Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2494/2024 11.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: dövlət rüsumunun az ödənilməsi əsası ilə kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)403/2024 nömrəli, 28 fevral 2024-cü il t arixli qətnaməsindən cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 11 iyun 2024-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) cavabdehə (bundan sonra cavabdeh) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona borclu olduğu 16.000 manat maddi, 14.000 manat mənəvi olmaqla, ümumilikdə 30.000 manat pulun cavabdehdən dərhal alınıb ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(012)-2095/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 13.700 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnаmədən cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-403/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmışdır.
5. Qətnаmədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
7. Maddə 407.4. Şikayətə vəkilin order i və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
8. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
9. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
10. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mö vqeyi:
11. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
12. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda yuxarıda qeyd olunan prosessual normalara əməl etməklə kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, həmçinin müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə olunub-olunmamasını yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiy a şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
13. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni nəzərdə tutulan məbləğdən az ödənilmişdir. 14. “Dövlət rüsumu haqqınada” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə ye nidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. 15. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödəni lməlidir.
16. Hazırkı iş üzrə mənəvi zərər tələbi maddi ziyandan irəli gəldiyindən və qiymətləndirildiyindən, dövlət rüsumu hesablanarkən nəzərə alınmalıdır.
17. İş materiallarından isə müəyyən edilir ki, iddiaçı tərəfindən verilmiş “maddi və mənəvi zərərin ödənilməsi” tələbi ilə bağlı iddianın ümumi qiyməti 30.000 manat təşkil edir. İddiaçı iddia ərizəsinin verilməsinə görə 180 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 138 manat məbləğində dövlət rüsumu ödəmiş, daha sonra cavabdeh apellyasiya şikayəti vermək üçün 90 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, cəmi 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh kassasiya şikayəti vermək üçün də 90 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, cəmi 66 manat məbləğində dövlət rüsum ödəmişdir.
18. Bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini bu əsasla geri qaytarmalı idi.
19. Beləliklə, cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu qanunvericiliyin tələblərinə düzgün riayət edilmədən ödənildiyindən, kassasiya şikayəti icraata qəbul edilə bilməz.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
21. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassas iya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-403/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə