Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2463/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2463/21 (Açar sözlər: çəkilmiş xərcin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil, Cavabdehlər: Cavabdeh1, Cavabdeh2 və onların vəkili X1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2020-ci il tarixli, 2(105)-2668/2020 saylı qətnaməsindən İddiaçı kasas iya şikayəti üzrə işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, onlardan ünvan 1 ünvanda yeni tikilmiş tikintiyə (evə) çəkilmiş xərclərin əvəzi olaraq 45.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xaçmaz Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.B.Sadıqov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli ev iddiaçı ilə Cavabdeh1 birgə nikahda olduqları müddətdə inşa edilsə də, tikinti məhz digər Cavabdeh2 vəsaiti hesabına inşa edil ib. Bu halı, məhkəmə iclasında ifadə vermiş və evin tikintisində bilavasitə iştirak etmiş şahidlərin (ustaların) ifadələri ilə təsdiq olunur. Belə ki, şahidlərin ifadələri ilə müəyyən olunub ki, mübahisəli evin tikinti materialları və ustaların zəhmət haqları Cavabdeh2 tərəfindən ödənilib. Digər tərəfdən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. Daha sonra məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ev məhz Cavabdeh2 vəsaiti hesabına inşa edilib. Belə olan halda, sözügedən evin tikintisinin iddiaçı ilə onun keçmiş əri Cavabdeh1 birgə nikahları dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsi, habelə ona çəkilmiş xərcin bölünməsi barədə iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməs i hüquqi mövqeyini Ailə Məcəlləsinin 36.1, 36.3, 37.1-ci maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəti cəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 33.1, 36.1, 36.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaların ın tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh1, Cavabdeh2 və onların vəkili Nizami Salamov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsi nə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arva dın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-nin 88, 217.1 və 217.3cü maddələri). Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə b axmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianı rədd etməklə səhv nəticəyə g əlməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı 16 aprel 2008-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub və sonuncunun yaşadığı, qayınatası Cavabdeh2 məxsus olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 118 saylı evə gəlin köçüb. Həmin evdə iddiaçının Cavabdeh1la birgə nikahından 23 sentyabr 2009-cu ildə Gülsənəm, 27 may 2011-ci ildə Dinara adlı iki uşaqları doğulub. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan Xaçmaz Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnamə ilə onlar arasında bağlanmış nikah pozulub və hər iki uşaq iddiaçının yanında saxlanılıb. Hazırda iddiaçı, Cavabdeh2 məxsus olan evin 1950-ci ildə tikilməklə istismar müddətinin başa çatdığını, orada yaşadığı dövrdə bütün ailə üzvlərinin razılığı ilə Cavabdeh2 məxsus olan həyətyanı torpaq sahəsində 2018-ci ildə onlar üçün yeni evin tikintisinə başlandığını, orada iki mərtəbəli evin inşa edildiyini, evin yaşayış üçün tam yararlı vəziyyətə gətirildiyini, evə köçmək ərəfəsində ailədə yaranmış münaqişə nəticəsində evi tərk etmək məcburiyyətində qaldığını, evin onunla Cavabdeh1 birgə nikahı dövründə ümumi qazancları hesabına inşa edildiyini, evin tikintisinə təxminən 65.00070.000 manat xərclədiklərini, onun yanında saxlanılan iki uşağın da mənafeyinin nəzərə alınaraq evin tikintisinə çəkilmiş xərclərin əvəzi olaraq cavabdehlərdən 45.000 manat pulun tutulub ona ödənilməsini iddia edir. Cavabdehlər isə mübahisəli evin Cavabdeh2 vəsait i hesabına inşa edildiyini, Cavabdeh1 həmin evi inşa etməyə maddi imkanının olmadığını, onun bazarda satıcı işləyərək hər ay cəmi 300-350 manat əmək haqqı aldığını, başqa qazancının olmadığını, Cavabdeh1 gəliri (qazancı) hesabına həmin evin inşa edilməsinin qeyri-mümkün olduğunu göstərib, iddia etiraz edirlər. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb müəyyən etmişdir ki, 12 mart 1989-cu il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 118 saylı ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 mülkiyyətindədir. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismindən dindirilmiş Ənvər Mədətovun, Eyvaz Mirzəyevin, Ayaz Ağayevin və Kəmran Nəzirov un ifadələri ilə müəyyən olunub ki, mübahisəli ev iddiaçı və onun keçmiş əri Cavabdeh1 vəsaiti hesabına deyil, Cavabdeh2 vəsaiti hesabına inşa edilib. Apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, iddia tələbi ilə razılaşmayıb qeyd etmişdir ki, mübahisəli ev iddiaçı ilə Cavabdeh1 birgə nikahı dövründə inşa edilsə də, həmin evin məhz onların qazancı (gəlirləri) hesabına inşa edilməsi mülki iş materialları istisna edilir. Əksinə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə müəyyən olunur ki, həmin ev məhz Cavabdeh2 qazancı (vəsaiti) hesabına inşa edilib. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edi lir. Yuxarıda sadalanan normaların dispozitiv şərtlərindən də göründüyü kimi, mübahisəli evin iddiaçı ilə Cavabdeh1 birgə mülkiyyəti sayılması üçün həmin evin birgə nikah müddətində məhz onların birgə gəlirləri (qazancları) hesabına əldə olunması mütləq şərtdir. Göründüyü kimi mübahisəli evin iddiaçı ilə onun keçmiş əri Cavabdeh1 birgə nikahları müddətində əldə olunan əmlak kimi qiymətləndirilməsi, habelə ona çəkilmiş xərclərin onlar arasında bərabər paylara bölünməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib. Apelyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, ailə-nikah münasibətindən irəli gələn bu tipli əmlak mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan presedent yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İddiaçı, mübahisəli evin onunla keçmiş əri Cavabdeh1 birgə nikahda olduqları zaman məhz onların vəsaitləri hesabına inşa edilməsinə dair məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qa nunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi digər dəlillər də əsassızdır. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası m əhkəməsi Qərara aldı: İddiaçı Qiyasəddin qızının kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2020-ci il tarixli, 2(105)-2668/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2463/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2463/2021
18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver