Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2498/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhər üzrə İcra İdarəsi, Cavabdeh3 QSC və “Külək” Hərrac Mərkəzinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(104)-4252/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhər üzrə İcra İdarəsi, Cavabdeh3 QSC və “Külək” Hərrac Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh3 QSC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli, 06L00000325 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan tələbini dəqiqləşdirib, cavabdehlər Cavabdeh3” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli 06M000000127 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(044)1875/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Axundov) Gəncə Apellyasiya Məh kəməsinin 2(104)-4252/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1875/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi) Fikrət Mehtiyev, Azər Bayramov) İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə obyektiv araşdırma aparmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılma lıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, onunla Cavabdeh3 QSC arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi arvadı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, A.İldırım küçəsində yerləşən 4648-ci mənzil ipoteka ilə yüklü edilib. Həmin mənzil üzərində arvadı ilə bərabər mülkiyyət payı var. Mənzilin ipoteka qoyulması ilə bağlı onunla müqavilə bağlanmayıb, razılığı alınmayıb. Tələbinin hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 213.5, 222.1, 225.1 və 225.4-ci maddələrini göstərmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına istinadən Azərbaycan Mikromaliyyələşdirmə QSB (hazırda Cavabdeh3 QSC) ilə İddiaçı arasında bağlanmış kredit razılaşması üzrə iddiaçıya kredit verilməsi, kredit öhd əliyinin təminatı kimi xx xxxxxx 2008-ci il tarixli, 06M000000127 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Almas İldırım küçəsində yerləşən 46-48 saylı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi, ipoteka müqaviləsinin Bank, ipoteka verən Cavabdeh1 və borclu İddiaçı arasında notariat qaydasında bağlanması, ipoteka predmeti olan yaşayış evində İddiaçı, X2 və X1 daimi qeydiyyatda olmaları, ev ipotekaya qoyulan zaman həmin şəxslərin razılıq ərizələrinin alınması, evin arvadı Cavabdeh1 məxsus olması aşkar olduğu halda, İddiaçı ərizəsində ipoteka qoyulan fərdi yaşayış evinin mükyyətçisi kimi anası X1 adının göstərilməsinin texniki səhv olmasını, həmçinin müddətin keçməsinə görə iddiaçının hazırki iddianı qaldırmaq hüququnu itirməsini müəyyə n edərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Mülki Məcəllənin 354.1, 354.2-ci, Ailə Məcəlləsinn 33.3, 33.4-cü, “İpoteka haqqında” Qanunun 10.2-ci maddələri, “Azərbaycan Respublikasında notariat hərkətlərinin aparılmaları qaydaları haqqında Təlimat”la əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi Cavabdeh3 QSC ilə Cavabdeh1 arasındakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbini ipoteka qoyulan əmlak üzərində arvadı ilə bərabər mülkiyyət hüquq olduğu halda, müqavilə bağlanarkən onun razılığının alınmaması ilə əsaslandırmışdır. Belə olan halda iddianı n təmin olunmasının əsas dispozitiv şərtini ipoteka müqaviləsi bağlanarkən həqiqətən də mülkiyyətçi kimi iddiaçının buna razılıq verməməsi, müqavilənin qanunvericiliyin tələblərinə zidd olaraq bağlanması təşkil edir. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, xx xxxxxx 2008-ci il tarixli, 06M000000127 saylı ipoteka müqaviləsi bağlanarkən həmin müqaviləni İddiaçı özü imzalamaqla yanaşı, evin ipotekaya qoyulmasına dair razılıq ərizəsi də vermişdir. Yalnız ərizədə qeyd edilən evin mülkiyyətçisi kimi arvadı Cavabdeh1 adını deyil, anası X1 adını göstərmişdir. Apelyasiya instansiyası ipotekaya qoyulan mənzilin arvadına məxsus olmasını və ipoteka predmetinin də məhz həmin mənzil olmasını bildiyi halda, iddiaçının razılıq ərizəsində ipoteka qoyulan əmlakı n mülkiyyətçisi kimi anasının adının göstərməsini texniki səhv hesab etmişdir. “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinə görə ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. “Azərbaycan Respublikasında notariat hərkətlərinin aparılmaları qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə görə yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış ye ri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş halları tətbiq edilən normaların dispozitiv şərtlərinə uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi müqavilənin etibarsız hesab edilməsi barədə iddianı təmin etməyə n birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən müddətin keçməsinə də istinad etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Apelyasiya instansiyasının bu hissədə müəyyən etdiyi işin halı da ondan ibarətdir ki, xx xxxxxx 2008-ci il tarixdə bağlanmış müqaviləyə dair iddiaçı 11 ildən sonra mübahisə açmış, bununla da müqaviləni mübahisələndirmək hüququnu itirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci madd əsində göstərilən müddət kəsicidir, iddia müddəti deyil, kəsici müddət keçdikdən sonra da maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu halda müddətin tətbiqi barədə ərizənin verilməsi də tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəll ənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həy ata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Qeyd edilənlərdən də görünür ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının müqavilənin etibarsızlığını tələb etmək hüququnu müddət ötdüyü üçün itirməsini müəyyən etdiyindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarındakı hüququ mövqeyi baxımından gəlinən nəticə də düzgün olmuşdur. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasi ya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə n əticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-4252/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2498/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2498/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver