Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2475/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kasasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4923/2020 nömrəli iş üzrə 02 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icrat qaydasında baxaraq, aşa ğıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 fevral 2020-ci il tarixli, 2(001)-1492/2020 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) iddia təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 2(103)-4923/2020 saylı, 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2020-ci il ta rixli, 2(001)-1492/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamədən Cavabdeh kasasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 2(103)-4923/2020 saylı, 29 iyul 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır. Daha sonra Cavabdeh prosessual müddətin bərpası barədə ərizə və kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, İkram Şirinov) 2(103)4923/2020 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməyərək kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Cavabdeh Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4923/2020 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadından kasasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 2(103)-4923/2020 saylı, 21 dekabr 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddəsinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmışdır. Bundan sonra Cavabdeh Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4923/2020 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadından kasasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Anar Tanrıverdiyev) 2(103)-4923/2020 saylı, 17 yanvar 2022-ci il tarixli qərardadı ilə kasasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 407.1-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmışdır. Cavabdeh yenidən Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4923/2020 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadından kasasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Elşən Kazımov, Anar Tanrıverdiyev) 2(103)-4923/2020 saylı, 02 fevral 2022-ci il tarixli qərardadı ilə kasasiya şikayəti qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizə qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyi üçün geri qayta rılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, kasasiya şikayətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadından kasasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilməsi barədə qeyd olsa da, buraxılmış müddətin bərpası haqqındakı ərizə kassasiya şikayətinə əlavə edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi barədə ərizə qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən kasasiya şikayəti geri qaytarılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şi kayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilmərək müddətin bərpa edilməsi, kasasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatına götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad tam qanunsuz və əsassızdır. Belə ki o, həm kasasiya şikayətində də ötürülmüş müddətin bərpası ilə bağlı qeyd etmiş, həm də elektron məhkəmə portalına kasasiya şikayətini verərkən qoşma sənədi olaraq ərizəni əlavə etmişdir. Ümumiyyətlə o, müddəti buraxmamışdır. Belə ki, elektron məhkəmə sistemində vəkilin şəxsi kabnetində problem olması səbəbilə dah tez bir vaxtda kasasiya şikayətini göndərə bilməmiş lər. Belə ki, qərardaddan ilkin kasasiya şikayəti 26.11.2021-ci il tarixdə geri qaytarılmışdır. Yuxarıda da qeyd etdiyi kimi, o və vəkili tərəfindən tərtib edilən müddətin bərpasına dair ərizəsi kasasiya şikayətinə qoşma sənəd olaraq əlavə edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq kasasiya şikayəti vermə müddəti qətnaməni rəsmi aldığı gündən iki aydır. Kasasiya şikayətinin verilməsi ilə əlaqədar prosessual müddətin bərpası onun hüquqlarının təmin edilməsi üçün zəruridir. Bu səbəbdən hesab edir ki, iş üzrə çıxarılan 02.02.2022-ci il tarixli qərardad ləğv edilərək, müddətin bərpasına dair ərizəsi təmin olunmalı və kasasiya şikayəti baxılması üçün yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İ ddiaçı Alışanova (Məmmədova) Natavan Habil qızı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, cavabdeh qəbul edilmiş məhkəmə aktları barədə vaxtında məlumatlı olmuşdur. Belə ki, məhkəmə qətnaməsi qəbul edilib icraya yönəldilmiş, cavabdehin əmək haqqında tutulmalar getmişdir ki, bu da cavabdehin məhkəmə qətnaməsindən məlumatlı olmamasının qeyri-mümkün olduğunu göstərir. Belə olan halda şikayət vermə müddətinin bərpa edilməsi onun hüquqlarının pozulmasına əsas ola bilər. Hazırda cavabdeh tərəfindən verilən şikayət əsassızdır. Ona görə də o, kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad tam mübahisələndi rildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikay ət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yarad ılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikayəti verilə bilər. Mad də 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qər ardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmışdır. Formal əsaslandırma dedikdə o başa düşülməlidir ki, cavabdeh kasasiya şikayətində gah onun tərəfindən prosessual müddətin ötürülmədiyini, gah da ötürülmüş prosessual müddətin bərpası barədə elektron məhkəmə sistemi vasitəsi ilə müraciət etdiyini göstərmişdir. Ümumi kasasiya yoxlaması nəticəsində isə müəyyən edilmişdir ki, apelyasiya kollegiyasının vurğuladığı kimi cavabdeh tərəfindən ötürülmüş müddətin bərpası barədə ərizə ilə məhkəməyən müraciət edilməmişdir. Qanunverciliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsinin əsasları isə apelyasiya kollegiyası tərəfindən əhatəli şəkildə şərh edildiyindən hazırda həmin halların təkrarlanmasına zərurət y oxdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğvi üçün əsasə hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4923/2020 nömrəli iş üzrə 02 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar