Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2468/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: fərdi qəza sığortası, sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5685/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 27.08.2015-ci il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh) tərəfindən A20-27085-00100 saylı “Fərdi qəza sığortası şəhadətnaməsi” ilə 26.02.2017-ci il tarixədək 14888,70 manat məbləğində sığortalanmışdır. Şəhadətnaməyə əsasən fərdi qəza (bədbəxt hadisə) nəticəsində ölüm, əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsi sığorta təminatına daxildir. Cavabdeh tərəfindən təsdiq edilmiş və sığorta şəhadətnaməsinin tərkib hissəsi olan “Fərdi qəza sığortası Qaydaları”nın 22.2.2-ci maddəsinin “Sınıqlar” bölməsinin “Omba və ya çanaq sümüyünün sınığı (bud sümüyü və büzdümdən savayı)” altbölməsinin a) bəndinə əsasən çox saylı sınıqlara (ən azı biri ağır və biri tam) görə 100%, “Omba və dabanın sınığı altbölməsinin e) bəndinə əsasən çoxsaylı sınıqlara (ən azı biri ağır və biri tam) görə 50% sığorta ödənilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2016-cı il tarixli, 1(003)-331/2016 nömrəli hökmünə əsasən, X2 29 mart 2016-cı il tarixdə saat 09 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Centra” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan iddiaçıya ağır travmatik və hemorragik şok, daxili qanaxma ilə müşayiət olunan “S”-ə bənzər bağırsağın seroz qatının və müsariqəsinin zədələnməsi ilə nəticələnmiş qarının qapalı küt travması, sol oturaq sümüyünün açıq sınığ ı, aralıq nahiyəsinin əzilmiş-cırılmış yarası, burunun, döş qəfəsinin, sağ əlin, sağ budun, sol dizin qançırları kimi zərəçəkmiş şəxsin həyatı üçün təhlükəli olan, sağlamlığa ağır dərəcəli zərər vuran xəsarətlər yetirmişdir. İddiaçıya “aralıq nahiyəsinin cırılımış-didilmiş-deşilmiş yarası, hematoma, qarındaxili qanaxma, travmatik və hemorragin şok İİİİ-İV dərəcə, sol oturaq və qasıq sümüklərinin açıq sınığı, oma sümüyünün qəlpəli yerdəyişmiş sınığı, 15 sağ yan çıxıntısının sınığı, oma-qalça bitişməsinin ayrılması” diaqnozu qoyulmuşdur. İddiaçı 28.04.2016-cı il tarixində X1 travmatoloq-cərrahın yanında müayinədə olmuş, üzərində “politravma, çanaq sümüklərinin yerini dəyişmiş qapalı çoxqəlpəli sınığı” diaqnozu ilə “osteosintez” əməliyyatı keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12.10.2016-cı il tarixli, xxxxxxx0002 nömrəli arayışına əsasən, iddiaçı birinci qrup əlildir. “xxxx” ASC-nin 10.10.2017-ci il tarixli, 435 nömrəli arayışına əsasən, iddiaçının Banka 24.07.2015-ci il tarixli, 24072015/228694 saylı kredit müqaviləsi üzrə əsas borcu 11482,41 ABŞ dolları, faiz borcu 1880,62 ABŞ dolları, dəbbə borcu 247,76 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin müddəti 24.01.2017-ci il tarixində bitmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 12.04.2018-ci il tarixli məktubda iddiaçıya bildirilmişdir ki, “Fərdi qəza sığortası qaydaları”nın 22.2.2-ci maddəsinə əsasən (Omba və dabanın sınığı: e) çoxsaylı sınıqlar (ən azı biri ağır və biri tam) ona sığorta hadisəsinə görə 5 0% - 7444 manat həcmində sığorta ödənişi həyata keçirilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 14888,70 manat məbləğində sığorta ödənişinin və məhkəmə xərclərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-dən 24.07.2015-ci il tarixdə 18 ay müddətinə qaytarmaq şərtilə 25 faiz dərəcəsi ilə 14200 ABŞ dolları məbləğində kredit götürmüşdür. Qeyd edilən kredit məbləği 26.02.2017-ci il tarixədək cavabdeh tərəfindən fərdi qəzadan sığortalanmışdır. 29.03.2016-cı il tarixində onun əlilliyinə səbəb olan yol-nəqliyyat hadisəsi baş vermişdir. Əlilliyi ilə bağlı cavabdehə müraciət etsə də, cava bdeh fərdi qəza sığortası şəhadətnaməsində qeyd edilən öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-1440/2020 nömrəli iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Abbasova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış “Fərdi qəza sığortası şəhadətnaməsi” ilə nəzərdə tutulmuş təminata daxil olan sığorta hadisəsi baş vermişdir. Ona görə də, iddiaçının qəza nəticəsində aldığı xəsarətə görə “Fərdi qəza sığortası Qaydaları”na əsasən sığorta ödənişinin miqdarı sığorta məbləğinin 100 faizi ilə hesablanmalı və iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən təsdiq edilmiş Həmin “Qaydalar”ın 22.2-ci maddəsinə əsa sən sığorta ödənişinin miqdarı fərdi qəza və ya xəstəlik nəticəsində xəsarət omba və ya çanaq sümüyünün çoxsaylı sınıqları (ən azı biri ağır və biri tam) olduqda, sığorta məbləğindən 100 faizlə hesablanır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 883.1, 922.1, 922.2, 933.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5685/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə əks olunmuşdur. Lakin müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şika yəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Fərdi Qəza Sığortası Qaydaları”na əsasən iddiaçıya sığorta məbləğinin 50% həcmində sığorta ödənişi verilə bilər. İddiaçıya həmin qaydalara əsasən 7444 manat sığorta haqqı müəyyən edilmiş və bununla bağlı ona rəsmi məktub göndərilmişdir. Lakin iddiaçı həmin məbləğdən imtina etmişdir. Cavabdeh kassasiya şikayətində Mülki Məcəllənin 883.1, 922.1, 922.2, 926.1 və 933.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə ic lasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məh kəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (maddə 922.1). Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (maddə 922.2). Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1). MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kass asiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmadığını qeyd edərək, bəzi maddi hüquq normalarının mətninə istinad etsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını ümumiyyətlə göstərməmişdir. Kassasiya şikayətinin digər dəlillər i məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5685/2020 nömrəli iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2468/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2468/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver