Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2497/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsrafil oğluna, Cavabdeh3, DSMF-nin Nizami rayon şöbəsinə və Gəncə şəhər Səhiyyə şöbəsinə qarşı pozulmuş hüquqlarının bərpası, maddi və mənəvi zərərin tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-4147/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsrafil oğlu, Cavabdeh3, Gəncə şəhər Sosial təminat şöbəsi və Gəncə şəhər Səhiyyə şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onun pozulmuş hüquqlarının bərpası, ona dəymiş maddi və mənəvi ziyan olaraq 4000 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə şəhər Sosial təminat şöbəsi əsas cavabdeh olan DSMF-nin Nizami rayon şöbəsi ilə əvəz edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2003/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ayaz Mahmudov) Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-4147/2019 saylı, xx xxxxxx 2019-cu tarixli qətnaməsi ilə iddiaçının şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2003/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər L.Süleymanov, (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Azər Bayramov) İddiaçı və vəkili Vəkil kasasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Patronaj təyin edilən qohumlar vəzifələrindən suii stifadə edib iddiaçıya məxsus əmlakı ələ keçirmiş, onun mülkiyyət hüququnu pozmuşlar. Məhkəmə isə buna rəvac vermişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də,tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiy a instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçının öz iddiasında göstərdiyi əsaslarla cavabdehlər tərəfindən ona maddi ziyan vurulmasına səbəb ola biləcək təqsirli hərəkətlərə yol verilməsi və ona maddi ziyan dəyməsi barədə dəlilləri öz təsdiqini tapmadığı üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnamənini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 21.2, Mülki Məcəllənin 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələri əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi cavabdehlər tərə findən iddiaçının pozulmuş hüquqlarının bərpası, iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 4000 manat pulun cavabdehlərdən tutulması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi anadangəlmə oma çıxığı ilə əlil olmasına, xx xxxx 2005-ci ildən ona 1-ci qrup əlillik dərəcəsi təyin olunmasına, ilk üç cavabdehlərdən ikisinin bacısı, birinin isə əmisi oğlu olmasına, dövlət tərəfindən təyin edilmiş vəsaiti həmin cavabdehlərin mənimsəməsinə, bununla da ona 2000 manat mənəvi zərər yetirilməsinə, digər iki cavabdehin isə ona lazımi qayğı göstərməməsinə istinad etmişdir. İddia tələbinin hüquqi əsasını cavabdehlərin zərər vurmadan irəli gələn öhdəlikləri təşki edir. İddianın təmin olunması cavabdehlərin həqiqətən də iddiaçının hüquqlarını pozması və iddiaçıya 4000 manat zərər vurmasının sübut edilməsindən asılıdır. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, iddiaçıya qəyyum təyin edilməyib, iddiaçı DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsindən 1-ci dərəcə əlilliyə görə 210,72 manat pensiya alır və bu məbləğ şəxsən iddiaçının özünə ödənilir, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli, 992 nömrəli Sərəncamına uyğun olaraq yeni təsis edilmiş təqaüdün verilməsi üçün iddiaçı müvafiq sənədlərlə DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsin müraciət etməmiş, ona təyin edilən vəsaiti cavabdehlərin mənimsəməsi halına dair sübut təqdim edilməmişdir. Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1-ci maddələri o hallarda tətbiq edilə bilər ki, zərərvurmada n yaranan öhdəlik (delikt öhdəliyi) olsun və bunun nəticəsində zərər vurulmuş olsun. Apelyasiya instansiyası məhkəməsi tərəfindən isə işin bu halı, yəni cavabdehlərin delikt öhdəliklərinin olması, başqa sözlə, Mülki Məcəllənin 21.2. 1096.1, 1097.1-ci maddələrinin dispozitiv şərtləri hazırki işdə müəyyən edilməmişdir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələrinə əsasən apelyasiya şikayətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. HalbukiMülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğu n olaraq düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul e tməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlill – patronaj təyin edilən qohumların vəzifələrindən sui-istifadə edib iddiaçıya məxsus əmlakı ələ keçirməsi, onun mülkiyyət hüququnu pozmaları – işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiya sı məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-4 147/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2497/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2497/2020
22.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver