Məhkəmə qərarları › İş №2(102)-2488/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2488/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2488/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh qaşı iş üzrə QƏRARİ iş № 2(102)-2488/21 (Açar sözlər: alimentin miqdarının azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2020-ci il tarixli, 2(105)-2928/2020 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə ondan hər ay cavabdehin xeyrinə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər il qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan miqdarda müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, ondan cavabdehin xeyrinə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları sabit pul məbləğində hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat müəyyən ediliməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya mə hkəməsində icraat Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ə.Q.Ələkbərov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişiklik baş verməyib. Ailə qanunvericiliyinə görə məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o, vaxt azalda və yaxud artıra bilər ki, tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermiş olsun. Hazırki halda alimentin miqdarının azaldılması üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, cavabdehin yanında yaşayan uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanaca q xərclərindən az olmayan maddi təminat almaq hüquqları vardır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmalı olmasını və yalnız iddiaçının deyil, həm də cavabdehin ailə və maddi vəziyyətini nəzərə alır. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hak imlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 78, 112.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasas iya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Fərid Sadıqov kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblə rini izah etməklə onu məhkəmə iclasında dinləmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Həmin Məcəllənin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozub. Belə ki, işdən görünür ki, tərəflərin ər-arvad münasibətindən 14 sentyabr 2005-ci ildə Aytac, 16 oktyabr 2006-cı ildə Nərmin adlı i ki uşaqları doğulub və tərəflərin ər-arvad münasibətləri pozulduqdan sonra hər iki uşaq anaları Cavabdeh yanında qalıb. Tərəflər arasında aliment tələbinə dair bir neçə dəfə məhkəmə mübahisəsi olsa da, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2013-cü il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı onun xeyrinə ödənilməsi nəzərdə tutulan alimentin miqdarının dəyişdirilərək, 22 iyun 2015-ci il tarixdən hesablanmaqla İddiaçı iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər il qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan məbləğdə alimentin tutulub Cavabdeh ödənilməsi qət edilib. Hazırda iddiaçı, hər il üçün qəbul ediləcək “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ondan alimentin tutulmasının qanunsuz və əsassız olduğunu, həmin Qanunla ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun məbləğinin hər il artdığını, lakin onun maddi vəziyyətində hər hansı dəyişikliyin olmadığını, “xxxx” MMC mühafizəçi işləməklə hər ay sabit olaraq 374,50 manat əmək haqqı aldığını, uşaqların saxlanılması üçün cavabdehə ödədiyi alimentin miqdarının əslində sözügedən Qanundan asılı edildiyini, nəticədə onun aliment borcunun yarandığını, bunun da gələcəkdə onun inzibati və cinayət məsuliyyətinə cəlb olunacağına gətirib çıxaracığını göstərib, sözügedən qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq, ondan cavabdehin xe yrinə sabit pul məbləğində hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat alimentin tutulmasını iddia edir. Cavabdeh isə hər iki uşağın xəstə olduğunu, onlar üçün dərmanların alınmasına külli miqdarda vəsait xərlədiyini, iki uşaqla kirayədə maddi ehtiyac içində yaşadığını göstərib, iddiaya etiraz edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə qanunvericiliyinə görə, tərəflərin a ilə vəziyyətlərinin dəyişməsi dedikdə- aliment ödəyən valideynin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Belə olan halda ər və ya arvad ailə vəziyyətlərində baş vermiş dəyişikliyə əsaslanaraq alimentin miqdarının azaldılması barədə məhkəmədə iddia qaldıra bilər. Tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə- onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi başa düşülür. Bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirinin artması və ya azalması ilə əlaqədar baş verir. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda isə, aliment alan şəxsin alimentin miqdarının artırılmasını tələb etmək hüququ əmələ gəlir. Həmçinin məhkəmə, tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi aliment öhdəliyindən azad edə bilər. Apelyasiya instansiyası məhkəməsi, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyul 2015-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin baş vermədiyi və beləliklə də alimentin miqdarının azaldılması üçün əsasların olmadığı qənaətinə gələrkən, iki uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının əslində hər il qəbul edilən “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə ölkə üzrə uşaqlar üçün müəyyən edilən yaşayış minimumunun məbləğindən asılı vəziyyətə salınmasına, Vüqar Bayramovun maddi və ailə vəziyyətində hər hansı dəyişiklik olm adığı halda hər il ondan tutulan alimentin məbləğinin artmasına və bunun açıq-aşkar Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə zidd olmasına diqqət yetirmədən və sözügedən maddədə alimentin miqdarının artırılmasının da tərəflərin ailə və maddi vəziyyətindəki dəyişikliklərlə əlaqələndirilməsini nəzərə almamışdır. Halbuki, qeyd olunan maddənin mənasına görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin tələbi ilə məhkəmə o, vaxt alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər ki, tərəflərdən birinin, yəni ərin və ya arvadın ailə və ya maddi vəziyyətlərində sonradan hər hansı dəyişiklik baş vermiş olsun. Hazırki halda 22 iyun 2015-ci il tarixdən başlayaraq İddiaçı maddi və ailə vəziyyətində alimentin miqdarının artırılmasına səbəb olan hə r hansı dəyişiklik baş vermədiyi halda, iki uşağın saxlanılması üçün ondan Cavabdeh xeyrinə tutulan alimentin miqdarı hər il avtomatiq olaraq 2016-cı ildə 117 manata, 2017-ci ildə 136,6 manata, 2018ci ildə 154 manata, 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manata artıb. Digər tərəfdən, ailə qanunvericiliyinə görə, məhkəmə alimentin müəyyən olunmuş miqdarına o, vaxt dəyişiklik edə bilər ki, tərəflərdən istənilən birinin tələbi olsun, yəni ər və yaxud arvad alimentin miqdarının artırılması və ya azaldılması barədə məhkəməyə iddia vermiş olsunlar. Göründüyü kimi Sevinc Zörabovanın belə bir iddiası olmadığı halda 22 iyun 2015-ci il tarixdən başlayaraq İddiaçı onun xeyrinə tutulan alimentin miqdarı hər il avtomatik olaraq qalxıb. Apelyasiya instansiyası məhkəməsini bu hala diqqətə yetirmədən, İddiaçı tutulan alimentin miqdarının azıldılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan əsasların olub-olmamasını tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işə əlavə edilmiş sübutlardan görünür ki, 07 may 2018-ci il tarixdən başlayaraq İddiaçı “xxxx” MMC mühafizəçi işləyir, hər ay sabit olaraq 347,50 manat əmək haqqı alır. Daha sonra, İddiaçı izahatından, apelyasiya və kasasiya şikayətinin dəlillərindən görünür ki, o sonradan başqa qadınla ailə qurub və hazırda anası da onun himayəsində yaşayır. Eyni zamanda işdən, Cavabdeh izahatından görünür ki, hazırda “xxxx” ASC işləyir, uşaqların xəstəliyinə görə hər ay dövlətdən 200 manat təzminat alır. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, di qqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyr ənilməlidir. Eyni zamanda həmin Qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilir ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, onlar mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edili b-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnam əsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2020-ci il tarixli, 2(105)-2928/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxıl ması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar