacları üçün xərclənməsi inandırıcı deyil. Ona görə də satışdan əldə edilmiş hesab edilən 3.000 manat məbləğində pul birgə nikah dövründə əldə edilmiş əmlak kimi tərəflər arasında bölünməli və bu məbləğin 1.500 manat hissəsi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və on lardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2442/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2442/2019
04.04.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver