Məhkəmə qərarları › İş №2(102)-2446/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2446/2020

17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2446/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinyət əşyaları və pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)3579/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalan ona toy hədiyyəsi olaraq alınmış 14 qram çəkidə 585 əyarlı 830 manat dəyərində briliant qaşlı boyunbağının, 6,4 qram çəkidə 585 əyarlı 416 manat dəyərində briliant qaşlı sırğanın, 6,5 qram çəkidə 585 əyarlı 308 manat dəyərində briliant qaşlı həlqəvi sırğanın, 6 qram çəkidə 585 əyarlı 355 manat dəyərində briliant qaşlı qolbağının, 4,5 qram çəkidə 585 əyarlı 272,5 manat dəyərində briliant qaşlı üzüyün, 3,8 qram çəkidə 585 əyarlı 234 manat dəyərində briliant qaşlı üzüyün, həmin əmlaklar olmadıqda onların dəyərinin, mətbəxt mebeli üçün verilmiş 1000 manat pulun, əməliyyatı üçün çəkilmiş 1200 manat pulun, dövlət rüsumu kimi ödədiyi 30 manat və rəy verilməsi üçün mütəxəssisə ödədiyi 65 manat pulun cavabde hdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 2(020)-881/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Ramiz Nurullayev) İddiaçı apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-3579/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 2(020)-881/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi) Tale Kərimov, Fehruz Abbasov). İddiaçı (Vəkil) kassasiya şikayəti verərək iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİY A ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamış, dindirilən şahidlərin ifadəsi əsassız olaraq şübhə alına alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili X1 şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı cavabdehdən ona məxsus qızıl-zinyət əşyalarının, mətbəx mebeli alınması və əməliyyat olunması üçün xərclənmiş pulun alınaraq ona verilməsini xahiş etmişdir. Başqa sözlə, iddia tələbi üç hissədən ibarətdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iddia tələbinin hər üç hissəsi üzrə ayrı-ayrılıqda araşdırma aparmış, iş materiallarına əsasən qızıl-zinyət əşyaları və mebel alınması üçün verilmiş 1000 manat pul hissəsində tələbin sübuta yetirilməməsi, tərəflər arasında nikah münasi bətlərinə 2018-ci ilin may ayında faktiki olaraq son qoyulduğu halda, həmin ilin sentyabr ayında olan əməliyyata görə ödənilmiş 1200 manat pul hissəsində tələbin isə əsassız olmasını müəyyən edərək, iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də MPM-in 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, iddiaçı istinad etdiyi halları təsdiq edə bilməmişdir. İddia tələbində göstərilən qızıl-zinyət əşyalarının cavabdehlərdə olması, mətbəx mebeli alınması üçün valideynləri tərəfindən cavabdehə 1000 manat pul verilməsi ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Həmçinin apelyasiya instansiyası m əhkəməsi tərəflər arasında nikah münasibətlərinə faktiki olaraq 2018-ci ilin may ayında son qoyulduğu halda, iddiaçının həmin ilin sentyabr ayında əməliyyat olunmasına görə cavabdehdən əməliyyata xərclədiyi 1200 manat pulun tutulmasını əsassız saymaqla da düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü, buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – dindirilən şahidlərin ifadəsinin əsassız olaraq şübhə alına alınması – qəbul etmir. Çünki apelyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən şahid if adələrini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəlləni n 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-3579/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar