Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-25/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X9 və X işə cəlb edilməklə) Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2, 3-cü şəxs X5 vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4964/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 02 may 2018-ci il tarixli, 2V-46 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 09.09.2017-ci il tarixdə ölmüş X3 vərəsələri övladları İddiaçı və Cavabdeh miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 09.04.2018-ci il tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xxx ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarətdir. 2. 27 mart 2018-ci i l tarixli, 2V-25 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 09.09.2017 tarixdə ölmüş X3 vərəsələri övladları İddiaçı, Cavabdeh miras əmlakdan bərabər hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 04.08.2017 tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus 1/2 hissəsindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 28.01.2016 tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 08.05.2015 tarixdə X4 verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bxxx ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 30.04.2003-ci il tarixdə X4 verilmiş xxx saylı qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 69,9 kv.m. olan fərdi yaşayış evindən ibarətdir.
3. X notariusu tərəfindən təsdiq edilmiş 22 iyun 2018-ci il tarixli, 4Ə-735 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı xxx ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissəni Cavabdeh bağışlamışdır.
4. X notariusu tərəfindən təsdiq edilmiş 04 may 2018-ci il tarixli, 4Ə-474 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqa viləsindən görünür ki, İddiaçı ünvan 6 ünvanında ümumi sahəsi 69,9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissə, 34.95 kv.mi Cavabdeh bağışlamışdır.
5. BX notariusu tərəfindən təsdiq edilmiş 04 may 2018-ci il tarixli, 4Ə-475 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/4 hissəni Cavabdeh bağışlamışdır.
6. X notariusu tərəfindən təsdiq edilmiş 04 may 2018-ci il tarixli, 4Ə-473 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı xxx ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus 1/2 hissə, 0.015 hanı Cavabdeh bağışlamışdır.
7. Cavabdeh xxx saylı sahəni 197054Ə0004 reyestr nömrəli, 15.05.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 və sonuncuya 20.05.2019-cu il tarixli Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan verilmişdir.
8. Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** nömrəli, 09.04.2018-ci il tarixli çıxarışdan görünür ki, BX, 3-cü yaşayış massivi, 906B saylı ev xüsusi mülkiyyət hüququ ilə X adına, həmin ünvan üzrə olan 0.06 ha torpaq sahəsi isə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı adına qeydiyyata alınmışdır.
9. Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** nömrəli, 08.05.2015-ci il tarixli çıxarışdan görünür ki, X, 3-cü yaşayış massivində 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xxx ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və xxx ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin onun adına 1/2 hissəsini hədiyyə olaraq aldatma yolu ilə bağlanmış yalançı əqdlərin etibarsız hesab edilərək ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri belə əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh iddiaçının doğma bacısıdır. Atası X 03 noyabr 2014-cü il tarixdə kəskin ürək çatmamazlığından vəfat etmiş, anası isə 09 sentyabr 2017-ci il tarixdə digər formalı beyin infarktından vəfat etmişdir. Hər iki valideyninin hüzur mərasimini iddiaçı bir oğul kimi yola vermişdir. Valideynləri vəfat etdikdən sonra onlara məxsus xeyli mülkləri, əmlakları qalmışdır. Bacısı iddiaçını aldadaraq ondan xahiş etmişdir ki, iddiaçı özünə məxsus xxx ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72.3 kv.m olan fərdi yaşayış evinin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan fərdi yaşayış evinin və xxx ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin 1/2 hissəsini bağışlama yolu ilə onun adına keçirsin və bacısı da sonra eyni bağışlama yolu xxx, 3-cü yaşayış massivindəki yaşayış evini və neçə ildir ki, iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvan 9 ünvanı onun adına 1/2 hissəsini hədiyyə olaraq ona bağışlanması barədə müqavilə bağlayacaqdır. Cavabdeh iddiaçının bacısı olduğundan ona inanmışdır. Lakin iddiaçı cavabdehin adına daşınmaz əmlakın bağışlanması müqaviləsini icra etdikdən sonra, cavabdehə dəfələrlə onun da adına iki ədəd mülki keçirilməsini xahiş etsə də, cavabdeh bunu etməmişdir. Eyni zamanda cavabdeh ona hədə qorxu gələrək, yaşadığı evi də onun əlindən alacağını bildirmişdir. Bundan əlavə anası rəhmətə gedəndə, anasının yatdığı yastığın altından 55.000 ABŞ dolları və külli miqdarda qızıl, brilyantlar çıxmışdır. O, anasına məxsus bütün qızıl-zinət əşyalarını bacısına vermiş, pulu isə yarı hissəyə o və bacının arasında bölmüşdür. Bütün bunlara baxmayaraq, cavabdeh valideynlərindən qalan əmlakların hamısını ələ keçirtmək istəyir. O, cavabdehin bu hərəkətləri nəticəsində özünə qəsd etmək istəmiş, lakin ailəsini, uşağını gözünün qabağına gətirib, bunu etməmişdir. 11. 25 fevral 2020-cu il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ünvanlayaraq, xxx yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinə dair 04 may 2018-ci il tarixdə 53 saylı notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin; xxx saylı evə dair 04 may 2018-ci il tarixdə X bağlanmış bağışlama müqaviləsinin; xxx küçəsindəki 10 saylı evə dair 04 may 2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin; xxx ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair 04 may 2018-ci il tarixdə bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında mərhum valideynlərindən miras qalmış 1/2 paylı mülkiyyət hüququna mal ik olduqları aşağıdakı daşınmaz əmlaklar mövcuddur: xxx 0.03 ha torpaq sahəsi; xxx saylı ev; xxx küçəsində ümumi sahəsi 69,9 kv.m. olan 10 saylı yaşayış evi; xxx ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi; xxx, 3-cü yaşayış massivindəki yaşayış evi; Bxxx küçəsi, ev 11B, mənzil
30. Valideynləri vəfat etdikdən sonra onlardan miras qalmış göstərilən daşınmaz əmlaklara cavabdehlə o, hər biri 1/2 paylı mülkiyyət hüququna malik olmuşlar. Həmin əmlaklarda olan payları üzrə ayrı-ayrı mülkiyyət sənədi almaq qərarına gəlmişlər. O, cavabdeh olan bacısı X razılığa gəldi ki, cavabdeh onun ailəsi ilə yaşadığı xxx yaşayış evini və xxx saylı evin 10-cu mənzilində olan öz payını iddiaçıya bağışlayır, iddiaçı isə dörd ünvanda olan daşınmaz əmlaklarda olan payını bacısına bağışlayır. Bu danışıq və razılaşmaları barədə danışıq diski məhkəməyə təqdim olunmuş və dinlənilmişdir. Cavabdeh doğma bacısı olduğundan, ona olan inam və etibara əsaslanaraq, dörd ünvanda olan daşınmaz əmlaklarda 1/2 payını notarius vasitəsilə cavabdehə bağışladı. Sonra iddiaçının istifadəsində olan iki ünvanda olan 1/2 pay hüququnu cavabdeh ona bağışlamaqdan imtina etdi və bildirdi ki, guya onlar arasında elə bir razılaşma olmamışdır. O zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh olan bacısı onu aldatmışdır. Hesab edir ki, cavabdeh onu aldatmaqla daşınmaz əmlaklara olan onun 1/2 mülkiyyət payını bağışlama yolu ilə ələ keçirməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337, 339.2, 339.3-cü maddələrinin tələblərinə ziddir
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 11 mart 2020ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 53 saylı notariat ofisində bağlanmış aşağıdakı müqavilələr: 04 may 2018-ci il tarixli xxx yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsinin bağışlanma müqaviləsi; 04 may 2018-ci il tarixli xxxx saylı evin bağışlanma müqaviləsi; 04 may 2018- ci il tarixli Bxxx saylı evin bağışlanma müqaviləsi; 22 iyun 2018-ci il tarixli xxx ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı WHATSAP danışıqlarına əsasən mübahisələndirilən müqavilələrin bağlanmasının təşəbbüskarı cavabdeh olmuş, həmin danışıqlarda cavabdeh iddiaçının ona bağışl ayacağı 4 mülkün qarşılığında iki mülkün, xxxx, 3-cü yaşayış massivindəki yaşayış evinin və xxx ünvanında olan mənzilin özünə düşən payını qardaşına bağışlayacağı vədini vermiş, lakin bağışlama müqavilələri baş tutandan sonra cavabdeh vədini yerinə yetirməyəcəyini bildirmişdir.
15. Cavabdeh iddiaçının özünə məxsus əmlakları ona bağışlayacağı təqdirdə sonradan digər iki əmlak üzrə ona düşən paydan iddiaçının xeyrinə imtina edəcəyi barədə vədlər versə də, həmin vədi yerinə yetirməmişdir, qeyd olunan hal isə mübahisələndirilən bağışlama müqavilələrinin etibarsızlığı üçün əsasdır.
16. Məhkəmə əqdlərin aldatma yolu ilə bağlandığını nəzərə alaraq hesab etmişdir ki, həmin əqdlər etibarsız hesab edilməlidir.
17. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə bildirmişdir ki, iddia müddətinin tətbiqinə əsaslar yoxdur, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş müddət iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyi dövrə keçməmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1, 673.1.2-ci, Ailə Məcəlləsinin 1.3, 6-cı, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Qürbət Əsgərov sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) 25 avqust 2020-ci il tarixli, 2(103)5829/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmi ş, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin11 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı “aldatma yolu ilə bağlanmış yalançı əqdlərin etibarsız hesab edilərək, ləğv olunması” tələbinə dair iddiası rədd edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X bağlanmış 04.05.2018-ci il tarixli 4Ə-475 № ilə reyestrdə qeydə alınmış, 04.05.2018-ci il tarixli 4Ə-473 № ilə reyestrdə qeydə alınmış, 04.05.2018-ci il tarixli 4Ə-47 № ilə reyestrdə qeydə alınmış, 22.06.2018-ci il tarixli 4Ə-735 № ilə reyestrdə qeydə alınmış bağışlama müqavilələrindən görünür ki, həmin müqavilələr mülki qanunvericiliyin normalarının tələblərinə uyğun olaraq hər iki tərəfin razılaşdırılmış irad ə ifadəsi əsasında bağlanmış və həmin müqavilələrdə hər hansı bir şərt nəzərdə tutulmamışdır. Bağışlama müqavilələrindən görünür ki, Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu, bağışlama müqaviləsinin bütün şərtləri ilə əlaqədar hüquq vəzifələri, həmçinin müqavilələrin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah olunmuşdur.
22. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 673-cü maddəsinə istinadı səhv olmuşdur.
23. Belə ki, həmin normada bağışlamadan imtinanın hüquqi əsaslarını müəyyənləşdirir və bu əsas müqavilənin ləğvini nəzərdə tutur. Lakin iddia tələbi bağışlamadan imtinanın, bağışlamanın ləğv ilə bağlı deyil, bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlıdır. Ona görə də kollegiya birinci instansiya məhkəməsi tərəfindən mübah isəni həll edərkən Mülki Məcəllənin 673.1.2-ci maddəsinə istinadını əsassız hesab etmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əqdlərin etibarsızlığı Mülki Məcəllənin XİV Fəslində nəzərdə tutulmuş maddi hüquq normaları ilə tənzimləndiyi halda birinci instansiya məhkəməsi mübahisənləndirilən müqavilələri etibarsız sayarkən Mülki Məcəllənin qeyd edilən fəsli ilə müəyyən edilmiş hər hansı bir maddi hüquq normasına istinad etməmiş və müqavilələrin etibarsızlığı ilə bağlı gəldiyi nəticələri həmin fəsildə göstərilən normalarla əsaslandırmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş “Wahtsapp” audio səs yazısının qanunvericiliyə uyğun əldə olunması barədə sübut olmadığından, həmin səs yazısı sübut kimi qəbul edilə bilməz.
25. Tərəflər arasında bağlanmış müqavilələr qanunvericiliyin tələblərinə uyğun bağlandığından, etibarlı əqdlərdir və həmin əqdlərin etibarsızlığı üçün faktiki və hüquqi əsas yoxdur.
26. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək qeyd etmişdir birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etməmiş və maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)276/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-5829/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
29. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmuşdur.
30. Belə ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
31. Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdı r. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
34. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və y a göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.
36. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanm ası üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
37. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
38. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısını n hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
39. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
40. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;
41. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bi r qənaət formalaşdırılmış olmalıdır;
42. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).
43. Apelyasiya məhkəməsi hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin əqdlərin etibarsızlığı barədə tələbə baxarkən Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı maddi hüquq normalarına istinad etməməsini irad tutsa da, özü də iddianı rədd edərkən gəldiyi nəticəni həmin normalara istinad etməklə əsaslandırmamışdır.
44. Bununla da, məhkəmənin qətnaməsi Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır.
45. Apellyasiya məhkəməsi iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilələr notariat orqanında qanunvericiliyin tələblərinə uyğun bağlandığından, həmin əqdlərin etibarsızlığı üçün faktiki və hüquqi əsas mövcud deyidir. Halbuki müqavilələri tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsi ümumiyyətlə mübahisə predmeti olmamış, mülki iş üzrə iddia tələbi məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülmüşdür.
46. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli əmlaklara dair bağışlama müqavilələr inin aldadılma nəticəsində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanı məhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər.
47. Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
48. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasın dan irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
49. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən müqavilələrin etibarsız sayılmasına əsas verən halların hansı andan iddiaçıya məlum olması məsələsini də müəyyən etməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
50. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4964/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin olunmuş, hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddianın təmin olunması İddiaçı ilə Cavabdeh arasında bağlan mış, X xüsusi notariusu tərəfindən təsdiq edilmiş xxx yerləşən 0,03 ha torpaq sahəsinin ½ hissəsinə dair 04.05.2018-ci il tarixli, xxx küçəsində yerləşən 11 №-li evin ¼ hissəsinə dair 04.05.2018-ci il tarixli, Bxxx küçində yerləşən 10 №-li evin ½ hissəsinə dair 04.05.2018-ci il tarixli, xxx ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsinə dair 22.06.2018-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab olunması qət edilmişdir.
51. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsi mənəvi dəyərlərə əsaslanan müqavilədir. Belə ki, hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Ona görə də belə mübahisələri n düzgün həll edilməsi üçün ilk növbədə bağışlamanın əsasında mənəvi dəyərlərin olub-olmadığı aydınlaşdırılmalıdır. Tərəflərin arasındakı keçmiş və hazırkı münasibətlərin xarakteri belə qənaətə gəlməyə əsas verir ki, bağışlamanın əsasında mənəvi dəyərlər dayanmır: onlar ayrı-ayrı yaşayıblar, birinin digərinin qarşısında qohumluq münasibətlərinə əsaslanan xüsusi xidmətləri olmayıb və s. Cavabdehin özü də mənəvi dəyərlərə aid olan hər hansı nümunə göstərə bilmir. Ona görə də sual yaranır ki, nəyə görə iddiaçı kifayət qədər dəyərə malik olan 4 daşınmaz əşyadakı payını mənəvi cəhətdən daha çox bağlı olduğu şəxsə - övladına deyil, bacısına bağışlayıb ? Əgər iddiaçı bacısına 1 daşınmaz əşyadakı payını bağışlasayıdı bu, şübhə doğurmazdı, 4 daşınmaz əşyadakı payın bağışlanması mənəvi dəyərlərlə ba ğlı şübhə doğurur. Bu sualın cavabı oldur ki, bağışlama müqavilələri aldatma nəticəsində bağlanılıb. Belə ki, cavabdeh iddiaçıya vəd verib ki, 4 əşyadakı payını ona bağışlayacağı təqdirə digər 2 əşyanı xxxx evi və Nxxx yerləşən 30 №-li mənzili iddiaçıya verəcək.
52. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Cavabdehin vədi şərt və ya öhdəlik kimi bağışlama müqavilələrində təsbit edilmədiyinə görə etibarlı şərt və ya öhdəlik sayılmır. Ona görə də cavabdehin vədi aldatma kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 339.2-ci maddəsində qeyd olunub: “Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda h əyata keçirilir”. İddiaçı aldadıldığını sübut etmək üçün "WhatsApp” mesajlarına (smartfonlar üçün ani mesajlaşma mübadilə sisteminin məlumatlarına) istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, bağışlama ilə bağlı belə mübahisələr həll edilərkən sübutetmə prosesində aradan tam qaldırılması mümkün olmayan şübhələr hədiyyə verənin lehinə həll olunmalıdır. Çünki bağışlamanın etibarsız sayılması nəticəsində hədiyyə alan özünə məxsus olan əşyadan məhrum olmur, başqasına məxsus olan və əvəzsiz əldə etdiyi əşyanı geri qaytarmalı olur. Əgər şübhə hədiyyə verənin əleyhinə həll olunsa o, özünə məxsus olan əşyadan hər hansı əvəz almadan məhrum olur.
53. İddiaçı bağışlama müqavilələrinin etibarsız sayılması barədə tələbi irəli sürmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş 1 illi k müddəti ötürməyib. İddiaçının nümayəndəsi bildirir ki, iddia ərizəsinin məhkəməyə verilməsindən 2-3 ay əvvəl iddiaçı bilib ki, cavabdeh onu aldadıb. Belə ki, məhz həmin vaxt cavabdeh iddiaçıya deyib ki, 2 ədəd daşınmaz əşyanı onun adına keçirməkdən imtina edir. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən sübut təqdim etməyib.
54. Bağışlanmış əşyalardan birinin - xxx ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi bağışlama müqaviləsinin etibarsız sayılmasına mane olmur. Belə ki, 1-ci, həmin hal etibarsızlıqla bağlı tələbin rədd edilməsi üçün əsas deyil; 2-ci, hüquqi müəyyənlik üçün bağışlama müqaviləsi etibarsız sayılmalıdır. Bu, iddiaçıya imkan verəcək ki, həmin əşya ilə bağlı qanuni maraqlarının müdafiəsi üçün zəruri ol an sonrakı hərəkətləri reallaşdıra bilsin: zərərin əvəzinin ödənilməsini tələb etsin, yaxud əmlakın satışından əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb etsin və s. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
55. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
58. İddiaçının nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
59. Cavabdehin vəkili və 3-cü şəxs X5 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
60. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MP M) 415.3-cü maddəsini rəhbər tutaraq işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
61. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
62. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
63. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
65. Əqd mülki hüquq m ünasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)
66. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (maddə 324.2)
67. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)
68. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (maddə 324.5)
69. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (maddə 337.1)
70. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)
71. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (maddə 337.4)
72. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (maddə 337.5)
73. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (maddə 339.2)
74. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (maddə 354.2) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarı
75. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki Prossesual Məcəllə
76. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
78. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
79. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
80. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
81. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
82. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
84. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
85. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4964/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.