Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2456/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X1 və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-2915/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.M.Əliyev, iş № 2(032)-886/2019) İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının alınması tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Q.Əsədov, M.K.Həsənov və Z.A.Z eynalov) iddiaçının apelyasiya şikayəti təmin edilərək Şirvan Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib Cavabdeh 300 manat dəyərində nişan üzüyü, 800 manat dəyərində üzük sırğa dəstinin, 1200 manat dəyərində bilərzik və 570 manat dəyərində boyun sepinin, onlar olmadıqda dəyərinin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: Tərəflər xx xxxxxxx 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan bir uşaqları olmuş, xx xxxxxx 2013-cü il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. 2019-cu ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə nikahı pozulduqdan bir müddət sonra barışmaqlarını, 2018-ci ilin oktyabrında münasibətləri pozulduqdan sonra qızıl-zinət əşyalarının cavabdehdə qalması nı əsas göstərməklə cəmi 2870 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərlərinin, ödədiyi 30 manat dövlət rüsumunun, şəxsiyyət vəsiqəsinin təsdiqinə və ərizələrin tərtib olunmasına ödədiyi 40 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək iddiaçının ondan tələb etdiyi qızıl-zinət əşyalarının onda olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında cavabdeh və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş üzrə cavabdeh iddianı qəbul etməyərək iddiaçının qızıl-zinət əşyalarını özü ilə aparmasını iddia etsə də, apelyasiya məhkəməsi şahid ifadəsinə əsaslanmaqla həmin əşyaların cavabdeh də olması nəticəsinə gələrək iddianı təmin etmiş və əşyaların qiymətini müəyyənləşdirərkən “xxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Tələb olunan qızıl-zinət əşyaları iddiaçıya məxsus olduğundan, kollegiya hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə haqqı olmuşdur. Göstərilənlərə əsaslanaraq kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır, hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2456/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2456/2020
24.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver