Məhkəmə qərarları › İş №2(102)-2458/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2458/2020

10.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2458/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdehin vəkili X4 oğlunun iştirakı ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli, 2(106)-22/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili X4 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli AL-598 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı “xxx” minik markalı, **AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi “xxxx” ASC-yə geri qaytarılması, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli AL-598 saylı Daxili lizinq müqaviləsinə əlavə olunmuş Ödəniş qrafikinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2018-ci il tarixə 5945,48 manat əsas, 4752,38 manat mükafat və həmin günə hesablanmış 6700,87 manat dəbbə pulu, cəmi 17398,73 manat b orcun və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(049)-1779/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim M.A.İsayev) iddia qismən təmin edilərək, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2015-ci il tarixli AL-598 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “xxx” minik markalı **-AK-*** dövlət qeydiyyat nişanlı XWB5V319VEA544134 ban, 0595 mühərrik nömrəli, ağ rəngli avtomobilin Cavabdeh alınıb iddiaçı “xxxx” ASC-yə təhvil verilməsi, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixli Al-598 saylı Daxili lizinq müqaviləsinə əlavə olunmuş Ödəniş qrafikinə əsasən, lizinq obyektinin müvəqqəti sahibli k və istifadə edilməsinə görə xx xxxxxx 2018-ci il tarixə əsas borc üzrə 5945,48 manat, mükafat olaraq 4752,38 manat, 2000 manat dəbbə pulu, cəmi 12697,86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi qət olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-22/2019 nömrəli qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev - sədrlik edən və məruzəçi, Q.B.Kərimov və Z.B.Bağayev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(049)-1779/2018 nömrəli qətnaməsi dəyişdirilməklə, lizinq müqaviləsi üzrə Cavabdeh mükafat borcu 4738,36 manat, cərimə 500 manat müəyyən edilmiş, Cavabdeh əsas borc üzrə 5945,48 manat, mükafat borcu üzrə 47 38,36 manat, cərimə 500 manat olmaqla, cəmi 11183,84 manatın alınaraq iddiaçı “xxxx” ASC-yə verilməsi, qətnamənin qalan hissədə dəyişdirilməməsi qət edilmişdir. Cavabdeh və vəkili X4 oğlu kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-22/2019 nömrəli qətnaməsinin ləğv olunması, mülki işin təkrar araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar gəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qətnaməni maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul etmişdir. Avtomobilin hazırda cavabdeh də olmaması iddiaçıya məlum olduğu halda, sonuncu avtomobilin dəyərini cavabdehdən tələb etmiş, borc iddiaçı tərəfindən şişirdilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X4 oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı nümayəndəsinin və vəkilinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia tələbləri qismən təmin edilsə də, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız cavabdehə münasibətdə və onun mübahisələndirdiyi hissədə qanuniliyinin yoxlanılması təşkil edir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, “xxxx” ASC və X2 arasında xx xxxxxxx 2015-ci il tarixdə AL-598 saylı Daxili lizinq müqaviləsi bağlanılaraq sonuncuya 15250 manat dəyərində olan, dəyəri 56 ay müddətinə qaytarılmaq şərti ilə “xxx” minik markalı avtomobil verilmiş, xx xxxxxx 2015-ci il tarixdə “xxxx” ASC, X2 və Cavabdeh arasında AL-598 (1) saylı Öhdəliklərin ötürülməsi müqaviləsi imzalanaraq, X1 “xxxx” ASC qarşısında bütün öhdəlikləri tam həcmdə Cavabdeh tərəfindən qəbul edilmişdir. Həmin tarixdə tərtib olunmuş təhvil-təslim aktı ilə X1 istifadəsində və “xxxx” ASC-nin mülkiyyətində olan “xxx” minik markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. Daha sonra iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçının qarşısında borcu yaranmışdır. İddiaçı cavabdehin xx xxxxxx 2018-ci il tarixə borcunun 5945,48 manat əsas, 4752,38 manat mükafat və 6700,87 manat dəbbə pulu, cəmi 17398,73 manat təşkil etdiyi ni iddia etmişdir. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 9683 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tərəflər arasında imzalanmış xx xxxxxxx 2015-ci il tarixli, AL-598 saylı Lizinq müqaviləsi üzrə Cavabdeh xx xxxxxx 2018-ci il tarixə iddiaçı “xxxx” ASC-yə əsas borcu 5960,48 manat, mükafat borcu 4738,36 manat, ümumi borcu 10698,84 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlə r göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd ol mayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Göstərilən Məcəllənin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Məcəllənin 748-2.1 və 748-2.2-ci maddələrinə əsasən lizi nq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişl əri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 1. lizinq obyektinin amortizasiya ödənişləri; 2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 4. lizinq verənin mükafatının məbləği; 5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. Mülki Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verə n icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarm aqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi qətnamənin yoxlanılan hissəsi üzrə düzgün nəticəyə gəlmiş, maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. İş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı hesabdan çıxarış məlumatları və maliyyə arayışı əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyin ə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Digər tərəfdən kassasiya şikayətində lizinq obyektinin cavabdehdə olmaması qeyd olunsa da, cavabdeh iddiaçının mülkiyyətində olan avtomobilin nə vaxt, hansı əsasla və kimə verməsinə dair hər hansı məlumatı və bununla bağlı sübutları məhkəmələrə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti t əmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili X4 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-22/2019 nömrəli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar