Məhkəmə qərarları › İş №2(102)-2468/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2468/2019

06.08.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2468/2019 06.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Allahverdiyev Qəhrəman Əli oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı vəkili Bağırov Amid Vahab oğlu, Cavabdeh iştirakları ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqların saxlanması üçün sabit pul məbləğində alimentin tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 02 may 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən İ.Abbasova, iş 2(011)-4271/2018) iddia qismən təmin olunmuş, Cavabdeh 12 oktyabr 2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən, yəni 10.04.2018-ci il tarixdən hesablanması, Cavabdeh 20 manat dövlət rüsumunun dö vlət büdcəsinə tutulması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), S.Hacıyev və F.Talışinski, iş № 2(103)-9603/2018) Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(011)- 4271/2018 saylı qətnaməsi qismən, yəni «Cavabdeh xx xxxxx 2011-ci il təvəllüdlü X2 və xx.xx,2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilsin.» hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin olunaraq, Cavabdeh xx xxxxx 2011-ci il təvəllüdlü X2 və xx x xxxx 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin, həmçinin hər uşağa görə hər ay 60 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi, qətnamənin qalan hissədə (alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni 10.04.2018-ci il tarixdən hesablanması, Cavabdeh 20 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması) dəyişdirilmədən saxlanılması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiy asının 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Bağırov Amid Vahab oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə gör ə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, nikahın pozulması, uşaqların cavabdehin yanında qalması işin mübahisə olunmayan halıdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin 07 saylı 17 aprel 2018-ci il tarixli arayışına görə, Cavabdeh həmin müəssisədə sürücüsü vəzifəsində işləyir və aylıq əmək haqqı 433 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsini, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsini, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 13-cü maddələrini, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 58.2, 75.1, 76.1, 76.1.2, 78.1-ci maddələrini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Məhkəmə kollegiyası cavabdehin mənafeyini iki uşağın mənafeyindən üstün tutmuş, onun yalnız aylıq əmək haqqı almasını, özünün tələbatını ödəyə bilməməsi, qazancının çox hissəsinin alimentə tutulmasını əsas kimi, heç bir sübut olmadığı halda qəbul etmişdir. Halbuki, cavabdeh asudə vaxtlarında avtomaşın təmiri ilə məşğul olur, əldə etdiyi əlavə qazancı gizlədir. Məhkəmə kollegiyasının maddi hüquq normaları və qətnamədə qeyd olunan digər qanunlar üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz və fikirlər bir-biri ilə ziddiyyət təşkil etdiyindən, qəbul edilmiş qətnamə qismən ləğv edilməlidir. Mahiyyətcə bir uşağın dolanacağını təmin edən yaşayış minimumu həddində (ayda 154 manat) aliment müəyyən olunmalıdır. Bu baxımdan qətnamə dəyişdirilməli, məhkəmə kollegiyası tərəfindən yeni qərar qəbul edilməlidir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin işləyərək, əmək haqqı almasını nəzərə alaraq, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən cavabdehdən 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmasını, həmçinin əlavə olaraq uşaqların hər biri üçün hər ay 60 manat sabit pul məbləğində də aliment tutulmasını qət etmişdir. Kassator kassasiya şikayətində cavabdehin asudə vaxtlarında avtomaşın təmiri ilə məşğul olduğunu iddia etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasə n hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasə n və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar