Məhkəmə qərarları › İş №2(102)-2483/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2483/2022

16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2483/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2483/2022 (Açar sözlər: qızıl-zinət və cehiz əşyalarının və ya onların dəyərinin qaytarılması, sübutetmə yükü) Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10812/2021 nömrəli, 02 dekabr 2021ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) 2017-ci ildən Cavabdeh (bundan sonra cavabdeh) ilə faktiki nikah münasibətlərinə daxil olaraq, Cəlilabad şəhərində yerləşən cavabdehin ailəsinə məxsus evə gəlin köçmüş və özünə məxsus bir sıra cehiz əşyalarını (mebel dəsti) həmin evə aparmışdır.

2. Tərəflər bir müddət həmin ünvanda yaşadıqdan sonra Bakı şəhərinə köçmüş, sonradan isə ailə münasibətləri pozularaq ayrılmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 2 adda qızıl, 34 adda cehiz əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə onların dəy əri kimi 8837 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlə ailə qurduqdan sonra iddia ərizəsində sadaladığı özünə məxsus qızıl-zinət və cehiz əşyalarını cavabdehə məxsus Cəlilabad şəhərində yerləşən evə aparmış, ailə münasibətləri pozulduqdan sonra isə əşyaları həmin evdə qalmışdır.

5. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri ilə əsaslandırmışdır.

6. Cavabdeh iş üzrə çıxarılmış iddianın təmin tədbiri barədə qərardadın icrası mərhələsində verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, tələb olunan əşyalar iddiaçı tərəfindən heç vaxt birlikdə yaşadıqları mənzilə gəti rilməmiş, o, həmin əşyaları ümumiyyətlə görməmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçının anasıdır. Qızı evlənərkən hər ailədə olduğu kimi ona cehiz əşyalar almış və əşyalar cavabdehin Cəlilabad şəhərində yerləşən evinə yerləşdirilmişdir. Cehizləri apararkən özü iştirak etməmiş, qaynı və baldızı əşyaları taksi ilə aparmışlar. Sonradan qızı hamilə olduğu vaxt müvəqqəti olaraq onların yaşadığı evə gəlmiş, uşaq burada doğulmuş, lakin nə cavabdeh, nə də ailəsi uşaqla maraqlanmamışlar. Bununla da, tərəflər arasındakı faktiki ailə münasibətləri bitmiş, tərəfindən verilmiş cehiz əşyalar isə cavabdeh və ailəsi tərəfindən satılmışdır.

8. Digər Şahid ifadə verərək, bildirmişdir ki, iddiaçının əmisi olmaqla, onun cehiz əşyalarını rəhmətlik bacı sı ilə birlikdə taksi ilə aparmış və evə yerləşdirmişlər. Bu vaxt cavabdeh özü də orada olmuşdur. Mebelin alınmasına görə 700 manat verilmiş, sonradan eşitdiyinə görə, cavabdeh evi əşyaları ilə birlikdə satmışdır.

9. Şahid isə ifadəsində göstərmişdir ki, iddiaçı üçün mebel alınarkən onun əmisi və mərum bibisi ilə birlikdə taksi sürücüsü kimi o da orada olmuş və mebelləri mağazanın işçiləri özü çatdırmışdır. Qalan cehiz əşyalarının çoxunu isə o, maşını ilə aparmış və əşyalar evə yığılarkən cavabdehin anası evdə olmuşdur. Əşyaları evə qoyub mebeli almağa getmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4157/2021 nömrəli, 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mebel dəstinin dəyəri kimi 600 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, idd ianın qalan hissədə rədd olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflərin 2017-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmaqları işin mübahisələndirilməyən halıdır. Lakin iddiaçı tərəf məhkəməyə iddia ərizəsində adları göstərilən cehiz əşyalarının verilməsi ilə bağlı sübut təqdim edə bilməmiş, yeganə sübut kimi məhkəməyə 30 iyul 2017-ci il tarixdə “Woodpecker Cəlilabad Ticarət Mərkəzi”ndən, "xxxx" MMC-dən ümumilikdə 600 manata 1 ədəd “Estella” markalı ağ-qara rəngli taxtın, 1 ədəd “Optimal” markalı döşəyin, 1 ədəd “Damla” markalı krevat setkasının, 1 ədəd “Damla” markalı termonun və 1 ədəd tumbanın alınmasını özündə əks etdirən çıxarışlar təqdim olunmuşdur.

12. Odur ki, iddia ərizəsində adları göstərilən əşyal ardan yalnız mebel dəstinə dair sübutlar məhkəməyə təqdim olunduğundan, iddia yalnız həmin əşyaların dəyərinin qaytarılması hissəsində təmin edilməlidir. Belə ki, iş materiallarında həmin əşyaların hazırda mövcud olmasına dair heç bir sübuta rast gəlinmir. Belə olan halda, iddia qismən təmin edilməli, cavabdehdən 600 manat tutularaq iddiaçıya ödənilməlidir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Ş ikayət onunla əsaslandırılmışdır ki, iddiaçı adətlərə uyğun olaraq gəlin köçdüyü evə cehiz və qızıl-zinət əşyaları aparmış, həmin cehiz təkcə 600 manat dəyərində mebel dəstindən ibarət olmamışdır. Bunu məhkəməyə təqdim edilmiş fotoşəkillər, şahid ifadələri də təsdiq edir. İddiaçı sübutlar təqdim etməklə, iddiasının əsaslılığını sübut etmiş, cavabdeh isə məhkəmənin çağırışlarına gəlməmiş, iddiaya dair münasibət bildirməmiş və iddianın əsaslılığını təkzib edən sübutlar təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qalan əşyalara münasibətdə gəldiyi qənaət ədalətsiz olmuşdur.

16. İddiaçı apellyasiya baxışında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, həmçinin bildirmişdir ki, cavabdehlə ailə qurduqdan sonra təxminən bir ilə yaxın müddətdə Cəlilabad şəhərində cavabdehin anasın a məxsus evdə yaşamış və cehiz əşyalarını həmin evə yığmışdır. Sonradan işləmək məqsədi ilə Bakıya gələrək, bir müddət Lökbatan qəsəbəsində kirayədə, daha sonra isə iddiaçının anasının Binəqədi rayonunda aldığı fərdi evdə yaşamışlar. Bakıya gələn zaman özü ilə yalnız ən zəruri əşyalarını götürmüş, sonradan cehiz əşyalarını da gətirmək istəmiş, lakin qayınanası həmin əşyaların satıldığını və ona yeni əşyalar alacağını bildirmişdir. İddia ərizəsində göstərilən əşyalardan soyuducu və televizoru cavabdelə birgə yaşadıqları müddətdə almışlar. Qızılzinət əşyalarını qayınanası hədiyyə etmiş, mebel dəsti və qalan əşyalar isə valideynləri tərəfindən alınmışdır.

17. Cavabdeh apellyasiya şikayətinə etirazında bildirmişdir ki, iddiaçı onunla qaçdığından özü ilə yalnız bir çanta şəxsi geyim əşyaları gə tirmiş və onlar ailə qurduqdan sonra Cəlilabad şəhərində anasına məxsus evin bir otağına köçüb orada yaşamışlar. Həmin otaqda iddiaçının yalnız bir dəst yataq mebeli olmuş, evin başqa otaqları təmirsiz olmuşdur. Orada yaşadıqları müddətdə iddiaçının cehiz gətirdiyi mebel nəm çəkərək xarab olmuş və özünün razılığı ilə həmin mebelləri 200-300 manata satmışlar. Bakıya gələndə isə, əvvəlcə Lökbatan qəsəbəsində 4-5 ay kirayədə qalmışlar və həmin evdə ev sahibinə aid məişət əşyaları olmuşdur. Binəqədi rayonunda yerləşən evdə də bir çox əşyalar olmuşdur. Belə ki, Cəlilabaddakı evi satıqdan sonra, orada olan anasına məxsus əşyalar yük avtomobili ilə həmin evə gətirilmişdir. İddiaçının ərizəsində göstərdiyi digər əşyalarla bağlı bildirdikləri həqiqətə uyğun deyildir.

18. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-10812/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (mübahisələndirilən hissədə). (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Vəfaddin İbayev)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, tərəflər iddiaçının Cəlilabad şəhərində cavabdehin ailəsinə məxsus evdə yaşadığı müddətdə cehiz əmlak olaraq ümumi dəyəri 600 manat olan 1 dəst yataq mebeli gətirməsini mübahisələndirmirlər. Digər əşyaların mövcud olmasını və onların cavabdehdə olmasını isə cavabdeh qəbul etmir, iddiaçı isə bunları təsdiq edə biləcək mötəbər sübut ları məhkəməyə təqdim edə bilməmişdir.

20. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün şahid ifadələrini, fotoşəkilləri və “Woodpecker Cəlilabad Ticarət Mərkəzi” tərəfindən verilmiş 30.07.2017-ci il tarixli nağd satış barədə qaiməni təqdim etmişdir. Şahidlər iddiaçının qızıl zinət əşyalarına malik olması, həmin əşyaların cavabdehdə qalması halını təsdiq etməmişlər, yalnız iddiaçıya cehiz verilməsi halını təsdiq etmişlər. Bununla yanaşı, konkret olaraq hansı əşyaların cehiz verilməsini göstərməmişlər. Təqdim edilmiş fotoşəkillərdə isə görüntüləri əks olunmuş əşyaların qaytarılması tələb olunan əşyalar olduğunu və bu əşyaların cavabdehdə qaldığını müəyyən etmək mümkün deyildir.

21. Beləliklə, iş materiallarında olan sübutlarla, o cümlədən “əsaslı şübhədən kənar ” sübutlarla iddiaçının qaytarılmasını tələb etdiyi əşyalara malik olması, həmin əşyaların cavabdehin evində yerləşdirilməsi və tərəflər arasında faktiki ailə münasibətlərinə xitam verildiyi vaxtdan cavabdehin qanunsuz sahibliyində qalması təsdiq edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuş, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti, iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, məhkəmələr tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddiaçı tərəfindən tələbinin əsaslılığını təsdiq edən kifayət qədər sübutlar təqdim olunmasına baxmayaraq, nəzərə alınmamışdır. b)

24. Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad et diyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. M addə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirilib, apellyasiya baxışınıb predmeti də həmin hissə olub. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, iddianın hissədə təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.

30. İddia tələbi qızıl-zinət və cehiz əşyalarının cavabdehdən alınıb iddiaçıya qaytarılması (vindikasiya iddiası) barədədir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının mülkiyyətində olan qızıl-zinət və cehiz əşyalarının cavabdehin qanunsuz sahibliyində olması faktının sübut edilməsindən asılıdır.

31. Apel lyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı cehiz əmlak olaraq ümumi dəyəri 600 manat olan 1 dəst yataq mebeli istisna olmaqla, digər əşyalara aid hissədə istinad etdiyi halları, yəni qızıl-zinət və qalan cehiz əşyalarının cavabdehin qanunsuz sahibliyində olmasını sübut edə bilməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanunil iyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

33. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, qızıl-zinət və digər cehiz əşyalarına dair hissədə iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı həmin hissədə öz tələbini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.

34. İşdən görünür ki, apellyasiya məhkəməsi iddiaçının digər əşyaların mövcud olması və onların cavabdehdə qalması ilə bağlı təqdim etdiyi sübutlara – şahid ifadələri, fotoşəkillər və “Woodpecker Cəlilabad Ticarət Mərkəzi” tərəfindən verilmiş 30.07.2017-ci il tarixli nağd satış barədə qayimə – MPM-in 88-ci maddəsinə uyğun qiymət qiymət verərək, həmin sübutların iddiaçının istinad etdiyi halı təsdiq etməməsi qənaətinə gəlmişdir.

35. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10812/2021 nö mrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar